ƏDALƏT BƏDİRXANLI – XOCALI

XOCALI FACİƏSİ HAQQINDA

XOCALI
(poema)
Daş körpənin dilindən
Proloq
“Ya Qarabağ, ya ölüm,
Başqa yolu yox artıq!”-
Deyəsən unutmuşuq,
Qan quruyubdur artıq?
* * *
Vətən dediyin bu yer
Yaddan çıxıbsa əgər,
İndi doğru cavab ver,
Qeyrət satılıb məgər?
* * *
Budur Vətən torpağı,
Budur Vətən bayrağı?
Hanı boz canavarlar,
Hazırkı mərd oğullar?
* * *
Haray, yenə də haray,
Cihad savaşdır artıq!
Qanlı qış gecəsindən
Neçə gün keçir artıq!
l hissə
YAŞAMAQ
İSTƏYİRƏM

Bu haray elan deyil,
Lal körpə harayıdır,
Bizi tək analar yox,
Dünya anlamalıdır!
* * *
“Vətən” adlı igidim,
Dəyanət istəyirəm!
Yağıya ölüm gərək,
Əsirtək istəmirəm!
* * *
Nifrətimlə yenidən
Bir savaş istəyirəm,
Kələklər yetər artıq,
Diri hay istəmirəm!
* * *
Qəlpə dəyən, ayılan
Sağ dığa istəmirəm,
Boş hədəfə şığıyan
Bir güllə istəmirəm!
* * *
Deyin, dünya tanısın
Qoy vəhşi toxumları,
Sözdə dövlət sayılan
Əkiz – “xaç” tulaları.
* * *
Hamı savaş gözləyir,
Mən dava istəmirəm,
Doğmaca torpağımı
Tam azad istəyirəm!
* * *
Kürsüdən çığırmağa
Mif, yarış istəmirəm!
ATƏT özünə gülür,
Mən alqış istəmirəm.
* * *
Yenidən dağ aşmağa
Yoxdur daha taqətim.
Didəm qanla dolsa da,
Budur hal vəziyyətim.
* * *
Duyan yoxdursa əgər,
Kimə gərək niyyətim?
Qisas alın, baş kəsin,
Qana-qan istəyirəm!
* * *
Ey şanlı Milli Ordum,
Mərhəmət istəmirəm.
Haylar ölü can versin
Canlı can istəmirəm.
* * *
Əsir kimi sağ qalan
Bir canlı istəmirəm,
Yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm!
ll hissə
BİR ANA
QUCAĞINDA

Mən bir uşaq doğuldum
Yaşamağa cahanda.
Tam haqqımla vətəndaş,
Xocalı torpağında.
Qəsd olundu yurduma
Gecənin son çağında.
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda.
Dondum, heykələ döndüm
Bir ana qucağında.
* * *
Bilmədim sevgi nədir,
Bilmədim həyat nədir.
Bölmədim sevincimi,
Bildirmədim dərd nədir.
Bilmədim ölmək üçün
Günahlarım bəs nədir?
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda
Dondum, heykələ döndüm
Bir ana qucağında.
* * *
Mənim yaşda günahsız
Körpələr nə qədərdir?
Qoy duysun bəşəriyyət,
Bəlkə yüz minlərlədir.
Bu quduzluq, soyqırım,
Qan dünyaya ləkədir.
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda
Dondum, heykələ döndüm
Bir ana qucağında.
* * *
Qoca, qadın, ya körpə –
Heç kimə baxmadılar.
Qışqıran hər bir kəsin
Başından vururdular.
Məni möhkəm vurdular,
Yəqin ölmüş sandılar.
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda
Dondum, heykələ döndüm
Bir ana qucağında.
* * *
Qızdır məni, ey Günəş,
Mən bəşər övladıyam.
Anamın qucağında
Donmuş buz parçasıyam.
Bir daş olsam da belə,
Ruhum bilir hardayam.
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda
Dondum, heykələ döndüm
Bir ana qucağında.
Epiloq
Hər il gəlib keçirik
Heykəlinin önündən,
Sənə baxa bilmirik,
Gizlənirik gözündən.
* * *
Dünyaya göstəririk,
Guya səni anırıq,
Əslində belə deyil,
Xəcalətli qalırıq.
* * *
Tezcə qisas alınsa,
Sevincimi bölərdim.
Hayların göz yaşını
Qanlı güllə silərdim.
* * *
Bilmirəm nə istəyir,
İblis yenə “vur” deyir.
İnsanlıq sülhü sevir,
Hamı bizə “dur” deyir.
* * *
Ey çırpınan canlı daş,
Kaş bitəydi bu savaş,
Öz yurduna dönəydi
İnsanlar yavaş-yavaş!
Son.
23-25.02.2016.

Müəllif: Ədalət BƏDİRXANLI

ƏDALƏT BƏDİRXANLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Nəsir Əhmədli – 25 fevral

Taras ŞEVÇENKO (1814-1861)


Bu gün (25 fevral) Ukraynanın böyük şairi T.Q.Şevçenkonun doğumunun 208-ci, ölümünün isə 161-ci ildönümüdür. Yəqin ki Vətənindəki bugünkü gərgin durum ona agah olmamış deyil. Qardaş Ukrayna xalqına və böyük şairə ehtiramımı bildirmək üçün bu gecə şairin məşhur “Vəsiyyət” şeirini dilimizə tərcümə etdim.


VƏSİYYƏT
Məni Dnepr sahilində,
çox sevimli Ukraynamın
bir düzünün ortasında,
dikdir yerdə dəfn edin ki,
ixtiyar Dneprin necə
səs-səmir qopardığını,
düşmən qanını yurdumdan
yuyaraq mavi dənizə
nə cürə apardığını
gözlərimlə görə bilim.
Bax onda oyanacağam,
varıb Allah dərgahına
səcdədə dayanacağam.
Bütün bunları görməsəm,
Kinimi yeməyəcəyəm,
“Allah var”, – deməyəcəyəm…
Məni dəfn edib dik durun,
qolunuzdan zəncirləri
son halqaya qədər qırın.
Tökün düşmən qanını siz,
möhkəmlənsin iradəniz.
Yeni, azad ailənizdən
məni də çölə atmayın.
Daim səmimi bir səslə
xatırlayın, unutmayın.
25 dekabr 1845. 

Müəllif: Nəsir Əhmədli


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru