Mənlə öpüşmək təhlükəlidi

ÖPÜŞMƏK TƏHLÜKƏLİDİ
Bu beşmərtəbənin yan divarını
“Gillette” üzqırxanının çılğın reklamı
bəzəsə də.
bəzilərini bezdirsə də
cin atına mindirsə də…
Sakinləri üzütüklüdür ucdantutma…
Zirzəmisində bir mahnı özünü təkrarlayır daim
“Məni unutma. Unutma!”

Mən də,
O üzütüklülərdənəm burda.
Mənlə öpüşmək təhlükəlidi.
Bir də görərsən əl güzgündə
Sifətin azca
ala-bula ləkəlidi.

Mənlə öpüşmək təhlükəlidi.
Yanağımdakı çapığım da çox dərindi
Fincanımı bəzəyən dodaq boyan
deyəsən əbədidi…
artıq məşhər gününəcən mənimkidi.

Mənlə öpüşmək təhlükəlidi.

Sənlə öpüşənlərin hamısı,
Öz əl telefonunu unutdu yatağında.
Mən isə,
yalnız özümü…

Müəllif: Həmid Herisçi

Həmid Herisçinin digəri yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir