Süleymanov Müzəffər Məmməd oğlu

İstefada olan polis polkovniki Müzəffər Süleymanov əslində dünyaya saz çalmaqdan, şeir yazmaqdan ötrü gəlmişdi. Amma taleyinə, ömür yoluna xalqına şərəflə xidmət missiyası yazıldı.. Ömrünün 35 ilini polis peşəsinə həsr etdi.

Süleymanov Müzəffər Məmməd oğlu 1955-ci il mart ayının 18-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Orta məktəbi Daşkəsəndə bitirib 1972-ci ildə Yeyinti Sənaye texnikumuna qəbul olundu. Texnikumu əla qiymətlərlə bitirdikdən sonra Sovet ordusu sıralarında hərbi xidmətə başladı. Erkən yaşlarında sərbəst həyata alışdığıından Sibirin sərt iqlimində xidmət etməyinə baxmayaraq əsgərlik həyatı ona çox asan və sadə görünürdü. Canında, qanında məsuliyyət hissi güclü olduğundan onu hərbi dairə üzrə starşina rütbəsinə layiq bildilər.. Hərbi xidmətdən sonra 1976-cı ildə hərbi hissənin zəmanəti əsasında
Bakı şəhəri Səbail rayonu Milis idarəsində bölmə komandiri kimi fəaliyyətə başladı. Fəaliyyətdə olduğu illərdə Milis məktəbini, sonrakı dövrlərdə Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirdi.
Ləyqətlə, bir kimsəyə arxalanmadan “Mənim dayağım mənim Allahımdır” – deyərək hər zaman köməksizlərə kömək oldu Müzəffər müəllim. Əvvəl Səbail Pİ-də , sonrakı illərdə BBPİ -də məsul vəzifələrdə çalışdı . Pespublikamızın sayılıb-seçilən, təcrübəli polis əməliyyatçılarından biri kimi fərqləndi…
Çalışdığı dövrlərdə humanistliyinə, səmimi münasibətinə görə insanların rəğbətini qazandı..
Zaqafqaziya Komsomol Məktəbini fərqlənmə diplomu ilə bitirən M.Süleymanov polis orqanlarında çalışdığı dövrlərdə Komsomol Təşkilatının , İlk Partiya Təşkilatının katibi seçilmişdir. Həmçinin, “Əlbəyaxa döyüş” idman növü üzrə məşqçilik də edirdi.

Qarabağ müharibəsi başlandığı dövrdə – 1990- cı ildə polis zabiti olaraq ilkin təşəbbüs qaldırmış , bir qrup həmkarı ilə birgə Qazax rayonunun Ermənistanla sərhəd kəndlərində və Qarabağ bölgəsində mənfur düşmənə qarşı döyüş əməliyyatlarında iştirak etmişdir.

2002- ci ildə vəzifəsinin icrası zamanı təhlükəli cinayətkarıla əlbəyaxa döyüşdə dörd bıçaq yarası alsa da cinayətkarları orqana təslim edə bilir. Həyatla ölüm arasında olarkən həkimlərimizin şəfalı əlləri və onu sevən insanların duaları Müzəffər müəllimi yenidən həyata qaytarır…

Müzəffər Süleymanov xidmət etdiyi dövrlərdə yüksək şücaət göstərdiyinə görə dövlətimiz tərəfindən 70- dək müxtəlif təltiflərə, I, II, III dərəcəli “Qüsursüz xidmətə görə” medalına layiq görülmüşdür.
2011-ci ildə BBPİ-də kadrlar idarəsinin şöbə müdiri vəzifəsindən təqaüdə çıxmışdır.

Müzəffər müəllimin poeziyaya vurğunluğu onun mənəvi dünyasına hər zaman işıq salıb. Xeyirxahlıq onun əsas qayəsi, həyat fəlsəfəsi olub. Şeirlərini oxuduqca mənəvi zənginliyini, müdrikliyini hiss etməmək mümkün deyil. İnsanlığa yüksək dəyər vermək onun əsas amalı olub.
Müzəffər müəllim həmçinin çox gözəl saz ifaçısıdır. Çox mənəm-mənəm deyən aşıqlar onun yanında sazı sinələrinə ehtiyatla götürürlər. O, ədalətsayağı coşğulu, iti barmaqlıdır. Həmişə yorğunluğunu sazla qol-boyun olanda unudar…Könlündə, zehnində bulanıq nə varsa sazla duruldar….
Onu sazsız təsəvvür etmək mümkün deyil..

Müzəffər Süleymanov mükəmməl ailə başçısı, qayğıkeş babadır.
Ali təhsilli üç oğul övladı onun yolunu layiqincə davam etdirirlər.
Uğurlar arzu edirəm!

Müəllif: Mahmud Vəli


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir