Mahirə Nağıqızı – Anam…

Anam üçün Gün

Qadınlar Günüdür, çaşıb qalmışam,
Neyniyim bilmirəm, danış, söylə, din.
Tək qərar verməyə alışmamışam,
Mənə nə etməyi sən öyrədərdin.

Bir də xatırladım ötən illəri,
Yığılardıq hamı sənin başına.
İndi necə gəlim, qızılgülləri
Səpimmi, düzümmü sinədaşına.

Birinci dəfə mən çıxmaz yadımdan
O bayram günündə verdiyim çiçək.
Dəstə bağlamışdım qızlar adından,
Sanırdım sözü də onlar deyəcək.

Ucadan dedim ki, Günün mübarək!
Çöhrən bir andaca allandı, yandı.
Özünə sıxanda köksümü bərk-bərk.
Duydum doğmalığı, ruhum oyandı.

Analar içində başdın, xasıydın,
Sözün də, işin də yerli-yerində
Təkcə bizim deyil, el anasıydın,
O adı yaşatdın əməllərində,

İlləri illərə beləcə qatdıq,
Nə cür qayğısızdıq, necə şad idik.
İndi də bilmirəm nə cürə çatdıq.
Bu yerə belə tez çatan deyildik…

Daşlaşdın gözümün önündə hər gün,
Sinirə-sinirə övlad dağını.
Nə yaxşı görmədin qızları küskün,
Oğlunun uşaqtək ağlamağını.

Bilirsən, belədə söz tapammıram,
Cavabım da yoxdur çoxuna mənim.
Gəl yenə təmkinlə sən aram-aram,
Başa sal girib də yuxuma mənim.
05.03.2024

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin Mirzəbəyli – Fəsillər…

Fəsillər…

Fəsillər yarpaq tökür ömrün yol ayrıcında…
Nə qışın oğlan çağı, nə də yayın istisi –
Fərqi yox,
sızmır daha kirpiyimin ucundan
Nə Günəşin şüası, nə ocağın tüstüsü…

Orda atəşfəşandır…
Göz oxşayır, nə gözəl!
Fərqi yox, alovlanır cəhənnəm atəşindən…
Fərqi yox, ovcumuzda ya yarpaqdı, ya xəzəl,
Fərqi yox bu günün də,
Fərqi yox keçmişin də…

Vaxtımız ləngər vurur ağır-ağır saatda,
Əqrəblərin üstünə elə hey sual yağır:
İlahi, görən nə var bu sonsuz kainatda
Hər gün doğmaqdan çətin, hər gün batmaqdan ağır.
Bakı, 26 yanvar 2024-cü il

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – HAQQA DOĞRU

HAQQA DOĞRU

Aşıb keçdim nə qədər
sədd çıxsa da önümə,
Ulu Yaradan yazıb
mənim alın yazımı.
Min şükür, ağrılardan
sıyrılan bu günümə! –
Bənövşəsi açılıb
yetmişinci yazımın…
Həmdəmim, dostum oldu
bütün qəlbi sınıqlar,
Öz yolumdan azmadım, –
sevgi idi sarvanım!
Min şükür, sındırmadı
məni ağır sınaqlar,
Min şükür, haqqa doğru
gedir ömür karvanım…
07.03.2020.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


Tural Cəfərli – 33 yaşın şeiri

33 YAŞIN ŞEİRİ

Otuz üç yaş-
Ömrün qərinəsi,
Tale Günəşinin eyni nöqtəyə gəlməsidir…
Şeytanın üsyan etməsi,
Günah ağaclarının əkilməsidir.
Otuz üç yaş-
Ümid İsasının
çarmıxa çəkilməsidir…

Otuz üç yaş-
Bir az da düşünmək üçün,
nəfəs dərmək vaxtıdır…
Arzular süfrəsini
Göydə sərmək vaxtıdır…

Müəllif: Tural Cəfərli

TURAL CƏFƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoglu – SƏN MƏNİ QINAMA – ТЫ МЕНЯ НЕ СУДИ

SƏN MƏNİ QINAMA

Yağsa da ömrümə illərin qarı,
Həyatım ağaca, gülə oxşayır. –
Hələ ürəyimdə neçə baharın
Yolunu gözləyən qönçə yaşayır.

Dinclik tapa bilmir ürək bir hovur,
Özünə sevgidən çələng toxuyur.
Saçıma düşsə də ömrün qırovu,
Qəlbimdə yaz qışa meydan oxuyur.

Üşüyə-üşüyə çiçək dərəndə,
”Sənə soyuq olar, yağışdır”, – demə.
Gözlərim sevinir gözəl görəndə,
”Qocasan, özünü yığışdır”,– demə.

Günəş məhəbbətlə üzə güləndə,
Dirçəlir, gül açır quru yamaclar.
Cavanlar var deyə, bahar gələndə
Çiçək açmasınmı qoca ağaclar?

ТЫ МЕНЯ НЕ СУДИ

Даже если на жизнь мою опали снега лет,
Жизнь моя похожа на дерево, цветок.
Еше в сердце, скольких весен
Ожидая, бутоны живут.

Ни капли покоя не может наити сердце,
Из любви себе венок плетет.
Даже если волосы покрылись инеем,
В душе весна бои ведет с зимои.

Когда, замерзая, рву цветы,
«Ты простудишься, довольно», – не говори.
Когда глаза мои радуются, красавицу видя,
«Ты старик, довольно», – не говори.

Когда солнце с любовью улыбается в лицо,
Оживают, расцветают голые склоны.
Когда весна приходит, потому как молодые есть,
Не должны цвести старые деревья?!

Перевела с азербайджанского
Надежда Паина

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mir Cəlal adına III Hekayə Müsabiqəsinə yekun vurulub

6 mart 2024-cü il tarixində “Ədibin Evi”nin Azərbaycan Dəmir Yolları – ADY ilə birgə “Qatarda oxu” layihəsi üçün hazırladığı “Yağışlı bir gün idi…” adlı kitabın təqdimatı keçirildi.

Mir Cəlal adına III Hekayə Müsabiqəsinin qalibləri və münsiflər tərəfindən seçilən digər müəlliflərin hekayələr toplusu kitab şəklində nəşr edilərək oxucuların mühakiməsinə verilib. Kitab müsabiqənin münsiflər heyətinin sədri, xalq yazıçısı Elçinin ön sözü ilə 50-yə yaxın müəllifin hekayəsini daxil edir. “Ədibin Evi”nin təşəbbüsü ilə TEAS Press tərəfindən hazırlanan “Yağışlı Bir Gün idi…” adlı kitab “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişidir – “Qatarda oxu” layihəsi çərçivəsində səyahət zamanı ADY sərnişinlərinin qiraəti üçün qatarlarda təqdim ediləcək.

Yeni nəşrin təqdimatı tanınmış yazıçı, ədəbiyyatşünas və tənqidçilərin iştirakı ilə Azərbaycan Dəmiryol Muzeyində baş tutub.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva iştirakçıları İçərişəhərdəki Mir Cəlal ocağının həmtəsisçiləri adından salamlayıb. Bildirib ki, Fondun məqsədi Azərbaycan ədəbiyyatının tədqiq və təbliği ilə bağlı fəaliyyət qurmaqdır. Burada 2017-ci ildən bəri keçirilən və Azərbaycan ədəbiyyatında qısa hekayəçilik irsini qoruyan Mir Cəlal adına Hekayə Müsabiqəsi ənənəvi hal alıb. BDU-nun professoru Ədibə Paşayevanın ötənilki təklifi ilə münsiflər bu dəfə yalnız qaliblərin elan edilməsi ilə kifayətlənməyib, seçilmiş əsərləri müasir Azərbaycan ədəbiyyatına bir töhfə kimi kitab şəklində hazırlmağa qərar veriblər.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin müəllimi Qismət Rüstəmov dəmir yolu sənayesinin inkişafının ədəbi janra gətirdiyi yeniliklər barədə bəhs edib.

Əməkdar memar Akif Abdullayev isə təqdimatın keçirildiyi Sabunçu Vağzalının tarixi binası və onun təyinatı barədə xatirələrini auditoriya ilə bölüşüb.

Müsiflər heyətinin üzvləri xalq şairi Nəriman Həsənzadə, tanınmış sənətşünas İlham Rəhimli və Mir Cəlal adına III Hekayə Müsabiqəsinin qalibi Seymur Oruc yazıçıları hekayələrinin işıq üzü görməsi münasibətilə təbrik edib, Azərbaycan dilinin paklığının qorunması istiqamətində onlara nailiyyətlər arzulayıblar.

Təqdimat mərasimini yekunlaşdıran ADY sədrinin müşaviri Aysel Soltanova qeyd edib ki, 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə açılan Azərbaycan Dəmiryol Muzeyi pandemiya səbəbindən uzun müddət bağlı qalsa da, ötən ilin dekabr ayında ziyarətçilərin üzünə açılıb, bundan sonra həm də belə mədəni tədbirlərə ev sahibliyi edəcək. “Ədibin Evi”nin kitab ideyasına həvəslə qoşulan ADY bu nəşri eksklüziv olaraq qatarlarda sərnişinlərin səyahət vaxtının daha mənalı və xoş keçməsi üçün təqdim edəcək.

Təqdimat mərasimində gənc istedad, Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət məktəbinin şagirdi Nuray Şahsuvarlı Beynəlxalq Muğam Mərkəzinin ifaçılarının müşaiyəti ilə musiqi nömrələri ifa edib. Tədbirdən fotolar:

Qeyd:

Tədbirin gedişində bütün iştirakçılara əvvəlcədən nəzərdə tutulmuş qaydada “Yağışlı bir gün idi…” kitabı xüsusi hazırlanmış heybələrdə hədiyyə olunub. Eyni zamanda təşkilatçılara “Ziyadar” mükafatı təqdim edilib.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İSMAYIL MƏRCANLI İMANZADƏ – 30 il

OTUZ İL

Otuz il yanımdan yel kimi keçdi,
Əymədim qəddimi qərib eldə də.
Sandım dönük bəxtim yol azmış köçdü,
İşartı axtardım soyuq küldə də.

Hərdən yamanlıqla durdum üz-üzə,
Kölgəmi daşlayan çoxmuş heç demə!
Döndüm misra-misra kəlməyə-sözə,
Səsim bürünsə də qüssəyə, qəmə.

Otuz il boylandım Cəbrayıla mən,
Yuxumda dil açdı aranım, dağım.
Xəyalən adladım Xudafərindən,
Böyük Mərcanlıdan gəldi sorağım.

Otuz il səmtini itirdim köçün,
Heç demə içimdə boğulan səsmiş.
Bildim bu günlərə çatmağım üçün
Yurdumun bir udum havası bəsmiş!

Otuz il ələdim dostu, doğmamı,
Bildiyim çox şeyi üzə vurmadım.
Minnətsiz qazandım halal loxmamı,
Minnətli heç nəyə yaxın durmadım…

Düşmənlə savaşda zəfər müjdəli
Ərənlər yolların tilsimin qırdı.
Elə bil təzədən Tanrının əli,
Yaralı könlümdə toy-büsat qurdu…

O illər dönməyə geriyə bir də,
Mənim yurd həsrətim lal bir hənirmiş.
Hərdən sızlayanda Mingəçevirdə,
Qəlbim yurd yerimdə tüstülənirmiş…
29.02.2024

Müəllif: İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru