Etiket arxivi: ŞEİR

ZAUR USTAC. SEÇİLMİŞ ƏSƏRLƏRİ. I CİLD. BAKI. 2022.


I >>>> ZAUR USTAC. BİRİNCİ BİTİK (PDF).

Müəllif:  Zaur Ustac

ZAUR USTACIN SEÇİLMİŞ ƏSƏRLƏRİ


YAZARLAR

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MURAD MƏMMƏDOV. “DEMƏYİN” VƏ DİGƏR YENİ ŞEİRLƏR.

DEMƏYİN
Heç kimə, ay yetim, deməyin dostlar,
Hamımız insanıq, kimsə baş deyil.
Bu sözdə təənə var, daha nələr var,
Açıb ağartmaq da mənə xoş deyil.
* * *
Qismətdən, yazıdan qaçan olmayıb,
Bu dünya yazılı kitaba bənzər.
Bağlanmış bir bəxti açan olmayıb,
Hər kəs öz bəxtini soraqlar, gəzər.
* * *
Kimsəyə yetimdir, söyləyib durma,
Onun da hifz edən Allahı vardır.
Gəl ürək sındırma, gəl könül qırma,
Düşünmə ki, ona bu dünya dardır.
* * *
Heç kəsin taleyi əlində deyil,
Kimsəyə lağ edib, sındırma onu.
Çalış bu kəlməni yaddaşından sil,
Çünki könül qırmaq dünyanın sonu.
* * *
Bu söz yoxa çıxsa dildən, ağızdan,
Hər kəs öz adıyla öyünər məncə.
Bu adın əsiri oğuldan, qızdan,
Dünya xeyir görər hər şeydən öncə.

BELƏDİR
İnsan robot deyil ki,
Həmişə düz işləsin.
Sadə məntiq deyir ki,
Səhvi olur hər kəsin.
* * *
Bu səhvlərin içində
İtib-batan çox olar.
Hamısı bir biçimdə,
Olmur, çaşan yox olar.
* * *
Çalışırıq hamıda
Qüsur tapaq, səhv tutaq.
Ağzımızda tamı da
Az qalır ki, unudaq.
* * *
Bu dünyanın gərdişi
Bizi maraqlandırmaz.
Bir insanın səhv işi
Qəti bizi yandırmaz.
* * *
Acımasa xəmiri,
Küt gedəcək kündələr.
Yola verər ömürü,
Saf, əlacsız bəndələr.
* * *
Ağıllı baş seçilər,
Düz əməli, işiylə.
Yaşandıqca kiçilər
Dərd, ağıllı kişiylə.
* * *
Bu dünya hamı üçün
Gör-götür dünyasıdı.
Baxın, yaşayın, keçin,
Həyat ömrün yasıdı.

ŞEİR
(Bir şeir kitabını oxuduqdan sonra…1982ci il.)
Şeirə meyl eləyin, şeir oxuyun,
Sevinclə, kədərlə dost olmaq üçün.
Şeirə meyl eləyin, şeir oxuyun,
Şeir dünyasından zövq almaq üçün.
* * *
Mənimçün şeirdir, hər açılan gül,
Mənimçün şeirdir, oxuyan bülbül.
Mənimçün şeirdir, o şehli çəmən,
Şeirdir mənimçün o ağ yasəmən.
* * *
Mənimçün şeirdir, gördüyüm gözəl,
Şeirdir mənimçün tökülən xəzəl.
Mənimçün şeirdir, payızın sonu,
Yazda göz oxşayan nərgizin donu.
* * *
Şeirdir həyatım, şeirdir canım,
Şeirsiz keçməyir vaxtım, zamanım.
Deyirəm a dostlar, şeir oxuyun,
Duyun, duyğulanın, çələng toxuyun.
* * *
Şeirdir mənimçün var da, dövlət də
Şeirdir sevinc də, qəm də, nifrət də.
Şeirdir həmişə, hər an, hər zaman
Mənimçün edilən quru hörmət də.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. ÜÇÜNCÜ BİTİK.

I >>>> ZAUR USTAC. BİRİNCİ BİTİK (PDF).

II >>>> ZAUR USTAC. İKİNCİ BİTİK (PDF).

III >>>> ZAUR USTAC. ÜÇÜNCÜ BİTİK (PDF).

Müəllif:  Zaur Ustac

ZAUR USTACIN SEÇİLMİŞ ƏSƏRLƏRİ


YAZARLAR

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

1-İN ŞEİRİ – TAPMACA. RƏQƏMLƏR.

“1”
Asan bir sual verim,
İnan, yoxdur beləsi.
Üçdən iki çıxanda
Söylə, qalır neçəsi?

Müəllif: Zaur USTAC

A 1 – UŞAQ ŞEİRLƏRİ

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

RƏQƏMLƏRƏ AİD ŞEİRLƏR

I >>>> ZAUR USTAC YAZIR

ZAUR USTACIN SEÇİLMİŞ ƏSƏRLƏRİ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“A” hərfinin şeiri – hərflərə aid şeirlər

“A”
“A” ilə Ana deyə,
Aləmə səs salırıq.
Azərbaycan sözünə
“A” ilə başlayırıq.
***
Ata, Anatək sözlər
A-nın nəfis ilməsi
A-dan Z-yə hərflər
Allahın bir töhfəsi.

Müəllif: Zaur USTAC

A 1 – UŞAQ ŞEİRLƏRİ

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

I >>>> ZAUR USTAC YAZIR

ZAUR USTACIN SEÇİLMİŞ ƏSƏRLƏRİ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN ÇİNGİZ ABDULLAYEVİN DOĞUM GÜNÜDÜR!

Bu gün dünya şöhrətli Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevn doğum günüdür! Yazarlar adından Çingiz müəllimi təbrik edir, həyat və yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq! Var olun! Allah Sizi qorusun!

Çingiz  ABDULLAYEV

Çingiz Akif oğlu Abdullayev (d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru (1991); “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən).

HƏYATI
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981)

FƏALİYYƏTİ
Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir. Xidmətlərinə görə “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.

Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.

31 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir.

AD VƏ MÜKAFATLARI
Azərbaycan Respublikasının xalq yazıçısı — 12 iyul 2005;
“Qırmızı əmək bayrağı” ordeni;
“Şöhrət” ordeni — 7 aprel 2009;
“Dostluq” ordeni (Rusiya) — 19 may 2020.

FİLMOQRAFİYA
Əsər müəllifi kimi
Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)

Ssenari müəllifi kimi
Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)
Tərsinə çevrilən dünya (film, 2011)(tammetrajlı bədii film)
Xeyirlə şərin rəqsi (film, 2016)(tammetrajlı bədii film)

Məsləhətçi kimi
40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)

Prodüser kimi
Adın sirri və tale. Qurban Səid (film, 2010)

ƏSƏRLƏRİ
Müqəddəs olmaq istəyi. Bakı: Adiloğlu, 2004hj
Alçağın üslubu. Bakı: Çıraq, 2005
Məhşər ayağında. 2 cilddə. I cild. Bakı: Çıraq, 2005
Məhşər ayağında. 2 cilddə. II cild. Bakı: Çıraq, 2005
Payız madriqalı. Bakı: Yurd, 2005
Monte-Mario təpəsində ölüm. Bakı: Çıraq, 2005
Mənim gözəl alibim. Bakı: Nurlan, 2006
Bağdadlı əlaqələndirici. Bakı: Çıraq, 2006
Unudulmuş röya. Bakı: Çıraq, 2006
Yalnız özümüzünkülər. Bakı: Çıraq, 2007
Qatil üçün Qran-Pri. Bakı: Kitab klubu, 2007
Üçüncü variant. Bakı: Nurlan, 2007
Döyüşçünün yolu. Bakı: Çıraq, 2007
Manyakın idrakı. Bakı: UniPrint, 2008
Gedər-gəlməz. Bakı: Nurlan, 2008
Quba kapriççiosu. Bakı: Nurlar, 2008
Qisasın ölçüsü. Bakı: Çıraq, 2008
Məhəbbət və nifrətin ölçüsü. Bakı: Çıraq, 2009
Etiraflar vadisi. Bakı: Çıraq, 2009
Hammurapi məcəlləsi. Bakı: UniPrint, 2009
Centlmen sövdələşməsi. Bakı: Çıraq, 2009
Manipulyator. Üç payız günü. Bakı: UniPrint, 2009
Mavi mələklər. Bakı: Çıraq, 2009
Payız madriqalı. Bakı: Nurlar, 2009
Saturnun tövbəsi. Bakı: Nurlar, 2010
Paralel həyat. Bakı: 2010
Veneranın ikinci dəfə həyata gəlməsi. Bakı: 2010
Əfsanəyə çevrilmə haqqı. Bakı: Xatun Plyus, 2010
Kandaqardan agent. Bakı: 2010
Sonuncu divarın daşları. Bakı: Nurlar, 2010
İrodun kölgəsi. Bakı: UniPrint, 2010
Tənha ürəklərin evi. Bakı: 2010
Mavi mələklər. Bakı: Qanun, 2011
İnsan ovu. Bakı: Qanun; Əli və Nino, 2011
İnsan ovu. (tərcümə M.Dadaşqızı) Bakı: Zərdabi LTD, 2011
İngilis bulvarı. Bakı: Qanun, 2011
Ölümü özün seç. Bakı: Qanun, 2011
Bakı bulvarı (roman). Bakı: Qanun, 2011
Milad bayramında açılan atəş. Bakı: Zərdabi LTD, 2011
Abırlı adam. Bakı: Qanun, 2011
Tver bulvarı. Bakı: Qanun, 2011
Məntiq qaydaları. Bakı: Qanun; Əli və Nino, 2012
Dərdimə şərik ol. Bakı: Qanun; Əli və Nino, 2012
Hammurapi qanunu. Bakı: Qanun; Əli və Nino, 2012
Prezident ovu. Bakı: Qanun; Əli və Nino, 2012
Xəzinədar. Bakı: Qanun; Əli və Nino, 2012
Yekun diaqnoz. Bakı: Qanun; Əli və Nino, 2012
Sutenyorun qəlbi. Bakı: Zərdabi LTD, 2012
Bakı bulvarı. Bakı: Qanun; Əli və Nino, 2013
Eramızın əzəlində sui-qəsd. Bakı: Zərdabi LTD, 2013
Mənim gözəl alibim. Bakı: Qanun; Əli və Nino, 2012
Yeni cəngavər qadınların qəbiləsi (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
Uzun çəkən sözardı (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
Soyuğu qoruyanlar. Bakı: Qanun; Əli və Nino, 2013
Qərb bürküsü (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
Şərq küləyi. Bakı: Qanun; Əli və Nino, 2013
Soyuqdan dönməyən casuslar (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
Əclafların qanunu. Bakı: Qanun; Əli və Nino, 2014
Əclafların kredosu. Bakı: Qanun; Əli və Nino, 2014
Balkan sindromu. Bakı: Qanun; Əli və Nino, 2014
Transilvaniya səfəri. Bakı: Qanun; Əli və Nino, 2014
Uğursuzun hekayəti .Bakı: Qanun; Əli və Nino, 2014
Namərdin üslubu (kitab). Bakı: Qanun; Əli və Nino, 2014
və digər.


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvanə Dağtumas. Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi.

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

“Çiçəklərin dili” metaforu tez-tez ədəbiyyatda simvolizmə çevrilir. “Xrizantemlər” əsərində də bu var. Xrizantemlər də danışır. Xrizantemlər hekayə boyu simvol kimi tez-tez istifadə olunur. “Xrizantemlər”in mesajı nədir? Gender bərabərsizliyi. “Xrizantemlər” ağıllı qadınlara yer olmayan bir cəmiyyətə qarşı kəskin tənqiddir. Əsərin ideyası özünüzü, necə olduğunuzu sevməyi öyrənməkdir, özünə, öz cinsiyyətinə hörmət etməyi öyrənməkdir. Bu ideya hekayə boyu göstərilir. Hekayə indiki həyatından məyus olan 35 yaşlı güclü qadın Elisa Allen adlı qürurlu, güclü qadın haqqındadır. O, 1930-cu illərdə fermada yaşayan tipik evdar qadının ümumiləşdirilmiş obrazıdır. Əsər bir çox mövzuya malikdir, lakin süjet repressiya edilmiş seksuallıq və laqeyd qadınlıq mövzularına əsaslanır. Bu hekayə Elisa kimi ağıllı qadınları darıxdırıcı həyata məcbur edən 20-ci əsrin əvvəllərindəki stereotip cəmiyyəti tənqid edir. Elisa çox bacarıqlı və cəlbedicidir, enerji və ambisiya ilə doludur. Bununla belə, onun həyatında hələ də həyəcan yoxdur. Kişilər ondan daha dolğun həyat sürürlər. Elisa cazibədardır,bağçılıq və ev işləri ilə çox maraqlanır. Bitkilərə öz övladları kimi baxır və onlar onun emosional ehtiyaclarını qarşılayır.

Elisa obrazı qadınların çoxunun öz istəklərini ifadə etməsinə icazə verilmədiyini və evlərinin içində darıxdırıcı bir həyat sürməli olduqlarını təsvir edir. Elisanın həyatında cinsi doyumun olmaması da var. Elisa ehtirasla dolu enerjili bir qadındır, lakin özünü ifadə etmək imkanı yoxdur. Onun otuz beş yaşı var, lakin uşaqsız olması onun evliliyinin cinsi cəhətdən aktiv olmadığına işarə ola bilər. Bundan əlavə, onun həyatdan çox narazı olmasının səbəbi də bu ola bilər. Elisa Allen ağıllı və ehtiraslı qadındır. Onun həyatında macəra və məmnunluq yoxdur. Evlə məşğul olmaqdan başqa heç bir işi yoxdur, uşaqları da yoxdur, bu da onun həyatını çox maraqsız edir. Onun əri  Henri Allen bağçılıq və mal-qara alveri ilə də məşğuldur. Üçüncü bir xarakterimiz də var. Obrazın adı çəkilməsə də , onun peşəsi  sındırılmış qabları düzəltmək, qayçı itiləməkdir.

“Xrizantemlər” Amerika yazıçısı Con Steynbekin “Uzun Vadi” kolleksiyasının bir hissəsi olan  qısa hekayəsidir. Əsər ərinin fermasında boğucu bir yaşam məhkum edilən ağıllı, yaradıcı bir qadın haqqındadır. Əsər özündə daha az seksual təsvirləri ehtiva edir. Hekayənin əsas mövzusu Elisanın yaradıcı məyusluğudur. Bəzi tənqidçilər Elizanı feminist bir fiqur kimi nəzərdən keçirərkən, digərləri Elisanın həm ərini həyasızlaşdırdığını, həm də tinkerlə xəyanət etdiyini iddia edərək, hekayənin feminizmə qarşı bir hücum olduğunu müdafiə edirlər. Süjetdə narazılıq, cinsi istək və gender bərabərsizliyi mövzuları araşdırılır. Elisa xarici dünyanın həyəcanından qopan fermada darıxdırıcı bir həyat yaşayır. O, güclü bacarıqlı qadındır, lakin günün çox hissəsini tək keçirir və evi təmiz saxlamaq üçün işləməli olur, bu, cəmiyyətin ona sırıdığı roldur. Onun aldığı yeganə həzz xrizantem yetişdirməkdir. Bir növ, o, maraqsız həyatının içində tələyə düşüb. Elisa narazı bir həyat sürür, istəklərini tam ifadə edə bilmir və emosional ehtiyacları yerinə yetirilmir. Elisanın məyusluğu uşaq sahibi olmamaqdan və ərinin ona bir qadın kimi yanaşmamasından, dəyər verməməsindən qaynaqlanır. Onun məyusluğunun yeganə çıxış yolu gözəl xrizantemlər yetişdirdiyi çiçək bağıdır. Müəllif xrizantemlərdən Elisanın və hər bir qadının daxili şəxsiyyətinin simvolu kimi istifadə edir. Elisa həyatından məyus olur, çünki Henri ilə evliliyində uşaqları və romantikası yoxdur. Bundan əlavə, əri onun qadın keyfiyyətlərini və emosional ehtiyaclarını qiymətləndirə bilmir. Tirkerlə qarşılaşma onun seksuallığını oyandırır və Elisaya daha həyəcanlı,romantik bir evlilik ümidi verir, lakin o, həyatının dəyişməyəcəyini yolda atılan gülləri görəndə anlayır. Belə bir uğursuz həyatla kifayətlənmək məcburiyyətində qalması onu tamamilə məhv edir. Elisa həyat yoldaşı ilə birlikdə şəhərə gedən yolda səssizcə ağlayır, çünki o, qadın rolunun sıxıntıları və həyatının dözülməz şərtləri ilə üzləşir. Onun xoşbəxt olduğu və tək olmadığı yeganə vaxt xrizantemlərə qulluq etməsidir. Onlar ona yoldaşlıq edir və məmnunluq hiss etdirirlər. Tinker gələndə o, öz tənhalığını və basdırılmış istəklərini dərk edir. Elisa o istəklərin yerinə yetirilməməsindən xəbərsizdir, lakin tinkerin gəlişi ilə o oyanmağa başlayır. Tinker Elisanın həyatında çatışmayan macəranın simvoludur. Gecələr ulduzlar haqqında danışanda onun danışıq tərzi çox həssas olur. Onun tinker kişinin qarşısında diz çökməsi cinsi itaət mövqeyidir. Cinsi istəkləri oyandıqdan sonra o, aqressiv olur, əvvəlcə utanır, sonra isə tinker xrizantemləri atdıqda, rədd edildiyini hiss edir və ağlayır.Tinkerlə etdiyi söhbət onun darıxdırıcı həyatına bir qədər həyəcan qatır və gizli cinsi istəklərini oyadır, bir qadın olaraq, tələyə düşür. Tinkerlə danışdıqdan Elisa həyəcanlanmağa başlayır, bu dəyişiklik əlcəklərinin çıxarılmasında əks olunur. Sevimli saçlarını göstərərək papağını da çıxarır. Tinkerdən ayrıldıqda Elisa demək olar ki, ritualistik bir transformasiyaya məruz qalır. O, soyunur, çimir, güzgüdə çılpaq bədəninə baxır, sonra geyinir. O, dəbli alt paltarları, yaraşıqlı paltar geyinir və makiyaj edir. Bu geyimlər onun bağçılıq geyimləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir və yeni enerjili, seksual Elizanı əks etdirir. Tinker xrizantemlərə diqqət yetirdikdə, o, ona diqqət yetirirmiş kimi sevinir. Ona xrizantemləri verəndə o da bir şəkildə özünü ona təklif edir, lakin o, onu rədd edir, xrizantemləri yol qırağına tullayır. Elisa rədd edildiyini anlayır və bu, onu ağlamağa məcbur edir. İnsanlar onun çiçəklərinə dəyər vermədikləri kimi ona da dəyər vermirlər. Hətta Henri də həyat yoldaşına heç vaxt kifayət qədər diqqət və dəyər verməyərək o gülləri bəzək əşyaları kimi görür. Diqqət yetirməli olan bir şey budur ki, tinker onun xrizantem sevgisindən sadəcə öz xeyrinə istifadə edirdi . Tinker Henridən daha həyəcanlıdır, lakin o, yalnız işi üçün ondan faydalanır. Sonra o, gülləri atır və Elisa onun tərəfindən tamamilə rədd edildiyini başa düşür və beləliklə, “qoca qadın” kimi ağlayır. Elisa kimi çiçəkləri də ehtirassız və əhəmiyyətsizdir: hər ikisi sadəcə dekorativ əşyadır.

Xrizantemlər Elisanın uşaqlarını, Elisanın qadınlığını, qadın rolunu və seksuallığını simvollaşdırır. Əvvəlcə övladlarını simvollaşdırırlar, sonra onun qadınlığını və cinsiyyətini təmsil edirlər. O, bağçasına qulluq edir və xrizantemlərə öz uşaqları kimi sevgi və qayğı ilə yanaşır. Elisa çiçəklərini çox qoruyur və ətrafına məftillə hasar çəkir, o, çiçəkləri ilə fəxr edir. Çiçəklərə öz övladları kimi baxan Elisanın portreti qadın obrazıdır, lakin onun kişi obrazı da onun “sərt süpürülmüş və cilalanmış” evində müşahidə olunur. Bu görüntü onun əri ilə münasibətinə təsir edir. Eliza hiss edir ki, Henri onun qadınlığını tanımır və təqdir etmir, bu hiss onun ərinə qarşı antaqonist olmasına səbəb olur, qəlbində ərinə qarşı inciklik var. Tirkerlə qarşılaşma Elisaya ümid verir və onun daha dolğun həyata hazırlaşmasına səbəb olur, Tirker Elisaya sanki qadın olduğunu hiss etdirir, onun dişil enerjisini oyadır. Bundan sonra Elisa yuyunur, yuyunandan sonra ayna qarşısına keçərək çılpaq bədənini zövqlə izləyir, xüsusilə də qadınlarda qadınlığı, intim nöqtəni simvolizə edən sinələri qabartmağa çalışır, bədəninə, qadınlığına heyran qalır. Elisada eril enerji o qədər güclü idi ki, onu yüksəltmək heç ağlının ucundan belə keçmirdi.

Bu hekayədəki əsas münaqişə insan özünə qarşıdır . Elisa həyatından tam razı qalmadığı daxili münaqişə ilə məşğul olur. O, evliliyində hiss edilməsindən, rəftar olunmasından tam razı deyil. Elisa yad kişi ilə qarşılaşdıqdan sonra yenilənmiş enerji və yaşamaq həvəsi hiss edir. O , geyinib özünü gözəl hiss etmək üçün səy göstərir və ərinə romantik bir axşam keçirə bilmələri üçün paltarlar hazırlayır.Elisa əri ilə birlikdə gecəyə hazırlaşır, güzgüdə çılpaq bədənini öyrənir,şəffaf corablar və gözəl paltar geyinir, makiyaj edir, əri ilə axşam bərabər bir gün keçirəcəyini səbirsizliklə gözləyir. O, ümid edirdi ki, Henri onun bir qadın kimi ehtiyaclarını dərk edəcək və ona həsrət qaldığı romantikanı, həyəcanı yaşadacaq. Lakin bu ümid tezliklə puç olur, Elisanın xəyalları suya düşür. Həyat yoldaşının bu dəyişimini görən Henri  “Sən dizinin üstündən buzov qıracaq qədər güclü görünürsən” deməklə ona “kompliment” deyir. Elisanın bu cür “təqdir edilməsi” xoşuna gəlmir. Onun görünüşünə dair bu xoşagəlməz “iltifat” Elizanın bir qadın kimi eqosunu tətmin etmir. “Sonuncu ölən ümidlərdir” fikri ilə yola çıxaraq, deyə bilərik ki, Elisanın da sonuncu ümidləri yolda gülləri görəndə ölür. Bitkiləri atmaqla, tinker simvolik olaraq Elizanı və onun qadınlığını,seksuallığını rədd edir. Gül qabı boş olduğu kimi, Elisa da özünü boş hiss edir. O, həmçinin gender rolu ilə məhdudlaşdırılaraq əzildiyini hiss edir, dərk edir ki, həyatı heç vaxt dəyişməyəcək, onun qadınlığı və seksuallığı Henri tərəfindən heç vaxt qiymətləndirilməyəcək, başa düşülməyəcək. Elisa həyəcansız əri ilə kifayətlənməyi öyrənməlidir, qəbullanmalıdır ki, əri romantik deyil, ona dəyər vermir, onun qadın kimi varlığını hiss etmir, Elisanın monoton həyatı heç vaxt dəyişməyəcək. Sonda zəif qadın kimi ağlayır.Göz yaşları burada onun gücsüzlüyünü, yaşam tərzini qəbullanmağını, təslimçiliyini simvolizə edir. “Xrizantemlər” əsərində müəllif Elisanın ümidini itirməsini göstərmək üçün ironiyadan istifadə edir. Hekayənin sonunda Elisa şam yeməyi ilə şərab istəməsi onun həyatda daha geniş imkanlar açdığını göstərir . O, nəhayət ki, məhdud varlığından qurtula biləcəyini və şanslarını sınaya biləcəyini başa düşdü. Elisa öz bədbəxtliyində günahkar olduğunu başa düşür. O, heç dəyişmir, hekayəyə təcrid olunmuş, tənha bir qadın kimi başlayır və eyni şəkildə bitirir. Elisanın əsas dəyişməsi, özünün yerinə yetirilməməsinin fərqində olmayan bir qadından həyatında nəyin əskik olduğunu dərk edən bir qadına çevrilir. Onun mövcud vəziyyəti dərk etməsi, fərqindəlik qazanması həqiqətən bir oyanışdır.

Hekayədə Elizanı nə simvollaşdırır? Hekayə boyu Elisanın xrizantemləri özünü simvolizə edir və xüsusilə də onun gizli, məhdud potensialını ifadə edir. Onun sevimli, güclü çiçəklərlə birbaşa əlaqəsi onun gözəlliyini,həyatı yaratmaq üçün fitri qabiliyyətini nəzərdə tutur. Boş dibçək boşa çıxan qadınlığı simvollaşdırır.

Henri Allen yaxşı ərdirmi? Elisanın əri Henri yaxşı, möhkəm adamdır, lakin arvadını razı sala bilmir. Henri Elisa qədər ağıllı deyil, amma fermanı idarə edən, özünü və arvadını dolandıran, biznes sövdələşmələri edən odur. Elizanın edə biləcəyi yeganə şey işini yerinə yetirərkən onu uzaqdan izləməkdir. Fermanın idarə olunması ilə bağlı hər hansı məlumatı bilavasitə olaraq Henridən alır, o, həyat yoldaşına bərabər tərəfdaş kimi yanaşmaq əvəzinə yalnız qeyri-müəyyən, alçaldıcı tərzdə yanaşır. Cəmiyyətinin standartlarına görə, Henri bir qadının ərdən istəməsi lazım olan hər şeydir, hər bir qadının arzuladığı həyat yoldaşı tipidir: o, onu maddi olaraq hər şeylə təmin edir, ona hörmətlə yanaşır və hətta hərdən onu bayıra da çıxarır.Ancaq Henri çatışmazlıqlarını görmür, yanındakı qadının ruhu, arzuları, istəkləri, mənəvi tələbləri ilə maraqlanmır. Onların aralarında harmoniya yoxdur, bir-birlərindən xəbərsizdirlər, fərqli dünyaların insanlarıdır, bu da Elisanın Henridən narazı olmasına səbəb olur. Henri onu heç bir məmnuniyyətlə təmin edə bilmir və o bu ailə həyatından zövq ala bilmir. Əri onunla ancaq alçaldıcı yumoristik şəkildə danışır. Onu və istəklərini başa düşmür. Elisanın ev qulluqçusu və bağban kimi bacarıqları ilə fəxr edir. Henri kişi ilə danışanda uzaqlaşıb danışır ki, Elisa bu söhbəti eşitməsin, çünki o,qadındır, o belə söhbətlərdə iştirak etməməlidir. Hekayə açıq şəkildə onun əsas mətləbindən bəhs etmir, bizə öz izahatlarımızı vermək qalır. Onların evliliyində ehtiras yoxdur, evlilik funksional xarakter daşıyır. Boşanmanın müxtəlif növləri var, onlardan biri də emosional boşanmadır. Bax Elisa ilə Henri də emosional boşanmaya aid cütlük idilər. Henri, onun üçün uyğun tərəfdaş deyil, eyni yumor hissini paylaşmırlar və hər ikisi çox fərqlidir. Bu da Elisanın özünü təcrid olunmuş hiss etməsinə səbəb olur. Onlar bir-birlərinə həyat yoldaşlarından daha çox  bacı-qardaş və ya dost kimi yanaşırlar. Evliliklərinin Elisanın ehtiyaclarına ödəməməsinə baxmayaraq, Elisa seksual insan olaraq qalır, yazıçı bu keyfiyyəti normal və arzuolunan kimi göstərir. Onun emosional və cinsi ehtiyaclarını təmin edəcək heç kim yoxdur. O, tənhadır və hekayədəki kişilər dünyanı araşdırmaq üçün yola düşərkən evin qayğısına qalmaq ona düşür. Bu ailə tipik Azərbaycan ailələrinə misaldır. Təəssüf ki, bu problem bizim ölkədə də hələ də aktuladır. Hələ də qadına yüklənən rollar var, qadın obyekt kimi görünür.

Hekayənin sonunda Elisa niyə ağlayır? O, tinkerin öz ruhunu düşünmədən rədd etməsindən məyus olduğunu hiss edir.O, əri kimi onu bir qadın olaraq, bənzərsiz edən keyfiyyətləri qiymətləndirə bilməyib. Elisa həyatının heç vaxt dəyişməyəcəyini anlayır.

Əsərdə qayçı nəyi simvollaşdırır? Əsərdə qayçı kişi gücü və nəzarət hissini, eril enerjini ifadə edir. Elisa hekayənin çox hissəsində nadir hallarda qayçısız olur. Önlüyündə qayçısına aid xüsusi cibi var.

Elisanın paltarları nəyi simvolizə edir? Hekayə başlayanda Elisa ağır ayaqqabılar, qalın əlcəklər, kişi papağı və iti alətlərlə zəngin önlüklə tamamlanan androgen formalı bağçılıq paltarı geyinir. Müəllif onun bədənini “tıxanmış və ağır” kimi təsvir edir. Elisanın geyimi və forması kişiliyi, onun aseksual varlığını əks etdirir.

Elisa və xrizantem necə oxşardır? Xrizantem həm Elizanı, həm də onun həyatının məhdud dairəsini simvollaşdırır. Elisa kimi xrizantemlər də sevimli, güclü və çiçəklənir. Onların gül yatağı, Elizanın evi kimi, səliqə-sahmanlıdır. Xrizantem hekayə boyunca xatırlanır və Elizanın simvolu kimi görünür. Xrizantem gövdələri uzun, güclü və sərtdir ki, bu da Elisanın kişi keyfiyyətlərinin simvoludur. Bununla belə, çiçəyin özü zərifdir, bu da Elisanın qadına xas olan hissələrini təmsil edir. Xrizantemlərin həm güclü, həm də gözəl olmasının ziddiyyətli xüsusiyyətləri, Elisanın həm kişi, həm də qadın olması üçün qadına xas atipik xüsusiyyətlərin olduğunu təcəssüm etdirir. Eliza yolun ortasında çiçəkləri görəndə Elisa bunu özünü azadlığa buraxmaq və nəticədə yaralanmaq kimi qiymətləndirdi. Bir çox tənqidçilər xrizantemlərin Elisanın məyusluğunun simvolu olduğunu iddia edirlər.

Əsərdə simvollar.

Zəiflik: Elisa ilə qəribə adamın qarşılaşması Elisanın zəifliyini ortaya qoyur. Kişi onu asanlıqla üstələyə bilərdi. O, Elizaya yaxınlaşır, onu manipulyasiya edir və ona yalan deyir.

Gender rolları: Steynbek kişilərin və qadınların cəmiyyətdə xüsusi rollara malik olması fikrini dəstəkləyir.

Seksuallıq: Cinsəlliyini repressiya etsə də, Elisa hələ də seksual insandır. Onun və ərinin inkişaf edən cinsi əlaqəsi yoxdur, bu, Elisanın güclü və məhsuldar bədəninə baxmayaraq, uşaqlarının olmamasında görünür.

Qadınlıq: Qadınlıq cinsiyyətlə əlaqələndirilir. Hekayənin əvvəlində Elizanın eril enerjiyə sahib görünüşü var. Bununla belə, o, tinkerlə söhbət edərkən kiçik bir cinsi oyanışdan sonra, şəhərə getməyə hazırlaşanda daha qadın görünmək üçün əlindən gələni edir.

Qış: Hekayə qısırlığın simvolu olan qışda baş verir.

Döyüşlər: Döyüşlər ”kişi dünyası” ideyasının simvoludur. Döyüşlər qadınların ümumiyyətlə iştirak edə bilməyəcəyi məkan hesab olunur.

Həbslə bağlı simvolizm: Salinas Vadisi Elisanın emosional həyatını simvollaşdırır. Hekayə Salinas vadisinin uzun təsviri ilə açılır. Bu, Elisanın şəxsi mənfəəti üçün onu aldatmağa cəhd edə biləcək insanlardan xəbərsiz olması ilə yanaşı, Xrizantem yetişdirməklə ərini həqiqətən razı sala bilməyəcəyi vəziyyətini xəbər verir. Steynbek vadini üstü dumandan hazırlanmış qapaqlı qazana bənzədir. Vadinin “qapalı qazan” metaforası Elisanın havasız bir dünyanın içində sıxışdırıldığını və onun varlığının qaynama nöqtəsinə çatdığını göstərir. Onu da öyrənirik ki, yaxınlıqda Günəş olsa da, vadiyə heç bir işıq girmir. Günəş işığı çox vaxt xoşbəxtliklə əlaqələndirilir və nəticə ondan ibarətdir ki, onun yaxınlığındakı insanlar xoşbəxt olsalar da, Elisa xoşbəxt deyil. Dekabr ayıdır və vadidə soyuq hava hökm sürür, lakin hələ də sakinlər ümidsiz deyil, hava yəqin ki açılacaq. Havanın və vadinin sakinlərinin ümumi əhval-ruhiyyəsinin bu cür təsviri Elisaya da eyni dərəcədə aiddir. İlk olaraq Kaliforniyadakı bir vadinin lirik təsviri kimi görünən şey Elisanın klostrofobik, bədbəxt, lakin ümidli daxili həyatının zəngin simvolu kimi ortaya çıxır.

İnəklər: Henrini fermadan uzaqlaşdıran hadisə yaradırlar ki, Elisa evdə tək olarkən tinkerlə qarşılaşa bilsin.

Sarı xrizantemlər: Elisanın şəxsiyyət xüsusiyyətlərini və həyata baxışını göstərir.

Salinas Vadisi: onun qorunan həyat tərzini göstərir və oxucunu həyatda ən böyük arzularını həyata keçirməyə aparır.

Hekayənin sonunda Eliza atışmalardan sonra göz yaşlarını gizlətmək üçün paltosunun yaxasını yuxarı çəkir. Steynbek qadın şüurunun mürəkkəbliklərini dəf etmək üçün qeyri-adi bir qabiliyyət nümayiş etdirir. Əsər 3-cü bir şəxs tərəfindən nəql olunsa da, bütünlüklə Elizanın nöqteyi-nəzərindən təqdim olunur. Bu texnika ona onun psixikasını araşdırmağa və dünyanı onun gözü ilə göstərməyə imkan verir. Biz onun yerinə özümüzü qoyuruq və onun məyusluqlarını,hisslərini yaşayırıq, onunla empatiya qururuq. Çünki o, Henrinin kostyumlu kişilərlə nə müzakirə etdiyini bilmir, biz də bilmirik. Çünki o, tinkeri yaraşıqlı kişi kimi görür, biz də görürük. O, qazanlarını düzəldəndə dodaqlarına baxdığı üçün biz də onunla birlikdə onlara baxırıq. Nəticədə hekayənin sonunda onun həsrətini və xarakterini ərindən daha çox başa düşürük. 

Bir çox kişilər qadınlara lazım olan yeganə şeyin işləyən ərlərin və kifayət qədər pulun olmasını düşünürdülər. Yazıçı Elisanı heç vaxt qınamır və əvəzində onun istedadının, enerjisinin və ambisiyasının israfını faciə kimi təsvir edir. Bizdən Elizanı sərt mühakimə etməyi xahiş etmək əvəzinə, bizi onun niyə belə davrandığını anlamağa, onunla empatiya qurmağa dəvət edir. Steynbek Henri və tinkerdən patriarxal cəmiyyətlərin, paternalizminin dayaqları kimi istifadə edir: necə ki, onlar qadınların potensialına məhəl qoymurlar, cəmiyyət də qadınlara o cür davranır. Steynbek cinsi doyuma  ehtiyac olduğunu müdafiə edir və onun arxasınca düşmək insanların irrasional şəkildə hərəkət etməsinə səbəb ola bilər. Obrazın ödənməmiş istəkləri nəticəsində tinkerin Elisanı cəlb etməsi təhlükəli və idarəolunmazdır.

Oxucu Elisanın ərinin arvadının gözəlliyini görmədiyinə görə günahkar olduğunu öyrənir. Yazıçı Elisanın şəxsiyyətlə mübarizəsini göstərmək üçün 20-ci əsrin kişi və qadın rollarını təsvir edir. Elizanın həyat yoldaşı kimi rolu ona həyat yoldaşı olaraq verilən tapşırıq vasitəsilə üzə çıxır. Eliza bir neçə səviyyədə qarşılaşdığı hər bir insanla, eləcə də bağçaya qulluq etdiyi və həyat sürdüyü təbiətin özü ilə münaqişə yaşayır. Bağın özü hekayənin inkişafı ilə Elisanın fiziki xüsusiyyətlərini dəyişir. Müəllif kim olduğu və həyatdan nə istədiyi ilə bağlı daxili qarışıqlıqlarla dolu bir obrazı ortaya qoyan qısa hekayə boyunca çoxsaylı dialoqlarda bunu ifşa edir.

Xrizantemlər Elisanın həyatının böyük bir hissəsidir və onun özünə necə baxdığını, necə davrandığını simvollaşdırır, yazıçı Elisanın gücünü simvollaşdırmaq üçün xrizantemdən istifadə edir. Xrizantem budaqlarını kəsmək üçün çox güc tələb olunur ki, bu da Elisanın qayçıdan istifadə etməsi ilə vurğulanır. Bir qayda olaraq, çiçəklər gözəl və zərif təsvir olunur, lakin xrizantem möhkəm və sərtdir. Steynbek xüsusi olaraq xrizantemlərdən istifadə etməyi seçdi, çünki onlar Elisanın gücünü simvollaşdırır,o, özünə güvənən, güclənmiş qadındır, lakin onun bütün gücü, xrizantemlərin bağının divarları arasında bağlandığı kimi cəmiyyətin standartları daxilində məhdudlaşır. Onun vəzifəsi xrizantemlərə qulluq etməkdir, onda qadınlıq gücünü nümayiş etdirəcək bir situasiya yaranmamışdı.Tinkerlə sonradan bu situasiya yarandı. Yazıçı Elisanın geyimindən onun eril qüvvəsini, xarici dünyadan təcrid olunmasını simvolizə etmək üçün istifadə edir ki, cəmiyyətin standartları qadınların fürsətlərdən necə məyus olmasına səbəb olur.

Əsərin başlığı ədəbi texnikanın simvolizmini ortaya qoyur. Xrizantem çiçəyi qəhrəmanlarının düşüncələrini, hisslərini və fikirlərini açıqlayır. Steynbekin qəhrəmanı ərinin səhlənkarlığından əziyyət çəkir və buna görə Elisa öz təcrid olunmuş dünyasına üz tutur. Xrizantem çiçəyi kimi gözəldirsə, səhlənkarlıqdan əziyyət çəkir, necə ki gülə qarşı diqqətsiz olsan, onu sulasan, gül solar, qadın da elədir.

Əsərin əsas mövzulardan biri kişilərin hakim olduğu cəmiyyətdə qadının məhdudiyyətləridir. Hasar onun evliliyini, bağ isə həyatını təkrarlayır. Henri heç vaxt Elisanın xrizantemlərinə maraq göstərmirdi, yəni həyat yoldaşı ona maraqlı deyildi. Bağ hasarla əhatə olunub. Müəllif evlilik həyatından narazılığını və məyusluğunu taxta hasardan istifadə edərək göstərir. Çay dərədən çıxan bir yol kimi dayanan hekayədə görünən simvollardan biridir. Bu o mənada simvolikdir ki, Elizanı təcrid olunmasına məhəl qoymadan dar təsərrüfat dünyasından çıxarmağa bənzəyir. Bəziləri bunu onun “qapalı qazanda” ağırlaşdırılmış həyatdan qaçması kimi simvolik hesab edir. Hekayəni oxuyandan sonra görmək olar ki, Elisa heç vaxt bu fürsətdən istifadə etmir, amma başqaları onun hasarlanmış həyatından qoparaq yanına gəlirlər. O, təcrid olunmuş səltənətinə girən zərgərdən xoşlanır. Elisanın kənar adamın əsl xarakterini tanıya bilməməsi çox aydındır ki, onun quruya su damcıları kimi gəlməsi müsbətdir. Hekayədə su məsumluq və təmizlik obrazı kimi simvollaşdırılıb. Müəllif “su kimi aydın” yazanda Elizanın gözü ilə aydın görünür.Tirkerin gözlərinə baxanda nəzərəçarpacaq bir dəyişiklik görə bilərsiniz və o, bunu maraqlı hiss edir. Steynbek qadın və kişi davranışının patriarxal cəmiyyətin diktə etdiyi tipik modellərini nümayiş etdirmişdir. Eliza və digər personajlar bu nizamın zərərli olduğu fikrini göstərir, çünki o, böyük insanların potensialını yalnız bir insanın qadın olması səbəbindən məhv edir.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD MƏRZİLİ. HEYDƏR BABA.

HEYDƏR ƏLİYEV İLİ

HEYDƏR BABA
(Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə)
Vətən üçün gecə — gündüz çalışdın,
Heydər baba, əbədisən, əbədi.
Günəş kimi şölə saçdın, alışdın,
Heydər baba, əbədisən, əbədi.
* * *
Ömrün boyu hey düşmüsən oda sən,
Arxalandın qeyrətə sən, ada sən.
Zaman — zaman düşəcəksən yada sən,
Heydər baba, əbədisən, əbədi.
* * *
Səni Babək, Şah İsmayıl sanmışam,
Vəfat günü ağlamışam, yanmışam.
Xatirəni ehtiramla anmışam,
Heydər baba, əbədisən, əbədi.
* * *
Qəlbimizdə qalacaqsan əbədi,
Şölə saçan bir ocaqsan əbədi.
Sənin qəbrin qibləgahdı, Kəbədi,
Heydər baba, əbədisən, əbədi!

Müəllif: Məmməd MƏRZİLİ

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

HEYDƏR ƏLİYEV 100

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycanda Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş internet saytı yaradılıb.

Azərbaycanda Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş internet saytı yaradılıb.
Bu barədə layihənin rəhbəri, jurnalist Fərid Azəri məlumat verib.
Onun sözlərinə görə, 10 illik araşdırmanın nəticəsi olan sayt Azərbaycan, İngilis və Fars dillərində fəaliyyət göstərəcək.
İnternet resursunda dahi şairin fotoşəkilləri, əlyazmaları, kitablarının elektron versiyaları, söylədiyi şeirlərin, o cümlədən müsahibələrinin səs yazıları, eləcə də İran və Türk əsilli alimlərin Şəhriyar yaradıcılığına həsr olunan elmi əsərləri toplanacaq.
Saytın videomaterialları arasında həmçinin Türkiyə və İran televiziyalarında vaxtaşırı şairin xatirəsinə ithaf edilən verilişlər də yer alıb.
Layihə rəhbəri əlavə edib ki, yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək saytdan Şəhriyarsevərlərlə yanaşı, həm də onun həyat və yaradıcılığını araşdıran elm adamları da faydalana biləcək.
Qeyd edək ki, “NEYMAN ENTERPRISE TECHNOLOGIES” şirkəti tərəfindən hazırlanan saytın maliyyə dəstəyini “PALMALI” şirkətlər qrupu üzərinə götürüb.
Layihənin koordinatoru isə jurnalist Teymur Bayramovdur.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR


ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏDƏBİYYATŞÜNAS RASİM NƏBİOĞLUNUN ƏDƏBİ PORTRETİ-QURBAN BAYRAMOV YAZIR

Fədakar alim, vətənpərvər ziyalı – Rasim Nəbioğlu-70

Filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi, şair-nasir, tərcüməçi, maraqlı bədii əsərlər müəllifi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, dosent, fəxri professor, Azərbaycan Yazıçılar Birliyinin, Respublika Jurnalistlər Birliyinin, Respublika Aşıqlar Birliyinin üzvü   Rasim Nəbioğlu 70 illik yubileyi ərəfəsindədir. O, qədim Xızı-Bərmək mahalının övladıdır, Azərbaycanımızın şimal zonasında tanınmış səcərəyə- nəslə mənsubdur.

Ziyalılar hər zaman ölkənin inkişafına, dövlətin qüdrətinin artmasına, gənc nəslin milli ideya və vətənpərvərlik ruhunda yetişməsinə xidmət edən fəaliyyətləri ilə fərqlənirlər. Xüsusilə də, həm cəmiyyətin tərəqqisinə, həm də elmin inkişafına dəyərli töhfələr verən insanların fəaliyyəti nümunə təşkil edir. Onlardan biri də bütün ədəbi yaradıcılığı və fəaliyyəti bu parametrlərə tam uyğun gələn bu il, 2023-cü il martın 13-də 70 yaşını tamamlayan, ədəbi mühitdə Rasim Nəbioğlu imzası ilə tanınan Rasim Nəbi oğlu Qurbanovdur.

Rasim Nəbi oğlu Qurbanov 10 mart 1953-cü ildə Xaçmaz şəhərində anadan olmuşdur. O, 1969-cu ildə Siyəzən şəhərində orta məktəbi bitirmiş, 1972-1977-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-Azərbaycan dilləri şöbəsində təhsil almışdır. Onun “Mahiyyət, təzahür” adlı ilk məqaləsi də 1972-ci ildə ADU-nun çoxtirajlı “Bilik” qəzetində çap edilmişdir. 

Lakin  Rasim Nəbioğlu peşəkarcasına 1978-ci ildən ədəbi-elmi, tənqidi fəaliyyətə başlayıb. Maraqlı budur ki, o özünü bu istiqamətdə dönməz fəaliyyətinə müsabiqə yolu ilə yarışın qalibi kimi yol vərəqəsi alıb. Azərbaycan Yazıçılar Birliyinin (Azərbaycan Yazıçılar İttifaqı) və bu birliyin ədəbi orqanı olan “Azərbaycan” jurnalında yaradılmış “Gənc tənqidçilər” studiyasının təşkil etdiyi müsabiqədə qalib olaraq özünü təsdiqləmiş, studiyanın üzvü kimi sürəkli ədəbi fəaliyyətə başlamış, irəlilədikcə ədəbi mühitdə ədəbiyyatşünas, tənqidçi, publisist, şair, esseist, tərcüməçi kimi çıxış edərək tanınmışdır… 

Onun qələm məhsulları,  yazdığı elmi, nəzəri-estetik, ədəbi-tənqidi məqalələri, tərcümələri, fəlsəfi, sosioloji və psixoloji məzmunlu ədəbi-bədii yaradıcılıq nümunələri  APXDİ-nin (indiki ADU) çoxtirajlı “Bilik”, həmçinin, “Qurucu” (Dəvəçi rayonu – indiki Şabran), “Şəfəq” (Quba rayonu) qəzetlərində, “Azərbaycan”, “Литературный Азербайджан”, “Müasir mədəniyyətşünaslıq” jurnallarında və respublikanın digər elmi nəşrlərində, “Ədəbiyyat qəzeti”ndə, “Azərbaycan müəllimi”, “Respublika”, “Millət”, “Şəhriyar”, “Oğuz eli”, “Xalq qəzeti”, “Vətəndaş həmrəyliyi”, “Versiya”, “525-ci qəzet”, “Mədəniyyət” və s. mətbuat orqanlarında, habelə Ədəbiyyat İnstitutunun elmi nəşrlərində, Respublikanın elmi məcmuələrində, ABŞ-da, Rusiyada, İran və Türkiyədə, Orta Asiya respublikalarında çap edilmişdir…

Rasim Nəbioğlu ardıcıl olaraq respublika mətbuatında elmi, tənqidi, publisistik məqalə, tərcümə, esse, hekayə və s. janrlarda çıxış edir. Rasim Nəbioğlu mükəmməl təhsil görmüş, səmərəli fəaliyyət göstərmişdir. O, Azərbaycan  MEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına (qiyabi) daxil olmuş (1982), iki illik rejissorluq kursunu bitirmiş (1988-1990), Siyəzən Mədəniyyət Sarayında və məktəblərdə dram, bədii özfəaliyyət, qiraət, “Gənc qələmlər” dərnəklərinə və “Xəzər” ədəbi birliyinə rəhbərlik etmiş, Səməd Vurğun adına Rus Dövlət Dram Teatrında işləmişdir (1992).    Rasim Nəbioğlu, həmçinin, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi işləməklə bərabər, 2007-2015-ci illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində (indiki Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi) elmi katib, şöbə müdiri, habelə kulturologiya və sənətşünaslıq indeksləri üzrə  Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının siyahısındakı “Müasir Mədəniyyətşünaslıq” elmi, metodiki, publisistik jurnalının elmi redaktoru kimi çalışmışdır. Onun bu fəaliyyəti həm də, Rasim Nəbioğlunu bir pedaqoq, mədəniyyət və mətbuat adamı kimi tanıtmışdır… 

“Hüseyn Cavidin estetik idealı” mövzusunda (Elmi rəhbəri akademik Məmməd Cəfər) dissertasiya müdafiə etmişdir (1991), 1994-1997-ci illərdə doktoranturaya çıxmışdır. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında direktor müavini vəzifəsini daşımışdır (1995). Bəzi mətbuat orqanlarında və nəşriyyatlarda korrektor, müxbir, şöbə müdiri, elmi redaktor və baş redaktor olmuşdur.

Rasim Nəbioğlu 19 ədəbi-tənqidi, publisistik və tərcümə kitabının, həmçinin, 200-dən çox məqalənin müəllifidir. Qələm məhsullarında daha çox bədii-fəlsəfi ümumiləşdirmələrə meyl edən Rasim Nəbioğlu çox vaxt özünün sosial-etik və kulturoloji-estetik platformasından çıxış edir. 

Onun  “Hüseyn Cavidin estetik idealı”,  “Vüqar Əhmədin yaradıcılıq yolu” monoqrafiyasının, bədii yaradıcılığını əhatə edən, “Dərəzarat” və “Xatəmül-Ənbiya”  poemaları, şeirləri, esseləri, hekayələri və ingilis dilindən tərcümələri daxil edilmiş  “Dərəzarat”, iki cildlik  “Mədəniyyət. İncəsənət. Ədəbiyyat”  adlandırdığı məqalələr toplusunun (2017,2021), “Aforizmlər və hikmətli sözlər”, “Bürclər taleyimizdən xəbər verir”, “İngiliscə-rusca-azərbaycanca danışıq kitabçası”   kitablarının müəllifi, tərtibçisi və mütərcimidir… 

Bu əsərlər sübut edir ki, Rasim Nəbioğlunun yaradıcılığını, ədəbi-elmi fəaliyyətini həmişə dinamik, axtarışda olan universal, çoxşaxəli, çoxspektrli, yaradıcılıq təsnifatına daxil edək… Onun yaradıcılığına nəzər salanda görürük ki,  onun zəngin yaradıcılığı tarix, pedaqogika, mədəniyyətşünaslıq, həmçinin, estetika, etika, sosiologiya, psixologiya və s. bu kimi fəlsəfi elm sahələri ilə sıx bağlıdır. Başqa sözlə, Rasim Nəbioğlu müasir humanitar təfəkkürlü qələm sahibidir.

Rasim Nəbioğlu ingilis dilinin sirlərini yaxşı bildiyindən onun həm bu dildən tərcümələri, həm də Azərbaycan dilindən ingiliscəyə tərcümələri eləcə qənaətbəxş deyil, mükəmməldir və bu dili bildiyindən onu nəzəri görüşləri də, elmi-nəzəri mətnlərin ifadə texnologiyası da  qərb nəzəri texnologiyasının səviyyəsi uyarındadır, stereotip deyil, tamamilə özününküdür… 

Rasim Nəbioğlu ingilisdilli müəlliflərin şeir, hekayə və kitablarını Azərbaycan dilinə, Anar, Yusif Səmədoğlu, Əmir Pəhləvan, Ağarəhim Rəhimov və digərlərinin əsərlərini ingilis dilinə tərcümə etmişdir. Onun yaradıcılığında maraqlı hadisələrin biri də budur ki,  «Ağ gün» adlanan hekayəsi Azərbaycan yazıçılarının Amerika Birləşmiş Ştatlarında ingilis dilində nəşr olunmuş hekayələrindən ibarət topluya (2013) da daxil edilmişdir. Qeyd edək ki, görkəmli Azərbaycan yazıçılarının həmin topluda verilmiş hekayələrinin bir qismini ingilis dilinə məhz Rasim Nəbioğlu çevirmişdir. 

Onun ingiliscədən dilimizə etdiyi əsərlər də təqdirəlayiqdir… Dünyacan şöhrətli olan Uilyam Şekspirdən, Çarlz Makeydən, Lonqston Hyuzdan, Ceymz Törberdən, Corc Bernard Şoudan, Uilyam Həzlitdən və ingilis, ABŞ yumorundan elədiyi tərcümələr bu qəbildəndir. Onun tərcümələrin təqdimat mədəniyyəti və üsulu da xoşuma gəldi. Rasim Nəbioğlu lazım olan cəhətləri, mənbələri ətək yazısında şərh eləməklə bərabər, tərcümə etdiyi şeirlərin orijinaldakı mətnini də verir, müəlliflər barədə oxucularını məlumatlandırır… Bu, Azərbaycan tərcümə mədəniyyətinə gətirilən yenilikdir, örnək olası məsələdir…

Ümumiyyətlə, müstəqillik dövrü Azərbaycan tərcüməşünaslığında ciddi və səmərəli fəaliyyət göstərmiş, bacarıqlı mütəxəssis olaraq bu sahədə yetişən gənclərin elmi işlərinə elmi rəhbər, opponent, rəyçi, redaktor olmuş, habelə ingilis dili üzrə “Dərs vəsaiti”, “Testlər”, “Danışıq kitabçası, “İzahlı lüğət” yazıb çap etdirmiş, Azərbaycanın müxtəlif ali məktəblərində, universitet və institutlarında (Xəzər Universiteti, Pedaqoji Universitet, Tibb Universiteti, Lənkəran Dövlət Universiteti, Qərb Universiteti, Ali Qızlar Məktəbi, Fövqəladə Hallar Akademiyası, Milli Konservatoriya) filoloji-linqvistik və pedaqoji-metodiki fənlərdən, eləcə də etika, estetika, fəlsəfə, sosiologiya, kulturologiya və s. predmetlərdən mühazirələr oxumuş, dərs demiş, Cənubi Rusiya Humanitar Universitetinin (Rostov-Don) Bakı filialında “Dillər və ədəbiyyat” kafedrasının müdiri və dekan vəzifəsində işləmiş (1999-2006), həmin universitetin fəxri professoru seçilmiş və Avra-Asiya İnzibati Elmlər Akademiyasının (Moskva şəhəri) müxbir üzvüdür…

Yeri gəlmişkən, onu da qeyd edək ki, Rasim Nəbioğlunun elmi, nəzəri, ədəbi, tənqidi, pedaqoji fəaliyyəti həmişə diqqət mərkəzində olmuş, onun yaradıcılığı barəsində akademik İsa Həbibbəyli, Xalq şairi Sabir Rüstəmxanlı, professor Məmməd Əliyev, professor Məhərrəm Qasımlı, professor Adilxan Bayramov, Məmmədəli Mustafayev, tanınmış tənqidçi-ədəbiyyatşünaslardan Rəhim Əliyev, Vaqif Yusifli, Əli Rza Xələfli, Cingiz Qurbanoğlu, Qurban Bayramov, Qorxmaz Vəliyev, Fəttah Xalıqzadə, Şakir Əlifoğlu və digərləri maraqlı fikir və mülahizələr söyləmişlər… 

Onu da xatırladaq ki, Rasim Nəbioğlunun və onun bir neçə həmkarlarının, qələm dostlarının elmi-nəzəri tədqiqlərində, tənqidi məqalələrində postsovet mərhələsinin ədəbi hadisəsi olan qərb nəzəri fikrinin axarına yaradıcı istinadlar müstəqillik dövrü ədəbiyyatında postmodernizm cərəyanının yaranan ünsürlərinin aşkarlanmasına kömək etmiş oldu.

Psixoanalitik təhlillə bağlı Ziqmund Freydə, arxetiplər nəzəriyyəsinə görə Yunqa, struktur-semiotik araşdırmalarda Klod-Levi Strossa, R.Brata, J.Jenetə, A.Qreymasa, T.Monroya, M.Fukoya, ədəbiyyat və ideologiya problemlərində T.Eqlitona,  feminist ədəbiyyat məsələlərində Meggi Hummana, M.Eqlitona, bədii mətnin koqnitiv öyrənilməsində D.Axapkina, M.Bruna, A.Riçardsona, B.Boyda, postmodern ədəbiyyatla əlaqəli J.Lyotarda, G.Delezə, J.Deridaya, D.Kamperə və başqalarına istinad bu baxımdan diqqəti cəlb edir və Azərbaycan filologiyasına yeniliklə bərabər təzə nəfəs gəlir, yeni filoloji fikir istiqamətinin yaranmasına vəsilə olur, yeni yetişən filoloqlara istiqamət verir.

Rasim Nəbioğlunun elmi müşahidələri və tədqiqadları göstərir ki, Qərbin ədəbiyyat nəzəriyyəsi dərslikləri də istinad edilən mənbələr sırasındadır. R.Vellek-A.Varrenin, J.Kullerin, V.Qrassin, D.Karterin, P.Berrinin və s. ədəbiyyat nəzəriyyələri artıq tədqiqatlarda istifadə edilməkdədir. Bu isə nəzəriyyədə plüralizmi artırır  və sovet ədəbiyyatı standartlarını dağıdır. Bu artıq ədəbiyyat nəzəriyyəsinə, filoloji fikrə müasir, aktual, inkişaf etmiş Qərb meyarları ilə yanaşmaq prinsipidir ki, bu prinsipin yaranmasında, inkişafında Rasim Nəbioğlunun dəyərli fəal, ardıcıl fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu həmdə çağdaş tənqid və ədəbiyyatşünaslığımızın yeni, modernist metedoloji əsaslarının yaranmasına xidmət edən bir ədəbi-nəzəri prinsipdir… 

Mühüm və təqdirəlayiq cəhətlərdən biri də budur ki, Rasim Nəbioğlu özünü oxuculara şair və nasir kimi də təqdim etmişdir. Onun «Dərəzarat» (Bakı, 2013, 127 səh.) kitabına müxtəlif vaxtlarda qələmə aldığı yaradıcılıq nümunələri – «Xatəmül-ənbiya» və «Dərəzarat» poemaları, şeir və hekayələri, etüd və esseləri, habelə ingilis dilindən bədii tərcümələri daxil edilmişdir.

Rasim Nəbioğlu Hüseyn Cavid irsinin tədqiqatçısı kimi gözəllik və məhəbbətin yaradıcı qüvvə, bəşəriyyətin xoşbəxt gələcəyini təmin edəcək ali keyfiyyət olduğunu bildiyindən tədqiqatlarında olduğu kimi, hekayə və esselərində də,  bu cəhəti xüsusi şəkildə qabarda bilir. Nəbioğlu əsərlərinin əksəriyyətində, əsasən də, esselərində idealı və antiidealı qarşılaşdırır və bu qarşılaşdırma effekti ona məzmunlu nəticə əldə etməyə kömək edir, sosial-etik  və əxlaqi dəyərlər istiqamətində axara düşür.

Onun klassik ədəbiyyat, nəzəriyyə, bədii yaradıcılıq, gözəllik fəlsəfəsi və mədəniyyətşünaslıq məsələlərindən, həmçinin ictimai həyat, zaman, din, insan və cəmiyyət qayğılarından yazdığı “Hüseyn Cavid və “Topal Teymur” dramı”, “Cəfər Cabbarlının yaradıcılıq və həyat salnaməsi”, “Mikayıl Müşfiq: “Kainat olduqca”,  “Səməd Vurğun: “Bizdə şeir də var, sənət də vardır…”, “2018-ci ilin ədəbi yekunu – nəzəriyyə”, “Zamanla üz-üzə”, “Ədəbiyyatda gözəllik aləmi”, “Akademik Məmməd Cəfər Cəfərov bir filosof, estetik kimi”, “Əmanətdar şəxsiyyət, söz-qələm sahibi (Əl Rza Xələfli – 65)”, “Epos və estetik ideal”, “Görkəmli alim, aşıqşünas və xəlqi şair – professor Məhərrəm Qasımlı”, “Xalq şairinin qələmli oğlu – Müşfiq Cabiroğlu”  məqalələri bu qəbildəndir.

Bu cəhətdən biz onun elmi yaradıcılığı ilə bədii qələm məhsullarının  ayrı-ayrı komponentləri arasında estetik ideal aurasında  üzvi əlaqə olduğunu aşkar sezmək mümkündür. Ümumiyyətlə götürəndə, Rasim Nəbioğlunun yaradıcılığında, istedadında bir çoxşaxəlilik, polifonizm, universallıq özünü bariz şəkildə göstərir. Bu cəhəti onun qələm dostu, həmkarı, Əməkdar Mədəniyyət işçisi, tanınmış tənqidçi-ədəbiyyatşünas, professor Vaqif Yusifli belə təqdim edir: “Rasim Nəbioğlu üçün mövzu məhdudluğu yoxdur. O, klassik ədəbiyyatdan da yazır, müasir ədəbiyyatdan da, folklordan da, estetikadan da, mədəniyyət və incəsənətin müxtəlif problemlərindən ayrı-ayrı sənətkarların həyat və yaradıcılığından, teatr tamaşalarından da qələm çalır. Bu onu göstərir ki, Rasim Nəbioğlu hərtərəfli tənqidçi-ədəbiyyatşünasdır”.

Bir daha, xüsusi olaraq, türk qardaşlarımız demiş, “altını çizərək” qeyd edim ki, Rasim Nəbioğlu zəhmətkeş, istedadlı tənqidçi, ədəbiyyatşünasdır.

Alimin şəxsiyyət, cəmiyyət, idrak, təsəvvür, təxəyyül, ruh, vicdan, gözəllik, fəcilik, ülvilik, qəhrəmanlıq və s. bu kimi sosial-psixoloji və etik-estetik kateqoriyaları, anlayışları həm ədəbi-tənqidi, həm də bədii yaradıcılığa uğurla tətbiq etməsi onun elmi təfəkkürünün, təhlil mədəniyyətinin və tədqiqatçılıq vərdişinin mükəməlliyindən xəbər verir.

Əziz qələm dostumuz, həmkarımız Rasim Nəbioğluna bu 70 illik yubileyində ona  hər şey üçün – onun insanlığı – ziyalılığı üçün, məhsuldar istedadı üçün, ölkəsinə məhəbbəti üçün, xalqının səadətinə bəslədiyi inam üçün və nəhayət, ədəbiyyatımızın, tənqidimizin, ədəbi fikrimizin bir məhsuldar nümayəndəsi kimi uzun ömür və uğurlar arzulayırıq.  

Müəllif: Qurban BAYRAMOV

Tənqidçi-ədəbiyyatşünas

İlkin mənbə: /525.az/

QURBAN BAYRAMOVUN YAZILARI

RASİM NƏBİOĞLU-70


İRADƏ TUNCAYIN YAZILARI

AQİL ABBASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

ZAUR USTACIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru