ƏDƏBİ TƏNQİDİN MÜZAKİRƏSİ

ƏDƏBİ TƏNQİDİN MÜZAKİRƏSİ

28 oktyabr 2026-cı il tarixdə AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsində ““Xəzan” jurnalı və onun perspektivləri” mövzusunda müzakirə keçirilmişdir. Müzakirədə ədəbi tənqid şöbəsinin müdiri və əməkdaşları, eyni zamanda “Xəzan” jurnalının baş redaktoru və redaksiya heyətinin üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli Azərbaycan ədəbiyyatında jurnalçılıq tarixindən danışmış, diqqəti on birinci ildir ki, davamlı nəşr olunan “Xəzan” jurnalına yönəltmişdir.
“Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəri jurnalın yaranma zərurəti, nəşri, ölkənin bölgələrinə yayılması, xarici ölkələrdə yaşayan azərbaycanlı qələm adamları ilə əlaqə və s. barədə geniş məruzə etmişdir. Məruzənin sonunda ədəbi tənqid şöbəsi əməkdaşlarının suallarını cavablandırmışdır.
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Əzizağa Elsevər ““Xəzan” jurnalında nəsr əsərləri”, jurnalın redaksiya heyətinin üzvü Zeynəb Cəmaləddin ““Xəzan” jurnalında poeziya və tərcümə”, “Göyçay” qəzetinin baş redaktoru, jurnalın redaksiya heyətinin üzvü Adil Məmməd “Bölgələrdə yaşayan şair və yazıçıların əsərləri “Xəzan” jurnalında” və “Yazarlar” jurnalının baş redaktoru, jurnalın redaksiya heyətinin üzvü Zaur Ustac “İnternet resursları üzərindən “Xəzan” jurnalının yayılması və ədəbi əlaqələrin qurulması” mövzularında çıxışlar etdilər.
Eyni zamanda AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutu ədəbi tənqid şöbəsinin əməkdaşları Qürbət Mirzəzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova və Əsmər Hüseynova çıxış edərək jurnalın nəşrinin daha da təkmil formada davam etdirilməsi üçün iradlarını bildirdilər, təkliflərini söylədilər.
Jurnalın baş redaktoru Əli bəy Azəri iştirakçılara təşəkkürünü bildirdi, iradların qəbul edildiyini söylədi, təklifləri həyata keçirməyə çalışacağını dedi.
Ədəbi tənqid şöbəsinin müdiri Vaqif Yusifli tövsiyyələrini söyləyib müzakirəyə yekun vurdu.

Tədbirdən fotolar:

28 oktyabr 2026, Bakı şəhəri

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir