Təranə Dəmir: Bir həsrət üşüyür…

BİR HƏSRƏT

Bir həsrət üşüyür indi hardasa,
Əsir yarpaq -yarpaq sazağın altda.
Bir çiçək bahara açır gözünü,
Bir çiçək can verir torpağın altda.

Bir arzu aldanır payız yelinə,
Bir arzu köz olur odsuz, oçaqsız.
Bir ümid asılır dar ağacından,
Bir ümid doğulur əlsiz , ayaqsız.

Bir sevgi yol gedir sabaha sarı,
Bir sevgi asılıb gümanda qalıb.
Bir öpüş qovuşub azadlığına,
Bir öpüş hələ də damanda qalıb.

Bu gedən sevdalar, gələn sevdalar,
Görən hansı yoldan , bərədən keçir?
Görən neçə qeybət, qal bazarından,
Neçə cür qanundan, törədən keçir?

Hardasa ağlayır bir qız ləpiri,
Baxırsan üstündə göz yaşı donub.
Bir yarpaq üzülüb öz budağından
Uçub bu ləpirin üstünə qonub.

Kimsə ulduz-ulduz sayır saatı,
Kimsə kirpiyiylə döyür gecəni.
Bir sürü yalavaç küçə itləri
Söhbətə tuturlar yoldan keçəni.

Bir səhər taxtından yıxılır indi,
Bir səhər taxtına çıxır hardasa.
Kiminsə könlündən keçən məhəbbət
Kiminsə baxtına çıxır hardasa.

Bir qadın saçını darayır bəlkə,
Paltarı səadət, sinəsi həsrət.
Açılıb örtülür dərdə, sevincə,
Bir qapı işıqdı, bir qapı zülmət.

Bir yuxu tökülür göyün üzündən,
Bir yuxu nə vaxtdı ərşə çəkilib.
Dünyanı bürüyüb od, ocaq iyi,
Deyəsən ürəklər şişə çəkilib…

BU QAPI

Bu qapı şadlığa açılmadı heç,
Açılıb bağlandı qəmə bu qapı.
Gələndən, gedəndən bir tənə yedi,
Lənət qapısıymış demə bu qapı.

Utanır elə bil öz taleyindən,
Başını aşağı salıb dayanıb.
Uçub tökülərdi çoxdan bu qapı,
Tanrı umuduna qalıb dayanıb.

Ərklə bu qapını çalan olubmu,
Kiminsə üzünə gülüb bu qapı?
Nə olsun açılıb örtülür hələ
Elə ayaq üstə ölüb bu qapı.

Baxanda adamın zəhri yarılır,
Bu qapı sevgidən uzaqdı, Allah.
Bu qapı sevincə tamarzı qalıb,
Bu qapı yazıqdı, yazıqdı, Allah.

GÖZ ARASINDA

Hamının gözündə ölüm xofu var,
Cəhənnəm xofu var, zülüm xofu var,
Burdan o tərəfə bircə qapı var,
Açılır qaş ilə göz arasında.

Neçə əl yapışıb bax, çiynimizdən,
Bu sol çiynimizdən, sağ çiynimizdən,
Asılıb qalıbdı vaxt çiynimizdən,
Dolaşır əlliylə yüz arasında.

Bir günah Onundu, bir günah bizim,
Gör hara gətirib bu günah bizi,
Gah şeytan azdırır, gah Allah bizi,
Qalmışıq yalanla düz arasında.

Adam olmağın da yüz əzabı var,
Səbir əzabı var, döz əzabı var,
Hərənin öz haqqı, öz hesabı var,
O da ki, Allahla öz arasında.

ÖZÜMƏ

Bu bàyram səninçün şeir yazmadım,
Utandım qələmdən, varaqdan nəsə,
Utandım Allahdan, günahdan nəsə.
Bu dəfə əliboş gəldim yanına,
Məni yazmadığım sözə bağışla,
Tanrıya bağışla, bizə bağışla.
Bu bayram səninçün çiçək almadım,
Bu bayram doyunca ağlatdım səni,
Bu bayram boyunca ağlatdım səni,
Ağla, gözlərinin yaşına dönüm,
“Bayramın mübarək” – deyə bilmədim,
Dayan ,heç olmasa başına dönüm.
Mən səni köməksiz qoydum bu bayram,
Şeirsiz, çiçəksiz qoydum bu bayram,
Sənin həvəsinlə oynadım, qadın.
Bu gün daşa döndüm, dəmirə döndüm,
Sənə bircə çiçək qıymadım , qadın.
Aldada bilmədim bu gün mən səni,
Durub danışmağa sözüm olmadı.
Utandım qələmdən, varaqdan bu gün,
Lap elə Allahdan, günahdan bu gün ,
Səni aldatmağa üzüm olmadı.
Bu bayram mən səni sözə tutmadım,
Bu bayram mən səni baxışa tutdum,
Küləyə, leysana, yağışa tutdum.
Elə için -için göynədin , qadın.
Bu bayram səninçün şeir yazmadım,
Bu bayram səninçün çiçək almadım,
Bu bayram öyrətdim sənə təkliyi,
Bu bayram qapını döymədim, qadın.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac: Altmış üçdən nəf hesablar kişilər…

Zaur USTAC – Mustafayev Zaur Mustafa oğlu – 1975.

HƏR GÜN NƏFDİ
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020 – Bakı.


Müəllif:
 Zaur USTAC


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Yazarlar” jurnalının Mart – 2024 N:03 (39) – cu sayı işıq üzü görüb.

“YAZARLAR”JURNALININ MART – 2024 N: 03 (39)-CU SAYI İŞIQ ÜZÜ GÖRÜB: PDF: >>>>yazarlar-39

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ramiz İsmayılın  yeni kitabı işıq üzü görüb.

Şair Ramiz İsmayılın  “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub. Vaxtilə “Mingəçevir işıqları” və  “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri  redaksiyasının fəal ictimai müxbiri olan R.İsmayıl şeir yaradıcılığı ilə yanaşı nəsrdə də bir çox ədəbi nümunələr yaradıb. “Payızda xatırla məni” adlanan ilk kitabı 2000-ci ildə işıq üzü görüb. “Gözü yolda qalan var” sənədli povesti birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun  döyüş yolu və həyatından bəhs edir. “Ömür dastanının qıfılbəndləri” kitabı isə şair-publisist, Məmməd Araz mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Budaq Təhməz haqqındadır.  “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim” və digər kitabların müəllifi B.Təhməzin Türkiyə və İran mətbuatında da şeirləri çap olunmuşdur.

RAMİZ İSMAYILBUDAQ TƏHMƏZ

R.İsmayıl  şair dostunun həyat yolunu, yaradıcılığını, dostluqlarının ilk tarixini, ədəbi söhbət və müzakirələrini oxuculara geniş şəkildə çatdırır. Kitabda hər ikisinin qıfılbəndləri ilə yanaşı B.Təhməzin ayrı-ayrı vaxtlarda qələmə aldığı deyişmələr və ömrünün müəyyən məqamlarını əks etdirən fotoları da yer alıb. Şairin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində  ərsəyə gətirilmiş kitabın ön söz müəllifi yazıçı, “Xəzan” jurnalının redaktoru Əli bəy Azəridir.

MƏLUMATI HAZIRLADI: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI



GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru