VƏTƏNİMİN ƏSGƏRİ
Yorğanı qar, balıncı daş,
Vətənimin Əsgəridir!
Oğul, ata, arxa, qardaş,
Vətənimin Əsgəridir!
* * *
Düşmənə çəpər olanım,
Haqqını geri alanım,
Hər ürəyə yurd salanım,
Vətənimin Əsgəridir!
* * *
Sevgisi qanına köçən,
İgidlik yolunu seçən,
Bu yolda canından keçən,
Vətənimin Əsgəridir!
* * *
Fəxarətidir millətin,
Təcəssümüdür qeyrətin,
Azərbaycanın sərvəti,
Vətənimin Əsgəridir!
* * *
Əllərindən öpülməli,
Önündə baş əyilməli,
Qürur ilə deyilməli –
Vətənimin Əsgəridir!
* * *
Üzündə nur, ruhu çıraq,
Oxunacaq varaq-varaq,
Zirvəyə sancılan bayraq,
Vətənimin Əsgəridir!
* * *
Döyüşü bayramı bilən,
Hər qarış torpaqçun ölən,
Şəhadətinə yüksələn,
Vətənimin Əsgəridir!
* * *
Məşəl kimi yananımız,
Keşikdə dayananımız,
Hər biri Qəhrəmanımız,
Vətənimin Əsgəridir!
* * *
Yorğanı qar, balıncı daş,
Vətənimin Əsgəridir.
Adı – Müqəddəs Vətəndaş!!!
Vətənimin Əsgəridir!
Müəllif: Xanım İSMAYILQIZI
XANIM İSMAYILQIZININ DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru