YENİ “PEDAQOGİKA” DƏRSLİYİ NƏŞR OLUNDU

YENİ “PEDAQOGİKA” DƏRSLİYİ NƏŞR OLUNDU
“Mütərcim” nəşriyyatı pedaqogika elmləri doktorları, professorlar Akif Abbasov və Hikmət Əlizadənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün yazdıqları “Pedaqogika” dərsliyini nəşr etdi (Bakı: Mütərcim, 2024, 400 səh.).
Dərsliyin elmi redaktoru pedaqogika elmləri doktoru, professor Fərahim Sadıqov; rəyçiləri pedaqogika elmləri doktorları, professorlar Hümeyir Əhmədov, İntiqam Cəbrayılov və Həsən Bayramovdur.
Dərslik 4 bölmə və 28 fəsildən ibarətdir. Dərslikdə pedaqogikanın ümumi məsələləri, pedaqogikanın ümumi məsələləri, məktəbin və pedaqoji fikrin inkişaf tarixi, Azərbaycanda pedaqoji fikrin inkişafı, şəxsiyyətin inkişafı və tərbiyəsi, pedaqoji prosesdə müəllim və onun vəzifələri, təhsil sistemi, təhsil qanunu, və təhsilin inkişafı strategiyası, didaktika, təlim prosesi, təhsilin məzmunu, təlimin prinsipləri, metodları və təşkili formaları, şagird nailiyyətlərinin qiymətləndirilməsi kimi məsələlər öz əksini tapmışdır. Haqqında danışılan məsələlər prof. H.Ə. Əlizadə tərəfindən işlənmişdir.
Professor A.N. Abbasovun qələmə aldığı məsələlər bunlardır: tərbiyənin nəzəri məsələləri, tərbiyənin mənşəyi, mahiyyəti, məqsəd və vəzifələri, tərbiyənin prinsipləri, metodları və tərkib hissələri (mənəvi tərbiyə, əmək tərbiyəsi, fiziki tərbiyə, estetik tərbiyə, hüquq tərbiyəsi, iqtisadi tərbiyə və ekoloji tərbiyə); məktəblilərlə sinifdənxaric və məktəbdənkənar iş, məktəb, ailə və ictimaiyyətin əlbir işi, məktəbşünaslıq.
Dünyada məktəb və pedaqoji fikrin inkişafı tarixinə qısa ekskursun ardınca Azərbaycan pedaqogikasının çoxəsrlik formalaşma prosesinə, ən yeni dövrdə təlim və tərbiyənin inkişaf strategiyasına, məzmun məsələlərinə, tədris texnologiyalarına diqqət yetirilir.
Tədris resursu kimi çoxəsrlik ali təhsilin bakalavriat səviyyəsi üçün nəzərdə titulsa da, təhsil ixtisasları və ixtisaslaşdırmaları üzrə magistrantlar və doktorantlara, pedaqoji kadrlara, eləcə də kütləvi oxucuya gərəkli ola bilər.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

AKİF ABBASOUN YAZILARI

HƏSƏN CABBARIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir