Babəklər yurdunun hürr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC – EY QOCA QURD

Bu günlərdə qardaş Türkiyə Respublikasında törədilən yanğınlara…

EY  QOCA   QURD

Ey Qoca Qurd, çaqqalların ulamağı boşa deyil,

Qızıl qanlı boz pəncəni yalamağa tələsirlər!!!!

Kaftarların umacağı sür-sümükdən artıq deyil,

Üzdə  hürüb, sürüsündən ayrı düşcək tir-tir əsər!!!!

*        *        *

Çaqqalların adı çaqqal, tulaların adı tula….

Səndən olub, atam Qurddu deyənlərə nə deyəsən????

Üzü dönük, səndən olan bizdən deyil onu tulla!!!!

Unut getsin, boz dünyanın boz üzünü çox görmüsən….

*        *        *

Üzdən sənə oxşasa da, yerişini yerisə də

Hərdən Qurda girişsə də, köpəyə köpək deyərlər!!!!

Lap ağaca dırmansa da, köpək oğlu köpəkdir də

Aqillər də yaxşı deyib: – “itlər hürər, karvan keçər”!!!!

*        *        *

Ey Qoca Qurd , karvanının yolun üstdə duranların,

Heç biri yox – adı itib, qalmayıbdı  izi-tozu….

Keçidlərdə,  pusu qurub, tülkü kimi yatanların,

Hiylələri boşa çıxıb, oyulubdu tülkü gözü!!!!

*        *        *

Ey Qoca Qurd, mənzilini düz  seçmisən – duruş gətir….

Gecə sirdaşın Ay, Ulduz, gündüz  pənahın Günəşdi….

Nələr gördün bu dünyada, bunlar da sənə vız gəlir….

Ürəyin saf ırmak suyu, ruhun sönməz  bir atəşdi!!!!

22.11.2015. BAKI.

Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAİR ETİBAR VƏLİYEV TƏLTİF OLUNDU

Etibar VƏLİYEV – şair, dövlət qulluqçusu.

Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilənlər arasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran Regional Ərazi şöbəsinin (Lənkəran, Astara, Lerik) rəisi, dayım Etibar Vəliyevin də adı var.

Təbrik edirəm, uğurlarınız bol olsun.

Müəllif: Orxan MUSAYEV

ORXAN MUSAYEVİN DİGƏR YAZILARI

ETİBAR VƏLİYEVİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru