
DÜNYANIN QÜSULA EHTİYACI VAR
Elə gah əkində, gah biçindədir,
Ayağı iblisdə, başı cindədir,
Başdan ayağadək çirk içindədir,
Dünyanın qüsula ehtiyacı var.
Çıxıb məhvərindən kainat necə,
Saf insan möhtacdır dəyyusa, bicə,
Doğru danışanı alan yox vecə,
Dünyanın qüsula ehtiyacı var.
Hər yanda “mavi”lər, hər tərəf “gey”li,
Kişilər kişiyə salıblar meyli,
Lutun qövmünü də keçiblər xeyli,
Dünyanın qüsula ehtiyacı var.
Yəhudi, xaçpərəst, buddist, müsəlman,
Susayıb insanın qanına insan.
Hara baxırsansa, axır orda qan,
Dünyanın qüsula ehtiyacı var.
Baxaraq hər yerdən yüksələn aha,
Deyirəm tək ümid qalıb Allaha.
Təyəmmüm etməklə iş keçmir daha,
Dünyanın qüsula ehtiyacı var.
Yenə də hökmünü tez versin Allah,
Əvvəlki saflığa döndərsin Allah,
Yenə Nuh tufanı göndərsin Allah,
Dünyanın qüsula ehtiyacı var.
Müəllif: Aqil KƏNGƏRLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru