GÖZLƏR (kiçik hekayə) Göz əməliyyatından çıxmış kişi bir zaman onu dəlicəsinə sevən qadına: – Sən öz gözlərini mənə vermisən. Donorum sən olduğunu bilsəydim heç vaxt buna razı olmazdım. Qadın: – Vaxtilə çox ağlatdığın gözlərdir. Qoru onları.
Bu gün “Yazarlar” jurnalının redaksiya heyəti üzvü Təranə Məmmədin doğum günüdür! Şad günü münasibəti ilə Təranə xanımı təbrik edir, can sağlığı, uzun ömr və yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Təranə xanım!
Bu gün Təranə MƏMMƏD öz “Sirr”ini oxucularla bölüşdü. İçərişəhər – Bookhouse & Cafedə gerçəkləşən görüş məkana, mən deyərdim ki, söhbətin predmetinə uyğun olaraq bir qədər fərqli formatda təşkil olunmuşdu. Əksəriyyəti adlı-sanlı qələm adamları olan qonaqların oxucu qismində iştirak etdiyi görüş geniş və əhatəli diskusiya şəklində əsl nümunəvi bir tədbir kimi yaddaşlara yazıldı. Tədbirdən fotolar:
Azərin son gülü Ağstafada heç vaxt olmamışam. Amma Qazax, Ağsatafa camaatının mərd, qorxmaz və etibarlı olduğunu çox eşitmişəm. Ürəyimdə gedib o dilbər guşəni görmək arzusu həmişə olsa da oralara qiyabi səfər edəcəyim haqda heç düşünməmişdim. Ancaq Ağstafaya məhz qiyabi səyahət etməli oldum, çünki haqqında yazacağım qəhrəman Ağstafada anadan olub. O, Ağstafanın Böyük Kəsik kəndində ziyalı ailəsində dünyaya gəlib. Anası Məmmədova Yeganə xanımın dərs dediyi orta məktəbi bitirib. Yeganə xanım oğlunu həm evdə, həm məktəbdə əsl azərbaycanlı oğul , vətənpərvər bir şəxsiyyət kimi böyütmüşdü. İndi onun adını daşıyan Böyük Kəsik kənd məktəbinin şagirdləri 44 günlük Vətən müharibəsi qəhrəmanının adına layiq böyüməyə çalışır və onun kimi vətənpərvər olmağa söz verirlər. O, adında Azərbaycanın bir hissəsini daşıyırdı. Valideynləri Azər adı vermişdilər ona. Vətən sevgisi ilə, vətən məhəbbəti ilə bir yerdə yaşadırdı bu adı Azər. Ailədə iki qardaş idilirər. Azər fərqli idi . Elə uşaqlıqdan fərqli idi. O, həmişə, hər yerdə öndə olmağı sevərdi. Hər kəsin dərdinə ilk o yarayardı. Hamının sevincini də ilk bölüşənlərdən olmaq istəyərdi. Hər yerdə fərqləndiyi kimi 44 günlük Vətən müharibəsində də fərqləndi və 9 dekabr 2020 – ci ildə Ali baş komandan İlham Əliyevin əmri ilə Vətən müharibəsi qəhrəmanı kimi yüksək ada layiq görüldü Azər. Görünür, qəhrəmanlar elə anadan qəhrəmanlıq üçün doğulurlar. Azər hələ uşaq vaxtlarından hərbçi olmaq arzusuyla böyüyürdü. 2012- ci ilin aprel ayında hərbi xidmətə yollanmış, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 – ci bölüyündə kiçik çavuş rütbəsində xidmət etmişdir. Xidmətini bitirdikdən sonra hərbiçi olmaq arzusu onu Sərhəd qoşunlarına, daha dəqiq desək, Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin 2003 №li hərbi hissəsinə gətirib çıxarır. Burada xüsusi bacarığı və idman hazırlığı ilə fərqləndiyinə görə Azər Xüsusi Təinatlı dəstəyə göndərilir və Tovuz döyüşlərində artıq kəşfiyatçi kimi fəaliyyətə başlayır. Hələ orta məktəbdə oxuyarkən torpaqlarmızın işğal altında olması Azəri çox narahat edirdi. Elə bu narahatlığın nəticəsi olaraq Vətən müharibəsinin ilk günlərindən bir çox gərgin döyüşlərdə iştirak edib qəhrəmanımız. Azər Yusifli Füzulu , Cəbrayıl, Qubadlı, Hadrut, Zəngilanın azad edilməsində şücaət göstərib. Cəbrayıl rayonu azad edilərkən Xudafərin körpüsünə və Zəngilan şəhər prokurorluğunun binasına Azərbaycan bayrağını məhz Azər Yusifli sancıb. – Yolumuz Şüşaya, Xankəndinədir! – deyirdi Azər onun halını soruşanlara. İndi atası Nazim müəllim Azərdən danışanda ürəyində oğul itkisi gövr edir, əbədi sağalmayan yarası sızıldayır. “Cəbrayılda bir neçə gün vuruşub oğlum. Düşmən irəliləməyə qoymurmuş bizim əsgərləri. Yüksək rübəli komandirin dediyinə görə Azər o döyüşdə böyük şücaət göstərib və düşmən səddinin yarılmasında fədakarlıq nümayiş etdirib. Təkcə bir döyüşdə düşmənin 30-a yaxın canlı qüvvəsini və 4 zirehli texnikasını sıradan çıxarıb”,- deyə Nazim müəllim kövrələ-kövrələ, lakin qürurla oğlundan danışır. Azərin dayısı Fərman müəllim deyir ki, Azər bir neçə yaralı əsgəri ölümdən qurtarıb. Döyüş meydanında bir nəfər də olsun yaralı qoymayıb. Hamısını od-alov içərisindən təkbaşına çıxarıb, ölümdən xilas edib. Həqiqi xidmətini başa vurduqdan sonra Azər qayıdıb doğma kəndində 12 il əhdinə vəfalı olduğu nişanlısı Songül adlı qızla ailə qurub yaşaya bilərdi. Lakin o, sevdiyi qıza bir qızıl gül bağışlayıb “Getməliyəm!” deyir və ordudan ayrılmamağı qərara alaraq Vətən müharibəsində iştirak edib qəhrəmancasına vuruşur. Bu gülün Azərin Songülə bağışladığı son gül olacağını heç kim güman etmirdi. Hamı elə bilirdi ki, Azər o qədər cəsur, o qədər güclüdür ki, ölüm ona qalib gələ bilməz. Azər əsl Azərbaycan kişisi idi, Azərbaycan qəhrəmanı idi. – Bu müharibədə geriyə dönüş yoxdur. Biz ancaq irəli gedəcəyik!- deyirdi Azər. O, dediyi kimi də oldu. Ordumuz düz Şüşüya qədər dönmədən , yorulmadan irəlilədi və sonda qələbə çaldı. Lakin… Azər o qələbəni görmədi. Zəngilan döyüşlərinin birində ağır yaralanan Azər qəhrəmancasına həlak oldu. Şəhidlik zirvəsinə ucaldı o gün Azər. Göstərdiyi şücaətə və qəhramanlığa görə Azər Nazim oğlu Yusifli “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra), “Vətən uğrunda medalı”(ölümündən sonra),”Cəbrayılın azad olunmasına görə”(ölümündən sonra) medalla təltif olunub . Martın 28-i Azərin anadan olduğu gündür. Yaşasaydı həmin gün 28 yaşını qeyd edəcəkdi… Bu gün mənim qiyabi səfər etdiyim Ağstafa şəhərinin küçələrinin biri Azər Yusiflinin adını daşıyır. Söz verirəm ki, bir gün mən də Azərin məzarını ziyarət edib ona yaşadığım üçün, qoğma Qarabağımı mənə qaytararkən canindan keçdiyi üçün ona mütləq təşəkkür edib bir ömür ona və onun kimi minlərcə şəhidlərimizə borclu olduğumu bildirəcəm. İndi isə bilirəm ki, bu bahar günündə məzarının üstündə pərvaz vuran quşlar, minlərlə insanın ona gətirdiyi güllər, çiçəklər onun ölməz ruhunu oxşayır. Bu məzarı ziyarət edən hər kəs “ Allah rəhmət eləsin sənə, igid! Ruhun şad olsun!”- deyir.
Qeyri-adi tətqiqat Bu evə təzə köçmüşəm. Yarım il olar. Qonşuları hələ yaxşı tanımıram. Həyatımın çox hissəsinini işim alır əlimdən. Gecələr təcili yardımda, günüzlər də özəl klinikada çalışıram. Həkiməm. Evlənmədim. Qadınlara, qızlara heç vaxt ayıra bilmirəm. Bəlkə də hələ ürəyimi fəth edən tapılmayıb. Ev telefonuma zəng gəldi. -Axşamınız xeyir -Salam -Sizinlə söhnət etməliyəm, doktor. -Buyurun. Kimdir? -Qonşunuz. Üzbəüz binada yaşayıram. -Çox gözəl. Buyurun. Dinləyirəm sizi. -Yox. Gəlin görüşək. Telefon söhbəti deyil. -Görüşək. Harda? Nə vaxt? -Sabah axşam saat 7 də sizi həyətdəki kafedə gözləyirəm. Ertəsi gün danışdığımız kimi kafeyə getdim. Boş stolların birində əyləşib məni buraya çağıran adamı görməyə tələsirdim. Arxadan gələn səsi tanıdım. -Axşamınız xeyir, doktor. Çox sağ olun ki, gəldiniz. Sözümü yerə salmadınız. – Buyurun, mən sizi ilk dəfədir görürəm. Və… – Tanış olaq. Adım Avraamdır. Bu adı mən özüm seçmişəm . Avraam Linkolnu çox sevdiyimdən. Onu da mənim kimi öldürüblər. – Bağışlayın. Anlamadım. – Məsələ burasındadır ki, mən çox maraqlı bir tətqiqatla məşğulam Qarşımdaki cavan oğlanın psixikasında problem olduğunu dərhal hiss etdim və – Mənim sizin tətqiqatda rolum nə? – Mən uzun illərdir nə vaxt və necə öləcəyimi hesablayıram. Vaxtı hələ bilmirəm. Amma necə öləcəyimi bilirəm. Bunu dəqiq bilirəm. – Siz dəlisiniz – Bəli. Mənə hamı dəli deyir. Çünki məni anlamırlar. Siz elə bilirsiniz dəli deyilən hər kəs dəlidir? Əsla. Onların beyinlərinin quruluşu siz normal dediklərinizdən fərqlidir. – Bilirsiniz, cavan oğlan, mənim o qədər vaxtım yoxdur. Mən bu cəfəngiyyatı eşitmək belə istəmirəm. Nə istəyirsiniz edin mənim burada nə işim var? – Məsələ burasındadır ki, məni siz öldürəcəksiniz.Hesablamalar nəticəsində sizin evdən gəlir mənə ölüm. – Nə? Siz həqiqətən xəstəsiniz. Mən həkiməm, insanlara şəfa verirəm. Mən niyə kimisə öldürməliyəm? -Bilmirəm. Ancaq mənim tətqiqatımın nəticəsinə görə məni siz öldürməlisiniz. Mən əsəbi halda ayağa qalxdım -Sağ olun. Mən getməliyəm.Xahiş edirəm məni bir daha narahat etməyin! Bu olanları çox fikirləşdim. Və qərara gəldim ki,həqiqətən sərsəmin birinə rast gəlmişəm və maraqlısı da odur ki, o mənim qonşuluğunmda yaşayır. Bir həftə sonra təcili yardım həkimi kimi bir mənzilə çağırıldım. Qapını yaşlı bir qadın açdı. O oğlunun halının qəfil pisləşməsini dedi və bizi içəri dəvət etdi. Xəstənin bir neçə gün əvvəl mənimlə kafedə görüşən adam olduğunu görüb özümü itirdim. – Salam doktor. – Nə olub Avraam? – Avraam deyil adı, ay doktor – deyə ana ağlamağa başladı. Narahat olmayın, ana, biz tanışıq. Öz aramızda ona elə deyrik. Qadın sakitləşib geri çəkildi. – Doktor. Bəlkə bu elə həmin gündür? Siz indi mənə iynə vuracaqsınız və mən… – Siz sağlamsınız. Ağrayan yeriniz varmı? – Bilmirəm. Başım, başım bərk ağrayır. Gözlərim qaralır. Mən təcili onun təzyiqini ölçdüm və tibb bacısına göstəriş verdim. Düzü təşvişdəydim. Təzyiqi çox yüksək idi. Onun sərsəm sözləri isə qulağımda səslənirdi. “Məni siz öldürəcəksiniz” Tibb bacısının əlindəki şpritsə baxıb – Dayan – dedim- Lazım deyil! Vurma! – İsti su gətirin! Limon sıxın! Bir neçə adi tədbirlərdən sonra o özünə gəldi. Baş ağrısı keçdi. Gözləri açıldı. Mən tərimi silib ayağa qalxdım – Yaxşısınız artıq. Biz gedək. – Doktor mən səhv edə bilməzdim axı. – Siz nəinki səhv edirsiniz, hətta boş bir fikir söyləyirsiniz. Qapıda qoca anayla sağollaşıb mənzili tərk etdik. Maşında siqaret çəkə- çəkə fikrə getdim: “Birdən həqiqətən o iynədən ölsəydi?” Sonra, sanki yuxudan ayılıb fikrimi dağıtdım. Həyat davam edirdi. Bu sərsəm qonşumu tədricən unudurdum. O da məni narahat etmədi daha. Bir gün işdən qayıdanda qonşuların bir yerə toplandıqlarını gördüm. Maraqlanıb onlara yaxınlaşdım. Qonşu binada yaşayan cavan oğlanın bu gün səhər öldüyünü eşitdim. Bu həmin mənimlə kafedə görüşən oğlan idi. Ölümün səbəbiylə maraqlandım. Dedilər ki, yolu keçəndə onu maşın vurub. Elə yerindəcə keçinib. Çox pis oldum. Sürücünün kim olduğunu bilmək istədim. Heç kim bilmədi. Ürəyimdə ona çox yazığım gəldi. Yorğun halda pilləkənləri qalxıb evə getdim və işıqları yandırmadan divana uzanıb fikrə getdim. Onunla kafedəki söhbəti sonra onu necə xilas etdiyimi yada saldım. Telefon zəng çaldı. Dostum idi. – Salam. Qanım qaradır. Qonşuluqda tanıdığım bir oğlanı maşın vurub. Ölüb. – Hə.Bilirəm. Bilirsən kim vurub? -Yox – Sənin evinin keçmiş yiyəsi. Sən evi ondan almısan.
Yazarlar jurnalının redaksiya heyətinin üzvü və digər mühüm işlərdə daim dəyərli tövsiyələri ilə gənc yazarlara dəstək olan Təranə Məmməd “İlin yazarı” nominasiyasında beynəlxalq mükafata layiq görülüb. Təranə xanım təəssüratlarını oxucuları ilə belə bölüşüb:
“Qonşu Gürcüstanda təşkil olunmuş “İveriya” beynəlxalq ədəbiyyat və incəsənət festivalına dəvət almışdım. Müəyyən səbəblərdən həmin festivalda “onlayn” iştirak etməli oldum. Bu yaxınlarda aldığım “İveriya” mükafatı çox gözlənilməz və sevindirici oldu. Müsabiqəyə 4 kiçik hekayə göndərmişdim. Müsabiqənin təşkilatçısının dediyinə görə hekayələr münsüflər heyəti tərəfindən bəyənilib. Festival-müsabiqənin təşkilatçılarına və şəxsən Nuqzar – petre Çeaberaşviliyə təşəkkür edirəm.”
Biz də “Yazarlar” olaraq, Təranə xanımın uğurna öz uğurumuz kimi sevinir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Təranə xanım!
XOŞBƏXTLİYƏ AZADLIQ VERİLMƏYƏNDƏ… Təkcə ədəbi qəhrəmanının yox, əsərindəki bütün obrazların xarakterlərini mükəmməl yarada bilməyən söz adamının yazdıqları yaddaqalan ola bilməz. Təranə Məmmədin yığcam hekayələrinin qəhrəmanlarında bu mükəmməllik əsəri oxunaqlı etməklə bərabər, həm də onların müsbət və mənfi etik-əxlaqi xüsusiyyətləri bir mənəvi dərs kimi dəyərlidir. Təranə xanım “Sirr” romanında da təzadlı xarakterlər yaratmağı bacarıb. Əsərin baş qəhrəmanları – sevginin əzablı yollarında bütün çətinliklərə sinə gərən Elçin və Ayna, həmçinin digər obrazlar – Aida, İradə xanım, Malik, Humay ana, şəhid Elvin, Elçinin həyat yoldaşı Şəmsiyyə, oğlu Azad hər gün rastlaşdığımız, ancaq diqqətimizdən yayınan insanlar olsa da, yazıçı təhkiyəsi onları bizə ya doğmalaşdırır, ya da belələrinə rast gəlməyi arzulamır. “Həyatda hər şeyi pulla, var-dövlətlə ölçən, bir qədər sərt, bir az özündən razı, təkəbbürlü” İradə xanımla sadə, səmimi, mənəvi zəngin, maddi sərvətlərə laqeyd Ayna bir-birindən yerlə göy qədər fərqli ana və baladırlar. Böyük bir klinikanın baş həkimi İradə xanımın “fəlsəfə”si: “həyatda hər şey alınır və satılır. Bu səbəbdən də çalışıb alıcı olmaq lazımdır. Bunun üçün həmişə qazanmaq, həmişə fəal olmaq gərəkdir”. Əslində İradə xanımı da qınamıram. O, madar övladının gələcəyindən nigaran qayğıkeş anadır. Aynanın durumundakı dəyişikliyi həmin an hiss edir. Ancaq bircə alqışlayanmamalı xisləti var ki, hər şeyi maddiyyatda görür. Anlamır ki, pul həmişə səadətə yol açmır, pul bəzən bəlalar da gətirir. Təranə xanım zamanın nəbzini tutmağı bacaran yazıçı olmaqla yanaşı, həm də həssas və mərhəmətli anadır. O, hekayələrindəki müxtəlif ana obrazları bu günün qayğıları ilə yaşayır zamanın xaosundan narahatdır. Həmişə vurğulayır ki, bəşər övladının hamısı eyni mənəvi yükü daşımır, müsbəti də var, mənfisi də. Bu, həyatın gerçəkliyidir, heç kim də bundan qaça bilməz. Ayna isə tam başqa xarakterli, ayıq düşüncəli, erudisiyalı, insansevər çağdaş Azərbaycan gəncidir. “O, anasının yaşadığı həyat tərzini bəyənmir”. Həyata baxışı başqadır, “müstəqilliyi və fərqli düşünməyi sevir”. İki əksqütblü düşüncə tərzi hətta ailə daxilində onların bir-birinə yaxınlaşmasına, problemləri birgə həll etməsinə əngəl törədir. Ona görə də Ayna anasının məsləhətini – “elə adamlarla oturub dur ki, onların arasından özünə ər tapasan” öyüdünü ən azı yola verir, onu yerinə yetirmək fikrindən uzaqdır. Ayna üçün mənəvi meyarlar sadəlik, səmimilik, təmənnasız münasibət, mərhəmət, saf sevgidir. Bu səbəbdən “hərdən anası ilə fikirləri haçalanır”. Yazıçı İradə xanımın iç dünyasının paxırını Aynaya daha bir “ağıllı” məsləhəti ilə açıb tökür: “çalış sevmə, əziyyət, cəfa, hicran, bunlar sənə lazımdır?”… İradə xanımın Aynadan sonra ikinci əksqütblüsü çıxılmaz qayğıların burulğanında çarpışan Humay anadır. Elçinin və şəhid Elvinin anası cəfakeş, övladlarının üstündə kövrək yarpaq kimi əsən həssas qəlbli insandır. Aynanın rəfiqəsi Aida dostluğa sədaqətli, hər situsiyada nə etmək lazım olduğunu bilən, ən çətin və ağır günlərdə rəfiqəsinin dərdinə şərik olan, Aynanın xoşbəxtliyi naminə özünü fəda etməyə hazır dayanan, uzun müddət ilahi sevgisinin yolunu gözləyib ona qovuşan sevgilidir. Elçin sadə və qayğıları bol ailədə böyüyüb, püxtələşib, anası və qardaşı ilə birlikdə ehtiyac içində yaşayıb. Hər şeyi pulla ölçən İradə xanım ona Aynadan əl çəkmək üçün pul da təklif edib. Bundan qəti imtina edən, qürurunu və sevgisinin saflığını qoruyan Elçin həmin gündən Aynanın xoşbəxtiliyinə mane olmamaq üçün bir daha onunla görüşməməyi qərara alıb. Sonradan bacarığı və zəhmətiylə şirkət sahibi olub. O, kitabın redaktoru, qazi şair – publisist Rəfail Tağızadənin yazdığı kimi, “sevgisinə sadiq qalan və ömrünün sonuna kimi unutmayan Azərbaycan kişi”sidir. “Sevginin həddini bilməyən” Elçinin öz sevgi ölçüsü, əyarı, qədəri var. Elə əvvəldən Elçin ilə Aynanın xoşbəxtliyi yolunda “qaratikan” bitmişdi, Təpəgöz kimi səadət yolunu kəsmişdi. Bu, pul, sərvət hərisliyi, qılıncdan da iti tamah idi. Belə qollu-budaqlı “qaratikan”ı İradə xanım uzun müddət idi səhra ürəyində becərməkdəydi. Yaxşı bilirik ki, səhra bitkilərinin yarpağı, çiçəyi, meyvəsi olmur, ancaq tikan sahibidirlər. Tez-tez Ayna ilə Elçinin kövrək, azad sevgiyə tamarzı qəlbinə zəhərli ox kimi batan tikanlar onlara acı, əzab, kədər, sağalmaz mərəzlər bəxş etməkdəydi, “ömürlərini bada verirdi”. Elçin babasının İçərişəhərdəki “həm keçmiş, həm də çox uzaqdan boylanan gələcək” yaşayan evində xəyallar içərisində çabalayanda “yanında Aynanı hiss edirdi”. Onun “uğur mələyi” əlçatmazlıqda nakam sevgisinin acısını çəkməkdəydi. “Bütün ali hisslərə yad” İradə xanım isə öz xislətiylə baş-başa dayanıb iki sevən gəncin həyatını hərraca qoymuşdu – pullu, “nüfuzlu” kürəkən axtarırdı. Amansız tale onu Maliklə rastlaşdırdı. Malik adlı-sanlı nəsildən idi, həm də polkovnik İsmayılovun bacısı oğluydu. Malik həkim geniş dünyabaxışlı, mədəni, alicənab olsa da anlamırdı ki, “əgər qadın bir kişini gerçəkdən sevərsə, onun gözündə dünyadakı kişilər tam olaraq anlamını itirər” (Oskar Vilde). Sonradan Malik “qadının yer üzündə ən vacib vəzifəsi ana olmaqdır” fikrinə gəlib Aynaya sivil qaydada, dostcasına ayrılmağı təklif edəndə yəqin ki, mənim kimi çoxları da Malikin böyüklüyünə həsəd aparacaqlar. Çünki hər Şərq kişisi özünün dünyaya övlad gətirə bilməmək bacarığının olmamasını etiraf edə bilməz… Elçinlə Aynanın və Maliklə Aynanın ilk görüşlərində yaşananları Təranə xanımın təhkiyəsi ilə analiz edib paralellər aparanda görürük ki: “Ağappaq incə çiçək dəstəsi, iki gəncin arasında ilk bağlantı – bir saniyəlik baxış və zövqlərin üst-üstə düşməsi” sevginin ilahiliyindən xəbər verir.Təranə xanım sevginin aliliyinə Aynanın diliylə aydınlıq gətirir: “Sən başqasan, Elçin! Sən hamı kimi deyilsən. Bilmirəm necəsən, amma başqasan”. O “hamı”lar, o “başqa”lardı ilahi sevgiyə, xoşbəxtliyə qənim kəsilənlər. Malik isə laboratoriyada ilk atüstü görüşdəcə Aynaya gözəllikdən alacalanmış şəhvətli gözlərlə baxır, Aynanın əlini öpməyə çalışır. Sonrakı görüş üçün restoranı bağlatdırır, Aynanın barmağına üzük taxmaq şərəfinə nail olmaq istəyir. İki fərqli münasibət, iki fərqli duyğu, biri ilahi, o biri qeyri səmimi. Ağappaq incə çiçək dəstəsi və brilyant üzük. İki fərqli sevgi etirafı. Malik də Aynanı sevirdi, yazıçı bizi buna inandırır, ancaq Malik anlamaq iqtidarında deyil ki, sevgi qarşılıqlı olmalıdır: “Tanrı insana həyat adlı ən gözəl nemət, dərk etmək imkanı və bir az da şans verirsə və o bundan düzgün istifadə edə bilmirsə, günah özündədir. Ən Ali məhkəmədə “nədən narazısan?” sualına cavabı “heç nədən” olmalıdır. Çünki həyat yaşamaq üçündür”. Dərin hikmətdir, lap aforizm səviyyəsində… Həyat bəşər övladının gözündə ya məzhəkə, ya dram, ya da faciə şəklində yazılmış ömür kitabıdır. Hər kəs bu kitabı öz əməlləri ilə yazır, pozur. İradə xanım Aynanın və Elçinin həyatına dramatiklik gətirən səhnələrin müəllifiydi, Ayna, Elçin, Aida isə xoşbəxtliyi üçün çarpışan, ömür kitabının hər qiymətli səhifəsini işıqlı qəlbləri ilə yazmağa çaılşan həyat aşiqləri, həm də bəyaz barış göyərçinləri. Doğrudan da, bir mahnıda deyildiyi kimi, sevənlərindi dünya… İradə xanımın monoloqvari gecikmiş etirafı sonrakı peşmançılıqdan, quru təsəllidən başqa bir məna daşımır: “Gör başıma nələr gəldi. Mən qızımın ad-sanını qorumağa çalışarkən indi bu naməlum əlaqəni necə qəbul edə bildim? Mən Elçinə evimdə qızımla görüşməyə necə icazə verdim? Bəlkə həqiqətən bütün bunları Tanrı mənim yersiz qürurumun, yekəxanalığımın nə qədər əsassız olduğunu sübut etmək üçün göstərir? Mən doğma qızımı sevdiyi insandan ayırıb onu pula, evə, vəzifəyə görə bir başqasına ərə getməyə vadar etdim. Allahın işinə bax ki, qızım bu neçə ildə ana da ola bilmədi. İndi isə mən, İradə xanım, heç vaxt qəbul etmədiyim qanunsuz görüşlərə, qızımın başqa kişiylə görüşməyinə göz yumuram. Mən bunu necə edə bildim? İndi hətta Aynanın Elçindən uşağı olsa, mən bunu qəbul etməyə hazıram”. Obrazların daxili aləminə vara bilmək, psixoloji məqamları açmaq bacarığı yazıçı, şair kimi Təranə xanımın böyük uğurudur. Bu onun ana, həyat yoldaşı, pedaqoq missiyasının və mühüm dövlət orqanlarındakı işinin nəticəsidir. Təranə xanım “Sirr” romanı ilə ürəyindəkiləri bəşər övladına bəyan edir: ”siz hər şeyi bilə bilməzsiniz, çünki siz Allah deyilsiniz!”. Allahlıq iddiasında olanların sonrakı peşmanlığının faydasız olduğunu babalarımız çoxdan deyiblər, çoxumuz isə ata-babalarımızın dediyinə biganələrdənik. Çat vermiş ürəklərin ağrılarına məlhəm qoymaq bəzən heç zamanın da yadına düşmür. Nə yaxşı ki, Elçinlər, Aynalar, Aidalar hələ ətrafımızda yaşayırlar… Roman elə qeyri-adi, gözlənilməz hadisələrlə sona çatır ki, bu ədəbi keçidi heç kim gözləmirdi. Nədir, gözləmədiyimiz hadisələr? Qoy, bu da sirr olsun. Bu sirri bilmək üçün əsəri oxumaq məsləhətdir. ‘Sırr’ sızi nəhəng bir novella təsiri bağışlayacaq. Aristotelə görə, sevgi əzab çəkməkdir. Ayna da, Elçin də əzab çəkə-çəkə yaşadılar və… Bu “və”nin arxasında çox suallar dayanıb. On yeddi ildə Elçin tez-tez kimin qəbrinin üstə tər ağappaq gül dəstəsi qoyurdu? Və sair, və ilaxir… Təranə xanımın bir ana harayıdı “Sirr”. İnsanları başa salmağa çalışır ki, ürəyimizi sevgi ilə qidalandırmasaq mənəvi dünyamız bütün müqəddəs dəyərləri itirəcək. Bu da insanlığın məhvi olacaq. Bəli, Təranə xanım, “sevgini insanı diriltmək gücünə inanmayanlar” yaşaya bilməzlər… “ Xoşbəxtliyə azadlıq vermək lazımdır” (Əbu Turxan). Xoşbəxtliyə azadlıq verilməyəndə doğmalarımıza əzablı ömür yaşadırıq və yaşadacağıq. Axı həyatın hər anı qiymətlidir. Qədrini bilək… Yanvar 2022.
Bu dəfə“SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış jurnalist Adil İrşadoğludur.Bizimlə söhbətə qoşulanların hamısına əvvəlcədən təşəkkür edirəm. Sual 1: – Adil müəllim, hər şeydən əvvəl sizi doğum gününz münasibətilə təbrik edir, sizə uzun ömür və can sağlığı arzu edirəm. Arxada nə az, nə çox 68 il var. Ömür karvanında özünüzü necə hiss edirsiniz? Cavab: – Bu keşməkeşli dünyamızda diqqət göstərib məni yada saldığınıza görə, doğum günüm münasibətilə məni təbrik etdiyinizə görə çox sağolun. Sizə və oxucularınıza minnətdaram. Ömür karvanımda özümü ruhən cavan, cismən yaşlı, qəlbiqırıq, müqəddəs arzularından çoxuna çata bilməyən bir insan kimi hiss edirəm. Ancaq buna baxmayaraq Tanrıya – Allaha daim şükür edirəm. Ümidlə yaşayıram. Allah heç kimi ümidsiz buraxmasın. Sual 2: – Siz Ağdamda sayılan seçilən ailələrdən birində anadan olmusunuz. Valideynlərinizdən aldığınız tərbiyəni öz övladlarınıza ötürə bildinizmi? Cavab: – Valideynlərimdən aldığım tərbiyəni öz övladlarıma ötürməyə çalışdım, ancaq onlar başqa bir zamanda yaşayırlar, həmin tərbiyəni qismən qavradılar. Hər bir ailə, hər bir xalq özünün xoşbəxt gələcəyi naminə ümidlərini ilk növbədə, gənc nəslə bağlayır. Gənc nəslin bilikli, vətənpərvər, diqqətli, məsuliyyətli, xeyirxah, halal və haramı başa düşən kimi yetişdirilməsi hər bir ailə üçün, hər bir ölkə üçün ən başlıca məsələdir. Sual 3: – Dostumuz və sevimli şairimiz Adil Cəmilin bir şeiri var “Mən yaşamaq istədim, mən yaşaya bilmədim”… Bu sözlər sizə nə dərəcədə aiddir? Cavab: – Allah tələbə yoldaşım, dostum və Azərbaycan xalqının sevimli şairi Adil Cəmilə cansağlığı, uzun ömür versin. Onun rəhmətlik oğlu Orxanla da dost idim. Orxan mənim oğlum Elşadla universitetdə birlikdə təhsil almışdılar. Onlar da dost idi. Ancaq heyf ki, indi Orxan bu dünyadan köçüb… Qaldı ki, Adil Cəmilin “Mən yaşamaq istədim” şeirinə, bu şeir qismən mənə aiddir. Mənə aid olan Adil Cəmilin bax, bu şeiridir :
MƏN DÜNYANI DUYAN GÜNDƏN Mən dünyanı duyan gündən Taleyimə biçilmədim. Böyük-kiçik şahiddir ki, Böyümədim, kiçilmədim. Yenə qaldım mənliyimdə – Yeyilmədim, içilmədim. Nə yaxşı ki, “pay verilən Qismətimlə” ölçülmədim. Özgə qismət qismətimmiş – Bu fürsəti keçirmədim. Ürəyimin yanğısını Boş günlərə içirmədim. Dünya mənə çox yalvardı, Ürəyimə köçürmədim… Sual 4: – Gəlin həyatımızın ən gözəl anlarına, uşaqlığa qayıdaq. Ağdam şəhəri, armudlu həyət, qonaqlı-qaralı baba evi… Nələr düşür yadınıza? Cavab: – Həmin həyətin ağdamlıların və Ağdama gəlib-gedənlərin dilindən səslənən məşhur bir adı var idi, “Armudun dibi”. Bu barlı-bəhərli həyətin, evin bünövrəsini mənim rəhmətlik babalarım, …Məhəmmədəli bəy, Mikayıl bəy, Məhəmməd bəy qoymuşdur. Soruşursunuz ki, nələr düşür yadınıza? Yadıma çox şey düşür. “Armudun dibi”ndə Əsgərana, Xankəndinə, Şuşaya gedən avtobusların stansiyası var idi. Rəhmətlik Əmir kişi avtobus stansiyasında çayxana açmışdı. Çayxanaya yaxın əkilmiş armud ağacının hacalanmış gövdəsində oturub armud yeyərdim və armudun qalığını erməninin başına atardım. İndi fikirləşirəm ki, o vaxt lap düz etmişəm… Valideynlərim ailə quranda həmin ünvanda yaşayıblar. Mən doğulandan 6 yaşıma qədər valideynlərimlə bu evdə yaşamışam. Bu məkanla bağlı xatirəm çoxdur. Sonra ailəmiz baba yurdundan başqa bir evə köçdü. Sual 5: – Siz jurnalistsiniz. 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüsünüz. Nə vaxt və harada başladınız, bu işə? Cavab: – Bəli, mən Azərbaycan Respublikasının ahıl jurnalistlərindən biriyəm. Jurnalistikaya uşaqlıqdan böyük həvəsim olub. Hələ Ağdam şəhər 1 saylı orta məktəbdə 5-6-cı siniflərdə oxuyanda məktəbimizin ictimai həyatından yazılar yazar və fotolar çəkib rayon qəzetimizdə çap etdirərdim. Çapdan çıxan qəzeti səhər tezdən köşkdən alıb evimizə gətirərdim. Atam, anam, bacım və qardaşım mənim uğuruma sevinərdilər. Bu da məni çox ruhlandırırdı. Orta məktəbi əla qiymətlərlə bitirdim. Fikirləşirdim ki, ya şərqşünas olacam, ya da jurnalist. Jurnalist olmaq qismətimdəymiş. Azərbaycan Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin telejurnalist bölməsini əla qiymətlərlə bitirdim. Məni Azərbaycan Respublikası Nazirlər Sovetinin yanında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə redaktor işləməyə göndərdilər. 25 il (5 il ştatdankənar, 20 il ştatda) bu məbədgahda, əsl həyat məktəbində nöqsansız, şərəflə çalışdım. Sonra digər mətbuat orqanlarında fəaliyyətimi uğurla davam etdirdim. Bu vaxtadək sevimli peşəmdən ayrılmamışam. Sual 6: – Birinci Qarabağ müharibəsinin iştirakçısısınız. O vaxtlar səngərdə döyüşcülərimizin yanında olur, cəbhə xəbərlərini mütəmadi olaraq xalqa çatdırırdınız. Qəhrəman əsgər və zabitlərimizdən verilişlər hazırlayırdınız. Həmin günləri necə xatırlayırsınız? Cavab: – Bu barədə danışmaq üçün gərək dərinə gedəm. Ancaq bu, sizin layihənizə uyğun gəlmir. Qısaca deyim ki, ölkədə müharibə gedirdi, ancaq o boyda Dövlət Televiziyasıının hərblə bağlı bircə proqramı – “Hünər” verilişləri proqramı var idi. Mən Şöbə müdirliyini buraxdım, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlimdən gələni əsirgəmədim. Fikrim-zikrim Qarabağda qalmışdı, Bakıda dözə bilmədim, yenə könüllü cəbhəyə yollandım. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldum və tamaşaçıların intizarla gözlədikləri maraqlı verilişlər hazırlayıb efirdə göstərdim. Həmin verilişlər mənim və çəkiliş qrupumun canı və qanı bahasına başa gəlmişdir. Kim idi çəkiliş qrupumun üzvləri? Jurnalist Adil İrşadoğlu, kinooperatorlar Tahir Qarayev, Fikrət Hüseynov, Ramiz Rüstəmov, Əlövsət Aslanov və Şakir Məmmədov, rejissorlar Taleh İsmayılov, Tofiq Gülməmmədov və Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Çəkiliş qrupumun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşuq. Allah şəhidlərimizə rəhmət eyləsin. Allah qazilərimizə ağrısız- acısız uzun ömür qismət eyləsin. Sual 7: – Adil müəllim, qardaşınız – təhlükəsizlik mayoru Oqtay İrşad oğlu Əliyevin vaxtsız ölümü sizə çox pis təsir etmişdi. Hətta “mən qanadlarımı itirdim” demişdiniz, o vaxt. Oqtay müəllim sizinçün kim idi? Cavab: – Oqtay mənim kiçik qardaşım idi. Oqtay mənim döyüş yoldaşım idi. Oqtay mənim dostum idi. Bu dünyanı cavan ikən, 45 yaşında tərk etdi. Bizi ağlar qoydu… Oqtay çox ağıllı, təmkinli, vətənpərvər, diqqətli, məsuliyyətli, istiqanlı və ailəcanlı bir insan, bir zabit idi. Heyf Oqtaydan. Arzularını həyata keçirə bilmədi, onları özü ilə apardı. Sual 8: – 30 ilə yaxın Azərbaycan xalqı Qarabağ həsrəti yaşadı. Siz bir ağdamlı olaraq o illəri necə yaşadınız? Cavab: – Mən bu 30 il heç yaşamadım ki… Ah-nalə içərisində üzüldüm. Ruhum Qarabağda, Ağdamda idi, cismim isə Bakıda. Dostum, Qarabağ Azadlıq Təşkilatı İdarə Heyyətinin sədri Akif Nağı vaxtilə mənə belə tərif vermişdi: “Ağdam şəhəri ayrıca planet idi, ağdamlıların balaca bir planeti. Mən kənd uşağı idim, şəhəri yaxşı tanımırdım, kənddə məktəbi bitirəndən sonra Bakıya çıxıb gəlmişəm. İndi də Ağdam şəhərini o qədər də tanımıram. Yanımda Ağdamdan danışanda çox yerini, çox adamlarını tanımıram. Amma Ağdam şəhərlilərinin Ağdamın hər xırda detalından, döngəsindən, tinindən, məhəlləsindən, adamlarından necə danışdıqlarına heyranlıqla qulaq asıram. Heç kəsin xətrinə dəyməsin, amma bu, ağdamlılardan başqa heç kimdə yoxdur. Ağdam bəlkə də dövlət içərisində bir şəhər-dövlət, Azərbaycan içərisində Azərbaycanın özündən böyük bir meqapolis idi. “İdi” deməyə də adamın dili gəlmir. Xeyli ağdamlı tanıyıram ki, onların sözü-söhbəti, hərəkəti və ruhi vəziyyətinə baxanda məndə elə təsəvvür yaranır ki, onlar Ağdamdan çıxmayıb, çıxmaq istəmirlər, hələ də Ağdamdadırlar, orda yaşayırlar. Belə insanlardan biri də dostum, tanınmış jurnalist Adil İrşadoğludur. O, Bakıya qaçqınlıq vaxtı gəlməyib, universitet təhsilindən sonra burda çalışıb, amma sovet dövrünün assimilyasiya maşını Adilin də ağdamlılığını əlindən ala bilməmişdir. Onunla oturub söhbət eyləyəndə, daim hiss edirsən ki, o, burda deyil, Ağdamdadır. Onun Ağdama belə bir təmənnasız, sözlə deyilə bilməyən bir sevgisi var”. Sual 9: – Adil müəllim, bilirəm ki, çox kövrək ürəkli insansınız, Şuşa alınan günü göz yaşlarınızı saxlaya bildiniz? Cavab: – Ulu babalarımızdan bizə miras qalan qədim mədəniyyət mərkəzimiz Şuşa erməni və rus işğalından azad edilən gün az qaldı ki, sevincdən ürəyim partlasın. O qədər ağladım ki… Təzyiqim yüksəldi, evdəkilər təcili müdaxilə etməsəydilər mən bu gün sizə müsahibə verə bilməzdim. Hələ ki, yaşayıram. Bütün günü yazıram, çalışıram. Görəcəyim çox işlər var. Allah bunları həyata keçirməyimə imkan versin, yardımçım olsun. Sual 10: – Şuşa demiş, Sizin Şuşayla bağlı çöxlu xatirələriniz olmalıdır. Bu gün Şuşada olsaydınız ən birinci hara gedərdiniz? Cavab: – Bir gün Şuşanı yenidən görmək mənə nəsib olsa birinci məscidə gedib dualar oxuyardım, doyunca ürəyimi boşaldardım. Sonra hər il yay fəslində 3 ay qonağı olduğumuz evə gedərdim. Həmin ev Molla Pənah Vaqifin məqbərəsi ilə üzbə-üz dayananda məqbərənin sol tərəfində yerləşirdi. Həmin evdə ailəmizin bütün üzvlərinin xatirələri yaşayır. O evin, o ailənin başçısı Muxtar əmiyə, onun həyat yoldaşı Mehri xalaya və bu unudulmaz ailənin dünyasını dəyişmiş digər üzvlərinə dualar oxuyardım, rəhmətlər diləyərdim. Qonşumuz Gülbuta xalanı, görkəmli sənətçimiz Flora Kərimovanın əmisigili xatırlayardım. Öz ailə üzvlərimin, uşaqlıq dostlarım Zahid Tağıyevin, Fikrət Xudatzadənin, Təranə Məmmədin, Habil Qurbanovun, İlham Qurbanovun, Nurəddin Süleymanovun, Çingiz Tağıyevin, İbrahim Rüstəmovun, Kamil Hüseynovun, Əli İsmayılovun, Şaiq Bəşirovun, Nizami Aslanovun, Tahir Qarayevin, Malik həkimin (İsmayılov), Zahid Qarayevin yanımda olmasını istəyərdim. Sual 11: – Adil müəllim, Zəfərimiz möhtəşəmdir. İndi biz ancaq irəli addımlayırıq. Siz Ağdama həmişəlik yaşamağa gedəcəksiniz? Bu qayıdışı necə təsəvvür edirsiniz? Cavab: – Mən, 1972-ci ildə ali təhsil ocağı olan Azərbaycan Dövlət Unuversitetinə daxil olduğum və 1977-ci ildə ali təhsili başa vurub təyinatla Nazirlər Soveti yanında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işləməyə göndərildiyim üçün o vaxtdan Bakı şəhərində yaşayıram, məcburi köçkün deyiləm. Ancaq dünyasını Bakı şəhərində dəyişən rəhmətlik atam, rəhmətlik anam, rəhmətlik qardaşım ailəsilə birlikdə məcburi köçkün idilər… Mən məcburi köçkün olmasam da, Bakıda atamın evlənib ailə qurduğum zaman mənə aldığı darısqal mənzilimi oğullarımdan birinə verib Ağdam şəhərində məskunlaşmağı arzu edirəm. Soruşursunuz ki, Qarabağa qayıdacaqsınızmı? Əlbəttə qayıdacam! Ömrümün qalan hissəsini dünyaya gəldiyim, gözümü açdığım doğma Ağdamda ləzzətlə yaşamaq istəyirəm. Dövlətimiz məni 6 sot torpaq sahəsində evlə təmin etsə elə sevinərəm ki… Keçmiş köçkünləri də bu qayıdışa qoşulmağa dəvət edirəm. Biz hamımız uzun illərdir ki, ata-baba yurdumuza, əzizlərimizin doğulduğu, yaşadığı, uyuduğu yerlərə həsrətik. Şərait yaradılan və təhlükəsizliyimiz təmin edilən zaman dövlətimizin “geri qayıt” əmrini canla-başla yerinə yetirməyə hazıram. Siz də hazır olun. Qayıtmaq istəməyənləri isə məcbur qaytaqmaq lazımdır. Biz işğal altındakı torpaqlarımızı geri qaytarmaq üçün müharibə aparmışıq. Bu qədər şəhid vermişik. Biz o torpaqları azad edib ərazi bütövlüyümüzü təmin etmişik. Bəs, torpaqlarımız nə üçün azad olunub? Sual 12: – Deyirəm, kaş burda bir piano, ya da tar olaydı. Sizin musiqi duyumunuz, bir neçə alətdə ifa edə bildiyiniz mənə məlumdur. Nə ifa edərdiniz indi burda? Cavab: – 1993-cü ildən bu yana nə tarda, nə pianoda, nə də gigər alətdə heç bir ifa etmədim. Yalnız ürəyim oxuyurdu, ağlayırdı, ancaq musiqi alətinə yaxın dura bilmirdim. Elə həmişə ürəyimdə bunu ifa etmişəm: Azad bir quşdum, Yuvamdan uçdum, Bir bağa düşdüm Bu gənc yaşımda. Bir ovçu gördüm, Köksümdən vurdu, Torpağa düşdüm Bu gənc yaşımda. Azad bir quşdum, Yuvamdan uçdum, Bir bağa düşdüm Bu gənc yaşımda. Sözlər: Cəfər Cabbarlı. Nota köçürən: Əfrasiyab Bədəlbəyli. İfaçısı: Səxavət Məmmədov. Sual 13: – Musiqi insanın ruhunun qidasıdır, deyirlər. Ruhunuzu daha nə qidalandırır? Cavab: – Mənim ruhumu birinci qidalandıran dünya şöhrətli sənətçi professor Arif İmran oğlu Babayevin, Əbülfət Əliyevin, Əhsən Dadaşovun, Habil Əliyevin, Mənsum İbrahimovun ifalarıdır. Məni həm də sevdiyim işlərlə məşğul olmaq, ailəmin və övladlarımın xoşbəxtliyi, məni sevən, hörmət edən səmimi dostlarımla görüşmək, onlarla birlikdə məclis qurub yeyib-içib şənlənmək, keçmişi xatırlayıb gələcəyin planlarını qurmaq qidalandırır. Sual 14: – Siz indi də internetdə, Facebookdakı səhifələrinizdə jurnalist işinizi davam etdirirsiniz, maraqlı məlumatlar, yazılar və videolar hazırlayıb paylaşırsınız. Müasir jurnalistlərə nə tövsiyyə edərdiniz? Cavab: – Onlara heç nə tövsiyyə etmirəm. Çünki onlar bizim tövsiyyəmizi bəyənmirlər. Bizi keçmişin qalığı hesab edirlər. Kinayə ilə bizə Sovetdən qalma insan olduğumuzu xatırladırlar. Ancaq bu, belə deyil. Düşündüyümə görə jurnalistika çoxplanlı, çoxmənalı, çoxüzlü kütləvi informasiya vasitəsi olub, “dördüncü hakimiyyət”, cəmiyyətin güzgüsüdür. Əfsuslar olsun ki, bizi keçmişin qalığı hesab edib yalan yazanlar azlıq təşkil etsələr də, sadəcə reytinq xətrinə, “filankəsi filankəslə filan yerdə gördülər” kimi sensasiyalı “hekayə”lər yazanlar, evinə “çörək pulu” aparmaq üçün insanları şantaj eləyib “hörmət” qazananlar da var. Amma fəxrlə deyə bilərik ki, ömrünü bu sahəyə həsr edən, həqiqi, vicdanlı, obyektiv, qərəzsiz qərarlar verən qələm sahiblərimiz reket jurnalistlərə qarşı uğurla mübarizə aparmaq, onlara qalib gəlmək və cəmiyyətimizi parlaq ayna kimi əks etdirmək əzmindədirlər. Əsl Jurnalistlər dövlətin sütunlarıdır. Onları böyük bir okeanda üzən gəminin kapitanları adlandırmaq olar: hansı istiqamətə getsələr, nə yazsalar, xalq da onlarla gedəcək, həmin məlumatı oxuyacaq. Ona görə də, jurnalistlər çalışmalıdırlar ki, öz şərəfli vəzifələrinin öhdəsindən ləyaqətlə gəlsinlər, Azərbaycan həqiqətlərini dünyaya tanıtsınlar. Çox sevindiricidir ki, Azərbaycan jurnalistləri bunu böyük əzmkarlıqla həyata keçirməyə çalışırlar. Sual 15: – Adil müəllim, bu gün 68 yaşınız tamam olur. Arzulardan doğan arzunuz varmı? Cavab: – Əlbəttə var. İnsan ölənədək nələri isə arzulayır və arzulardan arzular doğur. Çox arzulayıram ki, xalqımızın və millətimizin düşmənlərindən başqa bütün insanların, eləcə də mənim xoş niyyətli arzularım çin olsun. Yaxşı arzular həyata, yaşamağa və insanlara sevgidən yaranır. Ürəyində sevgi hissi olmayan insan heç vaxt xoş niyyətli arzu arzulaya bilməz. Çünki bunu yalnız sevgi bacarır. Sual 16: – Bir Qarabağ atı olsaydı və onu saxlamaq imkanınız olsaydı neyləyərdiniz? Heç özünüzü at belində Qarabağda təsəvvür etmisinizmi? Cavab: – Bir Qarabağ atını saxlamaq imkanım olsaydı onu saxlayardım. Həmişə özümü Qarabağ atının yanında və tərkində hiss etmişəm. Ata məhəbbət mənə gen yaddaşımdan miras qalıb. Ulu babam Allahverən oğlu Mehdi bəyin Qarabağ cinsli böyük milli at ilxısı olub. Bu ilxı ona ulu babalarından yadigar qalıbmış. Azərbaycanda Sovet Hakimiyyəti qurulanda bolşeviklər digər bəylər kimi babam Mehdi bəyi də çox sıxışdırıblar. Onun bütün varidatını əlindən almaq istəyiblər. Mehdi bəy yaşadığı kəndini və kəndinin əhalisini qorumaq üçün Qarabağ cinsli böyük milli at ilxısını və xeyli qızılını Sovet hökumətinə bağışlayıb. Bir müddətdən sonra həmin hökumət babamın bütün varidatını müsadirə edib… Sual 17: – Adil müəllim, jurnalist olaraq çox söz demisiniz. Nələri deməmisiniz? Nədən yazmamısınız və yazmaq istəyərdiniz? Cavab: – Hörmətli jurnalist, yazıçı Seymur Baycan deyir ki, “yazılanlara inansaq, belə bir əhvalat olub. Bir gənc qız gəlir Dostoyevskinin yanına. Əsər yazmaq firkirində olduğunu bildirir, məsləhət istəyir. Dostoyevski deyir ki, get öz həyatını yaz. Heç nə uydurma. Sən öz həyatından maraqlı heç nə uydura bilməzsən…İlk baxışdan sadə görünən bu sözdə böyük bir həqiqət, böyük bir hikmət var. Bütövlükdə həyat təcrübəm sayəsində deyə bilərəm ki, bu, çox faydalı bir məsləhətdir. Bizim jurnalistikamızın, ədəbiyyatımızın ən böyük problemlərindən biri də odur ki, yazarlarımız öz həyatlarını, qəhrəmanlarının həyatlarını dəqiq və açıq yazmaqdan utanırlar. Ola bilsin, buna cəsarətləri çatmır. Mentalitetdən, arvad-uşaqdan, qohumlardan utanırlar və ola bilsin, həm də qorxurlar. …İkinci böyük problem odur ki, yazarlarımız sadə görünməkdən qorxurlar. Taqor deyirdi ki, sənətdə öz gücünü dəqiq hesablamaq çox böyük şərtdir. Təəssüf ki, bizim jurnalistlər, yazarlar öz güclərini dəqiq hesablaya bilmirlər. …Bizim yazıçılar yazıçı kimi yox, tacir kimi, bankir kimi, müdir kimi danışırlar. Zatən elə sifətdən də çoxu müdirə oxşayır. Onların müsahibələri çox quru olur”. Hörmətli Seymur Baycanın bu fikirləri ilə tam şərikəm. Təranə xnım, siz həyatda və öz yaradıcılığınızda tam səmimisiniz. Mən də həyatda və yaradıcılığımda tam səmimi olmağa çalşmışam və çalışıram. Bugünədək demədiklərimi indi sizə dedim. Hazırda ilk kitabımı çox məsuliyyətlə çapa hazırlayıram. İnşallah tezliklə kitabsevərlərə təqdim edəcəm. Sual 18: – Sizi bir daha təbrik edib, ailə səadəti və sağlam uzun ömür arzu edirəm. Ümid edirəm ki, bir zaman atalarımızın dostcasına yaşadığı Ağdamda görüşəcəyik sizinlə. Şuşanın dumanlı dağlarını seyr edəcəyik. Dəvətimi qəbul edib mənimlə səmimi söhbət etdiyinizə görə təşəkkürümü bildirirəm. Cavab: – İnşallah. Allah qismət eyləsin. Təranə xanım, siz sağ olun ki, diqqət göstərmisiniz, məni yada salmısınız, müraciət etmisiniz, “Səmimi söhbət”in qonağı olmuşam. Sizinlə təmasda olmaqdan, bu layihənin – rubrikanın qonağı olmaqdan qürur duydum. Sizə yeni yaradıcılıq uğurları arzulayıram. Çox sağolun. Sual 19: – Sonda mənə və “Səmimi söhbət”in oxucularına deyəsi sözünüz varmı? Cavab: – Bəli, sizə və oxucularınıza deyəsi sözüm var. Hamının xəyalı, arzuları var və bunlar gizlidir. Çox vaxt bu xəyal və arzular gerçəkləşmir. Buna görə ruhdan düşmək olmaz. İrəliyə baxmaq, çalışmaq, səbrli olmaq, Allaha dua etmək lazımdır. Vətəni sevmək hamımızın müqəddəs borcudur. Vətənin bütövlüyünü qorumaq üçün xalqın birliyi çox vacibdir. Qüdrətli və bütöv Azərbaycan naminə hamımız öz işimizdə məsuliyyətlə çalışmalı, bir-birimizə qarşı diqqətli və qayğıkeş olmalı, canımızı fəda etməyi bacarmalıyıq.
“SÖZÜN HÜZURUNDA “ Bu dəfə ““SƏMİMİ SÖHBƏT””in aparıcısı mən- ŞAHNAZ ŞAHİN , qonağı isə TƏRANƏ MƏMMƏD oldu. Vaxt bizə, biz də vaxta işlədik. Uzun müddət mötəbər dövlət orqanlarından birində işləmiş, indi isə uğurlu ədəbi yazıları ilə sevilən söz adamını bir az da yaxından tanıyın. Beləliklə başladıq. Sual:Təranə xanım, bilirəm ki, uşaqlığınız Qarabağda keçib Bəs kim olduğunuzu nə zaman və hansı şəraitdə kəşf etmisiniz? Cavab: Uşaqlığım Qarabağın Ağdam şəhərində keçib. Ailəmiz Ağdamdan Bakıya köçəndə mənim 10 yaşım var idi. Sonralar tez- tez Ağdama və mütləq Şuşaya istirahətə gedirdik. Yəni mən orda yaşamasam da işğala qədər Qarabağdan heç ayrılmamışam. Məncə Qarabağın xüsusi bir aurası var. Ora ayaq basan hər kəs bunu duyur. Şuşada bir dəfə olan ordan qayıtmaq istəmir. Ora yenidən gəlmək istəyir. Külli Qarabağın abi- həyatı Nərmə-nazik bayatıdır, bayatı. Məncə bu misralar Qarabağın ecazkarliğini özündə tam əks edir. Bilirsiz, insan çox vaxt malik olduğunun qədrini onu itirdikdən sonra daha çox bilir. Şəxsən mən Qarabağı həsrətli illərimizdə daha çox sevdim. Bu tək həsrət deyildi, bu həm də nələrisə vaxtında etmədiyimizin təəssüf hissiydi. Desəm ki, özümü lap uşaqkən kəşf etməli olmuşam, yəqinki, inanmazsınız. Amma bu həqiqətən belə olub. Mən özümə qarşi haqsızlığı ilk dəfə birinci sinifdə oxuyarkən hiss edib şəxsi məsuliyyətimi dərk etmişəm. Belə ki, mən Ağdamdaki 2 nömrəli beynəlmiləl məktəbin rus sektorunda oxumalıydım. Müəlliməmiz mənim və bir başqa qızın rus dilini güya lazımı səviyyədə bilməməyimizə əsaslanıb bizi başqa sinfə yerləşdirmişdi. Sonralar bildim ki, Ağdamda dislokasiya edilmiş hərbi hissənin hərbiçilərinin uşaqlarının yerini tutduğumuza görə bizi başqa sinfə keçirdiblər. Tezliklə atalarımız ikimizi də öz sinfimizə bərpa etdilər. Onda mən özümə və atama söz verdim ki, sinifdə oxuyan ruslardan da yaxşı oxuyacam. Belə də oldu. Sual: Insan sirli məxluqdur. Özünü itirən zamanları da olur onun. Bəs siz bu zaman özünüzü hansı sirdə tapırsınız..? Cavab:İnsan həqiqətən o qədər sirli bir məxluqdur ki, bəzən özü də bu sirlərdən baş aça bilmir. Həyatda dəfələrlə ani çaşqınlıq yaşasam da mən özümü nadir hallarda itirirəm. Yəni tez qərar qəbul etməyi bacarıram. Belə olduqda sirrdən çox özümü aşkarda daha çox tapıram. Sual:Uşaq yaddaşı daşa yazılır deyirlər. Sizin daşa nə yazılıb ki, bu gün də pozulmayıb və o uşaqlığın hansı məqamlarına qayıtmaq istərdiniz? Cavab: Uşaqlığımın hər anı yazılıb daşa. Pozulmaz hərflərlə yazılıb. Təbii ki, ilk növbədə atalı, analı günlərim . Uşaqlığım Qarabağda keçdiyindən nəinki unudulmadı, hər dəfə yeni bir hisslə yada salındı. O günlərin hər birinə qayıtmaq istərdim. Hər birində əzizlərim, doğmalarım indi həyatda olmayan yaxınlarım var idi axı. Sual: Valideynləriniz haqda az da olsa məlumatım var. İstəyirəm oxucular da öyrənsin. Xüsusən qanun keşikçisi olan atanız barədə Bilirəm ki, yazılarınızda onun da obrazını yaratmısınız. Özü də tamamilə fərqli bir hüquq müdafiəçisi kimi… Cavab: Mən həmişə deyirəm və yenə təkrar edirəm ki, həyatda əldə etdiklərimin hamısına görə valideynlərimə borcluyam və onlara minnətdaram. Anam əczaçı idi, ancaq heç vaxt işləməmişdi. Onun əczaçılığı evdə ətirlərin,çiçəklərin qarışığından yeni ətirlər yaratmaqdan ibarət idi. Bunu evdə sakitcə edər və heç kimə ətiri nədən düzəltdiyini deməzdi. Qəribədir ki, anam dindar deyildi, ancaq şəriət qanunlarıyla yaşayırdı və bizi də elə tərbiyə edirdi. Atam haqda çox yazmışam. Bir neçə hekayəmin qəhrəmanlarının real prototipidir atam. Atam ömrünün 50 ilini hüquq mühafizə sahəsində çalışmağa həsr edib. Muharibə vaxtı Ağdamda komissarlıqda, sonralar Azərbaycanın bir çox bölgələrində milis rəisi işləyib. Bəlkə ona görə bizim hər rayonda tanışımız, dostumuz olub və indiyə qədər də atamı xatırlayanlar var. Ailəmizdə atama xüsusi münasibət var idi həmişə. Atam şəxsiyyət idi. O heç vaxt yalan danışmazdı, işində, ailədə çox məsuliyyətli idi. Biz onunla özümüzü həmişə arxalı, dayaqlı hiss edirdik. Bilirdik ki, büdrəsək əlimizdən tututb qaldıranımız var. Atam ciddi və zəhmli olmaqla bərabər çox yumşaqürəkli və mehriban insan idi. Onda insanları anlamaq, düzgün qərar qəbul etmək qabliyyəti var idi. Hekayələrimin birində milis rəisi öz oğlunun qatilini bağışlayır, digərində 10 il qadın koloniyasında dustaq olan rus qadının getməyə yeri olmadığı üçün milis mayoru onu həmişəlik öz evinə baxıcı kimi gətirir və ailəsində saxlayır. Həmin qəhrəmanlarımın həyatda prototipi atam olduğunu qürurla dəfələrlə qeyd etmişəm. Atamın həyatda etdikləri bizə bir örnək idi. O heç vaxt evladlarını qarşısında otuzdurub onlara tərbiyəvi mühazirələr oxumazdı. O bizə yaşamağı əməlləriylə, gördüyü işlərlə öyrədirdi. Sual:Bəs elə isə deyin, ananızın o reseptlərindən sizdə qalırmı, istifadə edirsizmi onun təcrübəsindən? Cavab: Edirəm, bəli. Mənim istifadə etdiyim ətiri heç kim tanımır. Ona görə ki, ona bir qədər sirr qatıram)). Bir əsərimdə qadının əlindən öpən sevgilisi onun ətirini tanımadığını deyir. Qadın gülə-gülə cavab verir: “Mən istifadə etdiyim ətirin adını heç kimə demirəm”. Qeyd edim ki, əsərin adı “Sirr”dir . Sual: Ali təhsil illəri,gənclik xatirələri o qədər əziz olur ki… Xatırladıqda uzaqlaşır… Əlini uzadırsan tuta bilmirsən. Bu barədə indiyə qədər heç kimə demədiyiniz nələr var içinizdə? Cavab: Tələbəlik illərindən danışdıqda belə, insan ruhən cavanlaşır. Mən 16 yaşımda tələbə oldum. Düzünü deyim ki, həyata hazır deyildim. Evdə həmişə valideynlərimin, məndən böyük baçılarımın və qardaşımın himayəsini hiss edirdim. Tələbəliyin ilk aylarından təkbaşına həll edə bilməyəcəyim qayğılar yaşamalı oldum. O illər həyatımda bir çox yadda qalan iz buraxdı. 19 yaşımda tələbəliyin ən gözəl çağlarını yaşayarkən qəfildən anamı itirdim. Bu mənim üçün çox ciddi sarsıntı idi. Əgər dostlar, qohumlar, baçılarım, qardaşım və, ən əsası, atam olmasaydı çox çətin olardı. Anamın ölümü məni tam dəyişdi. Adətən səsli-küylü, deyib-gülən, çalıb-oxuyan bir gənc qızdan susqun, kədərli bir insana çevrildim. Anamdan sonra həyatımda baş verənlər sanki mənimlə deyil, başqa bir insanla əlaqəli idi. Hekayələrimin birində yazmışam ki, “anasız gəlin köçmək o qədər çətindir ki! Gözün ən yaxın adamı, ananı axtarır o gün . Tapmayanda için yanır, gəlinlik gününün xoşbəxtliyini tam hiss edə bilmirsən”. Zaman keçdikcə çox şeylə barışdım. Həyat öz məcrasına düşdü. Bax tələbəliyimin bu məqamlarını heç vaxt heç kimə deməmişdim. Sual: Bəs sevgiyə münasibətiniz necədir? Axı gənclik həyatın elə mərhələsidir ki, qan qaynayır, qəlb coşur. Gözlər qeyri-adi işıqlanır. Bir sözlə, hər şey insanı sevib yaşamağa çağırır… ilk sevgi var, bəs son da varmı? Cavab: Banal cavab olsa da deyəcəm ki, sevgisiz yaşayanlar bədbəxt insanlardır. Sevgi bəşəriyyəti, insanlığı, ümumiyyətlə, dünyanı çökməyə qoymayan bir hissdir. Sevən insan həyata daha çox bağlanır, daha güclü olur. Hər birimizin gənclik sevgisi olub təbii ki. Bu insanın qəlbinin lap dərinliyində saxlanan gözəl bir hissdir. Adətən ilk məhəbbət yalnız yadda qalmaq üçün olur. Yəni sevənlər bir -birinə qovuşmurlar. İlk sevgi mütləq var və o sonsuza qədər davam edir məncə, çünki ilk məhəbbətin həsrəti vüsalından güclü olur adətən. Sevmək gözəl hiss olsa da, sevərək ayrılmaq da var, bir gün sevdiyinin sənə xəyanəti də var, sən sevdiyinin başqasını sevməyi də var, sən sevib ürəyini verdiyinin səni bəyənməyib dəfələrlə sözlə yaralamağı da var. Sevgi varsa ayrılıq da var. Bütün bunlar həyatda var və yaşanır. Mən deyərdim ki, sevginin nə əvvəli nə sonu var. Çünki birinin sevgisi bitdiyi gün digərininki ilk addımını atır. Bir sevgi öldükdə hardasa mütləq digəri doğulur. Bunu normal qəbul etmək lazımdır. Sual: Bilirəm ki, siz o zaman KQB, sonra MTN adlanan qurumda uzun illər işləmisiniz. Onda olmasa da indi məncə nələrisə açıb danışmaq olar. Necə oldu ki, sizi elə bir mötəbər quruma işə qəbul etdilər? Cavab: Bir gün iş yerimə həmin nazirlikdən çağırış gəldi. Əvvəl bu çağırışa bir qədər təəccübləndim, lakin getdim və həmin o qurumun yüksək rütbəli zabitləri mənimlə görüşüb söhbət etdilər. Bu söhbətlərin nə ilə nəticələndiyini təxminən iki il sonra yenidən ora dəvət ediləndə bildim. Bu müddətdə mənim kimliyim yoxlanırdı.Bu dəfə mənə konkret iş təklif olundu, mən razılaşdım və həmin nazirliyin zabiti oldum. MTN əməkdaşı olduğuma görə özümlə və həmin nazirliyin dövlət və dövlətçilik naminə gecə, gündüz, İstirahət günləri çalışan zabitləriylə qürur duyuram. İnanın ki, bu ürəyi sirlərlə dolu, lakin həmişə susmaq məcburiyyətində olan, kənardan çox adi insan kimi görünən, heç vaxt öz qəhrəmanlıqlarıyla açıq-aşkar fəxr edə bilməyən insanlar həqiqətən hörmətə və təqdirə layiqdirlər. Sual: Təranə xanım, deyə bilərsinizmi ki, zaman sizə işləyib. Sizmi zamanın nəbzin tutmusunuz? Cavab: Aid olduğum nəslin nümayəndələri zamanın nəbzini tutmağı o qədər də bacarmırlar məncə. Bu mənim subyektiv fikrimdir . Səhv edə bilərəm, təbii ki. Ona görə deyə bilərəm ki zaman mənə işləyib Sual: Ədəbi aləmdə sizi ən çox maraqlı hekayələrinizlə tanıyırlar. Hətta şeirlər də yazırsınız. Hekayələrinizi oxuyanda dünyanı cənnət, qəhrəmanlarınızı isə huri hesab edirəm. Sanki real məkanda deyil, tam başqa bir planetdə dövr edir hadisələr. Sizcə səbəb nədir? Cavab:Ədəbi aləmdə çox da tanındığımı heasab etmirəm. Amma oxucularım var. Kitablarım satılır. Hekayələrimi oxuyanlar var və bu məni şox sevindirir. Mən A. P. Çexovun “sözlərin yeri dar, fikrin yeri geniş olsun” prinsipiylə yazıram. Hesab edirəm ki, bu həm də günün tələbidir. Hekayələrim fantastik deyil, hadisələr başqa planetdə deyil elə öz planetimizdə cərəyan edir. Hekayələrimin arxasında həmişə kiçik bir real həyat epizodu durur. Sizinlə razıyam ki, mən həyatın yalnız yaxşı cəhətlərini əks etdirirəm hekayələrimdə. Səbəb çox sadədir. Mən bu çirkinliklərlə, əzab-əziyyətlə, yalanla, xəyanətlə dolu həyatda gözəlliyi, sevgini, etibarı, ləyaqəti, vicdanla yaşamağı görüb göstərmək istəyirəm.Mən ölümdən yazmaqla olumun qədrini bilməyə çağırıram oxucunu. Bəzən də əksinə. Sual: Təranə xanım, deyirlər, ən tez unudulan şey yaxşılıqdır. Çoxmu yaxşılıq etmisiz, çoxmu unudulmusuz… Cavab: Məni tanıyanlar bilir ki, mən pislik etməyi bacarmıram. İnsanlara həmişə yaxşılıq etməyə çalışmışam. İnanın mənə, heç vaxt yaxşılığın əvəzini gözləməmişəm. Çünki yaxşılıq etmək ürəkdən gəlməlidir və bu təmənnasız olmalıdır məncə. O səbəbdən, kim mənim yaxşılığımı unudubsa, halah xoşu olsun. Unudulduğumu zənn etmirəm, çünki özüm çətin unuduram. Sual: Həyatımızdan ömründə bir dəfə də olsa qırmızı xətlə keçən insanlar olur. Bu bəzən bütün həyat axarını dəyişir. Münasibətiniz… Cavab: Mənim həyatımda belə insanlar olub. Bacımın həyat yoldaşı BDU-nun professoru, tanınmış etnoqraf mərhum Həvil Həvilovun mənim şərqşünas olmağımda rolu böyük olub.Osman Mizəyevdən kollektivdə davranmağı öyrənmişəm. Ziya Bunyadov mənə elmə bağlanmamağı məsləhət gördükdə əvvəl incisəm də sonralar onun nə qədər haqlı olduğunu anladım.Şərqşünaslıq fakültəsinin kafedra müdiri və mənim müəllimim Ələskər Məmmədovun məni ali məktəb müəllimi kimi şərəfli bir işlə təmin etməsini heç vaxt unutmuram. Və nəhayət, məni ədəbi yaradıçılıqla məşğul olmağa məcbur edən Nizami Təhməzovu həmişə dərin ehtiramla xatırlayıram. Bu insanlar həyatımın müxtəlif mərhələlərində mənə dəyərli məsləhətlər veriblər. Dediklərinizə münasibətim belədir ki, həyatda müəyyən mövqe tutmuş və səndən daha güclü insanlardan dərs alıb məsləhətlərinə qulaq asmaq heç də zəiflik deyil məncə. Sual: Azərbaycan 30 ilə yaxın Qarabağ həsrətinə son qoydu . 44 gün davam edən döyüşlərdən ölkəmiz üzü ağ çıxdı. Şəhid də olduq , qazi də. Söz adamı kimi bu hadisələrə münasibətiniz… Cavab: Şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirəm. Söz adamı kimi zəfərimiz haqda öz sözümü hələ tam deməmişəm. Bu mövzuda yazdığım bir neçə hekayə hələ son deyil. Hərdən mənə elə gəlir ki, həsrətdən o qədər yazmışam ki, qələbə sevincinə keçid ala bilmirəm. Həm vətəndaş, həm söz adamı, həm zabit kimi deyə bilərəm ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixindəki qara ləkələri silib özünə orda əbədi yer aldı. Bu 44 gün dünya ölkələrini Azərbaycana yeni baxışla baxmağa məcbur etdi. Azərbaycan xalqı bütün dünyaya misli görünməmiş birlik, vətənpərvərlik nümayiş etdirdi. Ali Baş Komandanın dəmir yumruğu altında birləşən ordu və xalq Zəfər çaldı. Bu hadisə bizə qalib ölkənin vətəndaşları kimi fərəhli və qürurlu adı qaytardı. Təbii ki, həm xaricdə, həm daxildə bu qələbəni həzm etməyənlər var. Lakin onlar da artıq reallıqla barışmalıdırlar. Sual: Ömrün, həyatın elə mərhələsindəyik ki,geriyə baxanda kədər, irəli baxanda ümid əl edir bizə. Yeni planlarınız, arzularınız.Həyata keçməyən istəkləriniz olubmu? Keçmişə dönmək imkanınız olsaydı hara gedərdiniz? Cavab: Elədir, zaman amansızcasına ötüb keçir və keçmiş xatirəyə çevrilir, lakin hər yaşda insanı həyata bağlayan, uzun qaranlıq tunelin sonunda parıldayan bir ümid işığı olur. O işıq varkən insan planlar qurur, arzular haqda düşünür. Çox istəyərdim ki, bu il nəhayət çoxdan nəzərdə tutuduğum romanım işıq üzü görsün. “Sirr “ adlandırdığım bu roman artıq son variantda çox ehtimal ki, bu il oxuculara təqdim ediləcək. Həyata keçməyən arzularım olub əlbəttə. Nələrisə asanlıqla əldə edə bilmişəm. Nələrisə çox çətinliklə. Arzu olaraq ürəyimdə qalanlar da olub. Həyatdı da… Hər birimiz keçmiş yaşayırıq. Keçmişi yaşamasaydıq gələcəyə addımlaya bilməzdik yəqin ki… Ötən günlər ötən sevgi kimidir . Ötdüsə, keçdi, getdi… Geri qayıtmaz… Ancaq siz dediyiniz kimi möcüzə nəticəsində geri qayıtmaq mümkün olsaydı mütləq Qarabağa Şüşaya, Ağdama qayıdardım. Mütləq Qarabağa! Çünki bu yaşımda daha çox dərk edirəm ki, ömrümün ən yadda qalan günləri məhz Qarabağla bağlıdır. Sual: Sizə vermədiyim və siz özünüz özünüzə verəcəyiniz sual nə ola bilərdi? Cavab: Harda səhv etdim? Türk mahnısında deyildiyi kimi “nərədə yalnış yapdım?” Düşünürəm ki, Tanrı insana bir neçə dəfə şans verir. Hətta bəzən öz taleini dəyişə biləcək qədər şanslı ola bilir insan. Lakin hər kəs bu şanslardan düzgün istifadə edə bilirmi? Hər kəs ona verilən imkanı öz xeyrinə işlədə bilirmi? Hesab edirəm ki, çox şanslı olmuşam həyatda. Dəfələrlə açılmayan qapılar açılıq qarşımda. İndi, zaman keçdikcə olanları, baş verənləri, şəxsi həyatımı xəyalımdan keçirərək hərdən özüm özümdən soruşuram. Harda səhv etdim? Bəlkə də heç səhv etməmişəm, bəlkə bütün yaşananalar yaşanmalı idi. Bilmirəm. Amma bu sualı verərdim özümə. Sual: “Sirr”in mövzusu hardan alınıb? MTN də yaşadıqlarınızı ədəbiyyata çevirmək fikriniz varmı? Cavab: “Sirr” iki insanın sevgi məcarası ətrafında müəyyən dövrdə olkədə baş verənləri əhatə edən bir əsərdir. Mövzusu həyatdan götürülüb. Bəlkə də romanı oxuduqda kimsə hətta qəhrəmanları tanıyacaq. O ki qaldı MTN də yaşadıqlarımı ədəbiyyata çevirmək fikrinə, çox ehtimal ki, yox. Əgər ehtiyac duyularsa hər hansı bir vəsait yaza bilərəm. Yəni iş təçrübəmi cavan kadrlarla bölüşərəm. Təbii ki, tam məxfi)). Sual:Sizə can sağlığı, həyatda bundan sonra da şərəflə yaşamağı arzulayıram. Sözün hüzurunda tanrı kimi, Tanrının hüzurunda söz kimi dayanmağı diləyirəm! Cavab:Bu maraqlı və orijinal diləyi ilk dəfə eşidirəm, Şahnaz xanım. Ona görə məmnuniyyətlə qəbul edib sizə təşəkkür edirəm. Şahnaz Şahin Təranə Məmmədlə Bu dəfə “Səmimi söhbət”in aparıcısı mən, Şahnaz Şahin, qonağı isə Təranə Məmməd oldu. Vaxt bizə, biz də vaxta işlədik. Bu da nəticəsi… Sual:Təranə xanım, bilirəm ki, uşaqlığınız Qarabağda keçib Bəs kim olduğunuzu nə zaman və hansı şəraitdə kəşf etmisiniz? Cavab: Uşaqlığım Qarabağın Ağdam şəhərində keçib. Ailəmiz Ağdamdan Bakıya köçəndə mənim 10 yaşım var idi. Sonralar tez- tez Ağdama və mütləq Şuşaya istirahətə gedirdik. Yəni mən orda yaşamasam da işğala qədər Qarabağdan heç ayrılmamışam. Məncə Qarabağın xüsusi bir aurası var. Ora ayaq basan hər kəs bunu duyur. Şuşada bir dəfə olan ordan qayıtmaq istəmir. Ora yenidən gəlmək istəyir. Külli Qarabağın abi- həyatı Nərmə-nazik bayatıdır, bayatı. Məncə bu misralar Qarabağın ecazkarliğini özündə tam əks edir. Bilirsiz, insan çox vaxt malik olduğunun qədrini onu itirdikdən sonra daha çox bilir. Şəxsən mən Qarabağı həsrətli illərimizdə daha çox sevdim. Bu tək həsrət deyildi, bu həm də nələrisə vaxtında etmədiyimizin təəssüf hissiydi. Desəm ki, özümü lap uşaqkən kəşf etməli olmuşam, yəqinki, inanmazsınız. Amma bu həqiqətən belə olub. Mən özümə qarşi haqsızlığı ilk dəfə birinci sinifdə oxuyarkən hiss edib şəxsi məsuliyyətimi dərk etmişəm. Belə ki, mən Ağdamdaki 2 nömrəli beynəlmiləl məktəbin rus sektorunda oxumalıydım. Müəlliməmiz mənim və bir başqa qızın rus dilini güya lazımı səviyyədə bilməməyimizə əsaslanıb bizi başqa sinfə yerləşdirmişdi. Sonralar bildim ki, Ağdamda dislokasiya edilmiş hərbi hissənin hərbiçilərinin uşaqlarının yerini tutduğumuza görə bizi başqa sinfə keçirdiblər. Tezliklə atalarımız ikimizi də öz sinfimizə bərpa etdilər. Onda mən özümə və atama söz verdim ki, sinifdə oxuyan ruslardan da yaxşı oxuyacam. Belə də oldu. Sual: Insan sirli məxluqdur. Özünü itirən zamanları da olur onun. Bəs siz bu zaman özünüzü hansı sirdə tapırsınız..? Cavab:İnsan həqiqətən o qədər sirli bir məxluqdur ki, bəzən özü də bu sirlərdən baş aça bilmir. Həyatda dəfələrlə ani çaşqınlıq yaşasam da mən özümü nadir hallarda itirirəm. Yəni tez qərar qəbul etməyi bacarıram. Belə olduqda sirrdən çox özümü aşkarda daha çox tapıram. Sual:Uşaq yaddaşı daşa yazılır deyirlər. Sizin daşa nə yazılıb ki, bu gün də pozulmayıb və o uşaqlığın hansı məqamlarına qayıtmaq istərdiniz? Cavab: Uşaqlığımın hər anı yazılıb daşa. Pozulmaz hərflərlə yazılıb. Təbii ki, ilk növbədə atalı, analı günlərim . Uşaqlığım Qarabağda keçdiyindən nəinki unudulmadı, hər dəfə yeni bir hisslə yada salındı. O günlərin hər birinə qayıtmaq istərdim. Hər birində əzizlərim, doğmalarım indi həyatda olmayan yaxınlarım var idi axı. Sual: Valideynləriniz haqda az da olsa məlumatım var. İstəyirəm oxucular da öyrənsin. Xüsusən qanun keşikçisi olan atanız barədə Bilirəm ki, yazılarınızda onun da obrazını yaratmısınız. Özü də tamamilə fərqli bir hüquq müdafiəçisi kimi… Cavab: Mən həmişə deyirəm və yenə təkrar edirəm ki, həyatda əldə etdiklərimin hamısına görə valideynlərimə borcluyam və onlara minnətdaram. Anam əczaçı idi, ancaq heç vaxt işləməmişdi. Onun əczaçılığı evdə ətirlərin,çiçəklərin qarışığından yeni ətirlər yaratmaqdan ibarət idi. Bunu evdə sakitcə edər və heç kimə ətiri nədən düzəltdiyini deməzdi. Qəribədir ki, anam dindar deyildi, ancaq şəriət qanunlarıyla yaşayırdı və bizi də elə tərbiyə edirdi. Atam haqda çox yazmışam. Bir neçə hekayəmin qəhrəmanlarının real prototipidir atam. Atam ömrünün 50 ilini hüquq mühafizə sahəsində çalışmağa həsr edib. Muharibə vaxtı Ağdamda komissarlıqda, sonralar Azərbaycanın bir çox bölgələrində milis rəisi işləyib. Bəlkə ona görə bizim hər rayonda tanışımız, dostumuz olub və indiyə qədər də atamı xatırlayanlar var. Ailəmizdə atama xüsusi münasibət var idi həmişə. Atam şəxsiyyət idi. O heç vaxt yalan danışmazdı, işində, ailədə çox məsuliyyətli idi. Biz onunla özümüzü həmişə arxalı, dayaqlı hiss edirdik. Bilirdik ki, büdrəsək əlimizdən tututb qaldıranımız var. Atam ciddi və zəhmli olmaqla bərabər çox yumşaqürəkli və mehriban insan idi. Onda insanları anlamaq, düzgün qərar qəbul etmək qabliyyəti var idi. Hekayələrimin birində milis rəisi öz oğlunun qatilini bağışlayır, digərində 10 il qadın koloniyasında dustaq olan rus qadının getməyə yeri olmadığı üçün milis mayoru onu həmişəlik öz evinə baxıcı kimi gətirir və ailəsində saxlayır. Həmin qəhrəmanlarımın həyatda prototipi atam olduğunu qürurla dəfələrlə qeyd etmişəm. Atamın həyatda etdikləri bizə bir örnək idi. O heç vaxt evladlarını qarşısında otuzdurub onlara tərbiyəvi mühazirələr oxumazdı. O bizə yaşamağı əməlləriylə, gördüyü işlərlə öyrədirdi. Sual:Bəs elə isə deyin, ananızın o reseptlərindən sizdə qalırmı, istifadə edirsizmi onun təcrübəsindən? Cavab: Edirəm, bəli. Mənim istifadə etdiyim ətiri heç kim tanımır. Ona görə ki, ona bir qədər sirr qatıram)). Bir əsərimdə qadının əlindən öpən sevgilisi onun ətirini tanımadığını deyir. Qadın gülə-gülə cavab verir: “Mən istifadə etdiyim ətirin adını heç kimə demirəm”. Qeyd edim ki, əsərin adı “Sirr”dir . Sual: Ali təhsil illəri,gənclik xatirələri o qədər əziz olur ki… Xatırladıqda uzaqlaşır… Əlini uzadırsan tuta bilmirsən. Bu barədə indiyə qədər heç kimə demədiyiniz nələr var içinizdə? Cavab: Tələbəlik illərindən danışdıqda belə, insan ruhən cavanlaşır. Mən 16 yaşımda tələbə oldum. Düzünü deyim ki, həyata hazır deyildim. Evdə həmişə valideynlərimin, məndən böyük baçılarımın və qardaşımın himayəsini hiss edirdim. Tələbəliyin ilk aylarından təkbaşına həll edə bilməyəcəyim qayğılar yaşamalı oldum. O illər həyatımda bir çox yadda qalan iz buraxdı. 19 yaşımda tələbəliyin ən gözəl çağlarını yaşayarkən qəfildən anamı itirdim. Bu mənim üçün çox ciddi sarsıntı idi. Əgər dostlar, qohumlar, baçılarım, qardaşım və, ən əsası, atam olmasaydı çox çətin olardı. Anamın ölümü məni tam dəyişdi. Adətən səsli-küylü, deyib-gülən, çalıb-oxuyan bir gənc qızdan susqun, kədərli bir insana çevrildim. Anamdan sonra həyatımda baş verənlər sanki mənimlə deyil, başqa bir insanla əlaqəli idi. Hekayələrimin birində yazmışam ki, “anasız gəlin köçmək o qədər çətindir ki! Gözün ən yaxın adamı, ananı axtarır o gün . Tapmayanda için yanır, gəlinlik gününün xoşbəxtliyini tam hiss edə bilmirsən”. Zaman keçdikcə çox şeylə barışdım. Həyat öz məcrasına düşdü. Bax tələbəliyimin bu məqamlarını heç vaxt heç kimə deməmişdim. Sual: Bəs sevgiyə münasibətiniz necədir? Axı gənclik həyatın elə mərhələsidir ki, qan qaynayır, qəlb coşur. Gözlər qeyri-adi işıqlanır. Bir sözlə, hər şey insanı sevib yaşamağa çağırır… ilk sevgi var, bəs son da varmı? Cavab: Banal cavab olsa da deyəcəm ki, sevgisiz yaşayanlar bədbəxt insanlardır. Sevgi bəşəriyyəti, insanlığı, ümumiyyətlə, dünyanı çökməyə qoymayan bir hissdir. Sevən insan həyata daha çox bağlanır, daha güclü olur. Hər birimizin gənclik sevgisi olub təbii ki. Bu insanın qəlbinin lap dərinliyində saxlanan gözəl bir hissdir. Adətən ilk məhəbbət yalnız yadda qalmaq üçün olur. Yəni sevənlər bir -birinə qovuşmurlar. İlk sevgi mütləq var və o sonsuza qədər davam edir məncə, çünki ilk məhəbbətin həsrəti vüsalından güclü olur adətən. Sevmək gözəl hiss olsa da, sevərək ayrılmaq da var, bir gün sevdiyinin sənə xəyanəti də var, sən sevdiyinin başqasını sevməyi də var, sən sevib ürəyini verdiyinin səni bəyənməyib dəfələrlə sözlə yaralamağı da var. Sevgi varsa ayrılıq da var. Bütün bunlar həyatda var və yaşanır. Mən deyərdim ki, sevginin nə əvvəli nə sonu var. Çünki birinin sevgisi bitdiyi gün digərininki ilk addımını atır. Bir sevgi öldükdə hardasa mütləq digəri doğulur. Bunu normal qəbul etmək lazımdır. Sual: Bilirəm ki, siz o zaman KQB, sonra MTN adlanan qurumda uzun illər işləmisiniz. Onda olmasa da indi məncə nələrisə açıb danışmaq olar. Necə oldu ki, sizi elə bir mötəbər quruma işə qəbul etdilər? Cavab: Bir gün iş yerimə həmin nazirlikdən çağırış gəldi. Əvvəl bu çağırışa bir qədər təəccübləndim, lakin getdim və həmin o qurumun yüksək rütbəli zabitləri mənimlə görüşüb söhbət etdilər. Bu söhbətlərin nə ilə nəticələndiyini təxminən iki il sonra yenidən ora dəvət ediləndə bildim. Bu müddətdə mənim kimliyim yoxlanırdı.Bu dəfə mənə konkret iş təklif olundu, mən razılaşdım və həmin nazirliyin zabiti oldum. MTN əməkdaşı olduğuma görə özümlə və həmin nazirliyin dövlət və dövlətçilik naminə gecə, gündüz, İstirahət günləri çalışan zabitləriylə qürur duyuram. İnanın ki, bu ürəyi sirlərlə dolu, lakin həmişə susmaq məcburiyyətində olan, kənardan çox adi insan kimi görünən, heç vaxt öz qəhrəmanlıqlarıyla açıq-aşkar fəxr edə bilməyən insanlar həqiqətən hörmətə və təqdirə layiqdirlər. Sual: Təranə xanım, deyə bilərsinizmi ki, zaman sizə işləyib. Sizmi zamanın nəbzin tutmusunuz? Cavab: Aid olduğum nəslin nümayəndələri zamanın nəbzini tutmağı o qədər də bacarmırlar məncə. Bu mənim subyektiv fikrimdir . Səhv edə bilərəm, təbii ki. Ona görə deyə bilərəm ki zaman mənə işləyib Sual: Ədəbi aləmdə sizi ən çox maraqlı hekayələrinizlə tanıyırlar. Hətta şeirlər də yazırsınız. Hekayələrinizi oxuyanda dünyanı cənnət, qəhrəmanlarınızı isə huri hesab edirəm. Sanki real məkanda deyil, tam başqa bir planetdə dövr edir hadisələr. Sizcə səbəb nədir? Cavab:Ədəbi aləmdə çox da tanındığımı heasab etmirəm. Amma oxucularım var. Kitablarım satılır. Hekayələrimi oxuyanlar var və bu məni şox sevindirir. Mən A. P. Çexovun “sözlərin yeri dar, fikrin yeri geniş olsun” prinsipiylə yazıram. Hesab edirəm ki, bu həm də günün tələbidir. Hekayələrim fantastik deyil, hadisələr başqa planetdə deyil elə öz planetimizdə cərəyan edir. Hekayələrimin arxasında həmişə kiçik bir real həyat epizodu durur. Sizinlə razıyam ki, mən həyatın yalnız yaxşı cəhətlərini əks etdirirəm hekayələrimdə. Səbəb çox sadədir. Mən bu çirkinliklərlə, əzab-əziyyətlə, yalanla, xəyanətlə dolu həyatda gözəlliyi, sevgini, etibarı, ləyaqəti, vicdanla yaşamağı görüb göstərmək istəyirəm.Mən ölümdən yazmaqla olumun qədrini bilməyə çağırıram oxucunu. Bəzən də əksinə. Sual: Təranə xanım, deyirlər, ən tez unudulan şey yaxşılıqdır. Çoxmu yaxşılıq etmisiz, çoxmu unudulmusuz… Cavab: Məni tanıyanlar bilir ki, mən pislik etməyi bacarmıram. İnsanlara həmişə yaxşılıq etməyə çalışmışam. İnanın mənə, heç vaxt yaxşılığın əvəzini gözləməmişəm. Çünki yaxşılıq etmək ürəkdən gəlməlidir və bu təmənnasız olmalıdır məncə. O səbəbdən, kim mənim yaxşılığımı unudubsa, halah xoşu olsun. Unudulduğumu zənn etmirəm, çünki özüm çətin unuduram. Sual: Həyatımızdan ömründə bir dəfə də olsa qırmızı xətlə keçən insanlar olur. Bu bəzən bütün həyat axarını dəyişir. Münasibətiniz… Cavab: Mənim həyatımda belə insanlar olub. Bacımın həyat yoldaşı BDU-nun professoru, tanınmış etnoqraf mərhum Həvil Həvilovun mənim şərqşünas olmağımda rolu böyük olub.Osman Mizəyevdən kollektivdə davranmağı öyrənmişəm. Ziya Bunyadov mənə elmə bağlanmamağı məsləhət gördükdə əvvəl incisəm də sonralar onun nə qədər haqlı olduğunu anladım.Şərqşünaslıq fakültəsinin kafedra müdiri və mənim müəllimim Ələskər Məmmədovun məni ali məktəb müəllimi kimi şərəfli bir işlə təmin etməsini heç vaxt unutmuram. Və nəhayət, məni ədəbi yaradıçılıqla məşğul olmağa məcbur edən Nizami Təhməzovu həmişə dərin ehtiramla xatırlayıram. Bu insanlar həyatımın müxtəlif mərhələlərində mənə dəyərli məsləhətlər veriblər. Dediklərinizə münasibətim belədir ki, həyatda müəyyən mövqe tutmuş və səndən daha güclü insanlardan dərs alıb məsləhətlərinə qulaq asmaq heç də zəiflik deyil məncə. Sual: Azərbaycan 30 ilə yaxın Qarabağ həsrətinə son qoydu . 44 gün davam edən döyüşlərdən ölkəmiz üzü ağ çıxdı. Şəhid də olduq , qazi də. Söz adamı kimi bu hadisələrə münasibətiniz… Cavab: Şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirəm. Söz adamı kimi zəfərimiz haqda öz sözümü hələ tam deməmişəm. Bu mövzuda yazdığım bir neçə hekayə hələ son deyil. Hərdən mənə elə gəlir ki, həsrətdən o qədər yazmışam ki, qələbə sevincinə keçid ala bilmirəm. Həm vətəndaş, həm söz adamı, həm zabit kimi deyə bilərəm ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixindəki qara ləkələri silib özünə orda əbədi yer aldı. Bu 44 gün dünya ölkələrini Azərbaycana yeni baxışla baxmağa məcbur etdi. Azərbaycan xalqı bütün dünyaya misli görünməmiş birlik, vətənpərvərlik nümayiş etdirdi. Ali Baş Komandanın dəmir yumruğu altında birləşən ordu və xalq Zəfər çaldı. Bu hadisə bizə qalib ölkənin vətəndaşları kimi fərəhli və qürurlu adı qaytardı. Təbii ki, həm xaricdə, həm daxildə bu qələbəni həzm etməyənlər var. Lakin onlar da artıq reallıqla barışmalıdırlar. Sual: Ömrün, həyatın elə mərhələsindəyik ki,geriyə baxanda kədər, irəli baxanda ümid əl edir bizə. Yeni planlarınız, arzularınız.Həyata keçməyən istəkləriniz olubmu? Keçmişə dönmək imkanınız olsaydı hara gedərdiniz? Cavab: Elədir, zaman amansızcasına ötüb keçir və keçmiş xatirəyə çevrilir, lakin hər yaşda insanı həyata bağlayan, uzun qaranlıq tunelin sonunda parıldayan bir ümid işığı olur. O işıq varkən insan planlar qurur, arzular haqda düşünür. Çox istəyərdim ki, bu il nəhayət çoxdan nəzərdə tutuduğum romanım işıq üzü görsün. “Sirr “ adlandırdığım bu roman artıq son variantda çox ehtimal ki, bu il oxuculara təqdim ediləcək. Həyata keçməyən arzularım olub əlbəttə. Nələrisə asanlıqla əldə edə bilmişəm. Nələrisə çox çətinliklə. Arzu olaraq ürəyimdə qalanlar da olub. Həyatdı da… Hər birimiz keçmiş yaşayırıq. Keçmişi yaşamasaydıq gələcəyə addımlaya bilməzdik yəqin ki… Ötən günlər ötən sevgi kimidir . Ötdüsə, keçdi, getdi… Geri qayıtmaz… Ancaq siz dediyiniz kimi möcüzə nəticəsində geri qayıtmaq mümkün olsaydı mütləq Qarabağa Şüşaya, Ağdama qayıdardım. Mütləq Qarabağa! Çünki bu yaşımda daha çox dərk edirəm ki, ömrümün ən yadda qalan günləri məhz Qarabağla bağlıdır. Sual: Sizə vermədiyim və siz özünüz özünüzə verəcəyiniz sual nə ola bilərdi? Cavab: Harda səhv etdim? Türk mahnısında deyildiyi kimi “nərədə yalnış yapdım?” Düşünürəm ki, Tanrı insana bir neçə dəfə şans verir. Hətta bəzən öz taleini dəyişə biləcək qədər şanslı ola bilir insan. Lakin hər kəs bu şanslardan düzgün istifadə edə bilirmi? Hər kəs ona verilən imkanı öz xeyrinə işlədə bilirmi? Hesab edirəm ki, çox şanslı olmuşam həyatda. Dəfələrlə açılmayan qapılar açılıq qarşımda. İndi, zaman keçdikcə olanları, baş verənləri, şəxsi həyatımı xəyalımdan keçirərək hərdən özüm özümdən soruşuram. Harda səhv etdim? Bəlkə də heç səhv etməmişəm, bəlkə bütün yaşananalar yaşanmalı idi. Bilmirəm. Amma bu sualı verərdim özümə. Sual: “Sirr”in mövzusu hardan alınıb? MTN də yaşadıqlarınızı ədəbiyyata çevirmək fikriniz varmı? Cavab:“Sirr” iki insanın sevgi məcarası ətrafında müəyyən dövrdə olkədə baş verənləri əhatə edən bir əsərdir. Mövzusu həyatdan götürülüb. Bəlkə də romanı oxuduqda kimsə hətta qəhrəmanları tanıyacaq. O ki qaldı MTN də yaşadıqlarımı ədəbiyyata çevirmək fikrinə, çox ehtimal ki, yox. Əgər ehtiyac duyularsa hər hansı bir vəsait yaza bilərəm. Yəni iş təçrübəmi cavan kadrlarla bölüşərəm. Təbii ki, tam məxfi)). Sual:Sizə can sağlığı, həyatda bundan sonra da şərəflə yaşamağı arzulayıram. Sözün hüzurunda tanrı kimi, Tanrının hüzurunda söz kimi dayanmağı diləyirəm! Cavab:Bu maraqlı və orijinal diləyi ilk dəfə eşidirəm, Şahnaz xanım. Ona görə məmnuniyyətlə qəbul edib sizə təşəkkür edirəm…