TƏVƏKKÜL GORUSLU – ŞUŞA ŞEİRİ

Təvəkkül Goruslu – Şair.

ŞUŞA
Adı gəlcək könül dinir, qəlb oxuyur,
Ritmdir, cəngidir, sədadır Şuşa!
Rəmzi xarıbülbül, muğam qoxuyur,
Hissdir, həyəcandır, nidadır Şuşa!
* * *
Ölkəmin köksündə döyünən ürək,
Həm Azərbaycana nəfəsdir Şuşa!
Zirvələr üstünə enən bir mələk,
Yaddaşa süzülən “O” səsdir Şuşa!
* * *
Azərbaycanımın şanı, şərəfi,
Namusdur, qeyrətdir, əxlaqdır Şuşa!
Xalqımın mənliyi, duyğu tərəfi,
Ruhunda çağlayan irmaqdır Şuşa!
* * *
Tanrıdan tikilmiş yaşıl qoftası,
Qəlbləri fəth edən imandır Şuşa!
Şəhidlər uğrunda olcaq fədası,
Bayrağa lalətək damandır Şuşa!
* * *
Zirvəsi qıy vuran qartal məkanı,
Ətəyi bəhərli , arandır Şuşa.
Zəfərlə qazanıb şansı, imkanı,
Birliyə vəsilə, “Turandır” Şuşa!
01.06.2021.
Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN DİGƏR YAZILARI


TƏVƏKKÜL GORUSLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏVƏKKÜL GORUSLU “ARAZ” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

Tanınmış şair Təvəkkül Goruslu (Məmmədov) “Araz” Mükafatına layiq görülüb. Bu münasibətlə Təvəkkül müəllimi təbrik edir, yeni-yeni yaradıcılq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Təvəkkül müəllim!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!

SƏXAVƏT TALIBLININ AD GÜNÜDÜR!

Barmaqla sayılacaq bir neçə  qızıl sözlü şairlərimiz var ki, klassiklərimizin ruhu, nəfəsi hopub əsərlərinə. Oxuduqca iç dünyasını, daxili aləmini, narahat ruhunu, lal harayını, səssiz əzabını duyur, heyrət edirsən. Belə qələm sahiblərindən biri də bir qəzəlində dediyi kimi, başı qarlı dağa bənzəyən  qəzəl ustadı, könüllər ovsunlayan şeirlərin,  romanların müəllifi, şeirlərinə vurduğu naxışlardan memarlığını, rəngarənglikdən  rəssamlığını sübut edən gözəlqlbli şair, varlığıyla, dostluğuyla qürur duyduğum ,rəğbət bəslədiyim ,bütünlüklə qəzəl adam, Səxavət Talıblıdır. Tanıdığım gündən hər yaratdığı əsərdə, dediyi sözdə orjinallığı ilə seçilən, irfani qəzəllərində Allaha aşiqliyi, sevgisi ilə diqqətimi çəkən şair, bir  insan olaraq da hər xoş sözün fövqündədir…. Deyim ki,  insanlara dəyər verməyi, onları kənardan izləməyi, kəşf etməyi çox vaxt həddindən artıq vaxt sərf edirəm. Səxavət müəllimi də belə kəşf etdim və ondan kitabımın   redaktor olmasını xahiş etdim….Son aylarda kitabımla bağlı onun xasiyyətini gah əsəbi, gah tələbkar, gah həssas, bəzən də uşaq kimi kövrək olduğunu  görüb heyrət edirdim.   Peşakar əruz bilicisi, hekayə, roman müəllifi olan bu ali insanın ən çox nəzər çəkən həyat silqəti  ətrafdakılara bacardığı yaxşılığı, köməyi etməkdi. Mən onun bu əsl insanlara xas olan xasiyyətinə heyran oldum.Səxavət Talıblı sözün əsl mənasında seçilmişlərdəndir. Bu gün, bu gözəl keyfiyyətlərə malik olan insanın doğum günüdür. Şairi səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür arzulayıram. Qəlbindəki nisgilin, işlərindəki müşkülün yeni yaşında uğurla həll olmasını arzulayıram. Allah sizə yar olsun, Səxavət Talıblı!!!

TƏBRİK ŞEİRİ

Vidalaşır “62” ,

Şairçün bu yaş nədi ki?

Hər müdrik sözü deyir ki,

– Buna qocalıq deməzlər…

***

Bir az saçına yağıb qar,
Bir az gözündə məlal var.

Şux qamətin sanki çinar,

Buna qocalıq deməzlər…

***

İmişlitək elin varsa,

Şirin sözlü dilin varsa,

Qəlbində eşq gülün varsa,

Buna qocalıq deməzlər

03.06.2021.

Müəllif: Əfşan Yusifqızı.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SEVİNDİK NƏSİBOĞLU İLİN ŞAGİRDİ MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

Sevindik Nesiboglu  “İLİN ŞAGİRDİ” Mükafatına layiq görülüüb. Diplomu Asiya Fakt İnformasiya Agentliyi adından layihənin rəhbəri Vüsalə Qələndərli laureata təqdim edib. Yazarlar.az olaraq, biz də Sevindik Nesiboglunu təbrik edir, təhsildə və yaradıcılkıqda yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Sevindik Nesiboglu !!!



SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SEVİNDİK NƏSİBOĞLU – SƏN HƏMİŞƏ BİZİMLƏSƏN…

SƏN HƏMİŞƏ BİZİMLƏSƏN…

Sən həmişə bizimləsən… sənədli filmindən fraqment.

Bu gün qarışıq mövzulardan danışacağam. Lakin İlyas və Elçin Əfəndiyevlərlə daim əlaqədə olacaq.Məqalənin sonuna qədər. Həmişə onunla olanlar, həmişə bizimləsən deyənlərdən danışacağıq indi.

Bildiyiniz kimi, dahi dramaturqumuz İlyas Əfəndiyevin bir pyesi var. Həmin pyes əsasında 1987-ci ildə televiziya tamaşası da çəkilib. Rollarda Məlahət Abbasova və Rasim Balayev çəkilmişdir.Tamaşanın adı isə hamının dilinin əzbəridir . “Sən həmişə mənimləsən”…

İndi deyə bilərsiniz ki, haradan çıxdı “Sən həmişə bizimləsən”, niyə məqalənin adını belə qoydun?. Belə sualların yaranması,məncə,normaldır.

Dedim ki, Elçin və İlyas Əfəndiyevlərlə daim əlaqədə olan adamlardan danışacağam. Ailəsindən ta Araz Bulud Eynəmliyə qədər.Danışacağam,yorulmadan danışacağam.Belə ki,”Sən həmişə bizimləsən” bir sənədli filmin adıdır.İlyas Əfəndiyevin vəfatından 2 il sonra,1998-ci ildə çəkilmiş bu sənədli filmdə sonuna qədər İlyas Əfəndiyevdən danışılır. Əgər indi Elçin və İlyas müəllimlə görüşənlər barədə yazırıqsa, deməli bu məqalənin də özünəməxsus adı olmalıdır.Sən həmişə bizimləsən…

Əvvəlcə həmin sənədli film haqqında danışmaq istəyirəm. Sən həmişə bizimləsən sənədli filmi 1998-ci ildə “Azkinovideo”nun çəkdiyi sənədli filmdir. Qısametrajlı olsa da mənalıdır. Ssenari müəllifi böyük ziyalı qadınımız, rəhmətlik Mailə Muradxanlı və haqqında “Naxçıvan xatirələri” adlı yazımda  qeyd etdiyim, “Gecikmiş gündəlik” filminin ssenari müəllifi və rejissoru Cəmil Fərəcov olub. Operator isə sənədli filmlərimizin tanınmış operatoru olmuş Nizami Abbasdır. Redaktor Svetlana İsmayılova, icraçı prodüser isə Xanlar Cəfərov olmuşdur.

Filmin posteri də çox yaxşıdır. Ata-oğul yan-yana durmuşlar və həmin alınan şəkil də filmin posteri olub. Filmdə İlyas Əfəndiyevin qoyub getdiyi əsərlərindən parçalar verilib. İlyas Əfəndiyevin əsərləri əsasında çəkilmiş bir çox tamaşalarda, həmçinin Elçinin “Ox kimi bıçaq” filmində rol almış rəhmətlik aktrisamız Amaliya Pənahova, rəhmətlik aktyorumuz Əliabbas Qədirov, rejissor Mərahim Fərzəlibəyov, Həsənağa Turabov çıxış etmişlər və İlyas Əfəndiyevi bir daha yad etmişlər.

İndi isə mən danışım  “Sən həmişə bizimləsən” deyənlərdən.

Filmdə iştirak edənləri saydım, onlar da sayılır.

Şəfiqə Məmmədova, Məmmədrza Şeyxzamanov,Leyla Bədirbəyli və kollektivi 1974-cü ildə “Çarvadarların izi ilə” filmində iştirak edib, pərdə arxasında filmə baxan İlyas Əfəndiyevlə əlaqələri olub.

Tofiq Mirzəyev,Yaşar Nuri, Nigar Hüseynova və kollektiv 1976-cı ildə “Bizi dağlarda axtarın” filmində iştirak ediblər.Yaşar Nuri həm də İlyas Əfəndiyevin əsərləri əsasında səhnələşdirilmiş bir neçə tamaşada rol almışdır.

Məlik Dadaşov, Fuad Poladov,Vəfa Fətullayeva və kollektivi 1978-ci ildə “Atayevlər ailəsi” film-tamaşasında çəkilmişlər.

Sabir Rüstəmxanlı və Anar İlyas Əfəndiyevi və Elçini özlərinin gənc yaşlarından tanımış, Elçinlə isə dostdurlar.

Mərhum aktyor İlham Əsgərov İlyas Əfəndiyevin əsərləri əsasında səhnələşdirilmiş bir neçə tamaşada, həmçinin “Sarıköynəklə Valehin nağılı” televiziya tamaşasında rol almışdır.

Aktyorlardan Həsən Məmmədov, Hamlet Xanızadə,Rafiq Əzimov İlyas Əfəndiyevin və Elçinin əsərləri əsasında çəkilmiş filmlərdə və səhnələşdirilmiş tamaşalarda, həmçinin “Ox kimi bıçaq” və “Bircəciyim” filmində rol almışlar.

Aktrisa Mehriban Xanlarova İlyas Əfəndyevin və Elçinin əsərləri əsasında səhnələşdirilmiş teatr tamaşalarında, eləcə də aktrisa aktyor Kamil Zöhrabovla birlikdə “Bircəciyim” filmində rol almışdır.

Xalq artisti Məleykə Əsədova İlyas Əfəndiyev və Elçininzsərləri əsasında hazırlanmış teatr tamaşalarında rol almışdır.

Aktyorlar Muxtar Maniyev və Şahmar Ələkbərov da İlyas Əfəndiyev və Elçinin əsərləri əsasında çəkilmiş filmlərdə rol almışlar.

Nicat Bəkirzadə İlyas Əfəndiyevə həsr edilmiş “Geriyə baxmağa dəyər” filminin rejissoru olub, həmin filmdə İlyas Əfəndiyevin həyatından görüntüləri əks edib.

Şamil Süleymanov Elçinin “Baladadaşın ilk məhəbbəti” və illər sonra “Mahmud və Məryəm” filminə çəkilmişdir.

Fəxrəddin Manafov  isə Elçinin əsərləri əsasında çəkilmis “Hökmdarın taleyi” və “Mahmud və Məryəm” filmində rol alıb.

Ramiz Axundov Elçinlə birgə onun əsəri əsasında “Əllər və rənglər” filmini çəkmişdir.

Elçin Cəfər Cabbarlı mövzusuna müraciət etmiş, 2000-ci ildə ədibin anadan olmasının 100 illik yubileyinə həsr etdiyi kitab yazmışdır.

Ulu öndərimiz Heydər Əliyev həm İlyas Əfəndiyevin və həmdə Elçinin yaradıcılığına xüsusi qiymət vermiş, şəxsən onlarla görüşmüş, fikirlərini dəyərləndirmiş, əsərlərini yüksək qiymətləndirmiş,  Elçini 1993-cü ildə baş nazirin müavini vəzifəsinə təyin etmişdir.

Hörmətli Prezidentimiz İlham Əliyev cənabları da  atasnın yolunu davam etdirərək ədiblərin yaradıcılığına xüsusi qiymət vermiş, onlarla görüşmüş, fikirlərini dəyərləndirmiş, əsərlərini qiymətləndirmişdir.

Füzuli rayonu Əfəndiyevlərin doğulduğu məkandır.

Azərbaycan-NƏİNKİ ata-oğul hər iki ədibə,bütün dəyərli övladlarına dəyər verib və verəcəkdir.!

Bu siyahıda hələ çox adlar var və bunlara bir çoxu də əlavə olacaq. Mənsə hələ yeniyəm. Onunla olanların siyahısını yazsaq, bu siyahıya 10 milyon insan daxil ola bilər!

Nə Elçin bu dünyada unudulacaq, nə İlyas ,nə Timuçin ,nə də Yalçın. Onlar hər dəfə yüksələcəklər və hər an bizimlə olacaqlar!


Müəllif:
Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYSU TÜRKEL – HEYİF Kİ, GÜLLƏDƏN YAYINA BİLMƏDİ

HEYİF Kİ, GÜLLƏDƏN YAYINA BİLMƏDİ


1989-cu il dekabrın 10-da Lerik rayonunun Soru kəndində bir körpə dünyaya göz açdı. Adını Elvin qoydular, amma gələcəkdə necə bir igid olacağından xəbərsiz idilər. Bəli, igid – Vətənə canını fəda edən igid. O, 1996-cı ildə orta məktəbə ilk qədəmlərini qoydu. 2007-ci ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşdü. 2009-cu ildə ordudan tərxis olsa da, bir əsgər olaraq silaha sarılıb yurdumuzu qarı düşməndən azad etmək üçün fürsət, məqam axtarırdı. Qəlbindəki vətən, yurd sevgisi o qədər dərin kök salmışdı ki, 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kurslardan müvəffəqiyyətlə keçib ömürlük hərb yolunu seçdi.
2020-ci il 27 sentyabr… O gün Qarabağın azad olunması uğrunda döyüşlər başladı. Elvin qardaşı ilə bərabər döyüşlərdə iştirak edərək misilsiz qəhrəmanlıqlar nümayiş etdirdi. Düşmənin mövqelərini dəf etməyə nail oldu. Hətta Elvin snayperlə açdığı atəş nəticəsində düşmənin yüksək rütbəli zabitləri məhv edildi.
Bir gün Pərvin qardaşı Elvini qıcıqlandırmaq üçün zarafata keçdi: Sən kiçik rütbəli zabitləri vurursan ancaq, o snayperi ver mənə, gör generalların başına nə oyun açıram. Sabahkı döyüşdə mən öndə olacağam.  Sabahı gün Elvin 1400 metr uzaqlıqdan bir erməni əsgərini vurur və fəxrlə şəklini çəkib qardaşına göstərərək deyir:        -Bax, indi nə deyə bilərsən?! Gör düşməni uzaq məsafədən necə məhv etmişəm. Pərvin gülümsəyib qardaşını bağrına basır, səndən yoxdur da, bir dənəsən vallah, – deyir.
Həmin gün Pərvin döyüş yoldaşları ilə bərabər mühasirəyə düşmüşdü. Amma əzmlə döyüşərək hiyləgər düşməni məğlub etmiş, sağ salamat mühasirədən çıxmağı bacarmışdır.
Elvin qardaşının mühasirəyə düşməsindən xəbər tutanda: “sənə demədimmmi, ermənilər hiyləgərdi, fürsəti əldən vermə, diqqətli ol, qardaş.Axı bilirsən ki, düşmən məkrli və amansızdır. İndi biz özümüzü düşmənin bütün hiylələrindən qorumalıyıq! Biz kəşfiyyatçıyıq, hər zaman, hər yerdə diqqətli olmağımız lazımdır! Şükülər olsun ki, mühasirədən sağ-salamat çıxmağı bacarmısız.
Pərvin qardaşının haqlı olduğunu bilirdi. Elə buna görə də, qardaşına bu gündən sonra daha da diqqətli olacağına söz verdi.
Gün keçdikcə döyüşlər daha da şiddətlənirdi. Elvin snayperi ilə Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postu darmadağın edib düşməndən təmizlədi. Posta Azərbaycan bayrağı sancılandan sonra Mübariz postu adlandırdılar. Daha sonra isə Elvin Qubadlı, Zəngilan və Cəbrayılın azad olunması uğrunda döyüşlərdə iştirak elədi. Düşmən dəfələrlə Elvini hədəf seçib öldürmək istəsə də, istəyinə nail ola bilmədi. O, bu döyüşlərdə əsl cəngavər kimi vuruşub, qəhrəmanlıq tarixi yazmağı bacardı. Hər zaman döyüşə girəndə ürəyində düşmənə qarşı yığılıb qalan dərin nifrəti onu daha da qüvvərləndirirdi.”Nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edib, onun hər bir qarışında şanlı Azərbaycan bayrağının qürurla dalğalandığını görmədən, geriyə bir addım da atmaq olmaz!” deyir, bu amalla zəfər yolunda əzmlə irəliləyirdi.
Artıq Elvinlə qardaşı fərqli istiqamətlərdə döyüşürdülər. Oktyabrın 31-i Elvin qardaşına telefon açdı. Qızğın döyüşlər getdiyi üçün onlar çox danışa bilmədilər. Yalnız bircə kəlmə – “özünü qoru” deyə bildilər. Elvin telefon danışığından az sonra döyüş meydanına geri döndü və təəssüf ki, bu, qardaşların son danışığı oldu. Ağır döyüşlər zamanı düşmən Elvini hədəf seçdi. Beləliklə, 31 oktyabr Xocavənd rayonunda Elvin şəhadət şərbətini içməli oldu. Beləcə, o da adını ölümüylə, ölümsüzlüyə qovuşanlar siyahısına al qanı ilə yazmağı bacardı.


Müəllif:
 Aysu TÜRKEL 

AYSU TÜRKELİN DİGƏR YAZILARI


AYSU TÜRKEL DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏN BU DÜNYAYA ZƏFƏR ÜÇÜN GƏLMİŞDİM… – SEVİNDİK NƏSİBOĞLU

3 ayın cəngavəri, 18 yaşlı qəhrəman – Vətən müharibəsinin ən gənc şəhidi Vüsal Novruz oğlu Allahverdiyevin Cənnətdən yazdığı dastan…

Ölümlərdən saqınma, məyus olmaqdan utan!

Bir dəfə düşün səni nədir dünyada tutan?

Məfkurəsindən başqa hər varlığı unudan

Qəhrəmanlar kimi sən əbədi qalmalısan…

“Türk Gənclərinə” şeirindən bir bənd. Müəllifi;  Hüseyn Nihal Atsız.

                   MƏN BU DÜNYAYA ZƏFƏR ÜÇÜN GƏLMİŞDİM…

İndi cənnətdə, cənnətin ən gözəl guşəsindən böyük sevinclə, qürur hissi ilə Sizə öz həyat hekayəmi danışıram. Bu hekayəni 6 noyabr 2020-ci ildə, Xocavənd istiqamətində şəhid olduqdan sonra ruhum digər şəhidlərimizin ruhu ilə azad etdiyimiz Qarabağ səmalarında cövlan edən vaxt yazmağa başlamışam. Yəqin ki, Siz də bu dastanı heç vaxt unutmazsınız və oxuyarsınız… Məndən Sizə qalan vəsiyyət və miras elə budur…

Mən Allahverdiyev Vüsal Novruz oğlu 2002-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşam. Ailəm məni orta məktəbə də, əsgərliyə də neçə-neçə arzular və ümidlərlə yola salıb… Qəlblərindəki bu arzuların və ümidlərin içərisində  torpaqlarımızın düşmən tapdağından azad olunması arzusu da var idi… Ancaq məni, hələ də körpələri kimi sandıqları övladlarını bəlkədə  silahla, topla, tüfənglə təsəvvür etməyiblər… Necə etsinlər, axı, mən körpə idim, uşaq idim…

Orta məktəbdə aşağı siniflərdə oxuyanda bir Qəhrəmanın taleyi hamının taleyini dəyişdirdiyi kimi, mənim də taleyimi, dünyagörüşümü tamamilə  dəyişdi. Tariximi yenidən yazdı, məni yeni tarix yazanlardan etdi. Mən həmişə ana dilimizlə bağlı olan dərslikləri mükəmməl oxumuşam, mütaliə etmişəm. Əlimdən kitab düşməyib. Elə adaşım Vüsal Allahverdiyevlə danışanda o da mənə dedi ki, mən də mütaliələr edirdim, Nihal Atsızın kitablarını oxuyurdum, onun bozqurdla bağlı olan kitabları əlimdən düşmürdü. Mən də eyni etdiyimi bildirərdim. O mənə deyərdi ki, yəqin, elə Allah Səni dünyaya bəxş edən andan Vətən üçün, vətənsevər  yaradıb.  Doğulduğun ilk andan Vətən oğlu olmusan. Elə həmin günlərdən Vətən yoluna ömrünü həsr etməyə hazırlaşmısan, bunu həyata keçirmək üçün yolçuluğa başlamısan.

Lap kiçik yaşlarımda, orta məktəbə gedənə qədər tariximizi öyrənməyə görə məktəb yaşım çatmadığı üçün mən atamdan, anamdan tariximizi, tarixin bizə verdiyi dərsini öyrənirdim. Nəslim, nəcabətim, soyum, boyum haqqında atam, anam məni məlumatlandırırdı. İlk olaraq Ulu Öndərimizi, onun Azərbaycan xalqına miras qoyduğu cənab Prezidentimizi öyrəndim, sonra başladım tarix yoluna… Ancaq, 2010-cu ildə, yay tətilinin ilk günlərində bir qəhrəmanın dillərdə əzbər olan adı qulaqlarımda əks-səda verdi, verdi : MÜBARİZ!  22 yaşında, yaşına, gəncliyinə  önəm verməyib, Vətəninə önəm verən, düşmənin qəddarlığına, haqsızlığına dözməyib vulkan kimi püskürən, zamanın haqsızlığına üsyan edən bir Qəhrəman və onun yaddaşlardan silinməyəcək mübarək adı… O, Tərtər istiqamətində, Çaylı kəndi yaxınlığında düşmənləri lərzəyə salmış, gecə vaxtı danüzünə qədər onların qorxulu röyaları, kabusları olmuşdu. Neçə-neçə erməni dığasını qırıb məhv etdikdən sonra Şəhadətə doğru mübariz, mərd, cəsur addımlarla  addımlamışdı həmin qəhrəman… O vaxtdan sonra daha çox anladım Şəhadət nə olmasını, Şəhidliyə necə addımlayırlar, o yol necə keçilir və o yolu keçmək kimlərə, necə nəsib olur… Ondan sonra bütün yay tətili boyu o qəhrəmanın mübarək adı dilimin əzbəri olmuşdu.  Yay tətilinin yarısını onun nurlu nəşinin təhvil verilməsini gözləməklə keşirdim. Nəhayət Onun mübarək nəşi təhvil verildi və o, uğrunda canını sevə-sevə fəda etdiyi vətən torpağında dəfn olundu. Bütün Azərbaycan xalqı ayağa qalxmışdı. Dövrümüzün, zəmanəmizin yeni bir xalq qəhrəmanını hamı ayaq üstündə qarşılayırdı, alqışlayırdı… Qəhrəmanın nur üzlü anasının-atasının əllərini öpmək istəyənlər çox idi… Ancaq, ana həm çox gərgin, eyni zamanda həm də qürurlu  idi… Onun naləsi hamının ürəyini sızladırdı. Bu vəziyyətdən mənim anam da çox təsirlənmişdi. Ömrünün baharını payıza, qışa çevirməklə  Vətəninin qışını yaza, bahara çevirən bir Qəhrəmanın yoxluğu hamının ürəyini parça-parça edirdi… Mənə nə isə qaranlıq qalırdı… Mən də çox təsirləndim, ancaq ağlaya bilmirdim… Düşünürdüm ki, axı Mübariz ölməyib, Şəhid olan necə ölə bilər? Şəhidə ölü kimi baxırlarsa və ağlayırlarsa… Bu, necə ola bilər? Dözmədim və valideynlərimdən soruşdum:

  • Mübariz İbrahimov ölüb ki, hamı onun yoxluğuna ağlayır?
  • O nə sözdür, oğul, təbii ki, ölməyib, heç ölməyəcək də. – Atam doluxsunaraq sualıma cavab verdi.
  • Bəs niyə ona görə ağlayırlar, axı, deyirlər ki, Şəhidə ağlamaq olmaz, o, ölməyib, Şəhiddir… Allah yolunda Şəhid olanlar ölmürlər axı… Bunu Siz də mənə demişdiniz…
  • Düz deyirsən, oğul, düz deyirsən… Ancaq, bir Ana fəryadı elə acıdır ki, onu ölçmək üçün bir acıölçmə aləti, cihazı yoxdur. Bunu ifadə etmək üçün dil də acizdir, ruh da. Nə qədər çalışırıq, ağlamayaq, ağlayırıq, özümüzdən asılı deyil. Sənin sözün mənə həm də bu cümləni xatırlatdı: Şəhidlər bizim ağlamağımız üçün deyil, Zəfəri qeyd edib sevinməyimiz üçün getdilər…
  • Ata, indi Mübariz İbrahimovun qisası alınıb?
  • Mübariz İbrahimovun qisası alınıb deyirlər…
  • Yox, ata, məncə alınmayıb. Bunu hiss edirəm. Mübarizi Şəhid edən alçaq qorxduğundan qaçıb, gizlənib…
  • Sən indi Şəhidliyi də hamıdan doğru anladın, qisası da… Afərin, oğul… Səni, sənin kimi oğulları Mübarizin qisasını alan görüm, oğul…
  • Elə də görəcəksən, atacan… – Atamın dediklərindən güc alırdım. Özümü heç də 8 yaşlı bir uşaq kimi təsəvvür etmirdim. – Bundan sonra mən Mübariz kimi olacağam!..

Atam elə bil baxışları ilə, gözləri ilə danışırdı, elə bil o baxışları ilə  deyirdi ki: “Səninlə fəxr edirəm, oğul…” Atam həqiqətən də, mənə bildirməsə də hiss edirdim ki, o,  istəyir ki, mən böyüyüm, Mübariz kimi olum və Mübarizin qisasını alım, ancaq, ürəyi bir az ehtiyat edirdi… Sonrakı illərdə daha çox ehtiyat edəcəkdi… “Bəs Şəhid olarsa?!… Bəs Şəhid olsa!?” deyəcəkdi… Valideynlərim doğulduğum andan qoymurdular ki, velosiped sürəndə yıxılım, ya da qaçanda ayağım daşa dəysin. İndi də cənnətdən onları izləyirəm, heç biri barışmır, 18 yaşlı bir gəncin sinəsinin güllələrə sipər olmasıyla… Övladının ayağına daş dəyməsin deyə ürəyini daşlara sipər  edən bir ana indi oğlunun yoxluğu ilə barışmırdı… Özü də 18 yaşında olan oğlunun… Ancaq, yanımda durub o biri dünyaya baxan şəhid qardaşlarıma da deyirəm ki, mən cənnətdə sizinlə birlikdə olduğuma görə çox şadam…

Bura 18 il yaşayıb gördüyüm işıqlı dünya kimi iki üzlü deyil. Bu cənnətin hər üzü, hər guşəsi gözəldir. Düşünürəm ki, göylərdən gördüyüm Şuşa cənnətin o biri dünyadakı oxşarıdır. Mövzudan kənara çıxmayıb onu da deyirəm ki, valideynlərim, məni sevənlər, uğrunda can verdiyim Vətənim mənə görə göz yaşı töksə, bu cənnətin hər qarışı mənim üçün əzab olar… Bilirəm ki, bunu  onlar da istəməzlər… Ancaq neyləyəsən, qismət belə gətirdi də… Bəxt… qismət… 18 il bir üzü kirli dünyada, dünya dağılana qədər isə hər üzü cənnətməkan olan o biri dünyada yaşamalı, ancaq yenə də sevdiklərimdən ayrı qalmalı imişəm… Yenə də Vətən sağ olsun…

O yay günündən min qərinə boyda olan 10 il keçdi gözümün qabağından. Hər gün atəşkəs pozulurdu, hər dəfə şəhidlər verirdik… İndi Cənnətdə bir yerdə qaldığım bir şəhid var… Adı Sərxan , soy adı Qasımovdur… Sən demə, şəhid olanda onun heç 18 yaşı da yox imiş… Şəhadətindən bir gün sonra 18 yaşı olacaqmış… O da mənə öz dastanını danışdı… Vətən övladlarından  təvəqqəmdir ki, onun da qəhrəmanlıq dastanını dinləsinlər. Təsəvvür edin ki, oğlunun ad gününü təbrik etmək üçün ona zəng vuran ana bir komandirin onun oğlu barədə qara xəbər verməsi ilə ani olaraq buz heykələ çevrilir… Düşünürəm ki, ailəmin acısı Sərxanın ailəsinin acısı ilə eynidir, ancaq, onun ailəsinin acısı mənim ailəmin acısından bəlkə də bir qədər fərqlidir… Çünki hər ailənin öz çəkə bildiyi qədər dərd yükü var.

Of… (Bir Şəhid anası acı çəkəndə özümdən asılı deyil, cənnətdə belə ufuldayıram…) Harada qalmışdıq? Mübarizə ruhumun dirilişindən 10 il keçmişdi… Mən 2-ci sinif şagirdi, 8 yaşlı bir məktəbli uşaq deyildim… Bir azdan Azərbaycan Respublikasının əsgəri olaraq vətənə xidmət andı içəcəkdim…

2020-ci ilin iyul ayında baş vermişdi həmin hadisə. Anam hər əsgər anası, müvəqqəti də olsa ciyərparasından ayrı düşən varlıq kimi  özünü narahat hiss edirdi. Deyəsən, məndən gizli-gizli ağlayırmış da. Hər bir əsgər anasının ürəyi həmin vaxt yuxa kimi nazik  olur. Mən o vaxt bir günlük əsgər idim, başa düşmürdüm. Şəhid oldum, Anamı cənnətdən görərək… anladım… Anladım ki, Ana üçün oğlundan ayrı qalmaq canın bir parçasından ayrı qalmağı kimidir. Anam hətta, mənim əsgər olmağımla da barışmaq istəmirdi ki axı hələ bu mənim körpəciyimdir… Ürəyinə nə isə dammışdı elə bil. Ana ürəyidir də… Dolaşıq fikirlər beyninə hakim olmaq istəyirdi. Bəzən də özünə təskinlik verirdi ki, nədir ki, il yarım, bu il yarımda nə olasıdı ki, olsaydı yəqin 30 ilə yaxın müddətdə olardı… Ancaq cən saydığını say..İlk 3 aydan sonra nələr olmadı ki…

Çoxları kimi anam da elə düşünürdü ki, mən sadəcə əsgər gedib ümumi qaydada vətənə xidmət edəcəyəm, daha heç bir şey, yəni müharibə olmayacaq. Axı ermənilərin havadarları çoxdur, onlar sülh yolu ilə torpaqların qaytarılmasını uzatdıqca uzadacaq, ermənilərin hegemon havadarları isə Azərbaycana torpaqlarını müharibə yolu ilə qaytarmağa imkan verməyəcək, 200 ildən çox müddətdə olduğu kimi…Əsgərliyimin ilk günlərində Zəfər tariximizin ön sözü yazılırdı elə bil. Tovuz döyüşləri başlamışdı… Cəbhə xəttində qanlı döyüşlər gedirdi. Bir gün içərisində bütün Azərbaycan bu döyüş barədə olan xəbərləri izləməyə başladı… Hamının tərəzi gözü dörd olmuşdu. Təbii ki, biz də olanları izləyirdik. Anamın nələr hiss etdiyini, hansı hissləri keçirdiyini təsəvvür edə bilmirəm. Ancaq ana ürəyinin çırpıntılarından eşidirdim ki, içində deyir: “Gəncliyinə doymayan balamı indi yola salsam, görəsən, Tovuzda döyüşməyəcək? Allahım Sən saxla balamı, balalarımızı!”.

Və sonra Xalq üçün elə bil bir anlıq həyat dayandı… Döyüşlər davam etsə belə… İnsanlar nəyin baş verdiyini təsəvvür belə edə bilmirdilər… Heç kəs bu halı qəbul, həzm edə bilmirdi… Hələ səhər saatlarında günümüz zil qara rəngə boyanmışdı… Qırmızı qanlı Tovuz döyüşlərində arasında özümün də olduğum 2855 cənnət Şəhidlərinin əlini yumruq edəcək an gəlmişdi… General Polad Həşimov qəhrəmancasına şəhidlik zirvəsinin fatehlərindən biri olmuşdu… Gözünü xalqın sabahına dikərək qatil gülləsinə, namərd gülləsinə qurban getmişdi generalımız… Gözünü sabaha dikdi deyirəm, çünki, O, hər şeyi bilirdi… Heç bilməzdim ki, adını belə eşitmədiyim bir generalımız şəhid olacaq, öz şəhadəti ilə hamını Zəfərli döyüşə hazırlaşdıracaq, haraylayacaq, birləşdirəcək, Mübariz və mübarizlərdən sonra bir anda onun da adı dillər əzbəri olacaq… Heç bilməzdim ki, əvvəllər adını eşitmədiyim həmin generalla cənnətdə qonşu olacağam…

Anam əvvəlcə qardaşımı, sonra məni əsgərliyə yola saldı… Mən dostlarla əsgərliyi düşünəndə, xeyli müddətlik ayrılıq, həsrətdən bəzən doluxsunub, bəzən gülümsəyəndə anamın gözləri dolmuşdu. Çox qorxurdu mənim üçün… Bu, adi bir təlaşlanma deyildi… Axı mən onun üçün hələ də körpə idim. Elə bil anamın ürəyinə  dammışdı mənim şəhadətim… Elə bil əvvəlcədən bilirdi ki, bizi qanlı  döyüşlər gözləyəcək,  bundan sonra da… Zəfər.  Ana ürəyidi də… Anam eyni vaxtda canından iki parçanın həsrətini, ayrılığını daşıya bilməyəcəyini, gücsüz olacağını elə bil hiss etmişdi, ona görə də ikimizin bi vaxtda getməyimizi heç istəmirdi… İçində ağlayırdı için-için, dua edirdi Allaha, bizi qoruması üçün Ona yalvarırdı anam… Anamı gör neçə dərd-bəlalar gözləyirmiş… Of…

Andiçmə mərasimim olanda da anam özünü güclə saxlayırdı… Özünü mənə gülə-gülə oğlunu yola salan bir ana kimi göstərirdi… Mən elə bil anlayırdım onu… Bilirdim ki, qəlbi qan ağlayır, qəlbi qan-yaşdır… Nə edə bilərdim ki, axı, vətəni müdafiə etmək mənim ən müqəddəs borcumdur. Mən artıq daha çox “Vətən sağ olsun” deməliydim və için-için deməyə başlamışdım… Qarşıda məni çətin, lakin olduqca şərəfli günlər gözləyirdi…

3 ay içərisində nələr olmadı ki… Əsgərlikdə olanda eşidirdim xəbərləri… Xalq ayağa qalxmışdı bütün vətənimdə. Haqq, ədalət tələb edən, işğalçılığa son qoyulması üçün mitinq keşçirən bütün dünya azərbaycanlıları xarici ölkələrdə təzyiqlərə məruz qalır, təhdid edilir,  döyülürdü… Onlara hücumlar olurdu… Bütün bu olanlardan sonrakı döyüş Tovuzdakı kimi dörd gün-beş gün çəkməməli idi… Artıq hamı Zəfərli müharibəyə hazır idi! Dişimizi qıcaya-qıcaya, yumuruğumuzu sıxa-sıxa qisas vaxtının gəlməsini gözləyirdik…

Nəhayət həmin vaxt gəldi, ilk Zəfərlər bizi qucaqladı! 27 sentyabr 2020-ci ildə artıq biz “vaxtı”nın gəlməsini gözləmirdik, çünki, qisas vaxtı gəlmişdi. Biz ilk zəfərlərimizi elə həmin gün, həmin andan qazanırdıq! Düşməni biçə-biçə, qıra-qıra, məhv edə-edə irəli gedir, torpaqlarımızı onların murdar tapdağından azad edirdik. Ölüm-qalım savaşında olan heç kim bir addım belə geri çəkilməyi düşünmürdü. Hamı şəhidliyi gülüşlə, sevinclə, zəfərlə qarşılamaq istəyir, qarşılayırdı, irəliləyirdi… Düşmənlər qorxaq, namərd və cəsarətsiz olduqlarından hətta, şalvarlarını belə qoyub qaçırdılar. Azad etdiyimiz torpaqlarımızda düşmənin şalvarını, paltarını görəndə gülməkdən özümüzü saxlaya bilmirdik… Onda bilirdik ki, ilk həmləqən qarşımızdan qaçan düşmən bizim yanımızda heç kimdir… Azərbaycan 90-cı illəri yaşamırdı… Mən də 90-cı illəri yaşamadığım üçün yeni reallığı yaratmağa çalışırdım… Döyüş yoldaşlarım ilə birgə… Onlar mənim yanımda, gözümün qabağında  şəhid olurdular… Şair deyib ki, “yanında boş yerə tamahım düşüb”. Mən də istəyirdim ki, onlarla bir yerdə şəhid olum, lakin onların qisasını alandan sonra…

Beləcə, erməni də olsa tək bir nəfər də olsun mülki şəxsə zərər vermədən, sadəcə düşmən “hərbçiləri”ni qova-qova, məhv edə-edə vurub Füzulidən, Cəbrayıldan çıxardıq… O torpaqların azad olunması yolunda çox şəhidlər verdik, çox qazilərimiz oldu… İndi burada həmin şəhidlərlə hər gün görüşür, söhbətləşirəm… Cənnətdə gördüklərim və eşitdiklərimdən böyük bir kitab yazardım… Ancaq, bu yazdıqlarım yəqin ki, oxunulacaq… Oxudulacaq… Mən özümü düşünmürəm, bütün şəhid dostlarımı düşünürəm… İstəyirəm, bütün şəhidlərin qəhrəmanlıq dastanları tanınsın, oxunsun… İnnən belə çox dastanlar yazılacaq, bilirəm… Onu da deyim ki, var gücümlə heç nəyi düşünmədən, sadəcə, Qarabağı düşünərək yaşadığım o şanlı 40 günü, o döyüş yollarını heç nəyə dəyişmərəm… Bütün günü Allaha şükür edirəm ki, Vətən müharibəsini yaşamışam, döyüşmüşəm, düşməni məhv etmişəm, şəhid olmuşam… Şükür demişkən, şəhid Şükür Həmidov da şəhid döyüş yoldaşlarımın yanındadır… Cənnətdə şəhid yoldaşlarımla danışanda cənab polkovniki də onlardan xəbər alıram… Ümumiyyətlə, Cənnətdə mənimlə bir yerdə olan şəhidlərin hər birisi bir dastandır… Biz hamımız o şanlı, şərəfli 44 gündə sona qədər döyüşdük və şəhid olduq, dastana döndük…

Onu da deyim ki, qardaşım da Vətən müharibəsində iştirak edirdi. Onun dilindən də döyüş yolu haqqında sözlər eşidirdim… Zəngləşirdik arada bir… Elə istəyirdim ki, ağız dolusu danışsın. Ancaq döyüşdə olduğumuz üçün bu da ola bilməzdi… İndi cənnətdə onun şəhid olan döyüş yoldaşlarından qazi olan qardaşımın hünərləri barədə eşidib sevinirəm…

6 noyabr 2020-ci il… Dastanın əvvəlində demişdim ki, cənnətə daxil olduğum ilk gündür… O günü heç bir zaman unuda bilmərəm… Ailəmin acısı, Vətənimin qüruru olmuşdum o gün… O gün min aya dəyərdi mənim üçün… 8 Noyabr Zəfər günümüzdürsə, 6 Noyabr da şəhadət günümdür…

Həmin gün eşitmişdik ki, əsgərlərimiz Şuşa istiqamətində gedən döyüşlərdə daha çox üstünlük qazanıblar. Fikirləşirdim ki, daha bu düşmənin sonudur. Elə həm özümün, həm erməni zülmünün, həm də müharibənin sonudur. Müharibə bitəcəkdi, Zəfər qazanacaqdıq. Şuşa mütləq bu günə-sabaha azad olunacaqdı… Bir də… Mənim üçün bu bir son idi…Həmdə başlanğıc.. Şəhid olacaqdım… Şəhidlik Zirvəsi məni gözləyirdi…

Xocavənd istiqamətində şiddətli döyüşlər gedirdi. Düşmən azğınlaşmışdı. Bizdən böyük bir dərs almaq istəyirdilər. Ona görə də, onlar bir dəfə atırdılarsa, mən min dəfə qarşısını alırdım və əks zərbə endirirdim o cəlladlara. Biz öz dəyanətimizlə düşməni təəccübləndirirdik. Onlar çaş-baş qalmışdı. Sərt qayaya çırpıldıqlarını bilirdilər. Xilas ola da bilmirdilər. Hirslərindən quduz it kimi daha çox kortəbii hücum edirdilər. Onların postlarını dağıdıb keçə-keçə irəliləyib gedirdik. Bura qədəri mənim üçün çox asan idi. Ancaq, bundan sonra işlər çətinləşirdi. Düşmən hər tərəfdən güllələri yağış kimi yağdırırdı. Hamımız daha çox qorunurduq. Həm də daha çox hücuma keçirdik. Atəş səsləri kəsmək bilmirdi. Elə bil güllələrin arası  bu gün ərzində heç kəsməyəcəkdi…

Sağımda, solumda döyüş yoldaşlarım şəhid olurdu… Özümdən asılı olmayaraq mənim gözümdən yaş axmağa başlayırdı. Lakin göz yaşlarımı gizlədirdim, gizlətməyə çalışırdım. İçimdə hirsimi boğub hayqırırdım: “Yox! Ola bilməz! Siz məndən ayrıla bilməzsiniz! Bir döyüş yoldaşı, bir can qardaşı öz can qardaşından ayrılıb gedə bilərmi? Sizin qisasınızı mütləq alacağam!” Artıq mənim üçün bu bir son idi və bunu mənliyimlə qəbul etmişdim. Anamdan üzr istəyirdim, atamdan üzr istəyirdim. Bu ayrılıq çox acı olacaqdı, onlar üçün, bilirdim. Ancaq, mən ölməyəcəkdim ki… Dostlarımın qisasını aldıqdan sonra mən əbədiyaşar, şəhid olacaqdım…

Və son… Bir namərd gülləsi bədənimdən keçdi… Yaramı Allah nuru sarıdı… Torpağa düşdüm… Döyüş yoldaşlarımın qanları ilə birgə qanımız torpağın rəngini dəyişdirdi… O tərəflərdə kül olmuş güllər, çiçəklər görünürdü. İndi hamısı çiçək açır, elə bil, onlara biz can vermişdik, qanımızla, şəhid qanı ilə… Onlara can vermək üçün… can vermişdik…

Mən öz gücümü toplayıb qırıq-qırıq bu sözləri dedim:

  • Müba… riz…! Po…lad!.. Mən Sizlərin qisasınızı… aldım… aldım… Ya Allah! Qəbul et məni! Haqqını halal et, Azərbaycan! Bir az da gözlə, gəlirəm, Cənnətim!..

Və… 6 noyabr 2020-ci ildə Şəhidlik zirvəsini fəth edənlərdən biri oldum… Həm sevinir, həm doluxsunurdum. Artıq bədən deyildim, bədəndən çıxan bir nur saçan ruh idim və azad etdiyimiz vətən torpağının səmalarında uçurdum, hey uçurdum, ənginliklərə yüksəlirdim… O vaxtdan da göylərdə qaldım. Səma şahinlərinə salam verdim. Cənnətdəki bütün şəhidlər mənə salam verdi, salamlaşdıq… Xudayar mənim dastana döndüyümü söylədi… Onu qucaqladım… Yaşıdım olan bütün şəhidlər analarından nigaran olduqlarını bildirdilər, çünki, onların da yaşı hələ 18 idi… Buna baxmayaraq hamısı bir ağızdan,  ürəkdən söyləyirdilər: “VƏTƏN SAĞ OLSUN!”…

Bu da mənim qəhrəmanlıq dastanım… Mən 18 yaşlı, Vətən müharibəsinin ən gənc şəhidi, Ana vətəninə görə gəncliyindən doymayan, ancaq gəncliyindən tez doyub Zəfərli müharibəni sevə-sevə, ürəkdən, candan seçən Vüsal Novruz oğlu Allahverdiyev… Mən siz olan dünyada cəmi 18 il yaşadım. Bunun 8 ilini necə yaşadım, bilmədim. Ancaq, qalan 10 ili düşmənlə mübarizə üçün yaşadım, əzm ilə yaşadım, hər gün yuxumda bir şəhidi görərək yaşadım… Mühitimdəki müharibə əzablarına sinə gərərək yaşadım… Vüsal adına layiq olmağa çalışdım… Sonda da cənnətdə, Şəhadətlikdə vüsalım gerçəkləşdi…

Bu həyatım üçün Allahıma minnətdaram və Şükürlüyəm… Şükürlüyəm, Poladlıyam, Babəkliyəm, Zaurluyam, Xudayarlıyam, Cəbrayıllıyam… Mən şəhidəm… Bu da mənim yazdığım dastanımdır… Azərbaycanimın hər səhifəsinə nurlu əlinin dəyməsi üçün yazılıb…

Allah bütün Şəhid yoldaşlarıma rəhmət eləsin!.. Qazi qardaşlarıma şəfa versin, müqəddəs vətənimin, torpaqlarımızın müqəddəs keşiyində dayanan qəhrəman əsgərlərimizin ayağına daş dəyməsin…! Allah uğrunda canımızı verdiyimiz Vətənimizi qorusun! Amin!

Və bu da dastanın son sözü… Vətən sağ olsun! Vətənin bütövlüyü dünya durduqca əbədi qalsın!

Müəllif:Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏSMƏR HÜSEYN XAN “QIZIL QƏLƏM” ALDI

Tanınmış yazar Əsmər Hüseyn Xan “Qızıl Qələm” mükafatına layiq görülüb. Yazarlar.az olaraq, laureatı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Əsmər xanım!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏXAVƏT QARABAĞLI – ŞEİRLƏR

Səxavət QARABAĞLI – şair.

SƏXAVƏT QARABAĞLININ SÖZ DÜNYASI

Səxavət Qarabağlı (Məmmədova) 1977 ci ildə Tərtər rayonunun Səhlabad kəndində anadan olmuşdur. 1993 – cü ildə köçkün düşənədək Ağdam rayonunun Şurabad kəndində yaşayaıb yaratmışdır. Məlum hadisələr nəticəsində dogma evini tərk etməyə məcbur qalanda ta uşaqlıq illərindən yazdığı bütün şeirləri itib. Səxavət xanım bu halı özü belə ifadə edir: “ … Şeirlərim evimizdə qaldı və bu bir körpənin xəyallarının paramparça olması demək idi. 2013 – cü ildə yenidən şeirlər yazmağa başladım… İndi ordumuzun şanlı qələbəsindən sonra daha xoşbəxtəm… Sanki həyatımın Ağdamda qırılıb qalan o hissəsindən gənclik çağlarımdan yaşamağa davam etməyə başlamışam…”

Səxavət QARABAĞLIdan bir neçə şeir:

TEZ GƏL YARIM
Ömür viran olmadan,
Ürək talan olmadan,
Həyat yalan olmadan,
Tez gəl həyat çox qısa.
* * *
Susuz qalan bulağam,
Odu sönmüş ocağam,
Tikan üstdə qonağam,
Tez gəl həyat çox qısa.
* * *
Gələn yolunmu bağlı?
Bu aşiq qəlbi dağlı,
Yoruldu Qarabağlı,
Tez gəl həyat çox qısa.

KASIB MƏRD OLAR
Kasıb süfrəsində halaldı çörək,
Süfrəni ürəklə açasan gərək,
Halal süfrələrin qonağı mələk,
Heç evdə görməsin zaval qonağı.
* * *
Nə qədər ucalsan hərdən başı əy,
Nə kasıbı incit, nə qəlbinə dəy,
Olsan da padşah, lap tutaq ki, bəy,
Xoş səda ver, çalış xoş al sorağı.
* * *
Səxavətin nədir axı qəzəbi?
İstəmir var dövlət, istəmir dəbi,
Kasıb olsa əgər boş qalsa cibi,
Şan-şöhrəti onun halal olmağı…

SAF QƏLBIM
Saf qəlbim başıma bəla,
Bicliyim, fırıldağım yox.
Qəzəbim dağlar əridər,
Qəlbimin qəzəbindən qorx.
* * *
Daşacaq səbr kasası,
Məzarın olacaq ürək,
Oynama gəl saf qəlbimlə,
Sındırma, onsuzda kövrək.
* * *
İntizar dostu bu qadın,
Nə qoysun sevginin adın?
Haçandır yolda qoyduğun,
Gözlərin nurunu aldın…

Müəllif: Səxavət QARABAĞLI

SƏXAVƏT QARABAĞLININ DİGƏR YAZILARI

SƏXAVƏT QARABAĞLI DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


Səxavət QARABAĞLI

SƏXAVƏT QARABAĞLI – ŞAİR.

Səxavət QARABAĞLI

Səxavət Qarabağlı (Məmmədova) 1977 ci ildə Tərtər rayonunun Səhlabad kəndində anadan olmuşdur. 1993 – cü ildə köçkün düşənədək Ağdam rayonunun Şurabad kəndində yaşayaıb yaratmışdır. Məlum hadisələr nəticəsində dogma evini tərk etməyə məcbur qalanda ta uşaqlıq illərindən yazdığı bütün şeirləri itib. Səxavət xanım bu halı özü belə ifadə edir: “ … Şeirlərim evimizdə qaldı və bu bir körpənin xəyallarının paramparça olması demək idi. 2013 – cü ildə yenidən şeirlər yazmağa başladım… İndi ordumuzun şanlı qələbəsindən sonra daha xoşbəxtəm… Sanki həyatımın Ağdamda qırılıb qalan o hissəsindən gənclik çağlarımdan yaşamağa davam etməyə başlamışam…”

SƏXAVƏT QARABAĞLININ DİGƏR YAZILARI

SƏXAVƏT QARABAĞLI DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru