“Daşkənddən Yeni Daşkəndə” kitabından:
Əmrahov Haris Məhəmməd oğlu 1935-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 6 yaşı olanda atası Məhəmməd Böyük Vətən müharibəsinə getmiş, müharibədən qayıtmadığından balaca Haris babası Kərbəlayı Əmrahın himayəsində böyümüşdür. Elə zəhmətkeşliyi də ondan öyrənmişdir. Zəhmətkeşdir, dini ibadətlərə bağlı adamdır, namaz qılıb, oruc tutandır. Yaxşı əməlləri, təsibkeşliyi ilə həmişə eldə hörməti vardır.
Haris Əmrahov 1953-cü ildə ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunmuşdur.
Orta təhsilə doğulduğu Daşkənd kənd orta məktəbində başlamış, Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.
1963-cü ildə Ağdam Kənd Təsərrüfatını Mexanikləşdirmə və Elektrikləşdirmə Texnikumunun qiyabi şöbəsinə daxil olmuş, 1968-ci ildə həmin texnikumu “Kənd təsərrüfatını mexanikləşdirmə” ixtisası üzrə bitirmişdir.
Uzun müddət “Yeni həyat” kolxozunda pabmıq təsərrüfatının bri¬qadiri işləmiş, yüksək nəticələr əldə etmişdir. 1975-ci ilin sonlarından başlayaraq “Yeni həyat” kolxozunda 20 ilə yaxın kənd təsərrüfatı texnikaları parkında mexanik vəzifəsini icra etmişdir.
1978-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində, 14 fevral 1981-ci ildə isə Bərdə rayonuna keçici “Qırmızı bayraq” verilməsi yığıncağında iştirak etmişdir.
“1975-ci ildə sosializm yarışının qalibi” (1976), “1976-cı ildə sosializm yarışının qalibi” (1977) döş nişanları, “SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisi”nin Qızıl medalı və “Əməkdə fərqlənməyə görə” medalı (07.07.1986) ilə təltif olunmuşdur.
Haris Əmrahov üç dəfə (1977, 1980, 1983) Yeni Daşkənd Kənd Xalq Deputatları Sovetinə deputat seçilmişdir.
P.S. Əmrahov Haris Məhəmməd oğlu 25 sentyabr 2023-cü ildə Yeni Daşkənd kəndində 88 yaşında vəfat etmişdir.
Mənbə: Araz Yaquboğlu
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru