Etiket arxivi: Sübh çağı

Zaur Ustac – Həyat simvolu

HƏYAT SİMVOLU

14 fevral 2026-cı il,
Azərbaycanın paytaxtı,
Bakı şəhəri.
Sübh tezdən
“Alov Qüllələri”nin yanından
Əyləşdim “10 nomrə”yə…
Sağımda dünya carçısı;
“Teleqüllə”,
Solumda “Alov Qüllələri”…
Aşağı düşdükcə,
Sağımda; “Şəhidlər xiyabanı”,
Məscid, funikulyor,
Qəhrəman Ziya Bünyadovun evi,
“Teleteatr”….
Sonra qnbərlik;
Daşlı, kələ-kötür yol…
“Yolki-palki” kafesi,
Şeyx Şamil küçəsi,
“Azneft meydanı”,
Yenə sağımda Mavi Xəzər,
Solumda “İlin dörd fəsli”…
Yenə solumda qalır “Qız Qalası’…
Qoynunda illərin yarası;
Müqəddəs Həvari Varoflomey kilsəsi,
Uzaqda;
Pervimayski və Karqanov küçələrinin kəsişməsində yəhudilərin sinaqoqu,
Düz yanında Kərbəlayi Abdullah məscidi,
Bir az sonra  Dağ Yəhudilərin sinaqoqu ayrıca…
Bunlar düşüncəmdə avtobus burulur şəhərin mərkəzinə – ayrılıram “Neftyannik”dən,
“Mavi gözlüm” qalır arxada…
“Dinamo” və “APİ” qalır sağımda,
“Dzerjiniski”, “26-lar”, Milli Kitabxana düşür soluma…
Rəşid Behbudovun mahnı teatrı qalır sağımda… Solda Nizami küçəsinin ən qaynar yerində – Bakının düz mərkəzində – Müqəddəs Qriqori Kilsəsi…. sağımda – 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsi dayanıb əsl “Xilaskar” kimi…
28 may küçəsini sürətlə keçib,
Mirzə Ağa Əliyevdən dönürük sağa,
Konservatoriyanın qarşısında Üzeyir bəy,
Milli Bankla üzbəüz Ulu Öndər qalırlar,
Solda arxada…
28 may metrosunun qarşısında azca dayanır avtobus…
Sağımda qalır “AZİ”, solumda “Vağzal”…
Minən minir, düşən düşür…
Davam edirik yolumuza…
Puşkin küçəsindən dönürük sağa;
Solumda qalır dahi Səməd Vurğun,
Sağımda “Bakı mehmanxası”nın yeri..
Yeri, “10 nömrə”! Yeri!
Sanki sürücü eşidib səsimi
Artır sürəti…
Yenidən çıxırıq “Neftyannik”ə…
Puşkin qalır solumda,
“Domsovet” sağımda…
“Morvağzal”a çatıb dönürük sola,
Mavi Xəzər qalır sağımda…
Uzaqda, dənizin qoynunda yuyunur Günəş!
Mavi Xəzərimin mavi gözü qan canağına dönüb!
Zəfər parkına çatıb sola dönürük,
Zəfər tağı qalır sağımda, arxada…
Düz gedirik, düz…
Qaqarin körpüsünün yerindən –
Afiyəddin Cəlilov küçəsindən keçirik…
“Raddom” qalır sağda,
Neftçilər xəstəxanası solumda…
Şah babam Xətai qalır solumda,
Ədalət məhkəməsi sağımda…
Xocalı xiyabanı ilə düz gedirik, düz…
Solumda Xətai metrosu,
Sağımda kimyaçılar məbədi;
Mendeleyev, Məmmədəliyev – oxşarlıq var…
Düz gedirik, düz…
Solda arxada;
Körpəsini Tanrıya pay verən,
Fəryad edən qadın heykəli qalır…
Yenə üzü Xəzərə gedirik…
Al qırmızı Günəş üfüqdə qızarır…
Gecənin bağrı sökülür…
Al qırmızı şəfəqin qolları uzanıb gecənin qoynuna,
Səma qəribə rəngə çalır
-mavi ilə qırmızının qarışığı…
Səmanı daha yaxından görmək istəyirəm:
-Saxla, saxla – deyirəm sürücüyə…
Dayanacağı bəhanə edib, saxlamaq istəmir…
Qapıya yaxınlaşıb əlimi ağzıma aparıram,
Öyümək imitasiya edirəm…
Tez saxlayır sürücü avtobusu.
Həmən minirəm “11 nömrə”yə…
Üzü dənizə addımlayır ruhum…
Səma tərtəmiz, hava azca ayaz…
Sübhün mehi dənizdən vurur üzümə.
Solda qarşımda, lap yaxında,
Parlaq bir ulduz sataşır gözümə…
Üzü dənizə gedib, çatıram düz yanına.
Qəribə binadır; bir sütun millənib göyə…
Lap ucda ulduz kimi parlayır “həyat simvolu”…
Günəşin rəngindən rəng qatıb rənginə;
Nə qırmızı, nə çəhrayı, nə narıncı…
Çox qəribədir rəngi,
Lap dünyanın özü kimi…
Gedirəm üzü dənizə,
Yolumun üstündə qoca qadın oturub,
Olar, səksən yaşı,
Nimdaşdır üst-başı…
Qarşısında 3-4 sarı limon,
5-6 dəstə cəfəri…
-bu nə binadır, ay xanım?  – soruşuram qarıdan.
Sübhün alaqaranlığında eyni açılır qadının…
-xanım mən deyiləm, bax, odur! – ay saqqalı ağarmış – mənim də eynim açılır…
-Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi Kilsəsidir… – başına dönüm…
14 fevral 2026. Bakı. (06:41)
Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I