Yollar ağır, cığırlar dik, sıldırım çətin, Qaya-qaya igidlərin tək adı – MƏTİN! Şəhid düşən ərənliyin, məğrur qeyrətin pak ruhunu ziyarətdir Şuşaya getmək!
Demə vətən Şirin imiş, Fərhadmış insan, Lap ölsə də haqq yolundan dönməz qəhrəman! Qayaları al qan ilə yazılı dastan, tükənməyən fəxarətdir Şuşaya getmək!
Hər qarışı qədim tarix, müqəddəs yaddaş, Dərələri dərin fikir, yamacı sirdaş! Qovuşuqdu qanı qana, qan çəkir, qardaş, Qəlb qızdıran hərarətdi Şuşaya getmək!
Xarıbülbül sevdasına tutuşmaqdımı? Saf havayla, nur yağışla qatışmaqdımı? Yaradanın dərgahına yetişməkdimi, Ya cənnətə səyahətdi Şuşaya getmək?
ZƏFƏR YOLUNA SƏFƏRDƏN DÜŞÜNCƏLƏR…. 44 günlük müharibədən sonra haqqında qəhrəmanlıqları ilə tarix yazan şəhidlərimiz,qazilərimiz barədə yüzlərlə yazılar oxumuş, filmlərə baxmış,görüşlər keçirmişik. 200 illik düşmən təcavüzünə məruz qalaraq, ,talan olmuş yurd- yuvamıza,yandırılmış,güllələnmiş evlərimizə baxdıqca içimizdə böyük yangı vardı. Bütün agrı acılara ,uzaqgörən siyasəti ilə Ali Baş Komandanımız və Müzəffər Ordumuz “Dəmir yumrug”u ilə son qoydu. Yeri gəlmişkən ,bu günlərdə Şuşamıza , dəmirdən Şuşi yazılmış sözü qıraraq üçrəngli bayragımızı asan , adı dillər əzbəri olan,Vətən müharibəsinin cəgavəri polkovnik Rəşad Aslanovla olan görüşdə çıxış edənlər və Rəşad zəfərimizdən, maraqlı anlardan söhbət açdılar.İnanılmaz,aglasıgmaz faktlardan,o sıldırım qayalardan necə keçərək qələbəyə nail olduqlarından danışdılar .Fantastik igidlik göstərən şəhidlərimiz,qazılərimiz bir daha yad edildilər.Rəşadın və onun kimi ogulların məxsusi igidliyi bir daha nəzərə çatdırıldı. Nizami Kino Mərkəzində nümayiş olunan “Zəfər Salnanəsi-2″sənədli filmlərdə də 1988 ci ildən 2020 ci ilədək olan müharıbəni əks etdirən kadrlarda xalqımızın başına gətirilən müsibətlərə,soyqırımlara sarsıntı keçirmədən ,kövrəlmədən baxmaq olmurdu! Filmlər adamı həmin illərə aparır,agrı – acıları yenidən yaşayaraq,gözyaşlarına məruz edirdi…. Şuşa haqqında,Laçın Kəlbəcər,Fizuli,Zəngilan,Xocalı,Xocavənd, Qubadlı və digər işgal olunmuş ərazilərə dair məlimatları televiziyadan almışdıq.Müharibə dövründə televiziyanın qarşısında duraraq Prezidentimiz işgal olunmuş ərazılərimizin ,hər bir rayonun ordumuz tərəfindən azad edilməsinin xəbərini verərkən sevincdən göz yaşları tökmüşdük. İndi Qarabagımızda sürətlə gedən tikinti – təmir,yenidənqurma, bərpa, və abadlıq işlərini də televiziyada görürdükcə,ürəyimizdə Şuşaya Laçına getmək arzusu oyanmışdı Növbəti yıgıncaqda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin. (DAMM) l vitse prezidenti Ruhiyyə Poladovanın təşəbbüsü və rəhbərliyi ilə bu arzumuzu reallaşdırdıq.İdarə heyətinin üzvləri Ramil Məlikov, ” Carçı ” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva və bu sətirlərin müəllifi xoşməramlı səfərə çıxdıq.Yolboyu rayonlarımızdan keçdikcə cərgəyə düzülmüş şəhidlərimizin üzügülər şəkilıərinə baxır və düşmənə lənətlər yagdırırdıq,. Fizuliyə çatanda yolun kənarlnda şəhidinin xatirə lövhəsinin yan yörəsini abadlaşdıran ailə ilə görüşdük,başsaglıgı verib,şəhidlərimizin ruhuna dualar oxuduq.. Budur, düşmən tərəfindən vəhşicəsinə xarabazara çevrilmiş,yandırılmış saysız hesabsız evlər… Yolboyu bunları gördükcə ürəyimiz agrıdan dözə bilmirdi!!! Aglamaqdan bu mənzərələri düşüb çəkə də bilmirdik! İlahi, bu dərəcədə vəhşilik olarmı??! Hələ burada yaşayan əhalinin başına nələr gətirmişlər bu qaniçən vandallar! Bir anlıq qulagıma insanların bagırtısı ,qışqırıb kömək istəmələri ,körpələrin hayqırmaları,od tutub yanan şəhərin naləsi gəldi. Düşüncələrə qapılmışdıq,bunu hiss edən Ramil mügənni Əglatun Qubadovun ” Yol gedir düz Şuşaya” mahnısını qoşdu…Yolüstü Fizulidəki aeroporta da baxdıq… Zəfər yolu bizi Şuşaya aparırdı!.İlk dəfə idi bu yolu getdiyimizdən gördüyümüz mənzərələr bizi valeh edirdi!!..Budur,illərlə arzuladıgımız,həsrətində oldugumuz Şuşaya çatdıq! Burada sürətlə gedən quruculuq işləri,abadlıq,əsaslı təmir və bərpa işlərini gördükcə ürəkdən fərəh hissi keçirirdik…Asan xidmətin əzəmətli binasında son bərpa işlərində,şəhərin hər addımında,küçələrdə gedən tikinti abadlıq işlərində yüzlərlə insan, texnika böyük sürətlə çalışırdı.Maraqlısı o idi ki,Asan xidmət və poçtda 56 şuşalı üçün iş yeri də nəzərdə tutuldugunu öyrəndik. Deyildiyinə görə .Şuşa şəhəri on yeddi məhəllədən ibarət olub.Biz Natəvanın,Üzeyir Hacıbəyovun ,Bülbülün güllələnmiş büstlərini,GövhərAga məscidini,Vaqifin Məqbərəsini ziyarət etdikdən sonra,İsa Bulagına enmək istədik.Lakin orada da təmir işlərində son tamamlama getdiyindən bulagı görə bilmədik,çünki bir neçə gündən sonra Şuşaya gələcək dost ölkələrin prezidentlərinin səfərinədək bu işlər yekunlaşmalı idi. Qısa müddətdə belə bir quruculuq və bərpa işlərinin görülməsini,insanların yüksək fəallıqla işləmələrini gördükcə adamda qürur hissi yaranır.Murdarların zəbt edib yaşadıqları evlər uçurulur,yerində müasir tipli binalar ucaldılırdı.Bütün işlər operativ həyata keçiriirdi…Yolların ətrafında gül- çiçək əkənlər kim,su,elektrik,kanalizasiya xətlərini quraşdıranlar kim,küçələrin asfaltlaşdırılmadında çalışanlar kimlər – hər tərəfdə iş görən yüzlərlə insanın üzlərindəki sevinc hisslərini gördükcə yorgunlugumuz keçirdi. Dagıdılmış, viran qoyulmuş binaların üzərində döyüşçülərimizin adları hələ də oxunurdu.Tarixi abidələrimizin dagıdılmış divarları üzərində xatirə lövhələri vurulmuşdu. Bunların Heydər Əliyev Fondu tərəfindən bərpa olunacagına dair tikinti şirkətlərinin məlumatları da nəzərimizi cəlb etdi.Hər addımda bu sürətli quruculuq işlərini gördükcə Ali Baş Komandanımız,əziz Prezidentimiz İlham Əliyev və onun xanımı, H.Əiyev Fondunun Prezidenti Mehriban xanıma möhkəm can saglıgı və əməli fəaliyyətlərində bol ugurlar diləyirdik! Dünyanın heç bir ölkəsinin rəhbəri qısa zamanda ərazilərini 200 illik əsarətdən qurtarmaqla yanaşı,belə sürətli bərpa və yenidənqurma iqtidarında ola bilməz!Var olsun Ali Baş Komandanımız və Müzəffər Ordumuz! Onun uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsinin qələbəsi ilə,24 saatlıq antiterror döyüşləri ilə Zəfər çaldı! Şuşanın görməli yerlərini gəzdikdən sonra,Cıdır Düzünə çııxdıq və mərd ogullarımızın şəhidlik zirvəsinə ucalmış ərazini seyr etdik.Deməklə inanılmaz olan, o sıldırım qayalara dırmaşaraq ,qalın meşələrdən keçib düşməni məhv edən şəhidlərimizin qan izləri qalan daşların üzərinə gül- çiçək qoyduq.Heç agla gəlməz sıldırım qayalara baxdıqca ixtiyarsız olaraq göz yaşlarında bogulurduq….Hələ o çətin və çıxılmaz yerlərdən yaralı və şəhid dostlarını çıxararkən əsil qəhrəmanlıq göstərmələrini yada saldıq.Hər daşın üzərindəki qara izlər burada gedən qanlı döyüşlərdən xəbər verirdi…Çox agrılı və acılı xatirələrlə oranı tərk edərkən,burada keçiriləcək türksoylu dövlət başçılarının görüşünə hazırlıqla baglı yeri quraşdırırdılar.Burada da sürətli işlərin görülməsi bizi fərəhləndirdi…Bir sözlə, bütün quruculuq işlərinin canlı şahidi olmagımızla qürur duyduq. Oradan Laçına yola düşdük.O Laçına ki, illərlə arzusundaydım. Əziz oxucum,elə şeylər var ki,onlları sözlə ifadə etməkçox çətindir.Gördüklərimiz,canlı şahidi olduqlarımız bizdə qürur hissi yaratmışdı.Oonuda qeyd edim ki Laçına Məhəbbət Kazımovun yanıqlı ” Laçınım” mahnısını dinləyə – dinləyə gedirdik.dəfəələrlə bu mahnıya qulaq asmışdımsa da fərqinə varmamışdım,adıcə mahnı kimi dinləmişdim.AmmaLaçının füsunkar gözəlliklərini,dagıdılmış,yandırılmış,gülllələnmiş evlərini,mədəniyyət mərkəzlərini gördükcə mahnıdakı yangını qəlbən dərk etdim.Çox təəssüfləndim ki,bu günki azad Laçına getmək ona və onun kimi buranın həsrətilə qaçqın düşən, didərginlik həyatını yaşayaraq dünyasını dəyişənlərə də qismət olmadı.. Hələ keçən əsrin əvvəlində Laçının Sus kəndindən, yurd- yuvalarından qovularaq didərgin düşənlərin arasındakı uşaqların içində nənəm Nəcimə də var idi.Onun acı taleyi ilə baglı hekayəm mətbutda dərc olunmuşdu.Bunu uşaq vaxtı bilməmişdim.Onu eşitmişdim ki,köçkün düşdükləri Susay kəndində onlara qarabaglılar deyirdilər.Sonralar bildim və Laçına getmək istəyimin həyata keçəcəyi günü intizarla gözləyirdim.Yeri gəlmişkən,bu arzumu yerinə yetirən idarə heyətimizin sədri Ruhiyyə xanıma və Ramil bəyə ,bizim Laçında layiqincə qarşılanmagımızı təşkil edən ,DAMM-nin Laçın rayonu üzrə sədri ,qazı Akif bəyə və qohumu Nazim müəllimə dərin minnətdarlıgımızı bildirirəm. Dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə dağlar qoynunda,əsrarəngiz gözəlliklərə bürünmüş meşələrdə, tam təmirli,mətbəxi müasir mebellə ,əşyalarla təmin olunmuş evlər hədiyyə hədiyyə edilmişdi.Bizi belə bir 3 otaqlı evə qonaq etdilər. Laçına gecə çatdıq.Və o yüksəklikdəki evdən dagların qoynunda,yamyaşıl meşələrin içində tikilmiş möcüzəli ,geniş eyvanlı qırmızı damlı evləri gördükcə sevincdən gözlərimiz yaşarırdı.Laçının saf havası,evlərdən gələn və meşədəki quşların şən səsləri adama ləzzət verirdi. Səhər yeməyimizi yedikdən sonra Nazim müəllim bizi müşayiət edərək Laçının görməli yerləri ilə tanış etdi.İlk növbədə ona Laçındakı ” Simurq”kitabxanası üçün hədiyyə gətirdiyim yüzə yaxın kitab və jurnalları ora təhvil verəcəyimu bildirdim.Biz oraya- Laçındakı kluba getdik.Onu da qeyd edim ki,.buradakı Mədəniyyət Evini və Milli Kitabxananı da vəhşilər gülləbaran edərək,xarabaya çevirdiklərinə görə kitabxana üçün burada müvəqqəti olaraq otaq ayrılmışdı.Bizi kitabxanın əməkdaşı Natəvan xanıım gülərüzlə qarşıladı.Həyətə çıxaraq qarşıdakı böyük dagıdılmış binaları ürək agrısı ilə göstərdi ki, ora bizim viran qalmış yerlərimizdir.Orada təmir- bərpa və tikinti işləri qurtaran kimi kitabxanamız da yenidən oz yerinə köçürüləcək.Kitabları təhvil verərkən Ruhiyyə xanım,Ramil bəy və ” Carçı ” jurnalının baş redaktoru Gülnarə xanım da hər bir kitab və jurnallar barədə Natəvan xanımı məlumatlandırırdılar.Natəvan xanıma əməkdaşı oldugum”Yazarlar”jurnalının təsisçisi və redaktoru Zaur Ustacın təşəbbüsünə qoşuldugumu və bu təşəbbüsə digər ziyalılarımızın da qoşulacagını bildirdim.Burada da xatirə şəkilləri çəkdirdik.Natəvan xanım bizə dərin minnətdarlıgını bildirərək ,kitabxananın zənginləşdirilməsində iştirakımıza görə təşəkkür etdi. Laçına gəlib, Həkəri çayının kənarındakı istirahət mərkəzinə baxmamaq günah olardı(.Maraqlııdır ki,buradaki evlərin damları qırmızı şiferlə vurulub.Öyrəndik ki, buradakı Sənaye Parkında mebel və dam örtükləri hazırlayan sexlərdən istifadə olunur Bundan əlavə heyvandarlıq sahəsi də inkişaf etdirilir.Belə ki, Sus ,Zabux kəndlərində səkkiz yüzə yaxın sakin işlə təmin olunmuşdur.Eyni zamanda 34 həftəlik peşə hazırlıq kurslarında da yerli sakinlər təcrübə qazanıırlar.)Həkəri çayının ətraflna Bakıdan və digər bölgələrdən çoxlu sayda ailəvi gələn qonaqlarla dolu idi.Oradan qayıdarkən yolun kənarında, budaqları əriklə dolu agacın yanından keçəndə həyətdə cavan bir xanımı gördük.O ,bizi görüb yanımıza gəldi.Söhbətimiz elə şirin alındı ki,elə bil onu çoxdan tanıyırıq.O,Təranə xanım, bizə buradakı məktəbdə işlədiyini bildirdi.Bakıda məskunlaşdıgı evdən buraya köçdüklərini və burada daimi qalacaqlarını bildirdi.Gülərək -buranın caf havasını,gözəl meşələrini ,buz bulaqlarını qoyub necə getmək olar,- dedi.Onun sözündə gördüyümüzə görə həqiqət vardı.Buralar cənnət məkandır! Təranə xanıma bir neçə kitab və” Carçı” jurnalını hədiyyə etdik. İstər Şuşada,istər Laçında və istərsə də Qarabagımızın işgaldan azad etdiyimiz digər rayon və kəndlərimizdəki dagıntıların yenidən tikilməsinə və bərpasına milyardlarla manat ziyan vuran mənfur düşmən lənətə gəlsin! Sag olsun ,var olsun Azərbaycanımızı dünyada düşmənə Zəfəriylə tanldan Ali Baş Komandanımız! Qalib Ordumuza eşq olsun! Biz zəfər çalmaqla ölkəmizin qüdrətini,nəyə qadir oldugumuzu dünyaya bildirdik!Budur,müdrik rəhbərin uzaqgörən siyasətinin qələbəsi!Budur müzəffər ordumuzun gücü!Vətənimizin hər qarışını öz qanları ilə azad edən, ər ogullarımız olan şəhidllərimizin ruhu bu gün şaddır! Onlara rəhmət,qazilərimizə şəfa diləyərək Bakiya qayıdırıq. Dagların başındakı bulduzerlərə,texnikanı işlədənlərə baxaraq Şuşadan Laçına çəkilən qisa yolun çəkilişində çalışan çoxsaylı insanlarla sagollaşırıq.Müharibədə qələbəmizin əldə olunmasında iştirak edən hər bir kəs qəhrəmandır! Onlar ” Dəmir Yumruğ”un ətrafında möhkəm birləşməsəydilər (düşmənlərdə minlərlə fərari oldugu halda,bizdə minlərlə könüllü iştirak edirdi) biz qələbə qazana bilməzdik!Bir daha zəfəri qazanan Ali Baş Kömandanımıza, məğlubedilməz Ordumuza eşq olsun! Zəfər yolu ilə səfərimizi başa vursaq da yeni səfərlərə imza atdıq! Fotolar: