Etiket arxivi: Xəzan

“Xəzan”ın solmayan yarpaqları – Vaqif Yusifli

“Xəzan”ın solmayan yarpaqları
(ədəbi-bədii jurnalın on yaşına)

Azərbaycanda ən uzunömürlü jurnal “Azərbaycan”dır. 1923-cü ildən bəri bu jurnal “ədəbiyyatımızın güzgüsü” kimi neçə nəslin ədəbi zövqünü formalaşdırıb. Jurnal 103 ildir ki, ədəbi sələf rolunu oynayır. “Azərbaycan”dan sonra onun yolunu dvam etdirən jurnallar meydana çıxdı. Təbii ki, o jurnalların əksəriyyəti uzunömürlü olmadı – bircə “Ulduz”dan başqa. İndi o ənənəni davam etdirən bir jurnaldan söz açmaq istəyirəm – hələlik nəşri davam edən və 10 yaşına çatan “Xəzan” jurnalı yoluna davam edir. (“Yurd”, “Ədəbi ovqat”, “Yazarlar” jurnallarını da unutmayaq)
Məlumdur ki, “Azərbaycan” və “Ulduz” jurnalları Azərbaycan Yazıçılar Birliyinin orqanlarıdır. “Azərbaycan” jurnalı ədəbi prosesin yönünü, istiqamətini doğru-düzgün əks etdirir, bu jurnalda müasir ədəbiyyatımızın – nəsrimizin, şeirimizin, dramaturgiyamızın, tənqidimizin, publisistikamızın və tərcümə sənətinin seçmə nümunələri öz əksini tapır. “Ulduz” jurnalında isə əsasən ədəbi gənclik təmsil olunur.
Bəs “Xəzan” jurnalı?
Bu jurnal təkcə tanınmışları deyil, nisbətən az tanınan müəlliflərin də yazılrını gen-bol çap edir. Mövzu baxımından da əziyyət çəkmir – şeir, nəsr, tənqid və publisistika nümunələri (həmçinin digər mövzularda yazılan əsərlər) bu jurnalda öz yerini tapır. Təkcə qaynar ədəbi həyatdan (Bakı ədəbi mühitindən) deyil, bölgələrdən gələn SƏSlər də jurnalda öz nəfəsini hiss etdirir.
Söhbətimizə jurnalın baş redaktorundan – Əli bəy Azəridən başlayaq. Əli bəy Azəri müasir nəsrimizdə bir sıra maraqlı, oxunaqlı hekayələrin, povestlərin, romanların müəllifidir. Onun nəsri özünəməxsus üslubu ilə seçilir. Nədən yazırsa-yazsın, Əli bəy Azəri bu üsluba sadiq qalır: həyat həqiqətini bədii həqiqətə çevirmək, maraqlı obrazlar yaratmaq, təbii dil stixiyası ilə diqqəti cəlb etmək… Əli bəy Azərinin nəsri barədə ədəbi tənqiddə ciddi bir araşdırma nəzərə çarpmayıb. (buna ümid bəsləyək) “Xəzan” jurnalında isə biz onun baş redaktor kimi “dirijor çubuğunu” izləyirik.
Qeyd etdiyimiz kimi on ildir ki, jurnal davamlı nəşr olunur. Fikir bildirmək üçün son illərdə çıxan bir neçə nömrəsinə nəzər saldıq. Amma bu beş nömrədə çıxan bütün yazılardan yox, bəzilərindən söhbət açmaq istərdik.
2024-cü il, N7(61)
Bu nömrədə Lənkəranda yaşayan Əhməd Haqsevərin 70 illiyi qeyd olunur. Əhməd Haqsevər təkcə Cənub bölgəsində deyil, Azərbaycan ədəbi mühitində də yaxşı tanınır. O, çoxtərəfli, çoxjanrlı müəllifdir. Əruzu yaxşı bilir, gözəl qəzəlləri var. Heca və sərbəst vəzndə müxtəlif mövzuları əhatə edən şeirləri, həmçinin sonetləri də onun istedadını nümayiş etdirir. Şeirlərində metaforalar və digər bədii təsvir vasitələrinə rast gəlirik – bunlar onun şeirlərinin naxışlarıdır. Baxın:
Yağış yağır,
Pəncərə baxır
və gözlərindən yaş axır.
Havalar soyuq keçir,
Payız üşüyə bilər.
Payız özü bir ağacdır.
Yarpaq kimi düşür –
hər gün,
bir-bir
bu ağacdan.

Jurnalın həmin nömrəsində istedadlı şairlər kimi tanıdığımız Təranə Dəmirin, Damət Salmanoğlunun, Ələsgər Talıboğlunun, Zaur Ustacın şeirləri də verilib və adını çəkdiyimiz hər bir şair öz SƏSi və NƏFƏSi ilə seçilməyə can atıb.
2025-ci il, N6(69)
Bu nömrədə Sarı Aşıq ədəbi məclisinin təcəssümü olan şəkil ön plandadır, məclisin yaradılmasının yeddi illiyi qeyd olunur. Yenə də şeirlər, nəsr əsərləri və ədəbi-tənqidi yazılar… Jurnalın bu sayında da az-çox tanınan müəlliflərin yazıları ilə rastlaşırıq: Xosrov Natil, Məhəmməd Əli, Hafiz Əlimərdanlı, Vahid Məhərrəmli, Təranə Musayeva, Arzu Kazımqızı Nehrəmli… Amma Naxçıvanda yaşayan şair Xanəli Kərimlinin “Bayrağını uca qaldır, Ana Vətən” poemasından sərf-nəzər etmək olmaz. Qoy, oxucular bu poemanı oxusunlar, Vətəni sevsinlər.
2025-ci il, N7(70)
Jurnalın bu nömrəsində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri – filologiya elmləri doktoru Firuzə Məmmədlinin 85 yaşı qeyd olunur. Filologiya üzrə fəlsəfə doktoru ədəbiyyatşünas Məhrux Dövlətzadənin “Ömür bir uzun şeirdir” məqaləsində Firuzə Məmmədlinin yaradıcılığı haqqında təəssüratlar öz əksini tapıb. Məqalənin ardınca Firuzə xanımın şeirləri gəlir.

Dilimin canında söz şirinliyi,
Məni söz düzündə yaşatdı dilim.
Dilimin varlığı – öz diriliyim,
Yağıya söz ilə daş atdı dilim.

Dilim güvəncimdi, əlim yalınsa,
Dilini yaşadan xalq ölə bilməz.
Qadağa qoyulsa, dönər qılınca,
Dil ağa tanımaz, dil kölə bilməz.

Firuzə xanım bütün şeirlərində dilin saflığını, gözəlliyini qoruyur.
2026-cı il, N1(71)
Burada biz müasir poeziyada öz yazı manerası ilə seçilən Xosrov Natilin “Poeziya çələngi” ilə tanış oluruq. Bu “Çələng”də onun bir şair kimi özünəməxsusluğunu hiss edirəm. İbrahim Yusifoğlunun şeirləri də onun bir şair kimi inkişafından xəbər verir, özünəxas deyim tərzi ilə seçilir. Amma jurnalın bu nömrəsində Zeynəb Cəmaləddinin öz poetik ahəngiylə seçilən şeirləri də yaxşı təsir bağışlayır. Xüsusilə, “Yeddi qızılgül” şeiri daha çox cazibədardır. Nömrənin şeir bəzəyi isə zənnimizcə, Gülnarə İsrafilin şeirləridir.
Gülnarə İsrafil müasir şairlər sırasında heç kimə bənzəmir, necə deyərlər, öz ritmi, öz intenasiyası və öz bədii təsvir vasitələri ilə seçilir.
2026-cı il, N2(72)
Bu nömrədə Hafiz Əlimərdanlının qəzəlləri diqqəti daha çox cəlb edir. Nəyə görə? Səhv etmiriksə, Hafiz müəllim görkəmli alimdir, amma onun qəzəlləri şairlik ömrünün bədii simvollarıdır.
Baxın:
Yetməyə vəslinə yarın, gözlərəm mən nə zamandır,
Nigaran qalsa da könlüm, dözərəm mən nə zamandır.

Dedilər yar səni gözlər, hicrinə son qoyar yəqin,
Hələ ki, pəjmürdə olub gəzərəm mən nə zamandır.

Əlbəttə, bizə irad tuta bilərsiniz ki, ancaq “Xəzan” jurnalının bir neçə nömrəsində dərc olunan bəzi şeirlərdən söz açdınız. Bəs nəsr əsərləri və digər yazılar necə olsun? Darıxmayın, vaxt gələr, digər yazılardan da bəhs edərik.
“Xəzan” jurnalının bütün əməkdaşlarına, onun ayrı-ayrı nömrələrində çap olunan müəlliflərə yaradıcılıq uğurları arzulayırıq. Qoy, “Xəzan” heç vaxt yolundan qalmasın!

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun iş var

Zaur Ustacın şeirləri ,

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Payızın ilk günü yeni “XƏZAN”la

Payızın ilk günü yeni “XƏZAN”la

“Xəzan” ədəbi-bədii jurnalın növbəti nömrəsi çapdan çıxıb. Payızın ilk günü “Xəzan”ın oxucuları ilə görüşə gəlməsi bir təsadüfdürmü, yoxsa mistik məntiqə söykənir, demək çətindir. Hər zaman olduğu kimi 104 səhifəlik jurnal poeziya və nəsr nümunələri, publisistik yazılarla zəngindir.
YAZI DÜZÜMÜ aşağıdakı kimidir. Buyurun, tanış olun, sevə-sevə oxuyun.

Redaktor guşəsi
-“Milli dəyərlərin divanı”
-“Tovuz quşu taxtı” (yazını Zeynəb Cəmaləddin təqdim edir)

Publisistika
-Tariyel ABBASLI – “Doğma vətənə sevgilərlə” (Dürdanə Qaraşovanın yaradıcılığı barədə)
-Fərhad ƏSGƏROV (RAMİZOĞLU) – “Həmişə çətinliklərlə rastlaşmaq istədim” (“Ömrümdən izlər” silsiləsindən)
-Ofeliya NƏZƏROVA – “Nəğməkar ruhun zəfər işığı –70 yaş” (Xalq artisi Zümrüd Məmmədovanın yetmişinci baharı)
-Bayram MƏMMƏDOV – ““Labirint”in bədii çağırışını hamı eşidir” (Yazıçı, millət vəkili İmamverdi İsmayılovun əsərlərinə ziyalı mövqeyi)
-Zərnişan TURAN – “Lətifə xanım Məmmədova – 65” (“Lətifə xanım” şeiri Zeynəb Cəmaləddinindir)
-Günay RZAYEVA – “Son nəfəsinədək döyüşən qəhrəman – Novruz Aslanov”
-Yunis QARAXANLI – ““Dadaizm” cərəyanı və onun ədəbiyyatımıza təsiri”, “Sözün sehrli dünyası”, “İnsanın daxili kompası”
-Fərhad ƏSGƏROV (RAMİZOĞLU) – “Yüksək bal toplayan müəllim”
-Adil MƏMMƏD – “Ətraf Sərraf – 70” (“Hələ neçə zirvə onu gözləyir” şeiri ilə də təbrik edir)
-Adil MƏMMƏD – “Şeir kimi oxunan nəsr nümunələrində polifoniya” (Pərviz Yəhyalı yaradıcılığında mərhəmət çağırışı)
-Şərafəddin İLKİN – “Həyatın yaddaşından süzülən hekayələr” (Şair Damət Salmanoğlunun nəsr yaradıcılığı)
-Maqsud MÖVLANOV – “Lahıcın Zəvəro məscidi: keçmişdən bu günə”
-Yunis QARAXANLI – “Qələmlə silahın vəhdəti”, “Pərvanə İmanova – qələmin vəfası və peşəkarın sözü”, “Vüsalə Yunusova – rənglərin harmoniyasını yaradan sənətkar və qayğıkeş pedaqoq”, “Qəlblərin və zehnlərin memarı Ramidə Oqtayqızı”, “Sevda Kərimli yaradıcılığının özünəməxsusluğu və şeirlərinin dili”
-Pünhan ŞÜKÜR – “Xəlil Mirzənin payızı bahara dönən poeziyası”

Poeziya
-Dürdanə QARAŞOVA – “Dünya Qarabağı görmək istəyir”, “Bənövşə”, “Şəhidlərim”, “Cəbrayılım, Xudafərin, Arazım”, “Yenə dumanlıdı bu qoca dağlar”, “Aşıq Ələsgər”, “Ana yurdum – Azərbaycanım”, “Qürur mənbəyim Azərbaycan”, “Şəhid bulağı”, “Şərəfim, vüqarım, ey ana vətən”, “Fəxr edir səninlə vətənim, Polad”, “Azərbaycan bayrağı” (şeirlər)
-Bayram MÜRÜDOĞLU – “Qalmayıb”, “Dumanlı zirvədir başı ömrümün”, “Yaman tələsirik”, “Bizsiz qalan dağlar hey”, “Yaman darıxmışam”, “Dünya – həmən dünya”, “Təzadlı dünyam”, “Gözlərini gözlərimə cəm elə”, “Ömrün hesabatı”, “Həsrətin dumanı çöküb gözümə”, “Məni unutmağa nə var ki”, “Mən dərdimi sənə açam hər gecə”, “Mənalı misradır mənim həyatım”, “İndi çək həyatı olduğu kimi”, “Gözəl yurdum mənim” (şeirlər)
-Qüdsiyyə QÜDSİ – “Hər gün”, “Səadətin”, “Vicdan və tamah” (təmsil), “Qəzəllər” (şeirlər)
-Zeynəb CƏMALƏDDİN – “Gələr”, “Aldanış”, “Nə üçün?”, “Məhəbbət”, “Bir ocaq quracaqsan”, “Deyiləm”, “Baxacaqsansa əgər”, “Ayılma” (şeirlər)
-Hafiz ƏLİMƏRDANLI – “Qəzəllər”, “Rübailər” (şeirlər)
-Ətraf SƏRRAF – “Sözün işığına gəldiyim dünya”, “Ağ işığa tərəf” (şeirlər)
-Məhəmməd YƏHYALI – “Qardaş” (şeir)
-Nuranə RAFAİLQIZI – “Günəş, sabahın xeyir!” (şeir)
-Səkinə NİZAMİQIZI – “Həsrət”, “Sevgilim əsgərdir” (şeirlər)
-Ziyad GÖYÇAYLI – “Mənim ömür yolum”, “Həyat fəlsəfəsi” (şeirlər)
-Ramiz İSMAYIL – “Olmaz”, “Mənim”, “Dağlar”, “Sevdim”, “İmiş”, “Sevmişəm”, “Tök ətəyindən”, “Şairin”, “Çıxıb”, “Görmüşəm”, “Ağlamaram”, “Yaşamışam”, “Bəxtim”, “Taleyimə baş əymişəm”, “Yetişməz”, “Deyil ki” (şeirlər)
-Polad İBRAHİMOĞLU – “Daha”, “Qalmışam”, “Deyiləm”, “Mən ki demədim”, “Deyənlər”, “Keçdi”, “Yaradıb”, “Vuruldum”, “Eylədim” (şeirlər)
-Zakir İSMAYIL – “Şah İsmayıl Xətaidən yazanlar”, “Məni ad günümdə təbrik etməyin”, “Vicdan tərəzisi”, “Ay, Xəzər”, “Mənim şeirlərim”, “Mən şair deyiləm, şeir yazanam” (şeirlər)
-Ayla ADİLQIZI – “Bir ömrün salnaməsi”, “Salatın”, “Bizim kəndimiz” (şeirlər)

Tərcümə
-Graham RİÇARD SMİT – “Cənab Prezident”, “Əsrin dörddə birinin qeydləri”, “Xocalı dastanı”, “Yaxın gələcəyin rəsmi”, “Nənə skuterdə”, “Məktəb bağı”, “Yardımlını görürəm” (Tərcümələr Zeynəb Cəmaləddinindir) (şeirlər)
-Patimat ŞTANÇAYEVA (RUSİYA) – “Əziz Bakı”, “Sənin yanında”, “Danış”, “Dağlar qızı”, “Cavab verə bilərsən?”, “Küllərindən ucalacaq Dağıstan”, “Bilmirdim” (Tərcümələr Zeynəb Cəmaləddinindir) (şeirlər)
-Reyhanə DÖVRANOVA (ÖZBƏKİSTAN) – “Gecikmiş şeir”, “Hal”, “Vətən” (Tərcümələr Rəhmət Babacanındır) (şeirlər)

Nəsr
-Damət SALMANOĞLU – “Dənizə baxan qız” (hekayə)
-Zarema ƏLİYEVA – “İlmələrin üsyanı” (hekayə)
-Xəlil MİRZƏ – “Pomidor tələsi” (hekayə)
-Nizami KOLANILI – “O yaşamağı baxardı” (hekayə)
-Əli BƏY AZƏRİ – “Messi” (hekayə)

Hörmətlə: Əli bəy Azəri,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“XƏZAN” JURNALININ YETMİŞ DÖRDÜNCÜ SAYI

“XƏZAN” JURNALININ YETMİŞ DÖRDÜNCÜ SAYI

“Xəzan” jurnalının yetmiş dördüncü (iyul, 2026) sayı çapdan çıxıb.
Jurnalın üz qabığında yazıçı Əli bəy Azərinin 60 yaşının tamam olması münasibətilə işgüzar şəraitdə çəkilən şəkili yerləşdirilib.
Jurnal Azərbaycan Respublikası Milli Məclisi İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, Millət vəkili Fazil Mustafanın “Xəzan” ədəbi-bədii jurnalının redaktoru, yazıçı-publisist Əli bəy Azəriyə yubiley münasibətilə ünvanladığı təbrik məktubuyla başlayır. Onun ardınca Azərbaycan Yazıçılar Birliyinin təbriki yerləşdirilib. Eyni zamanda Əməkdar müəllim Bayram Məmmədovun, şair Ramiz İsmayılın və “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın Əli bəy Azərinin həyat və yaradıcılığı barədə müvafiq yazıları çap olunub.
Jurnalın bu sayında Natella Nurun “Allahın hədiyyəsi” romanı AMEA Ədəbiyyat İnstitutu ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusiflinin təqdimatında tam həcmdə oxuculara təqdim olunur.
Poetik nümunələr, nəsr və publisistik yazılarla zəngin olan jurnalın yetmiş dördüncü sayında
YAZI DÜZÜMÜ aşağıdakı kimidir:

Redaktor guşəsi
-“Milli mətbuatın oxşar taleliləri”
-“Əli bəy Azəri – 60” (Azərbaycan Yazıçılar Birliyinin təbrik məktubu)

Publisistika
-Fazil MUSTAFA – ““Xəzan” ədəbi-bədii jurnalının redaktoru, yazıçı-publisist Əli bəy Azəriyə (təbrik məktubu)
-Bayram MƏMMƏDOV – “Hələ nələr deyəcəksən” (Yazıçı Əli bəy Azərinin 60 yaşı ərəfəsində onun kitablarını vərəqləyərkən)
-Ramiz İSMAYIL – “Altmışdan o yana” (Yazıçı Əli bəy Azərinin altmış yaşına ürəyimin pıçıltısı)
-Zaur USTAC – “Müharibə mövzusuna fərqli baxış” (Əli bəy Azərinin “İki Zəngəzurlu zabit” romanı haqqında)
-Əli BƏY AZƏRİ – “Payızın astanasında” (özümlə söhbət)
-Günay RZAYEVA – “Vətənə həsr olunmuş ömür – Milli Qəhrəman Valeh Müslümov”
-Güldanə MEHDİYEVA – “Kitab həyatın ən uzaq və ən qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır”
-Nağdəli KEŞTƏKLİ – “Damət Salmanoğlu poeziyasında estetik düşüncələrin yeri”
-Adil MƏMMƏD – “Göyçay ədəbi mühiti”
-Nuranə SULTAN – “Ayın görünməyən tərəfi”
-Əli BƏY AZƏRİ – “Sözün lirizmi və duyğunun poetikası” (Firavan Mahirin “Jalə sevgisi” kitabı haqqında düşüncələr)
-Maqsud MÖVLAMOV – “Lahıcdan dünyaya uzanan sənət yolu – Ağa Mehdiyev”
-Yunis QARAXANLI – “Hicran Əhmədlinin “Üşüyən ruhum” adlı kitabı haqqında bir neçə söz”
-Məhrux DÖVLƏTZADƏ – “Aytəkin Mehmanqızının söz dünyası”
-Vaqif YUSİFLİ – “Bir ailənin hekayəti” (Natella Nurun “Allahın hədiyyəsi” romanı haqqında)

Poeziya
-Əkbər QOŞALI – “Divani” (şeir)
-Nazlı HACILI – “Eyləmərəm”, “Dönərmi, görən?”, “Olmadı”, “Məni”, “Səni gəzirəm”, “Taleyim”, “Mənim dünyam” (şeirlər)
-Ramiz İSMAYIL – “Bağışlamaz”, “Beşliklər”, “Əl çəkməz”, “Dostlar haqqında “ballada””, “Yarımçıq şeirlər” (şeirlər)
-Damət SALMANOĞLU – “Sevgi və həyat”, “Mən dənizə bənzəyirəm”, “Səmimi baxışlar”, “Yağışlar”, “Gördüm”, “Dəniz”, “Şair”, “Tikan gülə aşiqdir”, “Ana” (şeirlər)
-Ətraf SƏRRAF – “Dünya mənə neyləsin?”, “Bir ayrılıq” (şeirlər)
-Nuranə RAFAİLQIZI – “Mən bu mən olmayam”, “Ölə bilmirəm” (şeirlər)
-Şəmsiyyə QARAMANLI – “Hər fəslin öz dövranı”, “Ayrılıqlar çox uzun” (şeirlər)
-Səkinə NİZAMİQIZI – “Utanıram” (şeir)
-Hacı Yaşar GÖYÇAYLI – “Gedir”, “Rübailər” (şeirlər)
-Ziyad GÖYÇAYLI – “Bahar lövhələri”, “Dünyanın ən gözəl günü” (şeirlər)
-Məhəmməd YƏHYALI – “Dünya” (şeir)
-Adil MƏMMƏD – “Nurlu bir dənizin həsrətin çəkib”, “Gətirir” (şeirlər)
-Hatəm ƏSGƏROV – Qəzəllər
-Yunis QARAXANLI – “Allah”, “İncidir”, “Vüsal gözlərimdə xəyallar qurur”, “Sönmüş eşq oduna atıb yaxasan”, “Mən elə özüməm”, “Zümrüd gözəli”, “Ağ-qara harmoniya”, “Vüsalın rəngi”, “Qəmzələr”, “Səni öldürmək istəyirəm”, “Sənsiz bu dünyam” (şeirlər)
-Zəhra SƏFƏRALIQIZI – “Apardı”, “Zaman”, “Dedi, səni sevirəm” (şeirlər)

Nəsr
-Vaqif ƏSƏDOĞLU – “Ədalət və rəzalət” (fantastik hekayə – davamı, son, əvvəli jurnalın 72-ci (mart-aprel, 2026) sayında)
-Solmaz HƏSƏNOVA – “İntizarın sonu” (hekayə)
-Pərviz YƏHYALI – “Şərab dükanı üçün dua” (hekayə)
-Natavan BAXIŞLI – “Ayanın həsrəti” (hekayə)
-Çərkəz NƏSİRLİ – “Əhmədin oğlu ilə söhbəti” (hekayə)
-Firavan MAHİR – “Tısbağa tərbiyəçisi” (hekayə)
-Mina İLQAR – “Dünən işdəykən məni çox sarsıdan bir hadisə yaşadım” (esse)
-Natella NUR – “Allahın hədiyyəsi” (roman)
-Salman QARALAR – “Yaxşı sədr” (hekayə)

Buyurun, sevə-sevə oxuyun.

“Yazarlar” olaraq bu sayda yer alan bütün yazarlarımızı təbrik edir, onlara bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

“Xəzan” ədəbi-bədii jurnalının növbəti – mart-aprel, 2026 sayı çapdan çıxıb

“XƏZAN” – 72

“Xəzan” ədəbi-bədii jurnalının növbəti – mart-aprel, 2026 sayı çapdan çıxıb. Sayca 72-ci olan yeni nömrə 104 səhifədir. Redaktorun seçməsi olan “Molla Nəsrəddin” jurnalının nəşri ilə bağlı araşdırma yazısı ilə başlayan jurnalın bu sayında rəssam Nazim Hüseynovun (70), Əməkdar müəllim, publisist Bayram Məmmədovun (70), şairlər: Mayıl Məmmədlinin (65) və Müşfiq Borçalının (55) yubiley yaşlarının tamam olması münasibətilə təbrik mətnləri və onların yaradıcılıqlarından nümunələr çap olunub. Eyni zamanda klassiklərdən sayılan Səməd Vurğunun 120 illiyi münasibətilə Günay Rzayevanın araşdırma yazısı verilmişdir.
Poeziya, nəsr və dövrümüzü təsvir edən publisistik yazılarla zəngin jurnalın növbəti nömrəsində yazı düzümü aşağıdakı kimidir:

YAZI DÜZÜMÜ

Redaktor guşəsi
-“Yüz iyirmi il bundan əvvəl”
-“Mayıl Məmmədli – 65”

Publisistika
-Günay RZAYEVA – “Səməd Vurğun yaradıcılığında qadın obrazları”
-Əli BƏY AZƏRİ – “Rənglərin sehrində keçən ömür” (Rəssam Nazim Hüseynovun 70 yaşına)
-Zeynəb CƏMALƏDDİN – “Hiss” (esse)
-Rəşid FAXRALI – “Mətbuat Şurasında Əməkdar müəllim Bayram Məmmədovun elmi və pedaqoji fəaliyyətinə nəzər salınıb”
-Mərhəmət ABIYEV – “Hər sabahını özü “yoğuran” insan” (Əməkdar müəllim Bayram Məmmədovun 70 yaşına)
-Mahir CAVADLI – “Stadion məhəlləsinin uğur adamı”
-Yunis QARAXANLI – “Qalibiyyətin zirvəsində” (Müşfiq Borçalı – 55)
-Həmidə FAZİLQIZI – “Çağdaş mətbuatımız və doktor Müşfiq Borçalı”
-Arzu ƏSƏDOVA – “Şagirdlərin tərbiyəsində Nizami irsindən istifadə yolları”
-Lalə MAHMUDOVA – “Zaman keçər, sevgi və xatirələr qalar”
-Güldanə MEHDİYEVA – “Dünyanın ən qədim xalqlarından biri Azərbaycandır!”
-Nazlı İBRAHİMOVA – “Sevinc baharı”
-Zemfira MƏHƏRRƏMLİ – “Hər şey yaxşı olacaq!” (Mahir Cavadlının “Hökümə” poemasına ön söz)
-Səbuhi RƏHİMLİ – “Bürclərin tarixi – tarixin bürcləri” (Bürclər necə yarandı?)
-Əli BƏY AZƏRİ – “Vətənləşən oğulların poeması” (Asya Əhmədovanın “Sən Vətənsən” poemasında real həyatla mifoloji tale yazısı sintezi)
-Nəzakət EMİNQIZI – “Ağrılı yolların işıqlı dayanacağında…”
-Çərkəz NƏSİRLİ – “Möhtəşəm çəkilişin son taleyi”, “22 yanvar 1990-cı il Zəngilan mitinqi”80
-Bayram MƏMMƏDOV – “Həyat fəlsəfəsi” (xatirə-oçerk)
-Əli BƏY AZƏRİ – “Qəbulə xanım – tarixi şəxsiyyət, ədəbi obraz” (Rus istilasına qarşı ilk dirəniş hərəkatı liderinin həyatı Azər Turanın araşdırmasında)
-Ağalar QUT – “Azərbaycanlıların “Türkiyəcə” danışmaq və yazmaq sevgisi”

Poeziya
–Vəli QARAÇAYLI – “Yaşayır”, “Xankəndidən Turana”, “Yaradanı, quranı var dünyanın”, “Xocalı”, “Kamera”, “Ömrümü əritdim gülə-gülə mən”, “Olmaz”, “Tarqovı”, “Qara “Volqa””, “Qayıdacam dənizlərə”, “Dərd içində dərd içində”, “Dəmir yumruq”, “Sibir gözəli” (şeirlər)6
-Mayıl MƏMMƏDLİ – “Apardı”, “Sənsiz darıxacam”, “Tənha qadına”, “Darıxaq”, “Qayıt gəl”, “Nəyinə gərək?” (şeirlər)
-Gülnarə İSRAFİL – “Uzun yol”, “İllərin qollarında”, “Üskük”, “Tale bir oyun oynadı”, “Dirilim”, “Tanrım”, “Ölülər şəhərində”, “Bir, iki, üç”, “Əşyaların dili var”, “Bir sevginin”, “Bədəndədi” (şeirlər)
-Hafiz ƏLİMƏRDANLI – “Qəzəllər, rübailər” (şeirlər)
-Elnarə CAHAN (BABAYEVA) – “Nağıllar”, “Çəngəl, qaşıq və bıçaq”, “Kitab”, “Mehriban olaq gərək”, “Günəş”, “Arı” (şeirlər)
-Xuraman ZAKİRQIZI – “Kamillik ağaran saçda deyil ki”, “Tərk etmir bir an da qayğılar məni”, “Yaşamaq özü də urvatdan çıxıb” (şeirlər)
–Lalə MAHMUDOVA – “Bir də baxarsan ki, sadəcə şəkildir insan”, “Səninlə hər anımı nağıl edərəm”, “Bəzən həyat dolu olmaq istərəm” (şeirlər)
–Mətanət DUYĞULU – “Susdurun müharibələri”, “Hər gün səninlə”, “Bağışla, gəncliyim” (şeirlər)
–Xanəli KƏRİMLİ – “Niyə qayıdırsan?” (şeir)
–Ramiz İSMAYIL – “Anam şəhərə köçmür” (şeir)
-Vüsal AĞA – “Sənsiz sənsizliyə dözən dörd il…” (şeir-elegiya)

Tərcümə
-Şəhla ŞÜKRULLAQIZI – “Hədiyyə et mənə”, “Diləyirəm”, “Alov”, “Hiss edərmi?”, “Hidayət et”, “Əfsun deyil”, “Cəbrdir”, “Sultanım”, “Əridi” (şeirlər) (Özbək dilindən Azərbaycan dilinə Rəhmət Babacan tərcümə edib)

Nəsr
-Firavan MAHİR – “İki mələk” (hekayə)
-Damət SALMANOĞLU – “Cavabsız məktubların sonu” (hekayə)
-Vaqif ƏSƏDOĞLU – “Sehrbaz göyərçin və uçan insanlar” (fantastik hekayə)
-Yunis QARAXANLI – “Aldanmış qəlb”, “Gizli sevgi” (hekayələr)
-Mənsurə XƏLƏFBƏYLİ – “Əmanət” (hekayə)
-Zaur USTAC – “Sonuncu döyüş” (hekayə)

“Xəzan” jurnalı

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Xəzan” ədəbi-bədii jurnalı on yaşını qeyd edir – Təbrik

XƏZAN ÇİÇƏKLƏRİ
“Xəzan” ədəbi-bədii jurnalın on yaşına

Əli bəy Azəri mifik rütbədə

Adını çoxdan eşitmişdim, o zaman Arazboyu kəndlərdə Vejnəlidən Qumlağa qədər “Rzaquliyev” soyadı mifik bir familiya idi. El-obaya çox sədaqətli, işinə məsuliyyətli, mətin firqəçiydi yoldaş Rzaquliyev. Çox adam onun adını bilməzdi, elə hamı üçün Rzaquliyev idi. Çox rəsmi, ciddi biriydi. Əli bəy Azərinin əmisi idi, Sədətqulu Rzaquliyev…
Atası Qurban kişi Əli bəyi hələ uşaqlıqdan el-obanın keşiyində mətin dayanan əsgər gözündə görürdü və bu istək Əli bəyi Rusiyaya gedib hərbi məktəb oxuyaraq baş leytenant hərbi rütbəsi ilə Zəngilana qaytaracaqdı və təkcə Zəngilanda deyil, Azərbaycanın digər cəbhə bölgələrində də ərazi bütövlüyü uğrunda mübarizədə zabit (mayor rütbəsinə qədər) kimi şərəfli ad daşıyacaqdı.
Evlilik həyatı onu peyğəmbər nəslindən olan bir xanımla – cümlə Zəngəzurda böyük kəramət sahibi kimi tanınan Seyid Həsən Ağanın nəvəsi Xuraman xatunla qovuşduracaqdı.
Hərbi rütbə, urfani, mifik soyla birləşidikdən sonra Əli bəy Azəri imzası ilə ədəbiyyat camiəsində boy göstərəcəkdi. Çox keçməyəcək ki, bu imza ilə bir “Xəzan” jurnalı nəşrimizə yeni çalar qatacaqdı, bu nəşrin 70 sayı xeyli yeni imzaları oxucu kütləsinə tanıdacaqdı…

Əli bəy Azəri və “Xəzan” çiçəkləri

Qarışıq rənglərin içərisində bir yaşıl ümid göyərir. Sonbaharın xəzan rəngi daha al-əlvan, daha rəngarəng çalarları özünə hopdurur. A4 formatda bir dərgi gözümüzün qarşısında “XƏZAN”a dönür. Müxtəlif dil və etniklərin şeir, nəsr və digər janrların dilimizdə ardıcıl çap edildiyi br jurnal. Redaktoru Əli bəy Azəri. Beləcə, son illərin “Xəzan”ına göz atıram. 100 səhifədən də çox olan nüsxələr var. Nəsr, poeziya və publik yazılar da kifayət qədər yer alıb bu dərgilərdə. İmzaların çoxu demək olar ki, mənə tanış deyil. Girişdə, redaktor guşəsində Əli bəyin həqiqət haqqında qısa sözönü də ibrətamizdir. Yazı düzümündə Leylam Leylam imzası ilə klassik nümunələrə bənzər bir qəzəl (64-cü sayında ) diqqətimi cəlb edir:

“Bu nə dövran, bu nə meydan, bu nə şeytan, Allahım?!
Susdu haqqın qabağında nə qədər vicdanlar.

…Çox fikir eyləmə, Leylam, əzəlindən belədir,
Pisi də, yaxşını da, saldı yola dövranlar”.

Bəlkə də bəzi redaktorların “senzura”sından keçməzdi bu möhtəşəm misralar, amma əsl ədəbiyyata meydan yaratmağa cəhd göstərən Əli bəy Azərinin qələm sahiblərini, xüsusən də ülvi hisslə ədəbiyyata gələn yeni nəfəsləri ruhlandırmaq kimi missiyası diqqətəlayiqdir.
Belə nümunələr kifayət qədərdi.
Jurnalda ciddi ədəbi araşdırmalar da cəsarətli nümunələrdəndi, “Gecə döyülən qapılar” Nəbi Xəzrinin 100 yaşına (Mahir Cavadlı), “Məhərrəm Qasımlıdan Orxan Paşaya” (Ramiz İsmayıl), Ayaz İmranoğlunun “Komutan” romanı haqqında (Xuraman Zakirqızı), Xurşud Dəvranın “Pədərküs” şerindəki tarixi həqiqətlər (Nazliyəbanu Bəyməhmətova, Özbəkistan) yazıları “Xəzan”ın redaktorunun ədəbiyyata çox yüksək qiymət verməyinin nişanəsidir.
Tanış imzalardan Səbuhi Rəhimlinin “Fevralın ilk günü”, Kərim Şükürlünün “İntihar” hekayəsini etinasız oxumaq olmur. Bu nümunələr “Xəzan” jurnalının 64-cü sayından götürülüb. Cari ilin daha bir “Xəzan”ına rast gəlirəm, tam 100 səhifəlik bir dərgi. 68-ci sayı. Artıq hər kəsin ciddiyə aldığı bir jurnal . Yenə redaktor guşəsində ana dilimizi təhrif edənlərə qarşı baş redaktorun bir hərbçi qətiyyəti ilə, amiranə qınağı və ciddi iradları ilk səhifədə yer alıb. Sonrakı səhifələrin birində millət vəkili Fazil Mustafanın Naxçıvan ədəbi-mədəni mühitinin şairi, pedoqoqu və jurnalisti Məmməd Tahirə 70 illik yubiley münasibəti ilə ünvanladığı təbrik məktubu və şairin “Məhbəsdə bitən çiçək” poeması verilmişdir. Jurnalın bu sayında şair Nazim Əhmədlinin “Sol ayağın yuxusu” və Zəhra Səfəralıqızının “Şöhrət” hekayələri təsirli nəsr nümunələrindəndi. Zeynəb Cəmaləddinin Şekspir, Puşkin, Lermantov, Həmzətov və Riçard Smitdən şeir tərcümələri də maraqlıdır. İndi 69-cu sayını vərəqləyirəm, redaktor guşəsində “Xarı bülbül” bədii-publisistik jurnalına xoş gəldin deyilir və jurnalın yaradıcısı Ziyadxan Budağa uğurlar arzulanır. “Xəzan”ın bu sayında “Sarı Aşıq ədəbi məclisi”nin fəaliyyəti barədə bu ədəbi məclisin təsisçisinin – Adil Cəfakeşin maraqlı qeydləri vardır. Jurnalın bu sayında zəngilanlı mərhum şair Vaqif Qüdrətin “Zübeydə” romanının ədəbi məziyyətləri barədə, eyni zamanda şairin nəsr yaradıcılığı haqqında Əli bəy Azərinin özünün məlumatları da yer almışdır. Dərgidə Vahid Məhərrəmlinin “Salam tut ağacım, məni tanıdınmı?” Zəngilan şəhər gününə aid olan yazı-nastolji diqqəti cəlb edir. “Dağlar dumana qalmadı” yazısında Arzu Kazımqızı Nehrəmlinin xalq yazıçısı Elçin Əfəndiyevin “Poçt şöbəsində xəyal” əsərinin estetikası haqqında fikirləri jurnalın maraqlı yazılarındandı.
Sonda onu da qeyd edim ki, “Xəzan” jurnalında kifayət qədər poeziya nümunələrinə də rast gəlmək olur. Belə sayların bir neçəsində mənim də xeyli sayda şeirlərim dərc olunub. Bu ürəkliliyə görə jurnalın yaradıcısı, baş redaktoru Əli bəy Azəriyə – indiki vaxtda davamlı olaraq dərginin uzunömürlü olması üçün böyük fədakarlıq göstərən nasirə – təşəkkür edir və yarasdıcılığında uğurlar arzulayırıq. 70-ci saya yetmək – çağımızın məhdud imkanlarını nəzərə alsaq hər hansı dərgini sərbəst şəkildə dövlət dəstəyi olmadan 10 il yaşatmaq böyük hünər sayılmalıdır.
Beləcə, 100 səhifəlik “Xəzan” 70-ci sayı ilə, öz rəngi ilə qarşımdadır…
“Ömür bir uzun şeirdir” adlı məqalə (müəllif ADPU-nun dosenti Məhrux Dövlətzadədir) şair, dilçi alim Firuzə Məmmədlinin 85 yaşına həsr edilmiş və müəllifin şeirlərindən nümunələr verilmişdir. Dərgidə eyni zamanda Xəzər Miraj Məsimovun, Asya Əhmədovanın Vahid Çəmənlinin, Polad İbrahimoğlunun, Fərhad Səngərlinin, İradə Şəfanın, Elnarə Babayevanın Ələsgər Talıboğlunun, Şahid Astaralının, Əbülfəz Əhmədin, Ramiz İsmayılın, Xəlil Tahirbəylinin poeziya yaradıcılığından nümunələr dərc edilmişdir. Bu sıralanmanı verməkdə məqsədimiz heç də hamının tanıya biləcəyi müəlliflər deyil, bəlkə də ilk dəfə “Xəzan”da çap olunan müəlliflərdir və onların ilk qələm nümunələrini diqqətə çatdırmaqdır. Elə bilirəm nəsr nümunələri də qismən bu fikrimizin təsdiqi ola bilər. Jurnalda Rəna Nəcəfqızının “Asan xidmət”, Ayaz İmranoğlunun “Kömürlə yazılan dua”, Xəlil Mirzənin “Sonuncu dayanacaq”, Aysel Nəsirzadənin “Əlli qəpiklik nəzir”, Zaur Ustacın “Beyin qurdu”, redaktorun özünün “Bir xurma halallığı” hekayələri yer almışdır. Dərgidə astroloq Səbuhi Rəhimlinin “Oxatan bürcünün xarakteri” maraqlı yazılardan biridir. Özbəkistanlı şairə Zilolbanu Xalıqovadan edilmiş tərcümə şeirləri, Səadiyyə Xanlarovanın “Qərbi Azərbaycan günəşi yenidən doğacaqdır” xülasə-mətni, habelə elmi və tədqiqatlara aid digər yazılar jurnalın mövzu genişliyinin təsdiqidir.
Əli bəy Azəri və cəsarətlilik “Xəzan” jurnalının 69-cu sayında “Ədəbi yekun, yoxsa dost-tanış xətrinə bəy tərifi” cəsarətli yazısında müəllif AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun “İlin ədəbi yekunu” layihəsini ciddi tənqid etmişdir. Layihənin müəllifinin ədəbiyyata o qədər də dəxli olmayan kəslərin özfəaliyyəti, rəhbərliyə etinasızlığı qınağa çəkilir. Hər il janrlar üzrə əməkdaşlar arasında düzgün bölgü aparılmadığı, habelə onların hazırladıqları “məqalə-hesabat”ların ədəbi proseslərə dəxli olmadığı qənaətinə gələn müəllif, bu prosesə sərf olunan vəsait üçün heyfslənir. Prosesin texniki ardıcıllığına əhəmiyyət vermədən heç kimə bəlli olmayan, heç yerdə bir hekayəsi dərc olunmayan kəslər haqqında uzun məqalələr dərc etdirilir. Belə nümunələri konkret adı ilə göstərən Əli bəy yerlərdə (bölgələrdə) ədəbi proseslərin heç də mərkəzdən geri qalmadığını diqqətə çəkərək bir zamanlar bölgələrdə olan məclis və dərnəklərin mövcüdluğunu da xatırladır. Müəllif daha sonra yazır: “Təəssüflər olsun ki, ədəbi proses haqda məqalə-hesabat hazırlayan əksər əməkdaşlar bunu görmək istəmirlər. Görmək istədikləri hallar isə həqiqəti əks etdirmir”. AMEA N.Gəncəvi adına Ədəbiyyat institutunun əməkdaşlarının hazırladıqları hesabat-məqalələri müəllif “dost tanış ədəbiyyatı üzrə bəytərifi” adlandırır. Bəytərifi ilə inkişaf olmaz. Əli bəy Azəri belə bir dərgi ilə ədəbi proseslərdə iştirak etməyi qənaətbəxş hesab etmir, ədəbi proseslərə təkan verməyə çalışır. Əslində onun yaratdığı və on ildir ki, davamlı nəşr etdirdiyi “Xəzan” jurnalı ətrafında gözəl bir ədəbi mühit formalaşıb.
Nəhayət, demək olar ki, belə cəsarətli yazılarla çıxış etmək bizim ədəbi mətbuatımızda az rast gəlinən hallardan biridir. Bəli, Əli bəy Azəri həm çap edir, həm də çap etdirir.
Və sonda …Yeni, ilk qələm sahiblərinə səxavətlə qucaq açan “Xəzan” dərgisi, düşünürəm ki, ən azı 70 nəfər şair və yazıçının unutmayacağı bir dərgidi, 70 dəfə yeni nəfəsdə dərc olunub, o qədər yazara sevinc bəxş edib və ədəbi zövqünə yeni poetik ümid verib. Çox az heyətlə bu dərginin — “Xəzan”ın 70-nə yetmək əsl fədakarlıq nümunəsidir. Bu münasibətlə “Xəzan” jurnalının baş redaktoru, yazıçı, hərbçi (mayor) Əli bəy Azərini təbrik edirəm.

Xosrov NATİL,
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü
15 yanvar, 2026, Bakı şəhəri

“Xəzan” jurnalı

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I