SƏMA MUĞANNANIN TƏQDİMATINDA “CAN AY ANA”

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

CAN  AY  ANA…

(Polad Həşimovun Anasına)

Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular…
Bu baxışda min vaizin xütbəsi,
Al don geymiş qürub da var, dan da var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox… 
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti  dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda  susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
 “Ana” – deyə,  şirin-şirin gülən yox…

*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…

12.01.2021. – Bakı.

SƏMA MUĞANNANIN TƏQDİMATINDA:

Şeirin müəllifi: Zaur USTAC

POLAD HƏŞİMOV VƏ İLQAR MİRZƏYEV HAQQINDA OLAN DİGƏR YAZILARLA KEÇİD ETMƏKLƏ TANIŞ OLA BİLƏRSİNİZ, BUYURUN


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

23 İYUL – AĞDAM


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACLA GÖRÜŞ OLACAQ

Zaur Ustac haqqında məlumat

Salam əziz gənclər!
📢ADA MMC nəznində fəaliyyət göstərən “Arzulara Doğru Addımla” Seminarlar layihəsi olaraq yenə möhtəşəm bir görüşlə qarşınızdayıq🤩

📌 Qonağımız: Zaur Ustac

“Yazarlar” jurnalının baş redaktoru, tanınmış ziyalı, şair, yazar
🗓️ Tarix: 25.07.2021
⏲️ Saat: 20:00
🏕️ Məkan: *instaqram

📌Ödənişsiz
📌Rəsmi Sertifikatlı

Möhtəşəm Qonağımızla Düşünməyə Və Düşündürməyə Varmısınız ?

Qrupa daxil olmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:
https://chat.whatsapp.com/JFumunHFFQ4DYxEzoX8YFu

İnstaqram:
https://www.instagram.com/invites/contact/?i=1ko0l00yaqgxk&utm_content=l3qgqkq

Əlavə məlumat: 

Zaur Ustac haqqında


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANA – ADAM VƏ PAPATYANIN TANRIYLA GÖRÜŞDÜYÜ GÜN – KİTAB

SƏMA MUĞANA – ADAM VƏ PAPATYANIN TANRIYLA GÖRÜŞDÜYÜ GÜN – KİTAB
SƏMA MUĞANA – ADAM VƏ PAPATİYANIN TANRIYLA GÖRÜŞDÜYÜ GÜN – KİTAB

Müəllif: Səma MUĞANNA

SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANNA – KƏDƏRLİ SEVGİ, …

Səma MUĞANNA – yazar.

 Kədərli sevgi,yaxud müqəddəs oyun?

Səssizcə  addımlayırdım.Ayaq izlərimin o otaqda qaldığını bilə-bilə addımlayırdım.Qaça bilmirdim,Aytən,qaça bilmirdim.Ondan qaçmaq üçün deyil,büzüşən,qırılmış budaqlarının utancıyla  yaşayan,hissiz ağacdan qaçırdım mən.Axı mən o deyildim? Axı dünyamın sakinləri göz yaşlarını əllərinə alıb qorxaq kimi gəzən deyildilər? Bəs mən hardaydım,kimləydim? Heç kəslə.Sanki dodaqlarıma süzülən göz yaşlarım qurumuş boğazıma su,tutulmuş dilimə dərman olacaqdı.Mən elə düşünürdüm.Ancaq məni sürgün edən Sevgi atəşlər içində öz əlləriylə məni hər gecə boğurdu və qaranlığa məhkum edirdi.Bəlkə də mən bu hisslərimdən qaçırdım,nə bilmək olar axı? Aytən,mən tarixlərə iz salacaq gün,unudulmayacaq möcüzə,gözlərin yaşını silə bilməyəcək kitab deyiləm.Mən artıq məzarı olmayan,kəfənsiz bir cəsədəm! Aqressiyyanın içində ölmüş körpənin bədənini daşıyan məxluqam! Məni sürgün edən bu Sevgi qarış-qarış gəzib,məni ayaq izlərimdən məhrum edən,nifrətimi içimdə böyüdən  qadındır! Anlayırsanmı? Və mənim son sözlərim elə buradaca bitəcək.Aytən…Aytən,mən ölə bilmirəm! Aytən,mən Sevgini atəşlər içində qoyub gedə bilmirəm.Aytən,mən kabuslarıma göz yaşı tökə bilmirəm,əksinə onları sevirəm,röyalarıma nifrət edirəm!Sadəcə gecələri yastığımı tutub,əllərimlə boğazımdan yapışıb nəfəssiz qalmış bədənimə nifrət edirəm! Mən nifrətlə böyüyürəm.Mən Sevgini sevə bilməyən qorxağın təkiyəm.Mən boş divarlara hayqıracaq və səsi duyulmayacaq qara buludam.Boş və dərin…

 Bu məktubla son olacaqdı hər şey.Göz yaşları sel olmuşdu otağında.Qan ləkələri ilə boğulan bomboş otaq onun soyumuş vücuduna tamaşa edirdi.Gözlərinin dərinliyində kimisə gizlədirmiş sanki.Açıq gözlərində ölüm səhnəsi canlanmırdı,o, yaşayırdı.Ruhunu alan Sevgi onun əsl qatili idi.Tək görə bildiyim boğazındakı əl izləri idi.Soyumuş vücudu tir-tir titrəyir,açıq gözləriylə məni seyr edirdi.Deyəsən,dəli olacaqdım o an.Otağı bürüyən səsim idi.Qan fışqıracaq damarları Sevginin həsrəti ilə yanıb tutuşurdu…Sizə danışdığım bu hekayə elə burada başlayırdı.Gözləriniz açıq,ancaq qaranlıqda izləyin bu hekayəni,çünki o da qaranlıqda intihar etmişdi,ya da susun! Axı nə bilmək olar,bəlkə qatili Sevgi idi?

 Soyuq qış gecəsi,ya da günəşi qucaqlayan bahar.Siz seçin.O seçmişdi artıq.Soyuq qış gecəsində əlləri ilə sarılmışdı qaranlığına.Qaranlığın sükutu elə o idi.Rüzgar belə əsmirdi.Tək yastığını qucaqlayıb,divara sıxılan körpəcik kimi idi o.Həsrətlə yanıb tutuşan qəlbini ölümə məhkum etmişdi.Gecələri məktub yazaraq keçirərdi günləri.Bəli,ən qorxuncu da elə bu idi.Səssizliyi sevən,qaranlıqda gözləri açıq şəkildə hönkürtü çəkirdi.Adını söyləməyəcəm o şəxsin.Siz onu “qaranlığın dəlisi” adlandırın! Onun kimi qaranlığı sevən birisi ola bilərdimi,yox əlbət! Axı bu qaranlıq nə zamandan sevmişdi onu? Nə zamandan onu sürgün etmişdi o bədbəxt dünyasına! Bilmirəm…Onun hər dəfə əzabla “Aytən” söyləməsini eşidərək içimdən sanki ruhum qopacaqmış kimi olurdum.Bəli,o sevirdi,həm də dəlicəsinə! O dəli deyildi,ancaq olacaqdı.O məktubu əllərimə alıb bir nəfəsə oxuduğumu hələ də çox yaxşı xatırlayıram.Ölümündən 2 il keçib artıq.İkisinin də…

2 il əvvəl…

Səhər tezdən telefonuma zəng gəldi.

-Aytən,mən…

 Səsi çox təlaşlı idi.Sanki harasa tələsirmiş kimi qan-tərin içində danışırdı və mən isə onu diqqətlə dinləyirdim.

-Aytən,səhər saatları 05:30-da o dənizin yanına gəl.Sənə bir şey göstərəcəm.Və…Və bu son olacaq.

  Qorxdum,ancaq nitqim tutulmuşdu.Soruşa bilmədim ki,nədən axı bu son? Təəssüflər olsun ki,elə oradaca hekayə yarımçıq qaldı…Ona heç vaxt əsl adımın Sevgi olduğumu açıqlaya bilmədim.Açıqlayanda isə çox gec idi…

-Aytən,oradasan?

  Telefonda eləcə qalmışdım.O məni çağırırdı,ancaq mən bir boşluğun içində üzürdüm.Duymurdum onu.

-Aytən?

-Hə.Hə,buradayam.Eşidirəm.

-Gələcəksən? Axı sənin gəlməyin çox vacibdir.

-Gələcəm.

 Və zəng kəsildi.Artıq o gündən ikimiz də qəbullanmışdıq.O vaxta ki,Sevginin mən olduğunu öyrənənə qədər.Bəlkə də əsl qatil mən idim.Onun naməlum ölümü elə bu dəftərimin sonunda bitdi.Yarımçıq qalmış son səhifəni yandırdım.Sadəcə son səhifəni..O mənim nə ilk,nə də son sevdam idi.Biz ikimiz də fırtınalı dənizin içində boğulan iki intihar edən qaranlıq dəliləri idik.Onun ölümündən sonra sevdim mən qaranlığı…Nə isə.Susum artıq.Davam edək.Hələlik gözlərinizi qapadın və məni diqqətlə dinləyin.

  Qar yağırdı.Küçələrə səpələnən qar dənəcikləri fırtınaya çevriləcəkdi artıq.Küçədə idim.Qaranlığın içində boğulurdum sanki.Heç kəs yox idi.Bomboş küçənin sonuna gedərək qar dənəcikləri ilə rəqs etdiyimi düşünürdüm.Bəlkə də bu xəyal idi.,ya da yuxu,yoxsa nə? Bilmirdim.2012-ci il fevral ayına təsadüf edirdi.Nəfəsimin kəsiləcəyini hiss edirdim,ancaq o an kimsə qolumdan tutdu.Qorxdum,lakin nə geri çəkilə bildim,nə də qaça bildim.Dayandığım yerdə sadəcə donub qaldım.Naməlum şəxsin kim olduğunu bilmirdim,çünki çox qaranlıqdı.Sanki dünya siyaha sarılmışdı,eynən mənim kimi.

  Susdum.O şəxs qolumdan tutan andan gözlərimdən axan qanlı yaşlar dayandı.Qəribə idi bu,həm də çox.O kim idi? Mən yuxu görürdüm,yoxsa nə? Ya da..Yox,yox mən onu tanıya bilmərəm! Axı mən onu görmürəm.

  Sanki içimdə danışdıqlarımı duyurmuş kimi:

-Qorxma.Sən məni çox yaxşı tanıyırsan.Sadəcə bir az da düşün.

  Səs tonunu eşitdikdə o boşluqdan çıxıb fırtınanın içində savaşdığımı hiss etdim elə bil.O kim ola bilərdi axı? Səsi çox tanış gəlirdi,ancaq bula bilmirdim.Qeyri-ixtiyari olaraq ona sarı:

-Axı sən kimsən?

  Gözlərimi qapatdı.Mən qışqırmaq istədiyim an sakitcə:-“Qorxma.Mən səni heç vaxt incidəcək bir hərəkət etmərəm.Bunu sən də yaxşı bilirsən…”

  Susdum.Mənə əlini verib,onunla getməyimi söylədi.Qorxmadan,çəkinmədən özümə söz verib:-Sevgi, sən bunu bacaracaqsan!-dedim və yolumuza davam etdik.

  Qaranlıqdı.Heç nə görə bilmirdim.Gözlərimi bağlamışdı,sadəcə əlimdən tutub məni aparırdı.Başıma nə gələcəklərini bilə bilməzdim.Sadəcə içimdə bir hiss var idi ki,hər şey yaxşı olacaq.Əgər bu bir yuxu,ya da kabussa,Tanrım,yalvarıram sənə,məni oyandırma! Əgər odursa,qoy sözümü açıqlayım,çünki..Çünki mənim Aytən deyil,Sevgi olduğumu bildiyi andan dəli sevgisi,vəhşi bir canavarın nifrətinə çevriləcək! Tanrım,oyandırma məni bu yuxudan!

  Yuxudan oyandım.Bu sadəcə kabus idi? Bəs o? Axı o yaşayırdı! Ya da mən elə düşünürdüm.Bilmirəm! İçimdən ixtiyari olmadan bir qışqırıq qopdu.Səsimin daha da çox eşidilməməsi üçün yastığıma əllərimlə yapışıb,üzümə basdım.2 il keçmişdi,ancaq o hələ də yox idi.O həqiqətən ölü idi? Bilmirdim.Sadəcə onun kimi gecələri kabuslarımı sevən,röyalarıma nifrət edən Aytənə çevrilmişdim! Mən onun dəlicə sevdiyi qadın-Sevgi deyildim artıq…

  Unutmuşdum ki,O məni çağırmışdı axı? Mən nə danışıram axı! O yoxdu,o öldü! Telefondakı zəng belə reallıq deyildi,o da kabuslarımdan biri idi.Bu qədər! Özümdə olmadan belə dərin yuxuya daldım və illərcə o yuxuda onunla savaşdım…Sevgi olaraq deyil,tam başqa bir insan olaraq.O məni tanımırdı…

Səhər tezdən oyanıb işə getdim.Ağlımda səslər dolaşırdı elə bil.Bəzən öz-özümə danışdığım hallar da olurmuş.Yaxınlarım,iş yoldaşlarım nə olduğunu soruşsalar da,cavab vermədən elə oradan qaçırdım.Hara qaçırdım,kimdən qaçırdım? Bilmirdim.Bəlkə də ondan qaçırdım? Onun ölmüş kölgəsi məni tərk etmirdi.Bəlkə də mən elə bu cür düşünürdüm,o günə qədər…

  2017-ci il yanvarın 8-i xəstəxanaya yerləşdirildim.Hələ də o tarix yadımdadır,eynən onu itirdiyim gün kimi.Yaralarım o qədər dərin idi ki,heç həkimlər belə mənim komadan ayıldığıma təəccüb edirdilər.2 ilə yaxın komada qaldım.Bəlkə də sizə çox qəribə gələcək,bəli mən də onun ölümündən sonra 2 il onu axtardım.

  Komadan ayıldığım ilk gün neçə illərdən sonra tək onun adını söylədim.Həkimim də təəccüb içində məni izləyirdi,deyəsən,dəli olmuşdum.Məni dəlixanaya yatızdırmaq üçün sənədlərimi baş həkimə verdilər.Axı mən dəli deyiləm! Məni hara aparırsız? Sözləri qulaqlarımda idi daima.Ancaq mən orada da illərcə qaldım.İşıqlı dünyaya illərcə həsrət qaldım.Onun həsrətiylə ölməkdənsə,düşündüm ki,elə buradaca olsun ölümüm…

  İllər keçdi.Bəli,o gün son idi.Dörd divarın arasında qalmışdı.Damalarından fışqıran qan vüsala çatmayan qəlbinin fəryadıymış..Bəli,bu nağıl da beləcə sonlandı söyləyəcəksiniz,ikisi də öldü deyə.Xeyr!Bəlkə nağıllar mutlu sonla bitir,ancaq bizim nağılımız fırtınanın ən dərinliyində qaranlığa sarılıb sonsuzluğa çevrildi.Biz insanların gözündə ölü,qəlblərdə isə əbədi yaşayacaq Sevgi qaldıq.Bilirəm,hər şey ani oldu,ancaq təsadüflə deyil.Biz bu hekayəni elə ilk başdan yazmışdıq.Unutmayın,mən dünyaya Aytən olaraq deyil,Sevgi olaraq gəldim və getdim.Salamat qalın!

Müəllif: Səma MUĞANNA

SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru