Etiket arxivi: YAZAR

Pərvanə Salmanqızı

PƏRVANƏ SALMANQIZI – Yazar, ictimai xadim.

Pərvanə Salmanqızı 10 noyabr 1974-cü ildə anadan olub.
Gənclik illərindən poeziya aşiqidir.
“Dəmir yumruq” adlı kitabı
2021-ci ildə “Borçalı” nəşriyyatında
nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.
Şeirləri müxtəlif mətbuat orqanlarında
və ədəbi məcmuələrdə dərc olunur.
Bir neçə Fəxri fərman və mükafatla təltif olunub.


“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELŞAD BARAT – AĞDAM

ELŞAD BARATIN YAZILARI

AĞDAM

(poema)

Əzizinəm, Ağdama,

Qara dama, ağ dama.

Səni viran qoyanın

Gözlərinə ağ dama.

Əzizim, yollar məni,

Uzağa yollar məni.

Otuz ildir gözləyir,

Ağdamda yollar məni.

Əzizim, bağrı yanar,

Düz yanar, doğru yanar.

Mən biraz da geciksəm

Ağdamın bağrı yanar.

1

Yuxu getmir gözümə,

Qəribə təhərim var.

Səhər açılan kimi,

Ağdama səfərim var.

Bir dəfə getməmişəm,

Görməmişəm Ağdamı,

Dağlar səs-səsə durub,

Torpaq çəkir adamı.

Vətən belə olurmuş,

Həyəcandan əsirsən,

Ayağın dəymədiyi,

Yollara tələsirsən.

Tələsirsən özünə,

Tələsmək yedi məni,

Dualarla gözləyir,

Cümə məscidi məni.

Pənahəli tikdirən,

Xan sarayı gözləyir,

Vətənin ruh şəhəri,

Can sarayı gözləyir.

Gözləyir, ya gecikəm,

Ya tələsəm, yaxşıdır?!

Hələ səhərə qalıb,

Mürgüləsəm yaxşıdır.

2

Az qalıbdır, birazdan

Söküləcək dan yeri.

Orda bizi gözləyir

Qarabağın can yeri.

Hamıdan tez oyanıb,

Gəldim vədə yerinə,

Bura vədələşmişik,

Xəzərin sahilinə.

Hələ ki, yoxdur gələn,

Gözüm yolları çəkir,

Biraz mən tələsmişəm,

Biraz onlar gecikir.

Odur gəlir bir nəfər,

Yolu Ağdam yoludur.

Dayan, dayan, qoy baxım,

Bu ki, Vüsal Nurudur.

Bir-birinin dalınca,

Bacı-qardaşlar gəlir.

Şairlər, bəstəkarlar,

Heykəltəraşlar gəlir…

Artıq saat yeddidir,

Yoxdur vədinə xələf.

İndicə qalxar maşın,

Üzü Ağdama tərəf.

3

Bəlkə hamıdan qabaq,

Aparsın külək məni.

Yollar boyu izləyir,

İki kəpənək məni.

İstəmirəm heçnə ta,

Bu gözəl adamlarla,

Gözəl səfər bəsimdi,

Şair, bəstəkar, rəssam, –

Sözdü, səsdi, rəsmdi.

Birimiz şeir yazar,

Birimiz rəsm çəkər.

Bu ağ kəpənəkləri,

Ovucuma kim çəkər?

Kim çəkər, hansı rəssam?

Yollara izimizi.

Ağdamın dağlarına,

Zəfər tariximizi.

Çəkməyə gərək də yox,

Şuşadan üzü bəri,

Düşmənlərə dağ çəkdi,

Azərbaycan əsgəri.

Çəkə-çəkə çəkmişik,

Sərhədləri, almışıq.

Nəisə, mən gedirəm,

Ağdama az qalmışıq.

4

Qarşımda dayanıbdır

Cəsarət kompleksi.

Pənahəli şahımın,

İmarət kompleksi.

Qulağıma səs gəlir,

Obaların köçündən,

Kimlər keçib görəsən,

Bu qalanın içindən?

İndicə xatirimə

Gələn hər kəs qayıdır.

Xudu Məmmədov gedir,

Qulu Ağsəs qayıdır.

Qayıdır divarlardan,

Üstümə haqqın özü,

Yazılıb hər daşına,

Tarixin vətən sözü.

Bu qalanın tarixi,

Məni hara yollayır?!

Güllər təbəssüm edir,

Çiçəklər əl yelləyir.

Daşa dönmüş tarixdir,

Ölkədə hər qalamız.

Bu da tarixin özü,

Pənahəli xan evi,

Ağdam zəfər qalamız.

5

Vətən şəhid qanıdır,

Şəhid vətənin canı.

İndi ziyarətimiz,

Şəhidlər Xiyabanı.

Hamı ziyarət edir,

Ocaq kimi, pir kimi,

Allahverdi Bağırov

Öndə komandir kimi.

Hər kəsin iç dünyası,

Göz yaşından bilinir.

Ruhların şad olması,

Başdaşından bilinir.

Biri körpə uşaqdır,

Biri yaşlı anadır,

Daşlar çiyin-çiyinə,

Məzarlar yan-yanadır.

Bu məzarın adı yox.

Vətən mənasıdır bu.

Bəlkə də bir ananın,

İtkin balasıdır bu.

Hər kimdirsə şəhiddir,

Başımızın tacıdır.

Zəfər savaşının da,

İtgiləri acıdır.

Acılarla böyüyür,

Analara tən olur.

Tökülsə şəhid qanı,

Torpaq da vətən olur.

6

Bu yerləri gördüm ya,

Buna görə Tanrıya,

Min dəfə şükür düşür.

Məni bura göndərən

Şair Rəşad Məcidə

Böyük təşəkkür düşür.

7

Burda mənə ən gözəl

Hissləri Ağdam verir.

Şəhərin baş planı,

Adama ilham verir.

İşlər çoxdan başlayıb,

Lil sular durulacaq.

Ağdam ağ şəhər kimi,

Yenidən qurulacaq.

Bu dağılmış evlərin,

Ağrıları keçəcək,

Yüz min ev tikiləcək,

Yüz min ailə köçəcək.

Köçəcək öz yurduna,

Ağdamlı soydaşımız,

Qalmayacaq evindən,

Uzaq vətəndaşımız.

Bu sökülmüş evin də,

Yerində ev tikilər.

Həyətində ağaclar,

Gül-çiçəklər əkilər.

Qayıdar Səməd kişi,

Toy edər nəvəsinə.

Qollarını qaldırar,

Oynayar beləsinə.

8

Vətənin yaşı olmur,

Amma ki, abidələr,

Göstərir əsrimizi.

İndi də qarşılayır,

Şahbular qəsri bizi.

Bu nə səsdir, ilahi,

Qala divarlarına,

Sanki çiçək toxuyur,

Sanki Arif Babayev,

Bizə muğam oxuyur.

Çiçəklər pıçıldaşır,

Gül danışır gül ilə.

Sanki şeir oxuyur,

Şahmar Ələkbərzadə,

Çiçəklərin diliylə.

Hərdən mən də coşuram,

Bir şeir oxuyuram,

Çayın şırıltısından,

Mənsum İbrahimovun,

Muğam səsin duyuram.

Duyuram ayrılığın,

Qovuşmağın səsini,

İlhamla Fərizənin,

Məhəbbət nəğməsini.

9

Durun öpək yolların,

Daşını, yola düşək,

Qədir dayı, işə sal,

Maşını, yola düşək.

Zaman quş kimi uçdu,

Su kimi axdı gəldi.

Qayıdırıq Bakıya,

Ayrılıq vaxtı gəldi.

Sağ ol, Cümə məscidi,

Pənahəli xan evi,

Sağ ol, Şahbulaq, sağ ol, –

Ağdamımın can evi.

***

Mən aşiqəm salınır,

Torpaq belə alınır,

Ağdamın sinəsində,

Yeni şəhər salınır.

Mən aşiqəm olacaq,

Hər iş yerin alacaq.

Ağdam öncəki kimi,

Gözəl şəhər olacaq.

Mən aşiqəm Ağdama,

Dərə, təpə, dağ dama.

Doymadım havasından,

Bir də gedək Ağdama.

İlkin mənbə: edebiyyatqazeti.az

Müəllif: Elşad BARAT

ELŞAD BARATIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN ŞEİRLƏRİ


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MURAD MƏMMƏDOVUN YENİ ŞEİRLƏRİ

MURAD MƏMMƏDOVUN YAZILARI

DOSTUMA
Sevgidir məlhəmi sevən ürəyin,
Sevmirsə , o ürək, daşdı, əzizim.
Ayrılıq bir dərddi, olmaz gərəyin,
Çarəsi gözlərdə yaşdı, əzizim.
* * *
Ürək geniş olsa, yerin dar olmaz,
Sevən könüllərdə dərd, azar olmaz,
Gözü oynayandan sənə yar olmaz,
Məhəbbət ağılla xoşdu, əzizim.
* * *
Hər yaşın sevgisi ruha dayaqdı,
Yüz insan seyr edir, baxma, oyaqdı,
Bir qoca kiminsə gözünə baxdı,
Dalınca dedilər, çaşdı, əzizim.
* * *
Məhəbbət yandıran, alovlu yoldu,
Neçəsi alışdı, yarıda qaldı,
Kimi dəli etdi çöllərə saldı,
Dedilər həddini aşdı, əzizim.
* * *
Neçə canda neçə sevgi boğular,
Qocalarıq, eşq, məhəbbət soğular,
Sevgi də beyində, başda doğular,
İnsanı var edən başdı, əzizim.
* * *
Ay Murad, ayıq ol ,yuxudan oyan,
Naşıdı dünyanın malına uyan,
Eşqdən xumarlanıb, iyini duyan,
Ləzzət alan, gözlə qaşdı , əzizim.

ÖVLADLARIMA
Dünya, fani dünyadır,
Öz ağlınla otur, dur.
Laylay çalır, oynadır,
Axırda qalib odur.
* * *
Yıxıldınsa, çalış dur
Qorunma yedəklərdə.
Özünə bir koma qur,
Sürünmə ətəklərdə.
* * *
Öz qədrini özün bil
Özgəyə möhtac olma!
Eşqlə yaşa, sevin, gül,
Çalış, işlə, ac olma!
* * *
Ümid olma heç kəsə,
Nəyin varsa, yiyə dur.
Girmə heç kimlə bəhsə,
Ağıllısı, bax budur!
* * *
Pisi yaxına qoyma,
Sadə davran, ayıq ol.
Yalana, küyə uyma,
Aldanarsan, sayıq ol.
* * *
Yalqız olma həyatda
Təklik bir həyat deyil.
Yandırsalar da odda,
Ancaq Allaha əyil.
* * *
Nəfsinə qul olma sən,
Tamahında batarsan.
Səbr eyləyib gözləsən,
İstəyinə çatarsan.
* * *
Təkəbbürlü olma heç,
Tanrı sevmir dikbaşı.
Sən gəl günahından keç,
Adam olmur hər naşı.
* * *
Dərdi yaxına qoyma,
Həyatda pozitiv ol!
Yaxşılıq elə, doyma,
Pisliyə heç açma yol!
* * *
Həyat, mübarizədir,
Sabaha yoxdur güman.
Mənim sözüm sizədir,
Halal olun hər zaman!

İNCƏ DƏRƏSİ
Nə gözəl mənzərədi
Ruhumu alıb gedir.
Bəlkə, buna görədi
Əhvalım göylərdədi.
* * *
Yaradandan bəndəyə
Lütf olan gözəllikdir.
Ruhum dil açır deyə
Yarəb, dünya mənlikdir.
* * *
Ətrafımda quş səsi
Burnumda gül qoxusu.
Cəzb eləyir hər kəsi
Cuşa gəlir çoxusu.
* * *
Bura cənnətin özü,
Laylam oxunan yerdir.
Azərbaycanın gözü,
Mənə səcdəgah, pirdir.
* * *
Bütün dərdi-sərini
Burda unutmaq olur.
Könlüm məzar yerini
Sonunda burda bulur.
* * *
Bura arxam, güvənim
Mənim qibləgahımdır.
Yaşadığım dünənim,
Bu günüm, sabahımdır.
* * *
Bu yaşımda anladım,
Ömrü harda bitirdim.
Öz-özümü danladım
Gör, nələri itirdim.
* * *
Bu yurdun torpağına,
Daşına qurban olum!
Gələcəm ayağına
İncə dərəm, son yolum!

XEYİR GÖZLƏ
Hər işdən bir xeyir gözlə,
Şəri ancaq xain istər.
Dərd ovunmaz adi sözlə,
Bir istilik, qayğı göstər.
* * *
Alnımızda yazılanın
Sahibiyik, yiyəsiyik.
Bir qaranlıq gündə hamı
Eyni qapı döyəsiyik.
* * *
İçimizdə ölüm xofu
Gah ölürük, dirilirik.
Canımızdan qopan ofu
Ağrı, acı, dərd bilirik.
* * *
Bu dünyanın qonağıyıq
Dünyamızda çoxu kimi.
Yüz oyunun qınağıyıq
Unudarıq yuxu kimi.
* * *
Arzuların arxasınca
Hey qaçarıq, yorulmarıq.
Ömür bitib can çıxınca
Nəfsimizdə durulmarıq.
* * *
Sonda ruhla vidalaşıb,
Bu dünyanı anlayırıq.
Son keçilən səddi aşıb,
Özümüzü danlayırıq.

MÜBARƏK OLSUN
Gəldi ramazan ayı
Yarəb ayın mübarək!
Payla ramazan payı
Hər süfrəyə! Şükr edək!
* * *
Qoy sevinsin insanlar
Xəstələr şəfa tapsın.
Nolar naşükür canlar
Şükr etsin, tövbə yapsın.
* * *
Yaradan millətimə,
Kin, küdurət verməsin!
Daim gülsün ürəklər,
Heç kim kədər dərməsin!
* * *
Küsülülər barışsın,
Nifrət, nifaq olmasın.
Başlar xeyrə qarışsın,
Şər əməllər qalmasın.
* * *
Bu ay ruzi gətirsin,
Hər süfrəyə, hər evə.
Saf diləklər bitirsin
Yaşayaq sevə sevə.

ÜRƏYİMİN SƏSİ
Ruh halımı bölüşməyi sevmərəm
Üç olarıq kağız, qələm, bir də mən.
Dəyişmədim, dəyişmədi yan yörəm
Otaq həmən, masa həmən, ruh həmən.
* * *
Sakit gecə, sözə bağlı bir canam
Eşidirəm ürəyimin səsini.
Uşaqlıqdan üzüyola insanam
Nə deyir yazıram hər kəlməsini.
* * *
Elə gün olur ki, qapımı döymür
Bəzən əzab verir ürəyim mənim.
Olur ki, ruh verir xətrimə dəymir
Nə bu günüm inciyir, nə də dünənim.
* * *
O, məni yaşadır, o, nəfəs verir
Məni incitsə də, mən ona qulam.
Əgər ağrımırsa boş həvəs verir
Bilir ki tükənmiş , keçilmiş yolam.
* * *
Bu yaşa çatmışam, ona borcluyam
Nə yazdım qəlbimin səsiylə yazdım.
Vallah inanmıram yazmaqdan doyam
Yazdıqca bu ömür yolunda azdım.

YAĞIŞ YAĞIR
Yağış yağır ümidlərim yuylur
Çiçək ömrüm yavaş yavaş gül açır.
Bu yağışdan saf diləklər ayılır
Körpə kimi gülümsəyir, dil açır.
* * *
Damlaların tappıltısı oyadır
Neçə neçə mürgüləyən hissləri.
Qəm yuyulur, sanki rəngli boyadır
Tam ağardır günah görmüş kəsləri.
* * *
Yağış yağır, həyat sanki canlanır
Elə bil ki nəfəs alır kainat.
Köhnə dərdlər yaddan çıxır sonlanır
Gül arzular həmən açır qol qanad.
* * *
Bu his pasın çevrəsində bəxtimiz
Yuyulmasa kif balayar pas atar.
Nə yaxşı ki, selə dönüb axdınız
Yağ ey yağış, yoxsa dünya tam yatar.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XƏZAN JURNALI



“XƏZAN” JURNALI 

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GƏRAY GÖYYURD YENİ KİTABINI TƏQDİM EDİB

GƏRAY GÖYYURDUN YAZILARI

GƏRAY GÖYYURD BU GÜN AYB-DƏ “DÖVLƏTİM VAR, ORDUM VAR” ADLI YENİ KİTABINI TƏQDİM EDİB. TƏDBİRDƏN FOTOLAR VƏ VİDEO:

Gəray Göyyurdun kitabı

GƏRAY GÖYYURDUN YAZILARI


“XƏZAN” JURNALI 

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU  GÜN ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN ANADAN OLDUĞU GÜNDÜR – ALLAH RƏHMƏT ELƏSİN

ƏBDÜRRƏHİM  BƏY  HAQVERDİYEV

ƏBDÜRRƏHİM  BƏY  HAQVERDİYEV  HAQQINDA

Əbdürrəhim bəy Haqverdiyev
(17.05.1870-11.12.1933)

Realist Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevdir. Yaradıcılığa on doqquzuncu əsrin doxsanıncı illərində başlayıb. Ədəbiyyat tarixinə klassik hekayələri və faciə əsərləri ilə daxil olub. Görkəmli teatr təşkilatçısı idi və Azərbaycanın ilk peşəkar rejissoru sayılır. Dili son dərəcə zəngindir, xalq danışığına, folklor ədəbiyyatına yaxındır.

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il may ayının 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. Əsəd bəy qəza dəftərxanasında katib işləyib. Əbdürrəhim bəy üç yaşında atadan yetim qalıb və əmisi Əbdülkərim bəy onu himayəyə götürüb. İki il sonra əmisi nəsil davasında yerli bəylər tərəfindən qətlə yetirilib. Əbdürrəhim bəy əmisi arvadının ona verdiyi işgəncə və sitəmlərdən qurtulmaq üçün təzə ər evində yaşayan anasının yanına gəlib. Atalığı H.Sadıqbəyov ona oğul məhəbbəti bəsləyib, uşağın təhsil almasının qeydinə qalıb, şirindilliyi və səmimiyyəti ilə ailədə hörməti uca tutulub.

Şuşa şəhərindəki altıillik realnı məktəbi 1890-cı ildə başa vuran Əbdürrəhim bəy bir il də Tiflis realnı məktəbində oxuyub. 1891-ci ildə ali təhsil almaq məqsədilə Peterburqa gəlib və uğurla imtahan verərək Yol Mühəndisləri İnstitutuna daxil olub. Səkkiz il bu ali təhsil ocağında oxuyub və eyni zamanda universitetin şərq fakültəsində azad müdavim kimi mühazirələri dinləyib.

1908-ci ildən “Nicat” mədəni-maarif cəmiyyətində çalışıb, milyonçu Hacı Zeynalabdin Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsmdə işləyib. Xidməti vəzifəsi ilə bağlı Qafqazı, İranı, Volqaboyu diyarları, Orta Asiyanı dolanıb. 1911-ci ildə vəzifədən çıxan Əbdürrəhim bəy Ağdama gəlib və beş il burada yaşayıb. 1916-cı ildə Tiflisdə rus dilində nəşr olunan “Şəhərlər İttifaqının Qafqaz şöbəsi əxbarı” aylıq məcmuəsinə müdir təyin olunub. Bir il ötəndə Borçalı qəzasma müvəkkil təyin edilib. 1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərib.

Əbdürrəhim bəy Haqverdiyev 1920-ci ilin iyununda Bakıda yenicə yaranan şura teatrı komissarı seçilib. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub. 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib.

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

“Molla Nəsrəddin” jurnalında “Lağlağı”, “Ceyranəli”, “Xortdan”, “Həkiminun-səğir”, “Mozalan”, “Süpürgəsaqqal” imzaları ilə felyeton, hekayə və publisist yazılar dərc etdirib. Klassik irsimizə “Marallarım” silsilə hekayələrini, “Xortdanın cəhənnəm məktubları” povestini bəxş edib.

“Şeyx Şəban”, “Mirzə Səfər”, “Bomba”, “Pir”, “Çeşmək”, “Qiraət” əsərləri nəsrimizin incilərindən sayılır. Ədəbiyyat tariximizə, milli teatr ənənələrinə aid dəyərli elmi əsərlərin, nəzəri məqalələrin müəllifidir. Dünya klassiklərindən Vilyam Şekspirin “Hamlet”, Fridrix Şillerin “Qaçaqlar”, Emil Zolyanın “Qazmaçılar”, Mari Fransua Volterin “Sultan Osman”, Hans Xristian Andersenin “Bülbül”, Maksim Qorkinin “İzergil qarı” hekayə, povest və pyeslərini azərbaycancaya tərcümə edib.

Sovet dövrü yaradıcılığı (1920-1933) dramaturqun yaradıcılığının üçüncü mərhələsidir. Qeyd edim ki, birinci dövr pyesləri sanbalma, ideya kəsərinə, ikinci dövr faciələri mövzu əlvanlığına, dram və komediyalarının bədii-estetik kamilliyinə görə daha bitkindir.

Dramaturqun ilk qələm təcrübəsi olan “Hacı Daşdəmir” məzhəkəsi əldə yoxdur. Müəllifin etiraf etdiyi kimi, bu pyes “Hacı Qara” komediyasının təsiri altında yazılsa da və zəif alınsa da, hər halda fakt kimi dəyərlidir. Peterburqda “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) məzhəkəsini, “Dağılan tifaq” (1896) faciəsini qələmə alıb. Şuşada “Bəxtsiz cavan” (1900) faciəsini və Bakıda “Pəri cadu” (1901) dramını tamamlayıb.

1927-ci ildə yazılmış “Köhnə dudman” və “Baba yurdunda” dilogiyası dramaturqun yaradıcılığında yeni mövzu-problematika, yeni ideya, yeni konflikt-xarakterlər baxımından əhəmiyyətlidir.

Dramaturji fəaliyyətinin son dövründə Əbdürrəhim bəy Haqverdiyev müxtəlif həcmli “Qırmızı qarı” (1921), “Padşahın məhəbbəti” (1921), “Ağac kölgəsində” (1921), “Qoca tarzən” (1922), “Vaveyla” (1922), “Ədalət qapıları” (1923), Hüseyn Ərəblinskinin ölümünün yeddi illiyinə həsr etdiyi “Səhnə qurbanı” (1926), “Məşədi Qulam qiraət öyrənir” (1927), “Qadınlar bayramı” (1928), “Kamran” (1931), “Sağsağan” (1931), “Yoldaş koroğlu” (1932), “Çox gözəl” (1932), “Daşçı” (1933) pyeslərini yazıb.

Hadisə dağınıqlığı dramaturqun “Bəxtsiz cavan”, “Köhnə dudman”, “Dağılan tifaq” dramlarında başqa şəkildə nəzərə çarpır. Lakin dramaturq bunu da növbəti fərdi yaradıcılıq üslubu, bədii fənd (priyom) kimi realizə edə bilib. Əbdürrəhim bəy Haqverdiyev dramaturgiyaya çoşğun daxili ehtiraslı, çılğın xarakterli dramatik obrazlar gətirib.

Əbdürrəhim bəy Haqverdiyev “Müsibəti-Fəxrəddin”dən sonra milli dramaturgiyamızda ikinci faciə olan “Dağılan tifaq”ı yazıb. Burada bir ailənin müsibəti fonunda çürüməkdə olan mənəvi-əxlaqi dəyərlər, cəmiyyətin sarsılmış sosial sütunlarının psixoloji əsasları mürəkkəb dramaturji konfliktin əsasını təşkil edir. İflasa uğramış cəmiyyət davranışlarının tənqidi əsasında həyatları faciə axarına düşmüş insan xarakterləri dururlar. Bunların da bariz nümayəndələri Nəcəf bəy və Süleyman bəy obrazlarıdır.

Dövrün ictimai-sosial ədalətsizliyinin, nadanlığın törətdiyi faciələr “Bəxtsiz cavan”da dramaturgiyamızda əvvəllər işlənmiş süjet-konflikt əsasında, lakin yeni estetik prinsiplərlə və daha kamil bədii obrazlarla əks olunub. Mənəviyyatca, cəmiyyətin problemlərinə baxışlarına görə Fərhadla əks qütbdə dayanan əmisi Hacı Səməd ağa, anası Mehri xanım, xidmətçi Mirzə Qoşunəli, əmisi oğlu Çingiz milli dramaturgiyamızda təravətli bədii personajlar kimi yaşayırlar.

Əbdürrəhim bəy “Pəri cadu” faciəsində real həyat hadisələrilə mistik obrazları (Pəri, İblis, Əcinnə, Şamama cadu) dramaturji konfliktə çəkinəklə, maraqlı fəlsəfi qənaətə gəlib. Bu qənaət aydın, ifadəli və həyatidir. Əxz olunan ideya budur: nəfsi-əmmarənin qulu olmayan insanın xoşbəxtliyi onun halal zəhmətindədir.

Milliyyətcə azərbaycanlı olan, İranda şahlıqları yüz otuz il davam edən qacarilər sülaləsinin banisi Məhəmməd Qacar obrazını ədəbiyyatımıza ilk dəfə Əbdürrəhim bəy gətirib. O, “Ağa Məhəmməd şah Qacar” faciəsində təkcə əsərin qəhrəmanının deyil, eyni zamanda tarixi şəxsiyyətlər olmuş Cəfərqulu xanın, Əliqulu xanın, Mürtəzaqulu xanın, Mustafa xanın, Rzaqulu xanın, Əli xanın, vəzir Hacı İbrahim xanın, II İraklinin, Tavad keyxosrov Avelianinin zəngin bədii səciyyəli xarakterlərini təsvir etmişdir. Faciənin ən dolğun obrazları Qacar və İraklidir. Dramaturq həmin surətlərin təsvirində faciə janrının psixoloji-fəlsəfi, psixoloji-dramatik xüsusiyyətlərindən yüksək sənətkarlıqla bəhrələnə bilmişdir. Belə bədii təsvirdə tirançılıq ideyaları, vətən və vətənpərvərlik anlayışları, zəka və güc, vicdan və əxlaq təsəvvürlərinin dramaturji təqdimi daha bədii möhtəşəmliklə təcəssüm tapıb.

Əbdürrəhim bəy Haqverdiyevin, hətta səhnəcik tipli birpərdəli məsxərələrində də (məsələn, “Ədalət qapıları”) insan amili ilkindir.

Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, “Pəri cadu”, “Köhnə dudman”, “Baba yurdunda” dram əsərləri ictimai-sosial konfliktin kəsərinə, ehtiraslı xarakterlərinə, romantik-dramatik ruhuna görə monumental-romantik teatr məktəbinin tərəqqisində mühüm rol oynayıb.

Onun “Ac həriflər”, “Millət dostları” səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında teatrların repertuarlarında dəyərli yer tutub. Milli səhnə estrada janrında yazan ilk dramaturqların sırasında Əbdürrəhim bəy Haqverdiyevin öz şərəfli mövqeyi var. Bakı Azad Tənqid və Təbliğ Teatrında onun məzhəkəintermediyaları uğurla oynanılıb.

YAZARLAR

ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN UŞAQ ŞEİRİNDƏ SƏRLÖVHƏ-ADLAR SİSTEMİ

Ayətxan Ziyad (İsgəndərov),
Azərbaycan Dövlət Pedaqoji Universiteti. Elmi işçi.
httrs://orcid.orq/0000-0002-0034-6736
ayetxanziyad@mail.ru
+994-70 7303023; (+994 70 7303023 (wp).

Elmi mübahisələr: mülahizələr, qənaətlər

IV məqalə

AZƏRBAYCAN UŞAQ ŞEİRİNDƏ SƏRLÖVHƏ-ADLAR SİSTEMİ

(Zahid Xəlilin və Zaur Ustacın yaradıcılığı nümunəsində)

Ayətxan Ziyad (İsgəndərov),

Azərbaycan Dövlət Pedaqoji Universiteti. Elmi işçi.

httrs://orcid.orq/0000-0002-0034-6736

ayetxanziyad@mail.ru

+994-70 7303023; (+994 70 7303023 (wp).

1. GİRİŞ

Hər hansı ədəbiyyat nümunəsi ilə tanışlıq əsərə verilən addan başlanır. Hər hansı film baş qəhrəmanın adı ilə, doğulan körpə valideynin övladını çağırdığı adla tanındığı kimi, bədii əsər də yazıçının övladıdır – müəllifin ona qoyduğu adla tanınır, kataloqlara bu adla düşür, yaddaşlara bu adla həkk olunur. Uğurlu alınan əsər onu yazanın vizit kartına çevrilir. Bu üzdən də qələm sahibi səy göstərir ki, əsərini adlandırdığı ad (sərlövhə) Azərbaycan dilinin qrammatik qanunauyğunluqlarına uyğun, leksik-semantik cəhətdən məzmunlu və mənalı, bitkin, ürəyə və dilə yatımlı, asanlıqla yaddaqalan olsun.

“Kitabi-Dədə Qorqud”da “Dirsə xanın oğlu Buğac boyu”nda adqoydu problemi ilə bağlı məqamı xatırlayaq. Dədə Qorqud xan oğlu Buğacı səciyyələndirən cəhətləri bir-bir sadalayır və sonda yeniyetməyə Buğac adı qoyduğunu bəyan edir: “Adını mən verdim, yaşını Allah versin”, – söyləyir.

Tədqiqatçılar, xüsusilə dilçi alimlər adlar sistemi ilə əlaqəli araşdırmalarında mövzuya “Xüsusi adlar” mövqeyindən yanaşaraq poetik obrazlara verilən ad və soyadların tədqiqinə daha geniş yer verirlər. Belə tədqiqat işlərinə nümunə olaraq professor Həcər Hüseynovanın “Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri” (Bakı-ADPU-2018) və “Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin üslubi-linqvistik xüsusiyyətləri” (Bakı-“Elm”-2001) monoqrafiyalarını, “Bədii əsərlərdə onomastik vahidlərin rolu” dərs vəsaitini (Bakı-2017), eləcə də “Mir Cəlalın bədii əsərlərinin leksik-semantik xüsusiyyətləri haqqında” məqaləsini (“Onomastika” jurnalı, №2, Bakı-2007), H.Həsənovun “Adlar tarixin, xalqın milli nişanəsi kimi” (Bakı-2002), Q.Mustafayevanın “Onomastik vahidlərin üslubi linqvistik xüsusiyyətləri” (Bakı-2001), Ceyhunə Hüseyn qızı Hüseynovanın “Mehdi Hüseynin romanlarında antroponim və toponimlərin linqvistik xüsusiyyətləri”, avtoteferat. (Bakı-2017), Nəbi Əsgərovun “Areal türk onomastik vahidlərinin linqvistik xüsusiyyətləri” (Bakı-1999) və digərlərini göstərmək olar.

Ancaq unudulmamalıdır ki, hər əsərin öz adı (sərlövhəsi) problemi də var və əsərə verilən ad – sərlövhə heş də əsərdəki obrazlara verilən addan az önəm daşımır, əksinə, hələ bəlkə onu üstələyir də. Əbəs deyil ki, Homer adı cəmiyyətdə “tanıma, fərqləndirmə nişanı” qismində dəyərləndirir [4. s.112]. Adlar sisteminə, fikrimizcə, iki prizmadan yanaşılması məqsədəuyğun olardı: 1 – əsərə verilən adlar, başqa sözlə, sərlövhə-adlar sistemi və 2 – hər hansı əsərdəki obrazlara verilən adlar, yaxud obraz-adlar sistemi.

Professor H.Hüseynova bədii əsərlərdə sərlövhə-adlar sistemindən bəhs edərkən yazır: “Hər bir əsərə verilən ad da sözdür. Bu söz adi söz deyil, poetik sözdür – yazıçının sözüdür. Bədii əsərə verilən ad əsərin çox mühüm komponentlərindən biridir… Oxucu birinci növbədə sərlövhə ilə tanış olur” [5. s.285] … “onomastik vahidlərin işlənmə zənginliyi əsərə bədii vüsət verir, müəllifi qələminin qüdrətini göstərən vasitəyə çevrilir” [5. s.289].

“Əsərin başlığı yazıçının oxuculara dediyi ilk sözdür” [3. s.56] … “Hansı əsərdə olur-olsun, oxucunun ilk təsadüf etdiyi, ilk dəfə üz-üzə gəldiyi məsələ, mətləb sərlövhədir. Əsərin məzmunu ilə tanışlıqdan əvvəl oxucu sərlövhə ilə, əsərin adı ilə tanış olur. Əsərin adı insanın adı qədər mənalı, mühüm və vacibdir. Sənətkar əsərinə təsadüfi ad seçmir. Sərlövhə adın, əsərin məzmunu, ideyası, daxili münasibətləri ilə əlaqəli götürülür”[3. s.455].

Klassik ədəbiyyatda şeir adlarına (sərlövhələrə) diqqət yetirək: “Ana və poçtalyon”, “Çapayev” (xalq şairi Süleyman Rüstəm), “Rənglər”, “Lenin poeması” (xalq şairi Rəsul Rza), “Azərbaycan”, “Vaqif”, “Zamanın bayraqdarı” (xalq şairi Səməd Vurğun) “Yenə o bağ olaydı (Mikayıl Müşfiq), “Qaytar ana borcunu”, “Pillələr”, “Səfərdən sonra”, “Qayıt”, “Ölüm sevinməsin qoy” (Əli Kərim), “Göy üzünə yazılan şeirlər” (Abbas Abdulla)…

Məqalədə əsərə verilən addan, başqa sözlə, Azərbaycan uşaq şeirindəsərlövhə-adlar sistemindən və bədii əsər adının (sərlövhəsinin) hansı prinsiplər əsasında müəyyənləşdirilməsi məsələlərindən bəhs olunur.

2. ARAŞDIRMA

Tədqiqatçı Adil Bağırov əsərə ad qoyulması problemindən bəhs edərkən yazır: “… bədii əsər adları çox zaman rəngarəng, özünəməxsus leksik-semantik və qrammatik xüsusiyyətləri ilə xarakterizə olunan xüsusi adlardan biridir. Bu adların toplanması və elmi-linqvistik şəkildə tədqiqi ktematonimlərin öyrənilməsi və mahiyyətinin açılmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə bədii əsər adları onomastik tədqiqatın daim diqqət mərkəzində olmalıdır” [2. s.10-16].

Yəhya Seyidov bədii əsərə ad qoyulmasını yaradıcılıq işi səviyyəsində qiymətləndirir [8. s.487].

Afad Quirbanov əsərə ad müəyyənləşdirilməsi işində bir neçə halın gözlənilməsinin zəruriliyi qənaətindədir. Hansılardır bu prinsiplər: 1 – ad bədii əsərin ideyasını özündə əks etdirməlidir; 2 – anlaşılan olmalıdır; 3 – milli (Azərbaycan) istilahları əsasında yaranmalıdır; 4 – əsərin mahiyyətindən doğmalı, məzmununu ifadə etməlidir; 5 – milli xarakter daşımalıdır və s. [7. s.440].

Tibb elmi haqqında belə bir mülahizə var: düzgün dioqnoz müalicənin yarısıdır. Bizim də qənaətimizə görə, əsərin adının öncədən müəyyənləşdirilməsi (təqribi olsa belə) əsərin başlıca istiqamətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Başqa sözlə, öncədən ad qoyulması nəticəsində hər kəsdən əvvəl əsərin başlıca ideyası, ana xətti müəllifin özü üçün aydınlaşmış olur, yazılma prosesinin taktiki hədləri müəyyən edilir.

Y.Seyidov bu problemə belə münasibət bildirir: “Əsərlərin əksərinin adları əvvəlcədən, yəni mövzu seçilərkən, əsərin əhatə dairəsi, planı yazıçının təxəyyülündə canlanarkən meydana gəlir, təxminən əsərin yaranmağa başlaması ilə eyni ana düşür və kağızda ilk söz olur. Belə adlar, fikrimizcə, daha uğurlu, bədii yaradıcılıq məhsulu olur. Bu vaxt ad nisbətən asan tapılır. Əslində onu axtarmaq lazım gəlmir, o, kəşv olunur” [8. s.487].

Biz də bu qənaətdəyik ki, bədii əsərə verilən ad (sərlövhə) özlüyündə yığcam, lakonik olmalı, əsərin ideya və məzmununa xidmət etməli, bir, iki, ən çoxu üç kəlmədən ibarət olub əsərin məzmununun aydınlaşmasına istiqamətlənməli və bitkin bir fikir ifadə etməlidir. Bu isə özlüyündə yazıçıdan poetik duyum, az sözlə çox fikir ifadə etmək səriştəsi tələb edir. Xüsusilə uşaq ədəbiyyatında.

Uşaqlar üçün kiçik ölçülü və kiçik həcmli əsərlər xüsusi önəm daşıdığı kimi, əsərə uşaq psixologiyasına uyğun kiçik ölçülü və mümkün qədər az sözdən ibarət ad qoyulması işi də vacib şərtlərdəndir. Ona görə ki, ad hər nəsnədən əvvəl bədii əsərin vizit kartıdır, başqa sözlə, mütaliə edəcəyi əsər haqqında ilkin təqribi anlatmanı oxucu əsərə qoyulan ad vasitəsi ilə alır. Elə yazıçı var ki, əsərin adını müəyyənləşdirmədən mövzunu işləməkdə çətinlik çəkir. Beləsi üçün əsərin adı bir növ süjet xəttinə giriş etmək üçün bir vasitədir. Elə qələm sahibi də var ki, əsər tamamlanandan sonra onun adı (sərlövhəsi) barədə düşünməyə başlayır. Ancaq bütün hallarda əsərin adı az sayda və kiçik ölçülü sözlərdən ibarət olmalı, oxucunu, qismən də olsa, əsərdə nələr baş verəcəyinə istiqamətləndirməlidir.

Bu məziyyətlər nəzərə alınaraq uşaq şeirlərinə qoyulan adlar mənaca dolğun və aydın metodoloji əsasa malik olmalı, asan başa düşülməli, qısa, oxunaqlı və tez yaddaqalan olmalıdır.

Bu mənada S.Krijijovskinin mülahizələri xüsusi diqqət çəkir: “Ad papaq yox, başdır ki, onsuz bədənin varlığı qeyri-mümkündür” [10].

Sovetlər zamanında nəşr olunan “Комсомольская правда” qəzetində çapa gedən materialların sərlövhəsini təsdiq etmək, yaxud dəyişdirmək səlahiyyətində olan xüsusi ştat vahidi var idi. Bu vəzifə sahibi qəzetin nəşrə hazırolma ərəfəsində, məsələn, gecə saat 12-dən sonra redaksiyaya daxil olur, məqalələri bir-bir oxuyub məsləhət bildiyi yazının sərlövhəsini mövzuya uyğun dəyişir, yaxud təsdiq edirdi.

Belə bir hüquq kitab nəşri ilə məşğul olan redaktorlara da verilirdi.

Bütün bunlar ədəbi nümunəyə ad seçilməsinin necə ciddi məsələ olduğunun göstəricilərindəndir.

A.Bağırov “Bədii əsər adları” məqaləsində əsərin adının müəllifin kimliyini xarakterizə etdiyi qənaətini irəli sürür: “… əsərin adı müəllifin … yaradıcılıq potensialını, sənət dünyasının nəyə qadir olduğunu üzə çıxarır, əsərin ədəbi taleyini müəyyənləşdirir. Ümumilikdə, bədii əsərin adı əsərin ən dolğun, mənalı hissəsi sayılır”, – yazır [2. s.10-16].

A.Bağırovun bu mülahizəsinin birinci qatı ilə müəyyən mənada razılaşmaq mümkündür ki, əsərin adı müəllifin yaradıcılıq potensialının nəyə qadir olduğunu üzə çıxarır. Ancaq “əsərin adının müəllifin ədəbi kimliyini xarakterizə edir”, “müəllifin sənət dünyasının nəyə qadir olduğunu üzə çıxarır”, “əsərin ədəbi taleyini müəyyənləşdirir”, “ümumilikdə, əsərin ən dolğun, mənalı hissəsi sayılır”  kimi fikirləri ilə bitkin mənada razılaşmaq mümkün deyil. Çünki ola bilər müəllif əsərə ad qoymaq (sərlövhə seçmək) məsələsində xüsusi səriştəyə malik olsun, ancaq bu heç də təqdim olunan əsərin ədəbi cameə tərəfindən sənət nümunəsi səviyyəsində qəbul oluna bilməsi demək deyil. Şair, nasir yaradıcılığınığın potensialı problemi  ədəbiyyatşünaslıqda xüsusi mövqe sərgiləyən məsələdir.

K.Qasımova “Dram adları və bədii qayə” adlı məqaləsində əsərə ad seçmək problemindən bəhs edərkən yazır: “Dram əsərlərinin adı bir növ reklam, tamaşaçını cəlb etmək funksiyasını da yerinə yetirir” [1].

K.Qasımovanın “… əsərin adı reklam xarakteri daşıyır” mülahizəsi ilə də razılaşmaq mümkün deyil. Tədqiqatçının mülahizələrinə rəğbətlə yanaşır, fəqət bunu da qeyd etməyi borc bilirik ki, nə hadisə olan bədii ədəbiyyatın özünün, nə də onun adının heç vədə reklama ehtiyacı olmayıb. Sənət nümunəsi olan ədəbiyyat özü öz oxucusunu tapır. Hər hansı ədəbiyyat nümunəsinə verilən ad  heç də oxucuda yazılanı oxumağa çağırış xarakteri daşımır, bədii əsərə ad reklam məqsədi ilə qoyulmur, əksinə, hansı məzmunda olan əsəri oxumağa hazırlaşdığı barədə oxucunu məlumatlandırmaq məqsədi daşıyır.

Z.Xəlilin uşaq şeirlərinin sərlövhə-adlarına diqqət yetirək: “Seçilmiş əsərləri”nin I cildinə daxil edilmiş 258 şeirdən128-i bir, 73-ü iki, 50-si üç, 5-i dörd, 2-si 5 sözdən, 2016-ci ildə nəşr edilən “Ağ leyləklər” kitabındakı şeirlərdən 119-u bir, 60-ı iki, 15-i üç, 4-ü dörd, 2-si 5 sözdən ibarətdir.

Yaxudözünün də qeyd etdiyi kimi, yaradıcılığında bir uşaq şeir kitabı qərar tutan Zaur Ustacın “Gülüzənin şeirləri” toplusu beş bölümdən ibarətdir və bölmələr, elə bil məqsədli olaraq, mövzumuzun tələbinə uyğun qruplaş­dırılıb: “Hərflərə aid şeirlər”, “Rəqəmlərə aid şeir-tapmacalarlar”, “İlin fəsillə­rinə və aylara aid şeirlər”, “Sətirlərdə uşaq obrazları” və “Tam və bitkin şeirlər”. Kitaba ümumilikdə 95 şeir daxil edilib. Şeirlərin sərlövhə-adlarına diqqət yetirək: “Hərflərə aid şeirlər” bölümünə daxil edilən şeirlər vasitəsi ilə azyaşlı hərflərin ardıcıllığı gözlənilməklə Azərbaycan əlifbasını qısa bir zamanda və olduqca rahat şəkildə öyrənmək imkanı əldə edir. Şeirlərin sıralanma xəttinə diqqət yetirək: “A”, “A və N”, “B”, “C”, “Ç” ……… “Z”. “Rəqəmlərə aid şeir-tapmacalarlar” bölümündə “1”-dən “10”-a qədər,  həmçinin “İlin fəsillə­rinə və aylara aid şeirlər” bölümündə də (“Yaz”, “Yay” ……. “Qış”, yaxud “Yanvar”, “Fevral” ……. “Dekabr”) sıralanma gözlənilib. “Sətirlərdə uşaq obrazları” adlanan dördüncü bölüm iki hissədən ibarətdir: “Bir ad bir şeir” və “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər”. Bu bölümdə ən uzun adlı bircə şeirlə rastlaşmaq mümkündür ki, həmin şeir cəmi dörd kəlmədən ibarətdir: “Zümrüd, Zəminə və Zəhra”. 

Sərlövhə-adlara verilən tələblər Z.Xəlilin və Z.Ustacın uşaq şeirlərində necə gözlənilir?! Məsələn, Z.Xəlilin sərlövhəsi iki sözdən ibarət olan “Uzun yol” kəlmələri ilə qarşılaşan oxucu ilk anda uzaq səfərə çıxan kimdənsə, yaxud nədənsə söhbət gedəcəyini fəhmlə hiss edir. Oxuduqda sərlövhənin əsərin məzmunu ilə səsləşdiyi ilk misralardan aydınlaşır. Dialoq şəklində qələmə alınan şeirdən məlum olur ki, yola çıxan bu “səyyah” damcıdır, yer üzünə həyat bəxş edən su. Səfərə çıxan damcılar əvvəlcə birləşib Bulaq əmələ gətirirlər. Ancaq yenə dayanmaq bilmirlər. Sonra bu Damcı ˂ Bulaq axıb-axıb Kür çayına qovuşur. Dinclik bilməyən Damcı ˂ Bulaq ˂ Kür çayı birliyi bu dəfə boz çöllərə həyat vermək üçün zəmilərə, bağlara üz tutur. Düz-dünya yaşıllığa bürünür. Taxıl zəmiləri, meyvə ağacları bar-bəhərdən başını yerə qoyur:

– Damcı hara gedirsən?

– Bulağa qarışmağa. …

…Bulaq hara gedirsən?

– Kür çayına çatmağa. …

…A Kür hara gedirsən?

Zəmilərə, bağlara!

Kür axdı boz çöllərə,

Yaşıllaşdı dağ-dərə.

Damcı məhz bu zaman, şərti olaraq. məsələn, albalı ağacının meyvəsi olan gilas yumurlananda toxdaqlıq tapır:

Maarifçilik mövqeyinə daim sədaqət nümayiş etdirən sair təbiəti “işini” bu sonluqla bitirmir, başqa sözlə, azyaşlı oxucusunu gilas meyvəsinin hansı görkəmdə olduğu barədə məlumatlandırmaq qənaətində israrlıdır. İlkin anında sadəcə bir damcı olan suyun günəşin hərarətindən ağacda möcüzəli bir meyvənin yetişməsində vasitə olduğunu qələmə alır. Gilasın hansı quruluşda (görkəmdə) olduğunu azyaşlı oxucunun yaddaşına həkk etmək üçün metonimiya yaradaraq, onları  qız-qadınların zinət əşyası olan “lola sırğa” üzərinə köçürür:

Bu dağın lap başında

Onu keyfi saz oldu.

Sallandı başaşağı

Yumru bir gilas oldu.

Gün vurdu sırğalandı,

Meh əsdi, yırğalandı.                    [6. s.3].

Zaur Ustacın “Ağıllı Gülər” adlı şeirində də oxucu eyni əhvalla qarşılaşır. Şeirin sərlövhəsi ilə tanışlıq zamanı istər-istəməz sual oyanır ki, görəsən Gülər hansı fərdi keyfiyyətlərə malikdir ki, şair şeirinə belə bir sərlövhə seçib? Səbəb ikinci bənddə bəlli olur:

Gördü üşüyür sərçə,

Bayırda alıb təkcə.

Gülər istədi getsin,

Gedib, çörək gətirsin.

Elə bu an sərçəcik

Yenə elədi:

cik-cik”.

Şeiri oxucuya doğmalaşıran ən mühüm keyfiyyət şairin xalq ədəbiyyatına istinadıdır. Burada şair “mən”i nağılçı obrazında təzahür edir. Və fərəhidir ki, bu ruh, bu nəfəs oxucunu sonuncu misraya qədər müşayiət edir:

Günlərin bir günündə,

Soyuq qış səhərində

Əl-üzünü yuyanda

Gördü kiçik sərçəcik.

Sərçə edirdi “cik-cik”.

Azhecalı qafiyələnmələrin (4+3=7, 3+4=7) və üç bənddən ibarət kiçik bir şeirdə hər bəndin sonunda “sərçəcik, cik-cik”, yaxud “cik-cik, sərçəcik” təkrirlərinin 4 dəfə qafiyələnməsinin, eləcə də, “c” və “ç” alliterasiyalarının (samit səslərin təkrarlanmasının) yaratdığı xoş ovqat, oynaq, ecazkar ritm, musiqilik oxucunu ovsunlayır. Bircə andaca nəinki azyaşlının, yaşlı nəslin də ruhuna höpur. Yekun misralar – təkrirlər  (Təşəkkür etdi: “cik-cik”. // Uçub getdi sərçəcik) şeirdə yekun marşı kimi səslənməklə yaddaşlara hopur:

Gülər tez evə qaçıb,

Anadan çörək alıb,

Gəlib eyvana, ovdu.

Yenidən edib cik-cik”,

Ora qondu sərçəcik.

Əvvəl çörəyi yedi,

Sonra da suyu içdi.

Bir dəfə sağa baxdı,

Bir dəfə sola baxdı.

Təşəkkür etdi:

cik-cik”.

Uçub getdi sərçəcik.                      [9. s.109].

Şeir sərlövhə-adlarını şərti olaraq əsasən aşağıdakı kimi qruplaşdırmaq olar:

1 – Sərlövhəsi əsərin baş qəhrəmanının adı ilə adlandırılan şeirlər. Bu qisim şeirlər Z.Xəlil yaradıcılığında xüsusi çəkiyə malikdir: “Çiyələk”, “Arı və kəpənək”, ”Qatır”, “Bildirçin”, “Qırqovul”, “Hacıleylək”, “Bülbül”, “Kəklik”, “Güllüt”, “Qurbağa”, “Alça”, “Yaxma”, “Qazayağı”, “Gilas”, “Dovşan və köpək”, “İydə”, “Keçi və Əziz”, “Şəlalə”, “Qartal”, “Şanapipik”, “Qaranquş”, “Gicirtkan”, “Kəpənək”, “Ağacdələn”, “Qanqal”, “Baldırğan”, “Quşəppəyi”, “Zoğal”, “Çəpiş”, “Ayauçan”, “Çobanyastığı”, “Sırğaçiçəyi”, “Qaymaqçiçəyi”, “Qantəpər”, “Lalə”, “Ciciçiçəyi”, “Cincilim”, “Günəş”, “Günəbaxan”, “Göyqurşağı”, “Palma”, “Kirpi”, “Ulduz”, “Sona”, “Qələmə”, “Mayak”, “Fil”, “Qatar”, “Araba”, “Barmaq”, “Qırğılar”, “Qağayılar”, “Duman”, ”Anqut”, “Tutu”, “At”, Qırxbuğum”, “Dələ”, “Göbələk”, “Boranı”, “Çərkəz”, “Telefon”, “Ceyran”, “Dovşan”, “Canavar”, “Tülkü”.

Zaur Ustacda əsərin baş qəhrəmanının adı ilə adlandırılan şeirlərin sayı 25-dir. “Sətirlərdə uşaq obrazları” adlanan bölümə xüsusi adlara ünvanlanan 16 şeir daxil edilib: “Ülkər”, “Vahid”, “Tuncay”, “Hümmət”, “Yusif”, “İlqar”, Qaçay , “Malik”, “Uğur”, “Şamil”, Vaqif., “paşa”, “Həsən”, “Nağı”, “Zahir”.

2. Qəhrəmanın xarakterinə uyğun qoyulan şeir adları: Z.Xəlildən nümunə: “Davakar sərçə”, “Dalaşan dolaşalar”, “Yalançı meşə”, “Nərə çəkdi dalğalar”, “ Şəffaf cığır”, “Uşaqların səhvi”, “Səbrli ol, səbrli”, “Yalançı İmran”, “Dəcəl bala”, “Uçağan böcək”. “Siçanların kələyi”.

Z.Ustacdan nümunə: “Ağıllı Gülər” (“Tam və bitkin şeirlər” bölümündən), “Yanvar”, “Fevral”, “Mart”, “Aprel”, “May”, “İyun”, “İyul” “Avqust”, “Sentyabr”, “Oktyabr”, “Noyabr”, “Dekabr” (İlin fəsillərinə və aylara həsr edilmiş şeirlər” bölümündən).

3. Hadisələrin cərəyan etdiyi yerlərlə bağlılığı olan, yaxud həmin yerlərin adını daşıyan şeir adları. Z.Xəlildən nümunə: “Uzun yol”, “Təyyarə”, “Dənizə axşam düşür”, “Körpü ilə söhbət”, “Gölməçə”, “Oynayıram beşikdə”, “Məktəb yolları”, “Uşaqlar dərsə gedir”.

4. Obrazın zahiri görünüşünə görə ad verilən şeirlər. Z.Xəlildən nümunə: “Yeddirəngli muncuq”, “Qaraqulaq ağ küçük”, “Şəffaf cığır”, “Qızıl qaz”, “Gil pişik”, “Qırmızı”, “Narıncı”, “Yaşıl”.

5. Adı rəmzi-simvolik məna daşıyan şeirlər. Z.Xəlildən nümunə: “Uçan çıraqlar”, “Ayının teleqramı”, “Dovşanın teleqramı”, “Çaqqalların teleqramı”, “Tülkünün teleqramı”, “Canavarın teleqramı”, “Atəşböcəyinin teleqramı”, “Sərçələrin nəğməsi”.

Z.Ustacın uşaq şeirlərindən bu bölgüyə Azərbaycan əlifbasındakı bütün hərfləri, 1-dən 10-a qədərki bütün rəqəmləri, ilin fəsillərinə aidliyi yetən bütün şeirləri, o cümlədən “Tam və bitkin şeirlər” bölümündən “Balaca reklamçı”nı aid etmək olar.  

NƏTİCƏ  

Baxmayaraq ki, son onilliklərdə bədii əsərə bütöv cümlə şəklində ad verilməsi tendensiyası da özünü göstərir, ancaq biz bu fikirdəyik ki, bu kimi hallar elmi məqalələr, elmi-tədqiqat işləri və dissertasiya işləri üşün məğbul sayıla bilər, bədii əsər adları adlıq cümlə şəklində olmalı, oxucuya əsərin mövzusu və nədən bəhs edidiyi barədə ilkin informasiya ötürməyə istiqamətlənməlidir. Xüsusilə uşaq ədəbiyyatında.   

 Açar sözlər: adlar sistemi, sərlövhə, uşaq şeiri.

***

Azerbaycan çocuk şiirinde başlik-isim sistemi

ÖZET

Herhangi bir edebiyat örneğiyle tanışma adla başlar. Bir filmin kahramanının adıyla bilinmesi gibi, yeni doğan bebeğe de ebeveynin çocuğunun adı verilir – sanat eseri yazarın çocuğudur – ona yazarın verdiği adla bilinir. Başarılı çalışma, yazarın kartviziti olur. Bu nedenle kalem sahibi, eserinin adını (başlığını) Azerbaycan dilinin gramer kurallarına uygun, sözlüksel ve anlamsal olarak anlamlı, içerik olmalı, yorucu olmayan, samimi ve kolayca akılda kalıcı olmalıdır.

“Kitabi-Dada Korkut”de “Dirsa Han’ın oğlu Bugaj Boyu”nda adgoydu konusuna değinilen noktayı hatırlayalım. Dada Korkut han oğlu Bugaj’ı karakterize eden özellikleri tek-tek sıralar ve son olarak gence Bugaj adını verdiğini söyler: “Adını ben verdim, yaşını Allah korusun”.

Retro edebiyatta adlara dikkat edelim: “Anne ve postacı”, “Çapayev” (halk şairi Süleyman Rüstem), “Renkler”, “Lenin şiiri” (halk şairi Rasul Rza), “Azerbaycan” (halk şairi Samad Vurgun) “Yine o bah olurdu (Mikail Müşfig), “Annenin borcunu iade et”, “Merdiven”, “Yolculuktan sonra”, “Dönüş”, “Ölüm sevinmesin koy”(Ali Kerim), “Gökyüzüne yazılmış şiirler” (Abbas Abdulla) …

Ancak ne yazık ki “sanat eserlerinde isim sistemi” konusu araştırmacılar tarafından unutulmuş, daha açık bir ifadeyle ihmal edilmiş, gelişmemiş veya üzerinde yeterince durulmamış bir alandır.

Makale, sanat eserlerinin başlığını belirleme ilkelerini tartışıyor.

Anahtar kelimeler: isim sistemi, başlık, çocuk şiiri.

***

Title-name system in Azerbaijani children’s poetry

ABSTRACT

Acquaintance with any literary sample begins with the name. Just as a movie’s protagonist is known by the name, the newborn baby is named after the parent’s child – the artwork is the author’s child – known by the name given to it by the author. Successful work becomes the author’s business card. For this reason, the owner of the pen must have the name (title) of his work in accordance with the grammatical rules of the Azerbaijani language, lexically and semantically meaningful, content, non-tiring, sincere and easily memorable.

Let’s remember the point mentioned in “Kitabi-Dada Korkut” in “Bugaj Boyu, son of Dirsa Khan”. Dada Korkut lists the features that characterize his son Bugaj, one by one, and finally says that he named the young man Bugaj: “I gave his name, God forbid his age”.

Let’s pay attention to the names in retro literature: “Mother and postman”, “Chapayev” (folk poet Sulayman Rustam), “Colors”, “Lenin poetry” (folk poet Rasul Rza), “Azerbaijan” (folk poet Samad Vurgun) ) “It would be that bah again (Mikail Müşfig), “Repay your mother’s debt”, “Ladder”, “After the trip”, “Return”, “Let death not rejoice”(Ali Kerim), “Poems written in the sky ”(Abbas Abdulla) …

However, unfortunately, the subject of “name system in works of art” is a field that has been forgotten by researchers, in other words neglected, underdeveloped or not emphasized enough.

The article discusses the principles of determining the title of works of art.

Keywords: noun system, title, children’s poetry.

İstifadə olunan ədəbiyyat

1. Azərbaycan onomastikası problemləri. Konfrans materialları.Bakı-1993.

2. Bağırov Adil. “Bədii əsər adları”. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. 2015-ci il, №1 (66), 268 səh.

3. Əsədullayev S. Tarix, sənətkar, müasirlik. Bakı-1974.

4. Homer. Odisseya. Bakı-1977, s.112.

5. Hüseynova H. Mir Cəlalın bədii əsərlərinin linqovopoetik xüsusiyyətləri. II cild. Bakı-ADPU-2018, 384 səh.

6. Xəlil Zahid. Ağ leyləklər. Bakı-SkyG-2016, 248 səh.

7. Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları. 2 cilddə, II cild. Bakı-Nurlan–2004, 504 səh.

8. Seyidov Y. Əsərləri, 15 cilddə, I cild. Bakı-BDU nəşriyyatı-2006, 628 səh.

9. Ustac Zaur. Gülüzənin şeirləri. Bakı-2021, 114 səh. s.109.

10. Крижижовски С. Лингвистика и поетика. Москва,1976.

Müəllif: Ayətxan ZİYAD (İsgəndərov),

Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvü, yazıçı-jurnalist, tədqiqatçı

AYƏTXAN ZİYADIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN KİTABLARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru