Teyyub Ağazadə: – “Yaşamaq bir çətin sınağa dönüb…”

YUMAQ

Yaşamaq bir çətin sınağa dönüb,
Böyük bir minnətə, qınağa dönüb.
Kimi ehtiyacdan yumağa dönüb,
Kiminin sərvəti şəhərə sığmır.

Ömrümüz qurulub gümanlar üstə,
Yaxşılar kölgədə, yamanlar üzdə.
Saraylar ucalır yalanlar üstə,
Haqqı danışanlar səhərə çıxmır.

Mənəm-mənəm adlı mərəzimiz də,
Min böhtanla dolu qərəzimiz də,
Mizanı pozulmuş tərəzimiz də,
Bəlli bir ölçüyə, təhərə sığmır.

Kimi dirsəklənib, söykənib vara,
Kiminin ruzusu çəkilib dara.
Kiminin gözünü bağlayıb para,
Kiminin ürəyi qəhərə sığmır.

Çıxıb leş üstünə yalaq adamlar,
Sürüşkən adamlar, balıq adamlar.
Talayır bu yurdu calaq adamlar,
Hər gün at oynadır, yəhərə sığmır.

Əl çəkə bilmirik kindən, nifrətdən,
Boyat təriflərdən, ucuz şöhrətdən.
İlahi, hifs elə bizi möhnətdən.
Tamah ağacımız bəhərə sığmır.

Müəllif: Teyyub Ağazadə

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir