Qazi Zaur Ustacın şeirləri

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Gecə-gecə sarılmışam təkliyə”

“Gecə-gecə sarılmışam təkliyə”

İstedadlı şair Təranə Dəmirin bir şeiri haqqında qısa qeydlər

(Əgər) bir insanın yanaqlarında məsum qızartı görünürsə, deməli, o, həyalıdır. O insanın (gülən) gözlərinin dərinliklərində çılğın bir təlatüm diqqət çəkirsə, demək, onun ürəyi də, köksü də niskillidir… İstedadlı şair Təranə Dəmiri sosial şəbəkə(lər)də gördüyümüz andan (nədənsə) bu fikirdəyik. Onun şeirləri də, hətta fotoşəkli də (hər dəfə) bizdə bu təəssüratı yaradır. Düşünürük, görəsən, həyatın bu istiqanlı, qəlbi Ay kimi parıltılı qadınla nə ədavəti var? Keçən gün onun paylaşdığı bir şeir bizdə bu suala acı tərəddüd və bir az da mistik əhval yaratdı.
Şeiri olduğu kimi təqdim edirik:

Gecə-gecə sarılmışam təkliyə,
Evim təkdi, yuvam təkdi, özüm tək.
Heçnə məni bu zülmətin içində
Şirin-şirin ovudammaz özümtək.

Baxıram ki, yuxuludu hər tərəf,
Bircə mənim tənhalığım oyaqdı.
Bu sükutun, sakitliyin içində
Qaranlığı incitmək də günahdı.

Səssizliyin küyü düşür başıma,
Kim alacaq bu gecədən məni, kim?
Xəyalımda rəngli-rəngli nağıllar,
Dolanıram dörd yanına təkliyin.

Yanağımı döyəcləyir kölgələr,
Kirpiklərim yuvasında qırpınır.
Ürəyimdə haray salır bəlkələr,
Gözlərimdə xatirələr çırpınır.

Bu şeir sağlam ruhun kövrək titrəyişidir; lakin şeirdəki zərrəvi təlatüm, ləngərli sükut adama dəhşət yaşadır… Bu şeir həyatın irihəcmli bir roman olması barədə aşkar təsəvvür yaradır. Kim o o“roman”ı müəyyən qədər diqqətsiz oxuyursa, onu sadəcə, qavradığı tərzdə təqdir edir, bəzən də (bəlkə də çox vaxt) onun hüdudsuz səmtlərini bəlli etməkdə çətinlik çəkir. Maraqlıdır ki, Təranə Dəmir roman təsiri verən həyatın bütün səmtlərində fikir cığırları aça bilir. Heç şübhəsiz, o, həyata adi deyil, qlobal yanaşdığı, fikirlərini şüurüstü qatda səciyyələndirə bildiyi üçün iti-kəsici zəka sahibi ola bilib. Məhz buna görə onun yuxarıda (tam halda) nümunə kimi verdiyimiz dərin məzmunlu şeiri bizi (oxucu olaraq) bir az fərqli əhatələrə çəkir, fərqli düşünməyə məruz qoyur. Çünki bu şeir bütövlükdə metafizik zərurətdir; burada asi, aşağılayıcı tədbirlər yoxdur, işgüzar və sosial nüfuza zərrə xələl gətirən heç bir hal müşahidə olunmur. Belə deyək, müəllif real təsəvvüflü bir əhatəni – həyatı poetik təqdirə hopdurub, ideal bir struktur qurub. Bu şeirdə hər şeyin təbii rəngindən daha çox metafizik görkəmi oxucuya diqtə edilib. Şeir (sanki) böyük bir çoxluğun içində mağmın bir tənhalığa söykənmiş bir qadının (müəllifin) lal harayı kimi təcəlla edir, ovqatlarda hüdudsuz bir acı yaradır. Ən əsası, bu şeir fərq etdiyimiz, etmədiyimiz bütün təfərrüatları ilə bizi son dərəcə aktual bir məsələ ilə üz-üzə qoyur.
Xülasə, bu şeirdə sevgi də, həyat da, insan düşüncəsi də, elə insanın özü də metafizik təsirdədir, hislər ruhsal xarakter kəsb edir. Burada cismani əlaqə, fiziki təsir yoxdur, buradakı həyat, eşq, insanın insana münasibəti və s. çoxlarımızın fərqində olduğu, lakin fərq edə bilmədiyi anlamdadır. Bu şeirdəki təlatümlər müəllifin xəyal etdiyi ədəbi nüanslar deyil, məsuliyyətini daşıdığı, yükü altında əzildiyi həyatın gerçək təzahürləridir.
Əlbəttə, şeir bizi əməlli-başlı mütəəsir edir, bizi həyata, hər şeyə qarşı müqtədir hislərlə üz-üzə qoyur, fəqət müəlliflə dərd ortağı ola bilmədiyimiz üçün acıyırıq…

Gecə-gecə sarılmışam təkliyə,
Evim təkdi, yuvam təkdi, özüm tək.
Heçnə məni bu zülmətin içində
Şirin-şirin ovudammaz özümtək.

Diqqət edək; təklik cismani təhdiddir, müəllif bu “hədələrdən” ehtiyat etdiyi üçün özünü taledə ləngər vuran maddi sarsıntılarla qabaq-qənşər qoyub, təkcə özünə güvənir, özünü labüd reallığa çevrilmiş təklik ilə ovudur. “Gecə-gecə sarılmışam təkliyə, Evim təkdi, yuvam təkdi, özüm tək” maddi faktında biz müəllifin mənəvi gücünü görürük. O, ruha təsir edən fiziki əngəlləri “…Bu sükutun, sakitliyin içində
Qaranlığı incitmək də günahdı” diqtəsi ilə faktiki prosesə çevirir, sükut, təklik və qaranlığı müxtəlif aspektlərdən izləyir, yenilikçi bir ənənə qurur. Ən əsası, biz onun səmimiyyətinə inana bilirik.
Təranə xanım sakitliyə, tənhalığa zəruri ədəbi fon verir, o paralelləri bir az da incik-məyus durumda araşdırır:

Səssizliyin küyü düşür başıma,
Kim alacaq bu gecədən məni, kim?

Müəllifin “Dolanıram dörd yanına təkliyin” fəhmində biz “Kim alacaq bu gecədən məni, kim?” ricəti də görür, yuxarıda dediklərimizə bir daha haqq qazandırırıq…

Yanağımı döyəcləyir kölgələr,
Kirpiklərim yuvasında qırpınır.
Ürəyimdə haray salır bəlkələr,
Gözlərimdə xatirələr çırpınır.

Təsəvvür edin; gecədir, hamı öz yuvasında müntəzir, təkcə bir qadın tənhalığın qoynunda çırpınır, “yanağını döyəcləyən kölgələr”dən üşənir, yuxusu gəlsə belə, yatmağa ehtiyat edir. Bir də görür ki, “gözlərində acı xatirələr çırpınır”. Bir az yumşalır, içində bir ümid eşqi baş qaldırır, bəlkə hissi ilə gümanda ləngər vurur və belə halda da təkliyi qarğıyır, həyata, taleyə “daş atır” və s.
Şair (əslində) öz həyatı fonunda hamını təqdir etməlidir və tam mənada əminik ki, Təranə xanım da bir-birindən mənalı şeirləri ilə elə bu zərurəti əxz edir…
Tək bir şeiri ilə biz Təranə Dəmirin sözün həqiq mənasında şair olduğu qənaətindəyik, ona yaradıcılıq uğurları arzulayırıq.

Müəllif: Hikmət MƏLİKZADƏ

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“CİNAYƏT VƏ CƏZA”NIN EKZİSTENTİALİZMİ

“CİNAYƏT VƏ CƏZA”NIN EKZİSTENTİALİZMİ :

Fyodor Dostoyevskinin “Cinayət və Cəza” əsəri ilk andan oxucuları ovsunlayan ekzistensializmin intensiv tədqiqidir. Baş qəhrəman Raskolnikov, qayğısız bir kainatda məna axtarışını təcəssüm etdirir. Onun qeyri-adi insanların əxlaqi sərhədləri keçə biləcəyinə dair cəsarətli nəzəriyyəsi ənənəvi əxlaqa meydan oxuyur və onu dərin daxili münaqişəyə sürükləyir.
Raskolnikovun ilk dəfə olaraq öldürmə hərəkəti əvvəlcə azadlıq hissi gətirir, lakin bu, tezliklə insan varlığının absurdluğunu vurğulayaraq, güclü günahkarlıq və paranoyaya çevrilir. Bu emosional sarsıntı əsl azadlığın məsuliyyət və qaçılmaz əzabın ağırlığı ilə gəldiyinə dair ekzistensial anlayışı vurğulayır. Raskolnikovun özünüdərk və xilas yolu cəlbedicidir. Onun son etirafı və cəzanı qəbul etməsi təkcə qanuni həlli deyil, həm də dərin ekzistensial dirçəliş deməkdir. Sonya, sarsılmaz imanı və mərhəməti ilə ümidi təmsil edir, məna tapmaqda sevgi və əlaqənin vacibliyini vurğulayır.
Dostoyevski məharətlə təsvir edir ki, əzab çəkmək və insanın daxili cinləri ilə üzləşmək daha çox özünü dərk etməyə gətirib çıxara bilər Cinayət və Cəza insan psixikasını dərindən öyrənir və bu onu ekzistensial məna axtarışı ilə maraqlanan hər kəs üçün həyəcanverici oxuya çevirir. Dostoyevski belə bir inancda idi ki, insanın həyatını xalis rasionalizmə tabe etmək insan varlığını təşkil edən mürəkkəb bütövlüklə bir araya sığmayan qeyri-real bir anlayışdır. Bu fəlsəfə Raskolnikovda və özünü aparma tərzində də kifayət qədər mövcuddur. Raskolnikov tanrıya inanmayan, sonradan cəmiyyətin bütün əxlaqi dəyərlərini qorxaqlıq və qərəz hesab edən, sonradan hər şeyi hesaba endirərək həyatını davam etdirən biridir. Dostoyevski bütün romanı boyunca bunun Raskolnikov üçün şəxsiyyətlərin münaqişəsi şəklində necə bədbəxtliyə səbəb olduğunu nümayiş etdirir: hər şeyi hesaba tabe etməyə çalışarkən, Raskolnikov özünün bütün emosional tərəfini laqeyd edir, ona əzab verir və ziddiyyətli davranışlar nümayiş etdirməsinə səbəb olur. Bu, bir çox səhnələrdə nümayiş etdirilir, məsələn, Sonya ilə səhnə, onun Marmeladovlar üçün pul qoyub getdiyi səhnələr, Marmeladovun həyatını xilas etməyə çalışdığı səhnə və s.
Hər şeyi arifmetikaya endirmək və hər hansı ilahi anlayışı laqeyd etmək cəhdi ən çox romanın mərkəzi hadisəsi, yəni qətl olması ilə vurğulanır, çünki hər şey hesaba əsaslanır. Bir çox insanlar romanın utilitarizmin tənqidi olduğunu deyir və yaxşı bir nəticəyə nail olmaq üçün kimisə öldürməyin düzgün olub-olmaması sualını qoyur, lakin qoyulan sual bundan qat-qat dərindir. O, utilitarizmə imkan verəcək və kiməsə vicdan naminə qan tökülməsinə icazə verəcək ideologiyanın təbiətinə hücum edir. Əslində, əgər tanrı yoxdursa, yaxşı və pisin obyektiv anlayışı yoxdursa və hər şey sonradan hesaba endirilə bilərsə, niyə öz əməlinizlə “yaxşı” sona çatmağa çalışırsınız? Sizin ondan imtina etdiyiniz qədər yaxşı bir şey yoxdur və nəticədə sərhədləri aşma bacarığınızın eqoist bir sınağından ötrü lombardın öldürülməsi, onu utilitar hesablamaya görə öldürmək kimi əsaslandırıla bilər, əgər biz bu əsasda fəaliyyət göstərsək. bu, hər iki ideologiyanı rasionallaşdırmağa səbəb olur. Beləliklə, Raskolnikov lombardını əvvəlki səbəbə görə öldürür: öz nəfsinin xeyir və şərdən kənarda iradəsini təsdiqləmək, xristian əxlaqı olan qərəzdən üstün olmaq və o, lombardın utilitar məqsədlə öldürülməsi qədər əxlaqlı olduğu üçün öldürür. Mahiyyət etibarı ilə Dostoyevski öz personajlarının dəhşətli hərəkətləri ilə nümayiş etdirir ki, əgər tanrı yoxdursa və sonradan əxlaqın obyektiv əsası yoxdursa, rasionalizm əsasında hər hansı bir səbəbdən hər şeyə icazə verilir.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahin Musaoğlu könül adamıdır…

Şahin Musaoğlu mənim üçün hər şeydən əvvəl bir könül adamıdır.

O, gördüyü hər işi ürəklə görür. Ürəyindən gələn hər işə canını qoyur. Yəqin yazıb-yaratdıqları da elə buna görə ürəyə ürəyəyatımlı, könüloxşayan olur.

O, həm də məndən ötəri bu ölkədə Vətəni sevməyin parlaq bir mücəssəməsidir. Əfsanə şəxsiyyət, gəzərgi bir heykəldir.

Şahin Musaoğlunun ruhundan qopub, qələmindən çıxan nə varsa istisnasız olaraq , bir Vətən nəğməsidir.
Və o bəstələr, o şeirlər, artıq neçə-neçə nəsilə məmləkəti, torpağı, bayrağı sevməyi təlqin edib.
Bizim balalarımız Qarabağ sevgisini, Vətən eşqini həm də ondan öyrənib.

Lap çoxdan – uzaq 1992-ci ildən tanıdığım Şahin Musaoğlunu, həm bəstəçi, həm şair, həm də həkim kimi hamıya sevdirən də elə onun millətinə olan tükənməz sevgisidir.

Şahin Musaoğlu kimi könül dostu, əqidədaşı olan adam çox bəxtiyardır.
Mənim kimi…

Günün qutlu olsun, əziz dərdiş.
61 yaşın xoş gəldi.

Hörmətlə: Ehtiram İLHAM

ŞAHİN MUSAOĞLUNUN YAZILARI

EHTİRAM İLHAMIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahin Musaoğlu nun doğum günüdür!

11 İyul Ana duası, Quran ayəsi kimi ən çətin günlərdə dilimizdə əzbər olan misraların (“igid əsgər möhkəm dayan”, “hay ver mənə cənab leytenant” və s.) müəllifi  Şahin Musaoğlunun doğum günüdür! YAZARLAR cameəsi adından əsrimizin Dədə Qorqudunu doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Allah Sizi qorusun!! Uğurlarınız bol olsun!!!

Hörmətlə: Zaur USTAC

11.07.2024. Bakı şəhəri.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

ŞAHİN MUSAOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Навруза Бахритдиновна – Мени шоир қилди муҳаббат…

Мени шоир қилди муҳаббат,
Илоҳий сўз, хаёлий суҳбат.
Нажоткордай дил гулшанига,
Боғбон бўлиб келди шеърият!

Мени шоир қилди мавлоно,
Мир Aлишер ғазали аъло!
Ҳар сатрида ажиб бир сеҳр,
Муҳаббати чексиз, пурмаъно!

Мени шоир қилди шеър, ғазал,
Ул ғазалки яралган азал.
Ҳамроҳ руҳим нур мавжларига,
Маъшал тутди, ёр бўлди ғазал!

Мени шоир қилди ғам-ташвиш,
У чекинмас ёвдай санчар ниш.
Минг хикмат бор ҳар бир зарбида,
Гўзал сабрим оқибат, олқиш!

Мени шоир этди гул-боғлар,
Самоларда димоғим чоғлар.
Кўнгил қушдай қанот қоққанда,
Кўзим қувнаб, юрак ўйноқлар!

Мени шоир қилди бу қисмат,
Иқрорлигим қўмсар – ҳақиқат.
Aдолат ва тинчлик бўлса бас,
Шудир менга энг олий неъмат!

Yazar: Навруза Бахритдиновна

БОЗОРОВА НАВРУЗА БАҲРИТДИНОВНА

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru