Etiket arxivi: YAZAR

Elyar Polad – Dar ağaci ona baş əidi

ELYAR POLAD – YAZAR

Dar ağaci ona baş əidi

(Hekayə)

Firidun Ebrahiminin əziz xatirəsinə:

    Baharın son ayının ilk günü Təbrizin havaları isinsədə, zindan zerzəmidə yerləşdiy üçün hələ bəndin duvarları qış soyuğundan ayılmamışdı. eni uç uzunu dörd metr olan yer köhnə ədyalla örtülmüşdü. duvarları kir basmış, əyri-üyrı bəlli olmayan cızıqlar duvara əibəcər görkəm verəmişdi. tavanda əlçatmaz hündürlükdə balaca bir işıq lampası öləziyrdi. bəndin qapısıla üzbəüz duvarında tavandan bir qarış boyu aşağı balaca bir dəmir daraqlı pəncərə vardı. günəş batan çağda oradan sarı-qırmızı qat işıq içəri düşər. bu az çəkərdi. məhəbusların burada yeganə sevinc və fərəh vaxtı elə günmaşin batan çağı o neçə dəqiqə olardı. günəş sonra zəndanın uca duvarları arasında gizlənərək qəm-qusəni bəndə yenidən qaytarırdı. bəndin nəmli və soyuq havası orada oturan dustaqları büzüşməyə vadar etmişdi. hərkəs öz xəial aləminə dalaraq, dizlərini qocaqlayıb bəlli olmayan gələcəyi düşünürdü…. 

    Milli hökümət dövründə dadistan vəzifəsində çalışan zaman boş vaxtlarını bu dustaqxanada keçirərdi. Riza şah dövrünün dustaqlarının pərvəndə(qovluq)lərini oxuyub gönahsızları buraxmışdı. yenə dustaqxanaya gəldi. oxumağa pərvəndə qalmamışdı. bəndləri dolaşmağa başladı. dustaqlarla hal-əhual tutdu. vəziyyətlərin öyrəndi. şikaytlərin dinlədi. giriftarçılıqların eşitdi. salonun küncündə yerləşn bənd, ömürlük cəza almışlara məxüsus idi. qapının açılmasını istədi. içəri girdilər. bənd işıqsız və ürək sıxıcı şərayitdə olduğundan darıxdı. ətrafa göz gəzdirdi. gözləri qaranlığa alışan zaman dörd nəfərin burada olduğunu bildi. bir-bir onları nǝzǝrdən keçirdi. nǝzǝrı qoca bir dustağın uzundə dayandı. yaşı əllini haxlamışdı. üz-gözünün qırışları, ənginin batığı onu daha da qoca göstərirdi. saçı-saqqalı yarı ağ-yarı qara olduğundan məsüm bir görkəm ifadəsı almışdı. adını və gönahını soruşduqda, qoca utancaq və kədərli halda: «adım əyyub dir. gönah deyində qismətim bu imiş qadan alim. nə bilim, kaş o gün heç evdən bayıra çıxmayaydım. işdir başıma gəlib, kişinin də başına iş gələr, qadan alim»….demişdi.

    Zindan rəiysi onunla birlikdə idi. tapşırıq verdi: «əyyub dayını yanıma gətir». deyib bənddən çıxdı. zindanın təmizlini və yer örtüklərini, duvar-qapılarını nǝzǝrdən keçirdi. qayıdıb rəiysin dəftərində oturdular. 

    Əyyubun pərvəndəsini istədi. əyyub hələ də ayaq üstə durmuşdu. ona səndəlini göstərib uturmağın istədi. Rəiys mətantlə pərvəndəni onun qabağına qoyub kənara çəkildi. pərvəndəni varaqlayıb, oxuyandan sonra uzunu qocaya tutdu: 

    -Əyyub dayı, burada etiraf edib və barmaq basmısan ki mərəhü zeinalı qəsdən, ölüm amacı ila vurmusan. və məhkəmənin qərarına etiraz etmədən gönahlarını boynuna almısan. 

    Əyyub əllərini bir-birinə sortərək, başını aşağa salıb: 

    – Başına dönüm. mən savadsız bir adam nə bilim orada nə yazılıb. məni heç danişdiran olub ki, barmaqda basam? bayaq dedim. indi də deyirəm, kaş qıçım sınaydı o gün evdən bayıra çıxmayaydım. 

    O fikrə dalaraq, pərvəndəni varaqlayıb, birdə oxudu. çox susandan və düşünəndən sonra: 

    – Əyyub dayı, o günü xatirlayırsan? yadında qalanı və nə hadsə baş verdiyni deyə bilərsənmi? 

    Qoca yerində bıraz qurdalandı. sanki danışmağa söz axtarırdı. haradan, nə yerdən başlamısından, yaddaşını ələk-vələk edirdi. dərindən nəfəs alib köks ötürdü: 

    – Yazın orta ayının ilk on günlüyü olardı bala… səhər çağı sübh namazından sonra mənım su nüvbəm idi. hava hələ qaranlıq idi. yoxudan ayıldım. dedim bevaxta qalmayım, namazı da elə örüşdü qılaram. durdum ayağa bağlamanı və beli götürüb getdim yoncalı bağa. hava hələ ayazımamışdı. küçələr saktlık idi. yoncalı bağ kənddən bir az aralı idi. mən bağa çatar-çatmaz hava ayazıyrdı. başladım vərganları sahmanlayıb, su yolunu rahatladım. yan-yüvrəni dolandım. dan yeri sökülmüşdu. kəndin naxırları və çobanlarının hay-harayıları eşidilirdi. azan səsi gəldi. qabda gətirdiyəm su ila dəstəmaz alib, başladım namazımı qıldım. namazı qurtarandan sonra arxa su gəldiyni gördüm. başladım su yollarını yenidən təmizləməyə, vərganı möhəkəmləndirməyə. elə bu zaman zeinal peida oldu. və başladı mənilə dedi-güdü eləməyə: «su növbəsi mənimdir. sən niyə bağını suvararırsan?». mənədə dedim: «səhər-səhər ovqatımı korlama, oğul! bütün kənd əhli bilir bu saat mənım növbədir». baş ağrısı verəməyim, sözümüz çəp gəldi. yaxamdan tutdu. mən biləyindən yapışıb itələyib, özümdən kənarlarşdırmaq istədikdə, yer soruşkən olduğundan o tərazlığını saxlaya bilməyib, vərgana tərəf yixildi. başı vərganda olan böyük sal daşa diyb üydu. mən onun qollarından yapışıb silkələdim. üymuşdu… 

    Xəbər saldım. hay-haray çəkdim. qonşu kəndçilər gəldilər. onun öldüsünü bildirib məni qinadılar. bu zaman zeinalın atası kəndin ərbabının mubaşırı gəldi və məni döyə-döyə pasgaha aparıb verdi. və bu günəcn burdayam. 

    Araya suküt çökdü. məhəbüsün aparılmasını istədi. sonra uzunu həbsxana rəiysinə tutub, dedi: 

    – Bu pərvəndəni yenidən istintaqa qoyun. kənddə yerli adamlardan tǝhqiq edin. ətraflı mövzünü öyrənin. gönahsız olduğu isbat olunarsa azad edin. nəticəni mənə guzariş verəməyi unutmayın. 

    Bəndlərin təmizlənib boyanması barədə, həzinə və xərcini bilmək istədi. durub gedəndə, bəndi bir həftə içində boyatdırıb, təmizlənməsini istəmiyşdi. növbti görüşdə rəiysin işindən razı qalmışdı. əyyub dayının işinin nə yerdə olduğunu soruşduqda, rəiys: «istintaq gedir. yəqin edirəm bir iki günə yekunlaşar. kənddə hamı bu kişinin sadə və qayğıkş olduğunu vuruğulayırlar. gənahsız olduğuna əlimizdə yetərli dəlillər var. sənədləri toplayıb sərəncam üçün sızındə qolluğunuza göndərrəm».-demişdi. indi lal səküt içində o gönləri xatirlayıb, gələcəyin nə olacağının fərqində deyildi.  

    Bəndin dəmir qapısı ət ürpədici səslə açıldı. uca, qarnı yüğün gözlərindən şərarət tökülən gözətçi kobud səslə çığırdı: 

    – Firidun! sən üçün bağlama var. 

    Firidun təmkinlə ayağa durub bəndin qapısna tərəf getdi. bağlamanı alib geri döndü. dustaq yoldaşlarını təbəssümlə süzərək yerində oturub, bağlamanı açdı. 

    Səliqəylə ütülnmiş qara pencək-şalvar, dom ağ yaxası və qolları nişastalı əbrişəm köynək, al qırmızı rəngdə qalustuk, parlaq qara verni başmaq, bir cüt təzə curab və bir məktüb paketı. bu əşyaları ayırdıqda bir-bir kənara qoydu. paketı ehmal göturub tələsəmədən açdı. yazı xəti tanış idi. fəridə yazmışdı: 

    «əzizim Firidun. 

    istədiklərini göndərirəm. çox üzgünəm. bu paltarları ütüləyib qurtarınca yüz dəfə ölüb-dirilmişəm. həqiqət nə qədər acı olsada, onu dərək edib və düşünmək, olduqca ağırdır. bu şərayitdə sənin nə fikərdə olduğunu və nə düşündüyünü ağlımada belə gətirə bilmirəm.  

    Dustaqxananın rəiysilə çox danişdim. yalvardım, xahiş elədim. ancaq görüş icazəsı verilmədi. bilirəm sənin tutduğun və çalışdığın həqiqət və insansevərlik yol, davamlı olacaq. inaniram sən bu günlərə həmişə hazır idin. inam və iradəylə bu yola qədəm qoymuşdun. sənsiz yaşamaq mənimçün çox ağır və dözülməz olacaq.  

    Mən bütün quvvəilə çalışacağam, oğlumuz Aydını vətənpərvər və insansevr ruhda böyudub, tərbyiə edəm. bu dunyada hərkəs düşüncəsi qədər iz qoyur. sənlə mənim tale yülümüz bu imiş. sən bacardığın qədər iz qoya bildin. hər addımın gələcək naminə, vətənin azadlığı uğrunda mebarizə yülünün məşəlinə çevrildi. inaniram bu işıqlı yol davam edəcək. sənin düşüncələrin və fədakar iradə və inamin gələcək vətən oğullarının yolunu işqlandiracaq. vətənimiz, əbədi azadlıq bayrağı altında, səni və mübariz yoldaşlarını əbədi xatirlayacaq.  

    Əminəm ki, bu yolda bütün var gücünlə mübarziə apardın. nə qədər dunya yaşayır, sənin ruhun, düşüncə və fikirlərin Azərbaycan və vətənsevərlərin yoluna işıq saçacaq.  

                                                                                         səni sevirəm:  fəridə».  

    Məktubu səliqəylə qatlayıb, paketə qoydu. «Aydın» sözü onu çox sarsıtdı. doqquz aydan artıq idi oğlu bu dunyaya göz açmışdı. bir dəfə də olsun onu görməmişdi. qoxulayıb bağrına basmamışdı. «ata»nin nə olduğunu dadmamışdı. 

    «yəqin indi iməkləyir. bəlkədə əlindən yapışsan ayağa durub bir-iki addım da atar. bıraz dəcəlləşibdə. qığıldaya-qığıldaya, şeytanlıq da edir. neçə aydan sonra sözləri öyrənməyə başlayacaq. görəsən ilk deyəcəyi söz nə olacaq». yəqin bilirdi «ata» sözcüyünü o hələ başa düşməyəcək, bəlkə də ömrunun sonuna qədər heç anlamayacaqda… 

    Oğlunun acı taleyni duşundu. ata nəvazişındən uzaq olacağını, atasız böyuməsini, ruzigarın qəddar pəncəsində arxasız və köməksiz olmasını, ruhı zədələrə məruz qalmasına acıyrdı.  

    Fəridə ilə birlikdə bu adı seçmişdilər. bir gün axşam şam yeməyindən sonra sözləri uşaq haqqda oldu. onu necə böyudub başa çatdırmasından, oxudub vətən qayğısı çəkməsindən danişdilar. Fəridə oğlan uşağı olmasını dedikdə Firidun, uşağın cinsi haqqda heç bir söz demədən sağlam və salim olmasını istəmişdi. necə də onun gəlməsini, bu dunyaya göz açmasını sevinclə gözləyirdilər. ancaq belə olmadı. bu səadəti yalnız onlara yox bütun Azərbaycana çox gördulər. şah üsul idarəsı böyuk əmpryalıst Amerıka və İngilis dövlətlərının boyunduruğu altında və onların nizami quvvələri və savaş təchizatı ila Azərbaycana təcavuz etmişdi. milli hökuməti darmadağın edərək, böyuk və əsrin acınacaqlı taleyni Azərbaycan xalqına yaşadıb və soyqirima məruz qoyub, Təbrizin küçələrindəki qnularda su yerinə qızıl qan axıtmışdı. 

    Şəhərdə güllə səsi bir an səngimirdi. hər gülləylə bir aylə başsız qalırdı. vay oğul! vay qardaş! vay ata səsi bütün şəhəri burumuşdu. Təbrizə yağan və yerə çökən ağ-appaq qar, igid və aslan oğulların, ataların və qardaşların isti qanı ilə əriyb və qnulara qərmizi yol salmışdı… 

    Pencək-şalvarı əlinə alib, sağa-sula çevirdi. bütün varlığı ila yaddaşını vərəqlədi. gözləri yül çəkərək, sımasını şux bir təbəssüm bürüdu: 

    «ikinci dunya savaşı başa çatmışdı. mütəfiq dövlətlərlə Alman faşizmi arasında sulh müqavıləsı bağlanmışdı. Fransanin parıs şəhərində sulh konfransı adından bütün dunya dövlətlərindən numayəndə istənilmişdi. Azərbaycan milli məclisi tərəfindən onu Fransə dilini mükəmməəl bildiy və bacarıqlı sıası dıplomat olduğu üçün numayndə təyin etmişdilər. konfransın vaxtına bir ay fursət variydı. ədliyə idarəsində tapşırıqlarını işçilərin öhdəsinə buraxıb hazırlıq görürdü. 

    Təbrizin məşhür dərzisinin dükanına gedib parçanı bəyənmişdi. dərzi onun ölçülərini götürdükdə onun tikəcəyi pencək-şalvara inamini artırıb demişdi:«maşallə, göz dəiməsin. bu ölçülrlə lap naşı dərzinin də işi əla alınar». Firidun isə gülümsəiərək demişdi: «görək nə edirsən. elə bir iş görməlisən, bütün konfrans iştrakçıları bilməlidirlərəki, ancaq bu Təbriz dərzisinin işi ola bilər». dərzi onun gözlərinin dik içinə baxaraq: «narahat olmayın. sız hər nə geyinsəniz, sızə gözəl yaraşacaq. bu qəd-qamət və duruşuq hər naşı dərzinin işinin qusurlarını örtər»-demişdi». 

    Pencək-şalvarı bir tərəfə qoydu. köynəyi götürüb burnunun ucuna toxundurdu. gözlərini yümdü. həmişə səhər evdən çıxmamış vurduğu ətrin qoxusu, beynini xomarlandırdı. bir an olsun belə dustaqda olduğunu unutdu. sanki səhər tezdən işə getməyə hazırlaşdığını düşündü. bu xoş doyğu onun beyninin hüceirələrinə qədər işlədi.  

    «iki gün səfrə qalmış, Fəridə ilə Təbrizin bütün köynək və başmaq dükanlarını dolaşmışdılar. hər köynəyə əl qoyduqda, Fəridə yox demişdi. nəhayt dükanların birəndə, Fəridə bu köynəyi götürüb: «bax! necə də qar kimi ağ-appağ dir» -demişdi. Firidun:«axı bu köynəyi bir dəfə geydin gərək yüyüb və yaxası ila qollarını nişastalayıb, ütüləyəsən. bu səninçün çətin olar.» -deyib yox fikrini bildirəmişdi. Fəridə:«eybi yoxdür. konfransa gey, sonrasına da baxarıq» -deyə onun razılığını almışdı. parlaq qara başmaq və al-qırmızı qalustuku da Fəridə bəyənmişdi». 

    Bayaqdan dinməz-danışmaz hamı onu suzurdu. Firidun xəialdan ayrılarkən dostlarının baxışlarını üzərində həs etdi. utancaq halda, təbəssümlə: «çox bağışlayın, başım qarışdı.» -dedi. 

    Ona yaxın oturan, bu son gönlər ona məhəbbətlə yanaşan əhməd, dərindən ah çəkib, köks oturdu: «eh… dunyanın işini bilmək olmur. dünən hökm verib, qərar çıxaran hakım, bu gün məhkəmə olunub, ağır cəza alır.» -dedi. 

    Heç kim danişmirdi. bəndin havası ağırlaşmıdı. lal suküt içində dustaqlar naməlum gələcəyi düşünürdülər xatirələrə dalaraq, keçmiş günləri xıallarında canlandırıb ömürlərinin yadda qalan sevncli və kədərli anlarını xəıal aləmindən göz önünə gətirərək, öz aləmlərində seir edirdilər. birdə yenidən doğulsaydılar, yəqin yenə bu yolün yolçüsü olaraq, keçmişdə olan nöqsanlarını və bilmədən etdikləri səhvləri aradan qaldırıb uğurlu gələcək üçün, inamlı addımlar atardılar. bəlli olmayan sabah onları öz içinə qapadıb, əzizlərinin naməlum taleynin nə olacağını fikirlərşirdilər. neçə gün yaşayacaqları və buradan necə qurtaracaqları bəlli deyildi. 

    Gecə yarıdan keçmişdi. dustaqxananı ağır və darıxdırcı bir suküt bürümüşdü. hərə bir tərəfdə uzanıb öz içinə qapanaraq gözləri yol çəkirdi. bayırda cırcıramaların kəsik-kəsik səsi eşidilrdi. hardasa uzaqda, it hürdü.  

    Firidun durdu. gedib barmaqlarının ucu ilə qapının suyuq canını taqqıldatdı. dustaqxana gözətçisi qapida qoraşdirilmiş balaca siyirməni çəkib boğuq və yuxulu səslə: «nədir? gecənin bu vaxtı nə istəyirsən?» -deyə ona zəhmili baxışlarıla naraziliğini bildirdi. 

    Firidun sağ əlinin barmaqlarının ucu ilə çənəsinin biz tüklərini tumarlayaraq: «islah etmək istəyirəm.», -deyib gülümsədi. 

    Gözətçi işitdiklrinə inanmayib gözlərini bərəldib:«necə? islah etmək! gecənin bu vaxtı?»-deyib, könülsüzcəsinə qapını açıb, onu salona yol verdi. yenidən qapını bağlayıb, onunla bərabər gözətçi otağına gəldilər. 

    Balaca kir basmış güzgü, bir tas, firça, sabun və islah tığını duvarın küncündəki balaca mizin üstünə qoyub, otağın o biri kuncundə olan odun ocağının üstündəki çaynıkı göturub , tası yarıya qədər isti su ilə doldurub, yenidən çaynıkı yerinə qoyaraq, təxtin üstündə əiləşdi. 

    Firidun təşəkkur edib səndəldə oturdu. gözgünü duvara söykəyib, firçanı isti suda dolandırıb, islatdi. firçanı sabunlayıb uzundə gəzdirdi. isti sabunlu su üzünə toxunduqca xoş bir hiss onu bürüyürdü. neçə vaxt olardı bu təhər ilıq su həsrətində idi. tələsəmədən uzunun hər yerini sabunlayıb, sifətini sabun köpuiundə gizlətdi. islah tığın götürüb aram və səliqəylə uzunu qırxmağa başladı. 

    Kənarda təxt üstə oturan gözətçi heıranlıqla onu suzur. hər bir hərəkətini izləyib, göz qoyurdu. öz-özünə:«vallə adam mətəl qalır. bonlar nə ürəkləri böyuk insanlardırlar. bunun ömründən heç iki saatda qalmır, ancaq hər şeyi düşünür, bircə ölümdən savayı. sanki toy hicləsinə hazırlaşır. elə bil iki saatdan sonra bunu yox,məni asacaqlar» -mizıldandı. 

    İslahı qurtarıb, qalxdı. köynəyinin ətəyilə uzundə qalan köpükləri silib: «çox sağ olun. şərait yaratdığın üçün təşkkur edirəm», -deyib getməyini bildirdi. gözətçi də qalxaraq onula bəndin qapısına qədər gəldi. qapını açıb içəri buraxdı. 

    Firidun içəri girəndə hamının uzundə təəccüb dolu sual gördü. bir söz demədən, keçib yerində əiləşdi. bayırda bayquş oladı. uzaqlardan it hürəməsi gəlirdi.  

    əhməd gözlərini ona dikrək: «mən sənin bu əxlaqinin heıranıyam. canım bəlli deyil bir saat ya nə qədər diri qalaq, sənsə toya hazırlaşanlar kimi özünə yetişirsən.» -deyib, gözünü ondan çəkmədi. 

    Firidun gülumsiərək aram və həlim səslə: «dostlar! mənim də halım sızdən qalan deyil. Məndə insanam. hissyatım var. ancaq mübarizə etmək yalnız vuruşmaq deyil. bizim hər bir hərəkət və izimiz mübarizə yolünün məşəli dir. biz vətən və düşüncəmizin yolunda özümüzü fəda etməklə, gələcəyin ilk uğurlu addımlarını atiriq. qoy gələcək nəsil və vətənin azarkeşləri, bizləri yad edəndə, qrür və fəxrlə xatrlasınlar. 

    Mübariz insanların aldığı nəfəs və atdığı bütün qədəmləri mübarizə yolunda olmalıdır. ölüm fəlsəfəsi çox da bürüşüq bir fəlsəfə deyil. insanların hamısı ölümə məhəküm dur. gec-tez hamı bu dunyadan köçməlidir. yalnız, yaşamaq kimi, ölməkdə mübarizədır. necə yaşamaq kimi, necə və nə təhər ölməkdə sənin düşüncə və fikirindən doğmalıdır. ola bilər yol gedərkən qəza baş verə və bu dunyanı tərək edəsən. ölüm-ölümdür. ancaq necə ölmək və ölümlə mübarziə məşəlini gurlandırmaq və yeni nəsilin yolünü işıqlandıran ölüm hərkəsə qisəmt olmur. mən bu növ ölümü həyat kimi yaşayıram. bu ölüm deyil, əbədi həyat dir. hərkəs bir növ və yolnan bu dunyanı tərək etməlidir. önəmli ölüm odur ki, iz qoya və insanları düşündürəməyə vadar edə. bizim ölməyimizdə gərək diktaturlar üçün bir kabus olub, onların asayşını və rahatlıqını əllərindən alib, gələcəyin aydın yolünü işıqlandırsın.  

    Məndə bu dunyanın şirinliyni duyuram. yaşamaq gözəldi. ancaq necə yaşamaq! bizim ölməyimiz yeni yaşam olacaq. biz ölümlə son sözümüzü deyirik. və dunya durduqca bizlər bu dunyada, bütün azad düşüncəli insanların ürəklərində yaşayacağıq». –dedi və dostlarından üzr istəyib, üzlərini dündrəmələrini xahiş etdi ki, paltarını diyşin. 

    O dustaq küynyi və şalvarını çıxardıb, səliqəaylə büküb, küncə qoydu. ağ əbrişəm küynəyi geyib qara şalvarı ayağına çəkdi. küynəyinin ətəklərini şalvarın içində səliqəyə salıb, kəməri bərkitdi. al-qırmzı qalustuku boynundan salıb düyunləyıb, buğazının altında rahatladı. corabları ayağına çəkib, bərq vuran qara verni başmağı geydi. qara pencəyi əininə aldı. gülümsər halda dostlara baxıb: «necədir?» -sualını verdi. 

    Hamı onu suzurdu. dostların gözlərində sevinc və ürəklərində kədər həiəcan içində idilər. danışmağa söz tapmırdılar. o isə barmaqları ila qara şəvə kimi telini darayıb, sahmanlayırdı. sanki bir tədbir, ya böyük bir təntnəli zal onu gözləyirdi…  

    Bəndin cingilti ilə qapısı açıldı. səliqəli forəm libasında bir sərhəng qapı ağzında göründü. Firidunü görcək, təəccübünü gizldə bilməyib, dərindən nəfəs aldı. heıranlıqla onu suzub nə edəcəyini unutdu. bu übuhətli və yaraşıqlı insanın dustaq olduğunun dərəkindən aciz qaldi. özünü güclə ələ alib: «bu nə görkəm dir? görüşə hazırlaşırsan?» -deyib. cavab gözləmədən gözətçiyə işarə etdi. 

    Gözətçi içəri girib, Firıduna yaxınlaşdı. onun əllərini qabaqda qandallayıb: «gedək» -dedi. Firidun iradə və təmkinlə, qapıya yaxınlaşdı. sərhəng salonda olan yaraqlı əfsərlərə işarə edib, vəzifələrini xatirlatdı. iki əfsər əli tüfəngli sərhəngin sağ və solunu quruyaraq Firidunü öndən nǝzǝr altına aldılar. ikisidə Firidunün arxasında əllri silahın qəbzəsində atəş halında hərəkət edirdilər. 

    Salondan dustaqxanın həiətinə düşdülər. səhərin sərin yeli onları qarşıladı. zindanın həiətindəki ağaclarda civildəşən sərçələr bir an susdular. onlar nəzmlə dustaqxananın dərvazasına tərəf hərəkət edib, dərvazanın yaxınlığında duran hərbi maşına yaxınlaşdılar. sərhəng keçib şüferin yanında, Firidun və əfsərlərdə maşinin arxasında iki oturacaqda, əfsərlərin ikisi Firidunün sağ və solunda, obırısılər üzbəuz oturdular. maşinin qapılarının örtülməsilə dərvazanın açılması bir oldu. maşin nərildəyib dərvazadan xiyavana şütüdü… 

    Təbrizin səttarxan xiyavanı obaş-bubaş nizami qovvəlrlə əhatə olunmuşdu. gəl-get kəsilib, xiyavan xəlvət edilmişdi. gulustan bağının qabağında izdiham vardı. əhrab məhləsində molla hüseyn məscidinin guldəstəsindən subh azanı ucaldı. ağacların yarpaqları səhər mehindən titrəşirdilər. quşcuğazlar civildəşə-civildəşə ağacların qol-budaqlarında hərəkət edirdilər. bu səhərin açılmasını və dan yerinin sökülməsini andırırdı. 

    Sirəylə düzülən əfsərlər, yorulduqlarından və nigrançılıqdan öz içlərinə qapanmışdılar. xiyavanın bağ tərəfini iki sirə əfsər quruyurdu. hər sirə də iyrmi əfsər vardı. ilk sirəylə ikinci sirə kürk-kürəyə dayanaraq yaraqlarını hazır tutmuşdular. iknci sirə bağa tərəf hazır duraraq qabaqlarındakı camaatdan gözlərini çəkmirdilər. ikinci sirədən beş-altı qədəm aralı sıx camaat namuntəzəm şəkildə bağın içində ayaq üstə intizar dayanmışdılar.  

    Xıabanın kənarında ilk sirəynən üz-üzə on metr aralıda yerdən bir metr hündürlükdə eni uç və uzunluğu beş metr olan taxtadan bir səki qurulub və ayrı əfsərlərlə səki əhatəyə alınmışdı. xiyavanın səthi beş pillə ilə səkinin səthinə birləşirdi. səkinin ortasında bir dar ağacı gözə çarpırdı. dar ağacından asılan edam ipi səhər yelindən saat pandolu kimi var-gəl edirdi. 

    Ərkin uca duvarından boylanan günəş, Təbrizin səhərin işqlandirib, xiyavanın Qonqa tərəfindən gələn maşinin şuşəsində əks olunub, insanların gözlərini qamaşdırdı. maşin səkinin yanında dayandı. sərhəng maşından enən kimi əfsərlər nizami görkəm alib, odun kimi qurudular. sərhəng azad deyib, pillələrdən səkiyə qalxdı. maşinin dal qapısı açıldı. iki əfsər cəld yerə atılıb hazır dayandılar. Firidun əllri bağlı maşindan düşdü. onun arxasınca iki əfsərdə maşindan düşüb qapını örtüb hazır vəziyyətdə dayandılar. maşin yerindən hərəkət edib əlli metr gedib, xiyavanın kənarında dayandı.  

    Firidun aram və təmkinlə səkiyə tərəf yönəldi. adi baxışlarla ətrafı nǝzǝrdən keçirdi. yaraqlı əfsərlərdən savayı gözünə heç kim dəimədi. pillələri qalxdı eləbil parıs şəhərinin sulh konfransı binasının pillələrini adlayırdı. Mətantlə hərəkət edib bütün orada olanları özünə cələb etdi. səkiyə qalxandan sonra bağın içində olan insanları gördü. dodaqlarında təbsəm yarandı.  

    Camaatın içində böyuk həmhəmə yarandı. heıranlıqlarını gizlətməyib, «urra» dedilər. bütün camaat onun görkəminin heıranı olmuşdu. hər saniyə sərhəngə bir il keçirdi. qəzəbindən dil-dodağın gəmirib, yerində laxlayırdı. işarə ilə hər şeyn tez qurtarmasını tələb etdi. 

    İki əfsər gedib Firidunün əllrinin qandalını qabaq tərəfdən açıb, arxada bağlamaq istədikdə , o mane oldu. dar ağacının altında aslaq ipə yaxınlaşıb başından buynuna salaraq əllərini arxa tərəfdə bir birinə keçirdib hazır dayandı. bayaqkı əfsər qolları biləkdən qandallayıb yerinə çəkildi.  

    Firidun başını dik tutaraq, buğazında qəhəri buğdu. günəş ərk qalasının duvarından bir qarış ucalmışdı. uzaqlarda göyün səmasında bir dəstə göyrçin göründü. o gözlərinin açısında Təbrizi yaddaşına köçürür və keçmiş gönlərini xatrlayır. sanki parısın sulh konfrans tribununda danışmaq üçün hazırlaşırdı. sərhəngin qəzəbli və yüğün səsini eşitdi. sərhəng edamın əcrasını tələb etdi. bu an Firidunün ürək dolu səsi Təbrizin bütün küçələrini dolaşıb və onun öz qulaqlarında « yaşasın Azərbaycan…»əks-səda eləyib, ayaqları səkidən üzüldü…

Müəllif: Elyar POLAD

ELYAR POLADIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“İlin hekayəsi” müsabiqəsində onlayn səsverməsi başladı

Kulis.azda müsabiqə

“İlin hekayəsi” müsabiqəsində onlayn səsverməsi başladı.

Kulis.azın keçirdiyi hekayə müsabiqəsinin onlayn səsverməsi bu gün, saat 15:00-dan aktivdir. Səsvermə 28 dekabr saat 15:00-a qədər davam edəcək.

Müsabiqədə 209 hekayə yarışacaq. Bütün hekayələr münsiflərin qiymətləndirilməsindən sonra saytda yayımlanır.

Oxu, səs ver, paylaş:>>>> kulis.az

Xatırladaq ki, onlayn səsvermə yalnız xüsusi yer üçün nəzərdə tutulub. “20-lik”i, “10-luq”u, üç yerin qalibini münsiflər seçəcək. Qaydalara uyğun olmayan və hekayə qəbulunun son tarixindən sonra (dekabrın 10-u, saat 18:00) göndərilən hekayələr müsabiqədə iştirak edə bilməyib.

İlkin mənbə:kulis.az


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC AZƏRBAYCAN MƏTBUATINDA – 2021

ZAUR USTACIN YAZILARI

ZAUR USTAC MƏTBUATDA 2021

1. “Sənətin seçdiyi adam – şəhid Həmdəm Ağayev”, “Təzadlar” qəzeti, 12.01.2021, say: 01 (2286), s.5-14.
2. “Baş redaktordan”, “Yazarlar” jurnalı,
3. “Zaur Ustacın uşaq dünyası”, “Yazarlar” jurnalı,
4. “Can ay Ana” şeirlər, “525-ci qəzet”, 26.01.2021, say: 14 (5580), s.14.
5. “Baş redaktordan”, “Yazarlar” jurnalı, say: 01 (01), s.3-5.
6. “Zaur Ustacın uşaq dünyası”, “Yazarlar” jurnalı, 01 (01), s.6-31.
7. “Zaur Ustacın uşaq dünyası…”, “Kredo” qəzeti, 10.02.2021, say: 06 (1036), s.15.
8. “Qarabağda torpaq islahatları vacibdir, …”, “Təzadlar” qəzeti, 16.02.2021, say: 06 (2291), s. 11.
9. “Zaur Ustacın uşaq dünyası…”, “Kredo” qəzeti, 17.02.2021, say: 07 (1037), s.15.
10. “Zaur Ustacın uşaq dünyası…”, “Kredo” qəzeti, 24.02.2021, say: 08 (1038), s. 5.
11. “Baş redaktordan – Ustacam”, “Yazarlar” jurnalı, 02 (02), s.3-4.
12. “Zaur Ustacın şeirlərində uşaq obrazları”, “Yazarlar” jurnalı, 02 (02), s.5-20.
13. “Baş redaktordan – Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı”, “Yazarlar” jurnalı, 03 (03), s.6-17.
14. “Baş redaktorun guşəsi”, “Yazarlar” jurnalı, 04 (04), s.3.
15. “Zaur Ustac – Məşəqqət”, “Yazarlar” jurnalı, 04 (04), s.35 – 39.
16. “Zaur Ustac – Hərb mövzulu yazılar”, “Xəzan” jurnalı N 2 (33) Aprel-May 2021-ci il s.42-44.
17. “Zaur Ustac – Əli bəyin Hərbi Zəngilanına səyahət”, “Xəzan” jurnalı N 2 (33) Aprel-May 2021-ci il s.117-119.
18. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 05 (05), s.3.
19. “Zaur Ustac – Belə bir kitab var – Araz Şəhrilinin kitabı”, “Yazarlar” jurnalı, 05 (05), s.32 – 37.
20. “Zaur Ustacın şeirlərində uşaq obrazları”, “Kredo” qəzeti, 26.05.2021, say: 19 (1049), s. 9.
21. “Qarabağ Azərbaycandır, Azərbaycan isə dünyamız! DƏYƏRLİ ALİM QURBAN BAYRAMOVUN 75 İLLİYİNƏ” Yubiley təbriki, “525-ci qəzet”, 27.05.2021, say: 92 (5658), s.13.
22. “Zaur Ustacın şeirlərində uşaq obrazları”, “Kredo” qəzeti, 02.06.2021, say: 20 (1050), s. 14.
23. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 06 (06), s.3.
24. “Zaur Ustac – Bir kitaba yüklənmiş min fikir”, “Yazarlar” jurnalı, 06 (06), s.22 – 29.
25. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 07 (07), s.3.
26. “Zaur Ustac – Əli bəyin “Hərbi Zəngilan”ına səyahət”, “Yazarlar” jurnalı, 07 (07), s.47 – 56.
27. Zaur Ustac – “Mən eşq atəşiyəm”(Vahid Çəmənlinin 65 yaşına), “Xəzan” jurnalı N 3 (34) İyun-İyul 2021-ci il s.48-49.
28. Zaur Ustac – “Nuranə Rafailqızı sözünün nuru”, “Kredo” qəzeti, 28.07.2021, say: 27 (1057), s.13-16.
29. Zaur Ustac – “Söz mülkümüzün Cənub qütbü”, “Bütöv Azərbaycan” qəzeti, 06.08.2021, say: 17 (408), s.8.
30. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 08 (08), s.3.
31. Zaur Ustac – “Səma Muğanna – Yeni Günəş”, “Həftə içi” qəzeti, 9-15.09.2021, say: 76 (3400), s.7.
32. Zaur Ustac – “Şanlı zəfərimizin memarına ithaf” (şeirlər), “Bütöv Azərbaycan” qəzeti, 10.09.2021, say: 22 (413), s.14.
33. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 09 (09), s.3.
34. “Ruhumuzun aşısı “Nəsihətlər” – Zaur Ustac”, “Bütöv Azərbaycan” qəzeti, 24.09.2021, say: 24 (415), s.13.
35. Zaur Ustac – “Şeirlər”, “Ədəbiyyat qəzeti”, 25.09.2021, say: 38 (5324), s.28.
36. “Ruhumuzun aşısı “Nəsihətlər” – Zaur Ustac”, “Təzadlar” qəzeti, 28.09.2021, say: 33 (2318), s.14.
37. “Ruhumuzun aşısı “Nəsihətlər” – Zaur Ustac”, “Həftə içi” qəzeti, 30.09.2021, say: 79 (3403), s.7.
38. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 10 (10), s.3.
39. “Zaur Ustac – Şəhla Babayevanı yaxından tanıyaq”, “Yazarlar” jurnalı, 10 (10), s.81 – 88.
40. “O şeiri bir də söylə Ərdoğan” – Zaur Ustac”, “Bütöv Azərbaycan” qəzeti, 15.10.2021, say: 27 (418), s.14.
41. “O şeiri bir də söylə Ərdoğan” – Zaur Ustac”, “Təzadlar” qəzeti, 19.10.2021, say: 36 (2321), s.15.
42. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 11 (11), s.3.
43. “Zaur Ustac – O şeiri bir də söylə, Ərdoğan”, “Yazarlar” jurnalı, 11 (11), s.9 – 18.
44. “Zaur Ustac – Şeirlər”, “Yazarlar” jurnalı, 11 (11), s.81 – 86.
45. Zaur Ustac – “Şeirlər”, “Ədəbiyyat qəzeti”, 13.11.2021, say: 45 (5331), s.27.
46. “Tikdim ki, izim qala” – Zaur Ustac”, “Təzadlar” qəzeti, 16.11.2021, say: 39 (2324), s.14.
47. Zaur Ustac – “Nuranə Rafailqızı sözünün nuru”, “Kredo” qəzeti, 18.11.2021, say: 47 (1077), s.6.
48. “Tikdim ki, izim qala” – Zaur Ustac”, “Bütöv Azərbaycan” qəzeti, 19.11.2021, say: 31 (422),s.12.
49. Zaur Ustac – “Nuranə Rafailqızının sözünün nuru”, “Xəzan” jurnalı N 5 (36) Oktyabr-Noyabr 2021-ci il s.102-105.
50. Zaur Ustac – “Qırmızı yarpaqlı ağac” (hekayə), “Bütöv Azərbaycan” qəzeti, 10.12.2021, say: 34. (425), s.12.
51. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 12 (12), s.3.
52. “Zaur Ustac – Psixoloqun qəbulunda” (hekayə), “Yazarlar” jurnalı, 12 (12), s.7 – 34.
53. “Zaur Ustac – Qırmızı yarpaqlı ağac” (hekayə), “Yazarlar” jurnalı, 12 (12), s.68 – 74.
54. “Zaur Ustac – Əsl hədiyyə” (tərcümə), “Yazarlar” jurnalı, 12 (12), s.88 – 94.
55. Zaur Ustac – “Ömrüm-bir yaşıl yarpaq” (Ayətxan Ziyadın 70 yaşına), “525-ci qəzet”, 14.12.2021, say: 228. (5794), s.14.
56. Zaur Ustac – “Qırmızı yarpaqlı ağac” (hekayə), “Kredo” qəzeti, 16.12.2021, say: 49. (1079), s.7.
*Davamı 2022-ci il siyahısında.

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – GECİKƏN ÜMİD

Leyla YAŞAR

GECİKƏN ÜMİD
Külək şəhəri silib süpürürdü. Süpürdüyü tozla yerlə göy arasındakı əlaqəni kəsmişdi. Göz – gözü görmürdü. Eşidilən ugultu qulaq batırırdı. Agaclar küləyin gücündən yıxılmamamaq üçün baş – başa verib inildəyirdilər. Yerə dəyən əşyaların nə oldunu belə aydınlaşdırmaq mümkün deyildi. Gündüzün saatı gecəni xatırladırdı. Göy qaşqabagını sallayıb, susqun qəzəbli baxışlarıyla küləyi izləyirdi. Yerində dinc dayana bilməyən külək buludlarla gizlənqaç oynayırdı.
Küləyin səsi şəhərin sakitliyini pozmuşdu. Ugulduyan külək qəzəbini yer üzündən çıxırdı.
Agaclara verdiyi əmrlə evlərin pəncərələrini döyür, bəzilərini sındırmaga nail olurdu.
Şəhər dünən başlayan, tügyan edən külək üzündən insan nəfəsinə həsrət idi. Hər kəs qapısını bərk – bərk baglayıb, hökümranlıq edən küləyin kəsəcəyi saatı gözləyirdi.
Tində axsaya – axsaya gələn qaraltl göründü. İnsan ya heyvan oldugu bilinmirdi. Sanki küləklə təkbaşına döyüşə çıxan bu canlı küləyə meydan oxuyurdu.
Qalibiyyətini sübut etmək üçün küləyin gücünə qarşı çıxır, yıxılır – durur, yenidən yoluna davam edirdi.
Küləyin artıq taqəti kəsilmək üzərə idi. Son nəfəsini alırdı. Artıq hakimiyyəti qovdugu buludlar ələ almışdı. Şəhərin küləyin ərköyünlüyündən, hikkəsindən yaratdıgı halı onları məyus etmişdi. Çox keçmədiki bu vəziyyət onları aglatmaga başladı.
Budur küləyə qalib gələn qoca, yagışla mübarizəyə başladı. Birtəhər daldanacaq tapıb gizləndi. Başını yuxarı qaldırıb dodagının altında deyindi bir az. Sonra sakitlışib sınıq bir stul tapıb oturdu.
Xəyalların aguşununa atdı özün. İllər öncə doguldugu, tərk etdiyi şəhər. Daha dogrusu tərk etməyə məcbur oldugu şəhər…
Əlləri əsə – əsə paltarının cibindən əzilmiş, bir az da islanmış siqaret tapdı. Yandırıb tüstüsünə büründü.
Taleyin yükü qəddini əymiş, amma sındıra bilməmişdi. Qəm yükünü illərlə özüylə dostcasına daşıyan bu qoca həyatda qalma səbəbini anlaya bilmirdi. Bədbəxt hadisələrin hədəf nöqtəsi olsa da taleyi onu xilas edə bilmişdi. Dəfələrlə uçurumun kənarından yıxılmaq anında hansısa bir əl onu götürüb kənara qoymuşdu.
Günlərlə küçələrdə ac -susuz qalan bu qoca ölümlə üz – üzə, göz – gözə gəlmiş, gülümsəyib keçmişdi.
Neçə gündür ki ac -susuzdu. Həmdəmi olan xəyal da onu tək qoyub artıq.
Sürünə – sürünə yagışın altına uzandı. Yagışın damcıları üzünə düşdükcə taleyinin üzünə gülümsünür, göy üzünü salamlayırdı.
Yagış bu misgin qocanı ayıltmaq üçün hərdən səngiyir, damlalarıyla ona həyat verməyə çalışırdı.
Qoca gözü göy üzündə ruhunu işıqlandlran günəşi axtardı. Son dəfə onu görmək istəməyən günəşi görmək istədi.
Artıq həyat nəbzinin son ritmini vurdugunu hiss edən qoca ətrafa baxdı. Uzaqda sönük bir parıltınının ona yaxınlaşdıgını gördü. Üzünü çevirib gülümsündü.

– Gecikmisən, dostum!
Qoca son sözünü deyib, gözlərini yumdu.
Gecikən ümid yavaş- yavaş kiçilib sonsuzluga qərq oldu …. 04.08.2021.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏLAHƏT HÜMMƏTQIZI “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ

 15 dekabr 2021-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış həkim-yazar Məlahət Hümmətqızı “Ağ libaslı mələk” adlı yeni, sayca beşinci kitabını təqdim edib. Tədbiri giriş sözü ilə açan Rəşad Məcid moderatorluğu Arifə Arifqızına həvalə etdikdən sonra Əflatun Amaşov, Nəcibə İlkin, Xalidə Hicran, Elçin Hüseynbəyli, Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Yusif Nəğməkar, Ayaz Arabaçı, Zaur Ustac, Narıngül Nadir, Rəfiqə Qasımqızı və digər qələm adamları müəllif haqqında xoş sözlər deyib, yeni-yeni nailiyyətlər arzulayıblar. Tədbirin gedişində Məlahət xanıma Mətbuat Şurası adından Əflatun Amaşov və Rəşad Məcid tərəfindən “Mətbuat Şurasının Diplomu”, Zaur Ustac tərəfindən isə “Yazarlar” jurnalı adından yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatı təqdim olunub. Olduqca maraqlı və yaddaqalan keçən tədbirin sonunda kitablar imzalanıb, xatirə şəkilləri çəkilib. Tədbirdən fotolar:

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ALİK DƏNİZSEVƏR – ŞEİRLƏR

ALİK DƏNİZSEVƏR

Alik Dənizsevər (Alik Mürşüd oğlu Mikayılov) – 1990-cı il oktyabrın 5-də İsmayıllı rayonunun Qalacıq kəndində dünyaya göz açıb.
Tarıyel Xanadanov adına orta məktəbi bitirib.
2011-ci ildən dövrü mətbuatda çap olunur.
Türkiyənin CnnTürkTv və Halk HaberTv-nin xüsusi müxbiri, “Yazarlar” jurnalının redaksiya heyyəti üzvü, İsmayıllı üzrə bölgə təmsilçisidir.
“Solmayan söz dünyası” antologiyasının tərtibçisi və redaktorudur.

ALİK DƏNİZSEVƏRİN ŞEİRLƏRİ

LAÇINSIZLIQ ÖZÜ DƏRDDİ

(Qədir Rüstəmova ithaf)

Zildən,
Bəmdən.
Boğazdandır
Qədir bu səs,
De, hardandır.
Səndə belə,
Ovsunlayır, məni elə,
Həmin səsdi, həmin avaz.
Kimsə bilməz, yox anlamaz
Şuşasızlıq, elə ağır
Laçınsızlıq özü dərddi.
– Kimi dovşan qılığında,
Kimi nankor, kimi mərddir.
Döz deməyə, dilim gəlmir,
Dərmyə ki, əlim gəlmir.
Sonasız o, çiçək-gülü,
Ayrı düşmüş o, bülbülü.
Qaytarmağa, yoxdur gücüm,
Zildən dedi, yenə zildən.
Mən sevdiyim, görən gündən.
Nə qədirsiz, sona gördüm
Nə sonasız, qədir gördüm.

DİLİ LAYLAM

Tapdığım o, yuxuların
Dili laylam.
Uşaqlığı, bir gecəlik,
Səndən alam.
Yox, dediyin qızılgüllər qəribsədi,
Çəkdiklərim, çəkəcəyim indi nədir?
Ömrü artıq,
– Söz üstə mən əritmişəm.
Ana laylam, Ata laylam,
Böyümüşəm.

CƏNNƏTİ ANAM BİLMİŞƏM

Cənnətmi, Anamın ayağı altda,
Gündə min yol öpür əyilirəm mən.
– Saçında ağ gəzib, üzüldüyümdə.
Qayğında bir ölüb, dirilirəm mən.

Nurundan pay aldım, a mehribanım,
Duan da varlığım əzbərə döndü.
Zakirin durnası, uçub gedəndən.
Eşqimin alovu, o gündə söndü.

Başımı sığalla, bir yol sığalla,
Ölüm cənnətində, ölüm qoy Ana.
Nə yazdım, nə bildim hansı sualla,
Dil açım danışım qayıdım Ana.

Bir ağız çağır ki, yüyürüm gəlim,
Mən haqdan yoğrulub, haqdan gəlmişəm.
– Açıldı Allaha, gecələr əlim,
Cənnəti, ay Anam, səni bilmişəm.

GƏLİB SƏNƏ ÇIXAR…

Sənsiz dinlədiyim musiqilər də,
Mənə xatırladır, ayrılıqları.
Onda gözüm dolur, bu acı keçmir
Mənim həyatımda, gedişlər oldu.
Amma gedişin tək məni çox üzən.
Ağladan, susduran heç olmamışdı,
Adına dəlilik, nə deyirsən de,
Qoydunmu başımda ağıl da olsun,
Deyirlər, Leyli də, Məcnun da oldu.
İndi ki, sevgilər nağılda olsun.
Gedənlər bir kərə qayıtmamışdı,
İndi sən ağılda, olanlar bu gün.
Oyuncaq bildilər ayrılıqları,
Qırılsın, üzülsün vecinə olmaz.
Səbəbsiz, filansız gedərsən heç nə,
Axı yox, yıxılan özü ağlamaz.
Gün-gün o, saydığın payızda bir gün
Bürünər eləcə, ayrılıqlara,
Sən keçən küçəyə gəlsə nə vaxtsa,
Elə əsəbləşmə o, ayaqlara
Yüz yol ölçüb biçər harada getsə,
Gəlib sənə çıxar sənə ayaqlar.

Müəllif:Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

O BİR MƏLƏK – MƏLAHƏT HÜMMƏTQIZI “AĞ LİBASLI MƏLƏK” ADLI YENİ KİTABINI TƏQDİM EDİB

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış həkim-yazar Məlahət Hümmətqızı “Ağ libaslı mələk” adlı yeni, sayca beşinci kitabını təqdim edib. Tədbiri giriş sözü ilə açan Rəşad Məcid moderatorluğu Arifə Arifqızına həvalə etdikdən sonra Əflatun Amaşov, Nəcibə İlkin, Xalidə Hicran, Elçin Hüseynbəyli, Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Yusif Nəğməkar, Ayaz Arabaçı, Zaur Ustac, Narıngül Nadir, Rəfiqə Qasımqızı və digər qələm adamları müəllif haqqında xoş sözlər deyib, yeni-yeni nailiyyətlər arzulayıblar. Tədbirin gedişində Məlahət xanıma Mətbuat Şurası adından Əflatun Amaşov və Rəşad Məcid tərəfindən “Mətbuat Şurasının Diplomu”, Zaur Ustac tərəfindən isə “Yazarlar” jurnalı adından yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatı təqdim olunub. Olduqca maraqlı və yaddaqalan keçən tədbirin sonunda kitablar imzalanıb, xatirə şəkilləri çəkilib. Tədbirdən fotolar:

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xəyalə ZƏRRABQIZI – Salamlar Qarabağa… Müjdə Tanrı dağına…

İMDAT AVŞAR, XƏYALƏ ZƏRRABQIZISERHAT KABAKLI

Salamlar Qarabağa… Müjdə Tanrı dağına…

Uzun illər bu məmləkətin ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ… Qarabağ ağrı idi… Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi… Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu… körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar…
Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, adı “dünya birliyi” olan xristian dünyası bizə yüz il bundan sonra da gün ağlayası deyil.

 Bizim Türkdən başqa kürəyimizi söykəyəcəyimiz heç kimimiz yoxdu… Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaş günləri bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil.  Bir Türk bir sözüylə bizə ordu bərabərində arxadır. Bir Türk bir şeiriylə bizə bir silah gücündə dayaqdır. Dərdimizin ortağı da, mücadiləmizin silahdaşı da, zəfərimizin sevinəni də gerçək Türk insanlarıdır…

Bizi Qarabağa aparan o qutsal yolun yolçuları ilə – haqq savaşçılarımızla, Zəfəri yaralı canı, əli, ayağı, itirdiyi gözünün nuruyla yazan qardaşlarımızla aylardır ki, həmsöhbətəm, onların cəhbə xatirələrini dinləyərək şəhidlərimizin əziz xatirəsini ölümsüzləşdirmək amacıyla “Savaş günlükləri” yazıram… Bu amacla tez-tez Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Hospitallarında tedavi görən qazilərimizə baş çəkirəm. Ötən gün şahid olduğum hadisə isə sözün bütün mənalarında ruhumu silkələdi…

Asta addımlarla hospitala daxil oluram. Ağ göyərçinə bənzəyən Tibb bacısı xoş təbəssümlə salamlayıb içəri aparır məni… Gənclərin səsi bütün dəhlizi bürüyüb, harada olduğumu unuduram:

Səndən başlar sonsuzluğa yol, Oğlum…

Dörd bir yana atmalısan qol, Oğlum!…

         Çörəyini ac olanla böl, Oğlum!

Haram yemə, haqq uğrunda öl, Oğlum!

Tarixə Sən verəcəksən can, Oğlum!

Gün gələr ki, torpaq istər qan, Oğlum!

Səslər coşğuyla yüksəldikcə ürəyim dağa dönür. Səs gələn otağa tərəf yönəlirəm. Bəzən adam göz yaşlarının səbəbini nə anlaya, nə də izah edə bilmir. Gördüyüm mənzərə qarşısında heykəl kimi hərəkətsiz qalıram, ürəyim dağa dönür, amma bu elə bir izahsız duyğudur ki, sözə çevirmək olmur.

Gəz, Oğlum

Vətəninə göz dikəni əz, oğlum.!

Dostun kim, düşmənin kim, sez oğlum!

Tarixini şərəfinlə yaz, oğlum!

Yaz oğlum.!

Səndən gidər sonsuzluğa yol oğlum

Dört bir yana salmalısın qol oğlum

Ekmeğini ac olanla böl, oğlum

Haram yemə, haqq uğruna öl, oğlum.!

Çabuk böyü, çabuk yetis, tez oğlum

Çakal gezen şu dağlarda gez oğlum

Çabuk büyü çabuk yetiş tez oğlum

Hain gezen şu dağlarda gez oğlum!

Tarixə can vermək üçün canından, gözünün nurundan, yürüyən ayağından, vuran qolundan keçən (hətta bəziləri nitqini itirib) qardaşlarımızın belə çiyin-çiyinə söykənib ruh yüksəkliyi ilə “Vətəninə göz dikəni əz, Oğlum!” deyə oxuması ürəyimi dağa döndərir.

Kitablardan oxusaydım, bəlkə də qəribə qarşılayardım, amma indi öz gözlərimlə belə bir mənzərənin şahidi olmağım kövrəltdiyi qədər də qürurlandırır məni…

Məni dövrəyə alıb salamlayırlar. Təəccübümü və heyranlığımı görən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlısı, baş gizir Cavidan Səfərov sözə başlayır: Anam, siz elə bilirsiniz ki, biz Qarabağı silah gücünəmi azad etdik?! Silahımızdan da kəsərli ruh yüksəkliyimiz vardı. Bax həmin o türkülər bizə elə ruh yüksəkliyi verirdi ki, nəinki yağı düşmənə, hətta Əzrayıla belə meydan oxuyurduq…  

Qürur qarışıq kövrək duyğular baş qaldırır içimdə. Bu duyğuların əhatəsində qazilərimizə Sərhat bəydən, onun Türk gəncliyinə müraciətlə yazılmış “Bil oğlum” şeirindən danışmağa başlayıram: “Əzizlərim! Dedikləriniz o qədər doğma hisslərdi ki… Sizlərin döyüşdə olduğunuz həmin o çətin günlərdə inanın ki, bizim də yeganə təsəllimiz Söz, yeganə pənah yerimiz sözündəki işığa sığındığımız milli düşüncəli aydınlarımız idi…  

İndi Sizin ifanızda çox əziz Serhat Kabaklının sözlərinə Esat bəyin bəstələmiş olduğu türkünü dinlədikcə bir neçə məqamı xatırlayıram: Şuşanın azad olunduğu gün idi. Həmin bu sözlərin müəllifi əziz Sərhat bəy özünəməxsus doğmalıqla sevincini, şükrünü belə dilə gətirmişdi: O gün olsun, burda qıldığım şükür namazını Şuşa məscidində qılım!” Bu duaya təkcə dilim yox, gözümdə gilənən göz yaşım da “Amin!” demişdi… Növbəti gün isə Sərhat bəyin “Salamlar Qarabağa! Müjdə Tanrıdağına!…” – deyə Qarabağın azadlığını müjdələməsi məndən ötrü Tanrıdağı boyda sevinc olmuşdu…

Hərbçilərimizin “Bil, oğlum!”a bu cür həssas münasibətindən ürəklənib  şeirin yazılma tarixçəsini danışıram və onlara söz verirəm ki, bir gün mütləq onları döyüşə ruhlandıran bu ecazkar misraların müəllifi ilə – Sərhat bəy Kabaklı ilə görüşməyinizi sağlayacam… Hamısının gözlərində sevinc görürəm. Bir şeirin yaratdığı məhəbbət, bir misranın milyon – milyon ürəkdə yuva qurması, bir sənətkarın ruhlara toxunuşu… Sənətin bəxş etdiyi doğmalıq budur əslində…

         Dəyərli Sərhat bəyin yaradıcı adam kimi uğuru da məhz bundadır. İnsanların qəlbinə gedən yolu tapmaqda… Bu yol o qədər müqəddəs bir yoldur ki, hər qələm adamına o yolda yürümək nəsib olmur. Ki, bu da Sərhat bəyin böyük ürəyinə mükafat olaraq bir Tanrı lütfüdür…

Mən Sərhat bəyi  Dəyərli Ustadım İmdat Avşarın təqdimatıyla tanımışam. İmdat bəyin gözəl söhbətlərindən təsirlənərək yüksək insanlığını, şəxsiyyətini və yaradıcılığını sevdiyim  Sərhat Kabaklı məndən ötrü yeriyən Türküstandır… Elazığdır, Qarabağdır, Kırımdır, Kərkükdür, Kıbrısdır, Ahıshadır…

Sərhat Kabaklının şair kimi, sənətkar kimi, şəxsiyyət kimi, insan kimi keçdiyi ömür yolu türk gəncliyi üçün – bizim hamımız üçün, bütövlükdə cəmiyyətimiz üçün dəyərli bir nümunədir. Bu həyatda təkcə ürəyini, ruhunu, təmiz adını deyil, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Bütün bunların mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük ədəbiyyat yarada bilməz. Bu mənada, Sərhat bəy şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan, Sözü kimi bütöv insandır.

Sərhat Kabaklının ictimai həyatımızdakı rolu, Nazim Hikmətin təbiriylə desək, havanın qurşun kimi ağır olduğu vaxtlarda həmişə haqqın və ədalətin yanında dayanması Onun xarakterini tamamlayan və indiki vaxtda nadir rast gəlinən insan mənzərəsidir. Sərhat bəy həyatı ilə şeirləri, düşüncəsi ilə əməlləri arasında düz mütənasibliyi qoruyan uca ürəkli şəxsiyyətdir. Sərhat Kabaklı insanların hürr yaşamaq haqqını yalnız kitablarında deyil, gerçək həyatda da daim müdafiə etmişdir. Onun şair qəlbi həmişə ədalətsizliyə qarşı barışmazlığı və mübariz ruhu ilə seçilir.

Özünü dərk edəndən Ruhunu Tanrı əmanəti kimi qorumağa çalışıb Sərhat bəy… Bütün dəyərləri dəyişən dünyanın tən ortasında dəyişməyib, əzəmət qalasından bircə kərpic də xırdalanmayıb, xırdalanaraq böyüməyi, yaşamağı, ucalmağı qəbul etməyib və insanlara da əqidəsində, yolunda sadiq olmağı bir Bilgə kimi həmişə tövsiyə edib. İxtisasca müəllim olub, amma təkcə elm öyrətməklə vəzifəsini bitmiş hesab etməyib, öyrəncilərinə kitablardan daha öncə həyatı öyrədib Sərhat bəy…

Ot kökü üstə bitər, – deyirlər… Sağlam torpağın və sağlam toxumun üzərində həmişə sağlam fidanlar pöhrələyər. Bu gün Sərhat Kabaklı qocaman bir Dədə Palıd kimi dörd bir yanına kölgə salır… O, zəngin mənəvi ənənənələri olan bir ailənin işığından pay alıb. Sərhat bəyin fikirlərinin formalaşmağında Əmisi Türk dünyasının böyük düşünürlərindən olan Əhməd Kabaklının müstəsna əməyi olub. Əhməd Kabaklı böyük türk ədəbiyyatının çoxəsrlik tarixini beş cilddə toplayan dəyərli bilim adamlarımızdandır. Həmin toplunun böyük hissəsində Azərbaycan ədəbiyyatı tarixi də yer alıb. Bu, hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün mühüm işdir. Bu o deməkdir ki, Əhməd bəy Azərbaycanı öz vətənindən heç zaman ayrı tutmayıb. 

Əmisi ilə bağlı xatirələrində Sərhat Kabaklı söyləyir ki, o zaman 18 yaşım olanda əmim mənim şeirimi Türkiyənin ən böyük ədəbiyyat dərgisində çap etdirdi və ondan sonra ədəbi məsuliyyətim daha da artdı. 

21 yaşındaydım. Əmim telefonla oxuduğum yurdu aradı və məni qurucusu olduğu Türk Ədəbiyyatı Cəmiyyətinə çağırdı. Həmin ərəfədə mənim “Mərmər və İnsan” adlı şeirim yenicə işıq  üzü görmüşdü. Türk Ədəbiyyatı Cəmiyyətinə çatdım ki, Nəcib Fazil Qısakürək içəridə oturur. Məni görəndə ayağı qalxdı və qaşlarını çatıb: “Sən özünü kim hesab edirsən ki, mənim hələ gələn il yazacağım şeiri indidən yazmağa cəhd edirsən?”-dedi. O görüş məni xatirimdə və yaradıcılığımda unudulmaz iz qoymuş oldu.

Bu gün Əhməh Kabaklı da, Nəcip Fazıl Kısakürək böyük Türk millətinin ürəyinə – mənəvi dünyasına köçüb. İlk qələm təcrübələrindən başlayaraq  Əhməd Kabaklının təsiri ilə yazıb-yaradan Serhat bəy isə “Öncə göyərçinləri vurdular” və “Bil, Oğlum!” şeir kitabları ilə türk oxucusunun ürəyini çoxdan fəth edib.

Fəqət heç zaman şairlik iddiasında olmayıb Sərhat bəy… Sadəcə söz ürəyinə yük olanda yazmaqla hüzur tapıb. Tanrıdan Ruhuna hopan səsi sözə çevirməklə ilahi bir rahatlığa qovuşub. Sanki sözə, sənətə sığınaraq dünyanın boş hay-küyündən xilas olmağa çalışıb…

Bu gün Sərhat bəy İstanbulda əsası 1978-ci ildə Əhməd Kabaklı tərəfindən qoyulan yarım əsrlik tarixi və ənənəsi olan Türk Ədəbiyyatı Vəqfinin başqanıdır. Vəqfin Ədəbiyyat, sənət, mədəniyyət sahəsində göstərdiyi misilsiz xidmətləri təkcə Türkiyəni deyil, türk dili və düşüncəsi ətrafında birləşən qardaş türkdilli dövlətləri və o cümlədən, Azərbaycanı əhatə edir. Dəyərli Sərhat Kabaklı söyləyir ki: “Biz Türk Ədəbiyyatı Vəqfi olaraq Türk dünyasının bütün coğrafiyalarına türkcə danışılan hər bir vətən parçasına yetməyi və buralarda yaşayan qardaşlarımızla, ədəbiyyat və sənət mühiti ilə qucaqlaşıb ədəbi əlaqələrimizi genişləndirməyi hədəf olaraq seçmişik”.

Yeri gəlmişkən, bir məqamı qeyd edək ki, Azərbaycan ədəbiyyatının təbliğində Türk Ədəbiyyatı Vəqfinin xidmətlərindən dolayı dəyərli Sərhat bəy Beynəlxalq Mahmud Kaşğari Mükafatı almış, Azərbaycan Yazıçılar Birliyinin, Vektor Elm Akademiyasının fəxri doktoru”  ödüllərini və Azərbaycan Milli Elmlər Akademiyasının  Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatının dostu” fəxri titulunu qazanmışdır.  

Adlar, titullar, mükafatlar, təltiflər – əslində, bunların hamısından daha ucada dayanan bir məqam – insanların qəlbinə gedən yoldur… Önəmli olan insanların qəlbinə gedən yolu tapmaq və Öz işığı, saflığı, səmimiyyəti ilə insanlığa, sözün bütün mənalarında, töhfə verməyə çalışmaqdır ki, Sərhat bəy bu mənəvi məsuliyyətin öhdəsindən şərəflə gəlməkdədir.

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca, yaşlandıqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur. Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Sərhat bəy məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xeyirxahlıq üçün, İşıq üçün Yol olan,  şərəfli ömrünü fədakarlıqla insanlığın, türklüyün, türkçülüyün rifahına həsr edən yolgöstərən ağsaqqal, işıqlı vətəndaş, Bilgə Aydın…

Cənubi Koreya rejissoru Çan Don Linin “Poeziya” adlı maraqlı bir filmi var. Filmdə ədəbiyyat, şeir və poeziya həvəskarı olan insanlara yaradıcılıq kursu keçirlər. Kursun dinləyicisi olan bir qadın müəllimə deyir ki, şeir yazmaq necə də çətindi.

Şair – müəllim isə cavabında ona deyir: “Şeir yazmaq çətin deyil, o şeiri adama yazdıracaq ürəyə sahib olmaq çətindir. Gözəl, maraqlı yaza bilmək üçün sevgi ilə dolu böyük ürəyə sahib olmalısan. Yazar əlinə qələm götürməmişdən və masanın üstündəki çırağı yandırmamışdan əvvəl ürəyini yandırmalıdır”.

Dahiyanə cavabdır. Həqiqətən də, şairin, yazıçının qələminin məhsulu olan hər bir möhtəşəm əsər zəngin yaradıcılıq təcrübəsinin, böyük ürəyin, ağır zəhmətin məhsuludur. Bu mənada, Sərhat Kabaklının bütün qələmə aldıqları gözünün və qəlbinin nurundan yaranmışdır və bu şeirlər, sözün həqiqi mənasında oxucunu mənəvi işığa doğru yönəldir. Ümumiyyətlə, söz adamının, sözün missiyası insanın daxili aləmini müsbətə doğru dəyişdirmək, onu kamil bir mərtəbəyə qaldırmağa çalışmaqdır ki, Sərhat Kabaklı ədəbi şəxsiyyəti və yaradıcılığı ilə bu işin öhdəsindən şərəflə gəlməkdədir.

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur, Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan bir İnsanın – Sözün həqiqi mənasında böyük hərflərlə İNSANIN varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu millət Sərhat bəy Kabaklı  ləyaqətdə qutsal və uca ürəkli bir şəxsiyyət yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…

Müəllif: Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZNIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“İtən illərdən” “Gilanara” keçən yol

1. Məhbubə Hidayətqızı, biraz siz tanıyaq?

Məhbubə Hidayət qızı 1965 ci ildə. Qusar rayonunda doğulmuşam. Hal-hazırda Quba rayonunda yaşayıram. 35 ildən artıqdır yazıçılıqla məşğulam. Uşaq şeirləri və hekayələr. Uslubum daha çox ailə-məişət, drammatik formadadır. Uzun illər qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisin üzvü olmuşam. Hal -hazırda məclis fəaliyyət göstərmir. İki kitab müəllifiyəm. “İtən illər” adlı hekayələr və “Gilənar” adlı uşaqlar üçün şeir kitablarım var.

2. Qusar rayonunda dünyaya göz açmısınız ilk laylanız da orada oxunub quba rayonunda yaşamaq necə bir hisdir insanları doğmadır sizə?

Qubaya ailə qurduqdan sonra gəlmişəm bu iki rayon biri-birinə çox yaxındır.

3. Neçə yaşında ailə qurmusunuz yoldaşınız necə yazmağa meyillidir yoxsa ailənizdə sizdən başqa ədəbiyyatla yaxınlığı olan varmı?

Mən 20 yaşımda ailə qurmuşam həyat yoldaşım ziyalı insandır. nəslimizdə məndən başqa da yazan var. Bu ilahi vergi olduğu üçün mane deyil mənə dəstək olub. bunun üçün ona minnətdaram…

4. Yazıçı olmasaydınız nə olardınız özünüzü hansı peşədə görürsünüz həkim müəllim və s ilə?

Mən həm də müəlliməyəm və kiçicik də olsa tibb təhsilim var.

5. Belə düşünürəm hər iki rayon bir birinə yaxındır dediniz onda gediş gəlişiniz var hər iki rayonun insanları doğmadır sizə fərqi nədə görürsüz?

Quba rayonu çox millətlidir. bizim qusar isə əsasən ləzgilərdən ibarətdir. hər iki rayonun təbiəti çox gözəldir. Buralar sanki cənnətdir, sizi yay aylarinda məmnuniyyətlə hər iki rayonu gəzməyə dəvət edirəm.

6. Böyük məmnuniyyətlə qonağınız olaram uşaq şeirləri yazmaq necə çətin deyil uşaqların dilini onda yaxşı bilirsiniz? İlk şeiriniz nə olub?

İlk uşaq şeirimin adı “Ülkər” olub uşaqları çox sevirəm.

7. Həmin o şeiri sonda bizimlə paylaşmağınızı çox istəyirəm nəşiryyatlar necə qane edir sizi?

Azərbaycan nəşriyyatı məni qane etmir. Bu üzdən uzun müddət yazmadım. Amma təəssüf ki, beyində olan enerjini yazmadan atmaq olmur.

8. Nədir sizi qane etməyən keyfiyyət tərtibat yoxsa başqa bir şey maraqlıdır?

İnsanların kitaba marağının olmaması, bunu müəyyən formalarda təşkil etmək olar.

9. Ailə də neçə uşaq idiniz atanız övladlarına qarşı sərt idi yoxsa?

Biz 5 bacı qadaş idik. Atam gözəl insandı (rəhmətə gedib) mən hər ikisini də hələ də çox sevirəm…

10. Ruhu şad olsun ananız necə biri idi evdar qadın yoxsa hər hansısa işin peşənin sahibi idi?

Mənə ədəbiyyat istedadı, anamdan mirasdır. Amma özü heç vaxt çap olunmayıb… Anam evdar xanımdır.

11. Demək ki bu istedad ananızdan sizə mirasdır ananınızın hər hansısa bir yazısını oxumusunuz?

Anam əsasən satirik üslubda deyərdi . O sinədəftərdi.

12. Sizi ən çox düşündürən mövzular hansılardır satira sizi düşündürüb?

Mənim satiradan çoxda anlayışım yoxdur. Əsasən ailə məişət də olan problemlərdən yazıram. İnşəAllah əsərləimi mümkün qədər səhifəmdə paylaşacağam…

13. Gənc yazarlardan oxuyub mütaliə etdiyiniz var? Qane edir sizi gənc yazarlar?

Adlarını yadım da saxlaya bilməsəm də çalışıram gənclərin yazılarını daha çox izləyim. Müasir gənclərin şeirlərini çox bəyənirəm. Buna zəmanə ilə ayaqlaşmaq deyirlər inşəallah bacararıq.

14. Yeni kitaba fikriniz var? Bundan əvvəl çap olunan kitablarınız necə qarşılandı?

Zəmanə gəncləri bizlərə nisbətən daha savadlı və dünyagörüşlüdür. Bəli hazrda həm uşaqlar üçün həm də böyüklər üçün iki kitab üzərində işləyirəm. Kitablarım çox gözəl qarşılanmışdı. Əsasən də gənclər tərəfindən və hələ də əsərlərim maraqla oxunur…

15. Son olaraq incitmədik ki, sizi oxucularınıza sözünüz nə olardı? Mən sizdən son olaraq ,,ülkər,, adlı şeirinizi paylaşmağınızı istəsəm?

Mənim üçün çox xoş oldu. Çox kübar olduğunuzu söyləməyə haqqım var ,,,Ülkər,, adlı şeirimi yazdığımda 9 yaşım vardı. Oxucularıma daha çox həyatı əsərlərlə maraqlanmalarını tövsiyyə etmək istərdim. Çünkü həyatı əsərlər çox vaxt insana həyatda dəstək və ya nəticə çıxarmaq üçün kömək olur. Həyati əsərlər bəzən bizə həyat yolunda yol belə göstərir…

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

MƏHBUBƏ HİDAYƏTQIZININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

3-cü “Axmısan hissimdə, duyğumda şeirim…” – Qabilin şəxsiyyəti və yaradıcılığı haqqında bir-iki söz – ELÇİN

ELÇİN

3-CÜ “AXMISAN HİSSİMDƏ, DUYĞUMDA ŞEİRİM…” – QABİLİN ŞƏXSİYYƏTİ VƏ YARADICILIĞI HAQQINDA BİR-İKİ SÖZ

1

Cəmi beş ildən sonra Qabilin 100 yaşı tamam olur – illərin reaktiv sürətlə uçduğu indiki dövrümüzdə beş il nədir ki, – bir göz qırpımı – və mən bu sözləri ona görə yazıram ki, elə bil, dünən idi, Qabilin əlli yaşı tamam olurdu, mən də – Yazıçılar İttifaqının gənc bir katibi – oturub, bu münasibətlə təbrik məqaləsi yazıram, ancaq baxın: aradan qırx beş il keçib.

Bu yazını yazmaq istəyəndə o məqaləni axtarıb tapdım və orada belə bir yer var:

“Qabilin lirik qəhrəmanı bəzən oxucu kimi öz müəllifinin şeirlərini nəzərdən keçirir:

Saysız şeir içində adi şeirsən,

Ancaq nə şərikin, nə ortağın var.

Böyük bir axında üzüb gedirsən,

Xırdaca gəmisən, öz bayrağın var…

Və biz bu sözlərdə heç bir təvazökarsızlıq görmürük, burada arxasında təkəbbür gizlənmiş bir təvazö də yoxdur, çünki həqiqətən belədir: o “xırdaca gəmi” öz məxsusi poetik bayrağı ilə öz yoluna davam edir…” (“Ədəbiyyat və incəsənət”, 14 avqust 1976).

Poeziyada (və ümumiyyətlə sənətdə) o gəminin “xırdacalığından” və böyüklüyündən qat-qat artıq dərəcədə onun öz bayrağının olmasıdır və Qabilin də XX əsr Azərbaycan poeziyasında öz bayrağı var.

Azərbaycan ədəbi mühitində isə onun orijinal və koloritli şəxsiyyətinin də öz bayrağı var idi.

QABİL

Qabillə mənim münasibətimiz əslində, irsi bir dostluğun ifadəsi, davamı və inkişafı idi və bu sözləri yazarkən o da yadıma düşür ki, İlyas Əfəndiyev fikirli olanda, ya nə üçünsə qayğılı görünəndə Qabillə görüşüb danışanda, hətta sadəcə, Qabil şəxsiyyətindən söz düşəndə o fikirlər də, qayğılar da, elə bil, ondan əl çəkirdi, uzaqlaşırdı. Çox həssas və emosional adam olan İlyas Əfəndiyev deyirdi ki, yəqin, Qabilin heç özünün də xəbəri yoxdur ki, ondan həmişə nikbin dalğalar gəlir.

Oxucuların çoxu yəqin, bunu da bilmir, ya da xatırlamır ki, Qabil ilk şeirlərini “Qabil Nikbin” imzası ilə çap etdirirdi, sonralar “Qabil İmamverdiyev”, sonra da yalnız “Qabil” saxladı, ancaq İlyas Əfəndiyev tez-tez ona keçmiş təxəllüsü ilə müraciət edirdi: “- Yallah, Qabil Nikbin!..”, “Nikbin Qabil, bu dünyanın işləri necə olacaq? Elə belə gəlib, belə də gedəcək?”.

Qabil İlyas Əfəndiyev haqqında yazdığı çox səmimi essedə danışır ki, “Ədəbi aləmə göz açandan, Yazıçılar İttifaqına gedib-gəldiyim ilk vaxtlardan İlyas Əfəndiyevi tanımışam. 1943-44-cü illərdə o vaxtın yeniyetməsi olan utancaq bir uşağın heç bir yazıçıyla, o cümlədən İlyas Əfəndiyevlə yaxınlığı, salam-kəlamı ola bilməzdi”.

V.İ.Lenin adına APİ-nin (indiki Pedaqoji Universitetin) hazırlıq kursunda oxuyan Qabil evə pul gətirmək üçün Tağı adlı bir dostunun bişirdiyi “kustarnı” sabunları aparıb “Kubinka”da satırmış və elə o 1944-cü ildə də “Ədəbiyyat qəzeti”ndə onun ilk şeiri dərc olunur. Həmin gün yenə “Kubinka”ya sabun satmağa gedəndə birdən köhnə bir binanın balkonundan onu səsləyirlər. Yaxşısı odur ki, bu yerdə də sözü Qabilin özünə verim:

“- Nikbin, hara gedirsən, çiynindəki nədir heylə?

Yuxarı boylandım. Eyvanın məhəccərinə söykənmiş tünd-mavi kostyumlu, yaraşıqlı kişini – İlyas Əfəndiyevi gördüm. İttifaqa gedib-gələndə nə əcəb sifətim, hətta ilk imzam, lap təxəllüsüm onun yadında qalmışdı?!

– Şeirini oxudum, təbrik edirəm, yaxşıdır…

İlyas müəllimin səsi mülayim və ərkyana idi. Elə bil, məni lap çoxdan tanıyırdı… Sanki çiynimdən asılmış sabun dolu ağır çanta yüngülləşdi”.

Daha sanra Qabil yazır: “…günün səsinə səs verən, hadisələrə isti münasibət bildirən, xoşu gələn və gəlməyən əsərlər haqqında obyektiv, təhlilli fikir söyləyən İlyas Əfəndiyevlə ilk yaxınlığım onun məni eyvandan səsləməsiylə başladı. Sonradan bu yaxınlıq ailəvi dostluğa, Elçin və Timuçinlə qardaşlığa, başqa yaxın qohumlarıyla mehribanlığa çevrildi”. (Sən həmişə bizimləsən. Bakı, “Gənclik”, 1999, səh. 223-24).

O, İlyas Əfəndiyevə həmişə “böyük qardaşım” deyə ehtiram bəsləyirdi və bunu İlyas Əfəndiyevə bağışladığı kitablarındakı avtoqraflarda da yazırdı:

“Gözəl söz sənətkarımız, böyük qardaşım və xeyirxahım İlyas Əfəndiyevə müəllifdən. Qabil. 17. XII. 1964”. (Küləkli havalarda. Bakı, Azərnəşr, 1964).

Yaxud:

“Əsl sənətkarımız, böyük qardaşım İlyas müəllimə kiçik hədiyyə. Qabil.11. IX. 1966”. (Qoy danışsın təbiət. Bakı, Azərnəşr, 1966).

Mən bütün bunları yuxarıda dediyim həmin “irsi dostluq” ifadəsi ilə bağlı yazıram.

Qabilin 50 yaşı tamam olanda onu təbrik etdiyim məqalədən düz 30 il sonra, 80 yaşı tamam olanda da ayrıca bir məqalə yazdım (“Ədəbiyyat qəzeti”, 11 avqust 2006) və bu, mənim Qabil şəxsiyyətinə daxildən gələn isti münasibətimin və hörmətimin ifadəsi idi.

Aradan 30 il keçmişdi və bu 30 ildə çox sular axmışdı, epoxalar dəyişmişdi, SSRİ zamanında ədəbiyyat aləmində “mənəm-mənəm” deyən bir çox qələm sahibinin “Sovet klassikası” elan edilmiş yazı-pozusunu da SSRİ dağılanda Sistem özü ilə aparmışdı. Qabil bu böyük tarixi sınaqdan şəxsiyyət kimi də, şair kimi də üzüağ çıxmışdı və bizim münasibətlərimiz də daha artıq istiqanlı, daha artıq məhrəmanə olmuşdu. Mən 80 illiklə bağlı məqaləmdə bu 30 il barədə yazırdım: “Və 30 ildən sonra da mənim Qabil şəxsiyyətinə hörmətim və məhəbbətim (yəni dostluğumuz!) 30 il bundan əvvəlkidir, bu sabitlik daima 30 illə bərabər olub və 30 ildə elə kiçicik bir hadisə də, söz-söhbət də olmayıb ki, bu gün onun acısını çəkək”.

Bu gün bu sözləri oxuyuram və yadıma düşür ki,1960-cı illərin əvvəllərində biz – ədəbiyyata gəlmək istəyən və ədəbiyyatdan təzə söz uman gənclik (onda mən universitetin birinci-ikinci kursunda oxuyurdum) Qabilin “Tramvay parka gedir” poemasını hansı bir ruh yüksəkliyi ilə oxuyurduq. Bu kiçik poema formasına görə də, məzmununa, psixoloji-poetik dəqiqliyinə görə də sovet dövrü Azərbaycan poeziyasının əlamətdar nümunələrindən biri idi (və biridir).

Bu qədər illərdən sonra sərbəst və bəzi hissələri tamam destruktiv formada yazılmış o poemanın ilk misraları hələ də mənim yadımdan çıxmayıb:

Gecə saat bir,

Tramvay parka gedir.

Cingildəyir şüşələr.

Boş vaqonda bilinir bu cingilti bu qədər.

Gecə saat bir.

Tramvay parka gedir

Ləngərlə…

Sovet İttifaqının qüdrətli vaxtlarında bir çox sovet şairləri “formaca milli, məzmunca sosialist” poemalar yazırdı (oradakı o millilik də çox zaman primitiv olurdu), “öz bayrağı olan” Qabil isə formaca da, məzmunca da milli şeirlərini, poemalarını yazırdı və yaxud o zaman ki, başqaları mətin kommunistlər haqqında poemalar yazırdı (kimlərsə istedadın gücünə poetik bir söz deyə bilirdi, istedadsızlar isə sadəcə, mövzu arxasında gizlənirdi), Qabil gecə-gündüz “Nəsimi” poeması üzərində işləyirdi.

O, “Nəsimi” poemasını bitirəndə oxuyub fikir demək üçün mənə əlyazmasında, dəqiq desəm, makinadan çıxmış qrankalarda vermişdi və sonralar Yakov Serpin poemanın rus dilinə tərcüməsini bitirəndə də, o tərcüməni oxumaq üçün nəşrdən əvvəl mənə verdi. Uzun sözün qısası, “Nəsimi” rus dilində mənim ön sözümlə nəşr olundu (Nasimi. İstoriko-romantiçeskaya poema, Baku, Yazıçı, 1985) və qeyri-təvazökarlıq olmasın, o ön söz Qabilin xoşuna gəlmişdi.

Bir müddətdən sonra həmin ön sözün əsasında yazdığım “Əfsanə davam edir…”Nəsimi” poemasını yenidən oxuyarkən” adlı məqalə mətbuatda çap olundu və bu gün o məqaləni və poemanı gözdən keçirəndə də 35 il (!) bundan əvvəlki o yazıda mühüm hesab etdiyim bir cəhəti yenə də vurğulamaq istəyirəm: “Nəsimidən söz düşəndə bəzən onun ana dilini zənginləşdirməsini Dante ilə, humanist lirikasını Petrarka ilə, fəlsəfəsindəki panteizmi Lukretsi Kar ilə, İnsan, Azadlıq və Gələcək naminə həyatından keçməyini Cordano Bruno ilə müqayisə edirlər”. (“Ədəbiyyat və incəsənət”, 17 yanvar 1986).

Əlbəttə, bütün bu müqayisələr layiqli və qiymətlidir, ancaq məncə, əsas cəhətlərdən biri də budur ki, kainatın sonsuzluğu müqabilində insan özünün kiçikliyini görür və tarixən də belə olub. Ancaq o məqalədə dediyim kimi, “Nəsimi İnsanı Allah adlandırırdı. Nəsiminin İnsana hörməti, məhəbbəti onun böyük istedadı ilə vəhdətdə dünya poeziyasında İnsan himni yaratdı. Həmin İnsan himninin müəllifi Qabilin ədəbi qəhrəmanıdır”.

Bəlkə də bir az patetik səslənir, ola bilsin ki, “Nəsimi” poeması ilə bağlı hansısa qeydlər, hansısa mülahizələr olsun, ancaq əsas məsələ budur ki, Qabilin ədəbi qəhrəmanı bizi inandırır ki, bəli, Nəsimi həmin “İnsan himnini” yaradan şəxsiyyət və sənətkardır.

Qabil bütün varlığı ilə ədəbiyyat adamı idi və bizim nasirlərimızın, şairlərimizin, tənqidçilərimizin, bir sözlə, o zamankı əhli-qələmin mətbuatda çap olunan əsərlərini izləyən oxuculardan biri, bəlkə də (hər halda yazıçılar arasında) birincisi idi, bəyəndiyini də, bəyənmədiyini də açıq deyirdi. Yadıma Qabil xarakteri üçün səciyyəvi olan bir əhvalat düşür: Qabilin “Jiquli” maşını var idi və bu maşını almaq istəyəndə pulu çatmadığı üçün o dövrün yaşlı və məşhur bir şair-laureatından (söhbət 1960-cı illərdən gedir və rəhmətə getdiyi üçün o rəhmətliyin adını çəkmək istəmirəm) borc pul götürür. Yazıçılar İttifaqında üç-dörd nisbətən cavan yazıçı, o cümlədən də Qabil oturub söhbət edəndə həmin şair gəlir və “Azərbaycan” jurnalında yenicə dərc olunmuş poeması haqqında şəst və fəxarətlə soruşur ki, oxumusuz, necə əsərdir? Oxuyan da, oxumayan da poemanı tərifləməyə başlayır və növbə Qabilə çatanda:

– Filankəs müəllim, – deyir. – Düzdür e, sizə borcum var, ancaq poemanız çox zəifdir.

Bu yerdə Qabillə bağlı başqa bir hadisə də yadıma düşür və yaxşı olar ki, bunu mən yox, elə Qabilin özü danışsın.

O, İlyas Əfəndiyev haqqında yazdığı “Sən, ey qadir məhəbbət…” adlı səmimi və duyğusal xatirələrində deyir:

“Köhnə “İnturist”in böyük restoranında İlyas Əfəndiyevin altmış illik yubileyi şərəfinə verilən ziyafətdə əlimdə ləbələb piyalə saatıma baxıb sağlıq dedim:

– Bu dəqiqə Azərbaycanda İlyas Əfəndiyevdən böyük dramaturq yoxdur!

Mirzə İbrahimov – çox qiymətli ədəbi sima, ictimai-siyasi xadim – açıq etiraz etdi:

– İstedadları saata baxıb, təyin etmək olmaz!

Sağlığımı, yəni fikrimi təxminən 30-35 dəqiqə keçəndən sonra bir də təkrar etdim. Bərk əsəbiləşmiş Mirzə müəllimi – bu ağıllı adamı Kamran Hüseynov (Kamran müəllim o vaxt Nazirlər Soveti Sədrinin müavini idi – E.) məzəmmətlədi:

– Ay Mirzə, cavan adamdır, kefi yuxarıdır, deyir də… Bu saat İlyasa möhürlü vəsiqə vermədi ki, bu Qabil…

Düzdür, məclis yeyib-içmək məclisiydi. Ancaq dediyim sözlər mənim ayıq, aydın qənaətim idi. Möhürü, vəsiqəni də İlyas müəllimə Qabil yox, Allah vermişdi…” (Sən həmişə bizimləsən. Bakı, Gənclik, 1999, səh. 225).

Qabil “ayıq, aydın qənaətini” heç vaxt gizlətməz, öz bədii zövqü ilə bağlı güzəştə getməzdi və yəqin, bu da onun xasiyyəti ilə bağlı əlamətdar bir cəhətdir ki, sonralar həmin hadisə haqqında ayrıca bir rübai də yazmışdı və: “İlyas Əfəndiyevin şərəfinə söz dedim” – deyə, bir daha təkrar etmişdi: “Səhnə əsərləri ilə Cəfərdən sonra İlyas // Birinci şəxsiyyətdir bu saat şəksiz, dedim”.

Elə bu başdan yazım ki, Qabil İlyas Əfəndiyevə nə qədər hörmət bəsləyirdisə, İlyas Əfəndiyevin də ona o qədər məhrəm və ərkyana münasibəti var idi, bütün premyeralarında, ziyafətlərində Qabil ilk dəvətlilər sırasındaydı. Qabilin məxsusi koloriti, yumoru, səmimiliyi və sadəliyi həmişə İlyas Əfəndiyevin ürəyini açırdı və hərdən yay vaxtı Qabil həyətdə şalvarının balaqlarını çırmalayıb, cidd-cəhdlə “Jiquli”sini yuyanda eyvandan:

– Qabil!.. – deyirdi. – Elə yu ki, maşının rəngi getməsin!..

Qabil də:

– Baş üstə, İlyas müəllim! – deyirdi və bərkdən gülürdü.

Qabilin İlyas Əfəndiyevə həsr etdiyi böyük (19 bənd!) “Fədai” adlı bir şeiri var və mən o şeiri İlyas Əfəndiyevin vəfatından sonra nəşr edilmiş povest və hekayələrdən ibarət ilk kitabını hazırlayarkən ön söz kimi başlanğıca saldım – həm səmimi idi, həm də mənə elə gəlirdi ki (indi də elə gəlir), bu, İlyas Əfəndiyev üçün də xoş olacaqdı.

Həmin şeirdən iki bəndi xatırlamaqla:

Bir var ötəri səs, ötəri nəfəs,

Gül-çiçək ötəri, alqış ötəri…

Beşgünlük afişa – ötəri həvəs,

Ötəri cəlb edir fikri-nəzəri.

Bir də var – anadangəlmə – elə sən,

Fədai olasan, Fərhad olasan,

Qaçıb xırım-xırda şirnikmələrdən

Əsərdən-əsərə ustad olasan.

– elə bilirəm ki, onların münasibətləri barədə yaxşı təsəvvür yaranır və bunu da deyim ki, Qabil 1986-cı ildə yazdığı bu şeirin yaşıl qələmlə yazılmış əlyazmasını belə bir avtoqrafla mənə bağışlayıb: “Əzizim Elçinə bu əlyazmanı yadigar verirəm. Qabil. 19 noyabr 2004”.

Mən Qabilin deyib-gülməyini çox görmüşəm, ancaq onun ağlamasını ikinci (birinci dəfə rəhmətlik Məsud Əlioğlunun yasında) və axırıncı dəfə 1996-cı il oktyabrın 4-də İlyas Əfəndiyevin dəfn mərasimində görmüşəm.

2

Hüsü Hacıyev küçəsi (indiki Azərbaycan prospekti), 19 nömrəli binada – məşhur Yazıçılar Evində uzun müddət qonşu olduq və o binada, o həyətdə elə bir ab-hava vardı ki, orada bütün intriqalar, dedi-qodular, süni təbəssümlər, yalançı-hərarətli (!) hal-əhval – hamısı bir kənardaydı, elə bil, o binada yaşayanlar bir böyük, rəngarəng sözü burda yerinə düşərsə, rəngarəng, əlvan ailənin üzvləri idi – eyvandan-eyvana zarafatlar, təzə xəbərlər, səmimi salam-kalamlar.

Qabillə bağlı bu yazıda bir haşiyə çıxıb, o Yazıçılar Evindəki ab-hava haqqında bir-iki kəlmə demək istəyirəm:

…Səhər-səhər İlyas Əfəndiyev üçüncü mərtəbədəki eyvanına çıxıb, ikinci mərtəbədəki eyvanda Salam Qədirzadəni görür:

– Salam, salam!

Salam Qədirzədə başını yuxarı qaldırıb:

– Salam, İlyas müəllim! – deyir.

İlyas Əfəndiyev soruşur:

– “Ədəbiyyat” qəzetini almısan?

– Bəli, İlyas müəllim.

– Mənim hekayəmi oxudun?

Salam yenə:

– Bəli, İlyas müəllim, – deyir.

İlyas Əfəndiyev:

– Ə, bəs, səhərdən bəri niyə tərifləmirsən? – soruşur və gülür…

…Həyətdən Qabilin səsi gəlir:

– Mahir!..

Mahir dördüncü mərtəbədəki pəncərədən cavab verir:

– Hə?

– Gəl, zənbili götür!

Hamı bilir ki, Qabil bazarlıq edib və oğlu Mahiri çağırır ki, zənbili qaldırmağa kömək eləsin…

…Bazar ertəsi səhər-səhər həyətə səs yayılır ki, Qasım Qasımzadənin “Volqa” maşınını oğurlayıblar – açarla qarajın qapısını açıb ki, maşını çıxarıb işə getsin, görüb qaraj bomboşdur…

Daxili İşlər Nazirliyi oğurlanmış o maşını axtarır, milis (indiki polis) işçiləri həyətə gəlib-gedir, qarajın fotosunu çəkir, kilidi müayinə edir və bütün bina həyəcan içindədir.

Maşından isə xəbər yoxdur.

Belə bir nigaranlıq içində axşam düşür və nəhayət, məlum olur ki, maşın tapılıb, ancaq oğruluq əhvalatı deyilmiş: sən demə, Qasım cümə günü maşınla işə (Nizami adına Ədəbiyyat İnstitutuna) gedib, axşam işdən evə qayıdanda maşın yadından çıxıb, Akademiyanın həyətində qalıb…

…Bu da Əliağa Kürçaylıdır, həmişəki gümrah səsiylə həyətdən:

– Qabil!.. – çağırır. – Salamgilə gedirəm.

Yəni ki, sən də gəl və hamı bilir ki, məlum məsələdir, Salam Qədirzadəgildə yenə üç nəfərlik xudmani bir məclis qurulacaq…

…Şaiq əfəndi – Abdulla Şaiq bizim blokun ikinci mərtəbəsindəki mənzillərinin eyvanında oturub, dirsəklərini məhəccərə söykəyərək, haralarasa gözlərini dikib və mən bu gün bu sözləri yaza-yaza fikirləşirəm ki, o, həmin anlarda həyətə, binalara, insanlara yox, ümumiyyətlə, dünyaya baxırdı. Həmin anlarda o, həmişəlik bir keçmişdə qalmış:

Hamımız bir yuva pərvərdəsiyiz!

Hamımız bir günəşin zərrəsiyiz!

– deyən şair idi.

Kim bilir, bəlkə də Sabirlə söhbət edirdi, Hadiyə, ya Mirzə Cəlilə nəsə deyirdi? İlyas Əfəndiyevin Abdulla Şaiq haqqındakı essesində yazdığı bu sözlər yadıma düşür: “Mən onun arıq, nurlu çöhrəsinə baxaraq, hiss edirdim ki, yarım əsrdən artıq öz xalqı üçün böyük işlər görmüş bu şərəfli insan yenə nə isə xeyirli bir iş görmək, oxucularına lazımlı bir söz demək istəyir. Onun artıq geridə qalmış ləyaqətli ömrünün bir daha qayıtmayacağı məni kədərləndirirdi” (Böyük humanist. “Azərbaycan” jurnalı, 1972, №5).

…Mirmehdi Seyidzadənin “- Ey zalım!..” – deyib, şaqqanaq çəkməsi, İlyas Əfəndiyevlə İsmayıl Şıxlının yanaşı küçə balkonlarda gecənin yarısınacan ədəbiyyatla, həyatla bağlı söhbətləri, eyni blokda yaşayan Bəxtiyar Vahabzadə ilə Kamal Talıbzadənin pilləkanda rastlaşaraq ayaq saxlayıb, az qala pıçıldaşa-pıçıldaşa hakim ideologiyanın əleyhinə danışmaqları və bu ayaqüstü söhbətin bəzən özlərinin də xəbəri olmadan bir saat, bəlkə də artıq uzanması, emosional və gülərüz Məsud Əlioğlu ilə, əksinə, çox təmkinli və az danışan Əhməd Cəmilin görüşməkləri, üzbəüz qonşumuz Zeynal Xəlil və onun mehriban ailəsi yadıma düşür.

Zeynal müəllimin qayınanası, çox mülayim, xeyli yaşlı olmasına baxmayaraq, unikal gözəlliyini saxlamış, mehriban və xeyirxah Saçı xala (əsl adı Salatın idi) qazaxlı Vəkilovlardanıydı və belə deyirdilər ki, Aşıq Ələsgər Salatınla bağlı iki qoşmasını onun şəninə yazıb. Mən bu yazını yazanda Aşıq Ələsgərin ikicildliyində o gözəl qoşmaları tapıb, bir də gözdən keçirdim: söhbət “Yaraşır” (Sallana-sallana gələn Salatın…) və “Sarı köynək” (Tuti dilli, sərv boylu Salatın…) qoşmalarından gedir. Elə o ikicildlikdə rəhmətlik professor Məmməd Hüseyn Təhmasib Qurbaninin də xeyli əvvəllər Salatın haqqında yazdığı bir qoşmanı xatırladır (Aşıq Ələsgər. Birinci kitab, Bakı, “Elm”, 1972, səh. 51) və olsun ki, söhbət ayrı-ayrı dövrlərdə yaşamış eyni adlı iki gözəl xanımdan gedir.

Ancaq biz uzağa getməyək.

Saçı xalanın mənim nənəm Bilqeyis xanımla gözəl qonşuluqları var idi, ancaq bir ara araları dəymişdi, çünki başı Sistemin çox bəlalarını çəkmiş nənəm bütün varlığı ilə antisovet bir xanım idi və Lenindən, Stalindən üzü bəri Xruşşovacan bütün o rəhbərlərə nifrət edirdi. Leninə “Keçəl”, Stalinə “Bığı bəy”, Xuruşşova da “Xuruş bəy”, bəzən də – oxuculardan üzr istəyirəm – “Duduş bəy” deyirdi. 1960-cı ildə Azərbaycanda Sovet hakimiyyətinin 40 illiyi münasibətilə Nikita Xruşşov Bakıya gəlmişdi və sadədil, ürəyiaçıq Saçı xala sidq-ürəkdən Xruşşovu evə qonaq çağırmaq, onun üçün qurutlu xəngəl bişirmək istəyirdi. Bu arzusunu nənəmə də demişdi və Saçı xalanın arzusunun nənəmə necə təsir etdiyini bilmək üçün oxucu gərək Bilqeyis xanımı tanıyaydı, ancaq bir müddət keçdi və nənəmlə – bu cod xarakterli, məğrur, gözüaçıq qadınla mülayim və xoşniyyətli Saçı xalanın o gözəl və maraqlı qonşuluqları bərpa olundu.

Duzu-məzəsi, xeyirxahlığı, şirin dili (“tuti dili”!) ilə bütün Yazıçılar Evinin ehtiramını və sevgisini qazanmış unudulmaz Saçı xala ilə bağlı bir ləzzətli deyim də yadıma düşdü: Saçı xala Zeynal müəllimin xətrini sevimli oğlu kimi çox istəyirdi və onun mətin təəssübkeşi idi. Zeynal Xəlilin də, Tələt Əyyubovun da “Moskviç” maşınları var idi və Saçı xala deyirdi ki, Zeynalın maşını, Tələtin maşınından böyükdür…

…İsa Hüseynov ilə Hüseyn Abbaszadə, Hüseyn Ariflə Əkbər Ağayev, Bayram Bayramovla Ənvər Əlibəyli, Mübariz Əlizadə, Cabbar Məcnunbəyov, Yusif  Əzimzadə,  Ələkbər Ziyatay, Həmid Axundlu, o binanın yazıçı olmayan yeganə sakini, şuşalı musiqi xadimi Manaf Ələsgərov, Yusif Vəzir Çəmənzəminlinin, Hacıbaba Nəzərlinin ailələri, o binanın başqa sakinləri bir-bir gözümün qabağından keçir və mən bu xatirələri bir “Heyhat!..” əhval-ruhiyyəsi ilə yazıram. Bildiyim dərəcədə, indi orda yazıçılardan yalnız Afaq Məsud yaşayır və bəlkə də ora Afaq üçün kimsəsiz bir səhradır və nə yaxşı ki, o səhranın kimsəsizliyi, susuzluğu Afaqın istedadlı prozasının yaranmasına mane olmur, kim bilir, bəlkə də ona kömək edir – yaradıcılıq ki, bir sirri-xudadır. Orasını da deyim ki, o binanın mənim indicə xatırladığım dövrlərdəki ab-havası zamanı Afaq hələ uşaq idi və rəfiqələri ilə həyətdə badminton oynayırdı.

Deyəsən, mənim o Yazıçılar Evi ilə bağlı haşiyəm çox uzandı və yəqin, ona görə ki, Qabil o binada, o həyətdə hökm sürən səmimiyyətin, gülərüzlüyün, şuxluğun, bir sözlə, gözəl bir pozitivin mərkəzində olan sakinlərdən biri – birincilərdən biri idi.

Burasını da yazmaq istəyirəm ki, Qabil həm də çox ailəcanlı bir insan idi və bu barədə də söhbəti uzatmamaq üçün onun şeirlərindən birində həyat yoldaşı haqqında yazdığı yalnız elə bu bircə misranı xatırladıram: “Ağabəyim xanım – ağ saçlı çiçək…”.

3

Adam var ki, içəndə dözülməz bir məxluqa çevrilir, adam da var ki, içəndə daxili səmimiyyəti, xoşməramlı olması daha qabarıq üzə çıxır (rəhmətlik İslam Səfərli: “-İçək, səmimi olaq!” – deyirdi) və Qabil də bu cür səmimi və xoşməramlı bir insan, bir şair idi.

Arxivimdəki kağız-kuğuzlarımın arasından onun həmişəki kimi yaşıl mürəkkəblə teatrda yazdığı və ötür-ötür vasitəsilə mənə ötürdüyü belə bir zarafatyana “namə”sini tapdım:

“Dəli”n düşündürür

Adamı, Elçin!

Baxdım tamaşana

Kövrək fərəhlə!..

İndidir vurmağın

Məramı, Elçin!..

Fərəhi gül edək

Gülgün qədəhlə!

Qabil. 21 may 1998.

Bu “Qabilanə namə” Akademik Milli Dram Teatrında “Mənim sevimli dəlim” tamaşasına ictimai baxış zamanı yazılmışdı və Qabilin qaldırdığı qədəhlər həqiqətən həmişə “gülgün qədəhlər” olurdu. Həmin gün də Qabillə, Hüseyn Abbaszadə, Cabir Novruz və Bəkir Nəbiyevlə (onlar da ictimai baxışa gəlmişdilər) birlikdə gözəl bir məclis qurduq və yaddaş başdan-başa bir sirdir: uzun müddət yadıma düşməyən o xudmani məclisi birdən-birə bütün təfərrüatı ilə xatırladım, Qabilin sağlıqları o beş nəfərlik məclisdə hər dəfə ayağa qalxıb, ürəkdən gələn bir səmimiyyətlə söz deyib, badə qaldırması, elə bil, dünən imiş, gözlərimin qabağına gəldi.

İki gündən sonra “Mənim sevimli dəlim”in premyerası oldu və Qabil həyat yoldaşı Bəyim xanımla birlikdə o premyera tamaşasına da gəlmişdi.

Bu gün Qabilin bağışladığı kitablara yazdığı avtoqrafları yenidən oxuduqca, fikir məni o unudulmaz və gözəl günlərə aparır və mən İlyas Əfəndiyevin dediyi o nikbin (müsbət!) dalğaları az qala cismani hiss edirəm:

“Sadəcə olaraq mənim qardaşım, qələm dostum Elçinə Qabildən. 6.XII.1985” (Rübailər. Bakı, Gənclik, 1985).

“Ədəbi, milli, ictimai fəaliyyətilə fəxr etdiyim, xalqımızın çox lazımlı oğlu, əziz dostum, qardaşım Elçinə! Qabildən. 12. IX.1988” (Seçilmiş əsərləri, Bakı, Azərnəşr, 1988).

“Əziz dostum, qardaşım, ədib, alim, publisist, mühərrir, ictimai xadim Elçinə Qabildən yadigar.

Ağıl, kamal, insaniyyət, istedad –

Hər dördü də Allah verən fəxri ad…

Hər dördü də ömrə əsl bəzəkdir –

Bu bəzəklə Elçin xalqa gərəkdir.

Qabil. 14.V.1990″.

(Ömür həbləri, Bakı, Yazıçı, 1989).

“Əzizim – can-ciyər dostum, möhtərəm ədibimiz, İlyas yadigarı Elçinə Qabildən. 2. IX.1999” (Əslində, Bakı, Gənclik, 1999).

“Əziz, xeyirxah qardaşım, gözəl, zəhmətkeş ədibimiz Elçin İlyas oğluna Qabildən. 7.XII.2001” (İlahi qismətim, Bakı, Gənclik, 2001).

Mənim qızlarım balaca olanda onlara (kiçik qızım Aysu hələ anadan olmamışdı) “Nağaraçı” adlı uşaqlarçün yazdığı kitabı da belə bir avtoqrafla onlara bağışlamışdı:

“Qızım Günaya,

Quzum Humaya

Qabil əmidən

Kiçik yadigar,

Əziz bacılar!

Qabil. 12.IX.1982″

(Nağaraçı. Bakı, Gənclik, 1982).

4

Qabilin 50 illiyinə yazdığım məqalənin başlığı onun şeirindən götürdüyüm bir misra idi: “Axmısan hissimdə, duyğumda, şeirim…” və 80 illiyinə yazdığım məqalənin də sərlövhəsi eyni idi. Yazmışdım ki:

“Qoy, eyni adlı iki təbrik olsun.

Amma atalar üçdən deyib…

Allah qoysa, daha bir 30 il gəlib keçsin və o üçüncü “Axmısan hissimdə, duyğumda, şeirim…” yazısını da mən eyni hörmət və məhəbbətlə mütləq yazıb, şəxsən Qabilin özünə təqdim edəcəyəm”.

Köhnə bloknotlarımdan birində belə bir qeyd var:

“11 avqust 2006.

Günorta Qabil zəng çalmışdı. Məqaləyə görə təşəkkür edirdi. Çox xoşuna gəlib.

– Ancaq, Mirzə, – dedi – (hərdən mənə belə müraciət edirdi – E.) və gülə-gülə, – 30 il bir az çox döyül? – soruşdu.

– Yox, – dedim. – Nə demişəm, onu da edəcəyəm.

– Həri?

– Əlbəttə. Şirəli Müslümov 150 il yaşamışdı.

– Alə, o sovet propaqandasıydı!.. – Sonra da: – Təki sən deyən olsun, Mirzə!.. – dedi”.

O köhnə bloknotlarda belə bir tələsik qeydim də var:

“16 yanvar 2007.

…Nəbi Xəzrinin matəm mitinqini mən apardım.

Qabil, Anar, Ədalət Vəliyev, Yasif Nəsirli danışdılar.

Matəm ab-havası, mənfi emosiyalar yenə teatrın lojalarına, divarlarına hopmuşdu.

Ürəksıxan, bədbin bir aura altındaydım (hələ də canımdan çıxmayıb).

Mitinqdən sonra rəhmətlik Nəbinin tabutunun arxasınca Qabillə yanaşı gedirdik və Qabil:

– Hamımız  bir-bir gedirik… – dedi. – Əliağa, Salam, İsmayıl…

– Sən Allah, Qabil, – dedim. – Sən çox yaşa, biz də sənə baxıb, çox yaşayaq.

Bir söz demədi…”.

Qabil yaşlandıqca da onun nəbzi eyni gənclik şövqü, gənclik həvəsi və istəyi ilə vururdu və o:

Bilirəm ki, uyuşmur,

Xasiyyətim yaşımla,

Barışmır ki barışmır,

Yazım qarlı qışımla…

– deyəndə tamam həqiqəti deyirdi, onun “qarlı qışla” qəti arası yox idi.

Qabil – yaz adamı idi.

Nəbinin yasındakı o söhbətdən heç üç ay çəkmədi ki, Qabil vəfat etdi.

Onun matəm mitinqini aparmaq kimi çox ağır bir missiya da mənim boynuma düşmüşdü.

İndi Fəxri xiyabanda İlyas Əfəndiyevlə qəbir qonşularıdır.

Ora gedəndə və Qabilin də məzarı qarşısında dayananda, hərdən fikrimdən bir sual keçir ki, Qabil, o tərəflərdə nə var, nə yox? Və ümumiyyətlə, bir şey varmı?

Qabil düz deyirdi, 30 il, əlbəttə, “bir az çox” idi və mən bu üçüncü yazımı da eyni adla – “Axmısan hissimdə, duyğumda, şeirim…” – adlandırıb, təəssüf ki, Qabilin özünə yox, yalnız onun oxucularına təqdim edirəm.

Qabilin məşhur “Səhv düşəndə yerimiz” şeirində hər bənd bu misralarla qurtarır və mən də onun haqqındakı bu yazını həmin misralar ilə bitirirəm: “Müsibət oluruq biz”, “Dözümsüz oluruq biz”, “Gərəksiz oluruq biz”, “Heyf… korşalırıq biz”, “Qeyrətsiz oluruq biz”,

Xaric səslənirik biz,

Səhv düşəndə yerimiz.

Qabil bu dünyada yeri səhv düşməyən bir şair, bir insan idi.

29 avqust 2021

Bilgəh

İlkin mənbə:edebiyyatqazeti.az

Müəllif: ELÇİN

ELÇİNİN YAZILARI

QABİLİN YAZILARI



“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru