Rəfail Tağızadə

Tağızadə Rəfail Alı oğlu

Şair, publisist, esseist, tərcüməçi.

11 fevral 1958-ci ildə Ağdamda doğulub.

Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) təhsil alıb.

Müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycan Milli Ordusunda zabit kimi ön cəbhədə qulluq etməklə bərabər, həm də Milli Ordunun yaradılmasında iştirak edib. Ordu Birləşməsi Komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri fərmanlarla, gecə döyüşünün təşkilinə görə qol saatı, müxtəlif hədiyyələrlə təltif olunub.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Qapı”(2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013), “Su üzərində bahar” (2019), “Şəhid qardaşlar”  kitablarının müəllifidir.

Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” kitabını tərtib edib.

“Qarabağ – Həsrətdən Zəfərə” kitabları nəşrə hazırlanır.

Çağdaş dünya ədəbiyyatını, xüsusi ilə polyak şairlərinin şeirlərini dilimizə tərcümə edib.

“Qəfil görüş” çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir.

Polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” kitabını hazırlayıb.

Çoxlu sayda kitabların redaktorudur.

Azərbaycan və İctimai Radiolarda Qarabağla bağlı esse və publisistik yazılarından ibarət kompozisiyalar hazırlanıb.

Beynəlxalq Rəsul Rza mükafatı laureatıdır (2006). (“Qarabağ Qazisi haqqında ballada” poemasına görə).

Prezident mükafatçısıdır (2011).

“Şopenin ürəyi” poemasına  və dahi bəstəkar Frederik Şopenin 200 illik yubileyi ilə əlaqədar Şopenin Azərbaycanda təbliğinə görə Polşanın Mədəniyyət və Mədəni İrs naziri tərəfindən xüsusi Diploma layiq görülüb. 

Ədəbiyyat üzrə Nobel Mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik tədbirində Azərbaycanı təmsil edib.

“Mədəniyyətlərin Dialoqu və İnteqrasiyası Mərkəzi” İB-nin sədridir.

“Ədəbi ovqat” dərgisinin təsisçisidir.

Şeirləri ingilis, polyak, italyan, alman, fransız, rus, ukrain, özbək dillərinə və Anadolu türkcəsinə çevrilib.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir