
Günün, ayın ləçəyisən,
İllərin gül – çiçəyisən,
Düşən durna lələyisən…
Bağın da var, bəhərin də,
Həyat, acı qəhərin də.
Göz-göz arı pətəyisən,
Dünyamızın kötəyisən,
Kimlərin şah ətəyisən?…
Balın da var, zəhərin də,
Həyat, acı qəhərin də…
Bəzən yolun çaşar fələk,
Məzar olar arzu, dilək,
Kəhərdədir min-min kələk…
Atın da var, yəhərin də,
Həyat, acı qəhərin də…
Dünyamızın gərəyisən,
Suyu, duzu, çörəyisən,
Naibənin ürəyisən…
Çırpınır hey səhərində
Həyat, acı qəhərin də…
28.07.2017
Müəllif: Naibə YUSİF
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru