Təvəkkül Goruslu – TANRIDAN OLSUN

TANRIDAN OLSUN

Bir kimsə kimsəyə olmasın möhtac,
Ən muskin, ən ağlr hissdir ehtiyac,
Həm “qılınca çapar ” söyləmişlər ac,
Adamın ruzisi Tanrıdan olsun!

Gözünü, könlünü tutunca sərvət,
Varlının qəlbində olmaz mərhəmət,
Odur ki, yan keçər ondan kəramət,
Adamın ruzisi Tanrıdan olsun!

Özündən asılı deyilsə seçim,
Səfalət köz kimi yandırar için,
Üstündə nimdaşlıq, adı min biçim,
Adamın ruzisi Tanrıdan olsun!

Aqilə, alimə, deyilsə zirək,
Var- dövlət Allahdan verilsin gərək,
Nuş olmaz minnətlə yeyilən çörək,
Adamın ruzisi Tanrıdan olsun!

Yoxsulun qisməti rəzalət olar,
İmanı seçincə fəzilət olar,
Döyüşdə qazilik, şəhadət olar,
Adamın ruzisi Tanrıdan olsun!

Varlıdan, kasıbdan olsa cəmiyyət,
Orda olmaz iman, olmaz ədalət,
Dövlətli artınca, artar cəhalət,
Adamın ruzisi Tanrıdan olsun!

08. 09. 2023.

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir