MÖVLUD AĞAMMƏD – QOŞMALAR

MÖVLUD AĞAMMƏD – ŞAİR, MÜƏLLİM.

USTAD DƏRSLƏRİ

GƏL
Bu dərd bizim aramızda bitibdi,
Bir daş altda, birini də üstə gəl.
Nə dil bilsin, nə də dodaq anlasın,
Nə fərq olsun, nə də bircə üstəgəl.
* * *
Heç nə umma belə zalım fələkdən,
Dünyamıza qəm ələnir ələkdən.
Qismətinə düşən paydı ürəkdən,
Birin verib, birini də istə gəl.
* * *
Çətin bir də ömür dönə geriyə
Buz bağlamış xəyalların əriyə.
Nə deyirsən, Mövlud, mələk, pəriyə
Öz bəxtindən nə inci, nə küs də gəl.
5.07.2021. Quba. Zərdabi.

MƏNİMÇÜN
İşdi yaxa versəm zalım əcələ
Göyüm- göyüm göynəyərsən mənimçün.
Bir az razı, bir azca da narazı,
Deyim -deyim deyinərsən mənimçün.
* * *
Yuxuların qarışmasın gerçəyə,
Ümid olub gözlə məni gecəyə.
Sevincini bölüşərsən heçliyə
Öyüm-öyüm öyünərsən mənimçün.
* * *
Saxla məni aşiq kimi yadında,
Xatirində doğmanın da, yadın da.
Ürək olub, gülüm, Mövlud adında
Döyüm-döyüm döyünərsən mənimçün.
7.07.2021. Quba. Zərdabi.

Müəllf: Mövlud AĞAMMƏD

MÖVLUD AĞAMMƏDİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on “MÖVLUD AĞAMMƏD – QOŞMALAR”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir