
BU DÜNYA
Fikir adamıyam,söz adamıyam
Tanrının bəndəsi öz adamıyam
Mən ki bu dünyanın düz adamıyam,
Bildim mənlik deyil, mənlik bu dünya
Mənə yapışamaz nə böhtan,nə şər,
Beləcə, yaranıb əzəldən bəşər,
Daşım şeytanının başına düşər,
Demək mənlik deyil, mənlik bu dünya.
Səbrimin üstünə səbr caladım,
Yuvamı qorudum, ocaq qaladım,
Kimsənin haqqını kəsən olmadım
Güldüm, mənlik deyil, mənlik bu dünya.
Sinəmə sıxdığım sazı gözlədim,
Qışdan sonra gələn yazı gözlədim,
Yoluma nur səpən sözü gözlədim,
Vallah, mənlik deyil,mənlik bu dünya
Dəvəsini süzdüm, tazıya baxdım,
Ağlıyla öyünən razıya baxdım,
Alnıma yazılan yazıya baxdım,
Gördüm mənlik deyil,mənlik bu dünya.
Müəllif: Mübariz SÜLEYMANLI
Şair, publisist, mətbuat katibi.
MÜBARİZ SÜLEYMANLINLN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru