Şuşatək ocağın mübarək, dağlar!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əzimov Səlim Köçəri oğlununun “Əsrə bərabər ömür” kitabı

56 il fasiləsiz məktəb direktoru işləmiş,Əməkdar müəllim,Qızıl qələm mükafatı laureatı Əzimov Səlim Köçəri oğlununun “Əsrə bərabər ömür” kitabına istinadən.
Bir insan ömrünü girov qoymuşam,
Bir müəllim ömrünü yaşatmaq üçün.
Səlim müəllim.

ÖN SÖZ

BÜTÖVLÜK MÜCƏSSƏMƏSİ

Böyük dostum Səlim müəllimin növbəti kitabı haqqında “Ön söz” yazmaq barədə düşünərkən bu adı seçməyim təsadüfü deyil.Bu mənim illər boyu keçirdiyim müşahidələrin nəticəsidir.Mənim 90 ildən yuxarı ömür yolum çox keşməkeşlərlə zəngin olmuş,iş belə gətirib ki,həyatımda vəfəaliyyətimdə on minlərlə adamlarla təmasda olub onları bacardığım qədər saf – çürük etmişəm və həm də hər zaman bütöv şəxsiyyət axtarmışam və buna çox nadir hallarda nail ola bilmişəm.Zira, bütöv şəxsiyyət fenomeni elə bir anlayışdır ki,onun deyərdim ki,saysız – hesabsız atributları vardır və bunların bütöv daşıyıcılarını tapmaq çox çətindir.

Səlim müəllimlə uzun illər tanışlığım və xüsusən son illər gündən günə möhkəmlənən dostluğumuzla bela qənaətə gəlmişəm ki, o məhz bütöv səxsiyyət fenomeninin daşıyıcısıdır və bu tapıntıdan qürur duyuram Zahirən görünən bir fakt onun 56 il məktəb direktoru işləməsi ( buna görə o, yəqin ki, Gennesin rekordlar kitabuna düşə bilər ) dəlili əsl bunun üçün kifayətdir. Mən əmək fəaliyyətimə pedaqoq, müəllim kimi başladığıma görə bunun necə bir amil olduğunu yaxşı bilirəm.

Lakin bütöv şəxsiyyət fenomeni yuxarıda dediyim kimi çox mürəkkəb bir anlayışdır ve onun mahiyyətinə varmaq üçün elə keyfiyyətlər var ki, bunları saf çürük etmək də çox böyük axtarış tələb edir. Səlim müəllimin nəşrinə hazırladığı bu kitabını məhz belqə bir axtarış üçün çox zəngin mənbə kimi dəyərləndirmək olar.

Kitabda özünə yer tapan 35 yazımın hər biri Səlim müəllimin bu va ya digər keyfiyyətinə işıq salıb onu bu bütövlüyə yaxınlaşdırır və sonda tamamlayır.

Kitabın epiqrafında verilən

“Bir insan ömrünü girov qoymuşam,

Müəllim ömrünü yaşatmaq üçün”

sözləri elə bu bütövlüyün başlanğıcıdır. Zira, dünyada müəllim peşəsindən dəyərli bir peşə olmadığını kim bilmir?

Kitab gözəl şairimiz və publisistik yazılarında məndə çox görkəmli bir ədəbiyyatşünas alim təəssüratı yaradan dostumuz Ramiz Məmmədzadənin “Dostluğun dirijoru” yazısı ilə başlayır ki, bunun üçün də Səlim müəllimə əhsən demək olar. Bu yazı kitabın ən dəyərli və Səlim Əzimov şəxsiyyətini işıqlandırımaq baxımından ən tutarlı yazısı olduğuna görə yəqin ki, belə seçim edilib.

Ramiz Məmmədzadənin yazısı Səlim müəllimin “Əsrə bərabər Ömür kitabına verdiyi şərhdir və bu kitabına da həmin adı seçməsi ( bu yerdə dünyaca böyük qırğız yazıçısı Cingiz Aytmatovun sovetlər dönəminin ən ali mükafatına Lenin mükafatına layiq görülən kitabına nəzirə kimi səsləndiyini də dilə gətirmək olar ) də diqqətəlayiqdir. Səlim müəllimin ömür yolunun 90 illiyi olsa da, o, bəlkə də öz məzmununa
bir neçə belə ömür yaşamışdır. Ramiz müəllimin yazısı başdan ayaga Səlim Əzimov səxsiyyətini açmaq üçün ciddi cəhddən ibarətdir. Bu mənada gəlin onun açmalanin fikir verək

Müəllif onu kəndinin hünərli, işıqlı, istiqanlı övladı, bütün istedadını və mənəvi sərvətini insanlığa sərf etmiş bir şəxsiyyət kimi dəyərləndirir Mənim də elə həmin kitaba yazdığım “qaynar həyat, tükənməz həyat eşqi ilə yaşayan bir insan olduğunu iqtibas etməsini də alqışlayıram. Müəllif yazır: “Səlim müəlimin kəlamları bizi saflığa, düzgünlüyə, insanlarım əlindən tutmağa, xeyirxah, xoşəməl olmağa, təmiz yaşamağa çağırır Müəllifin Səlim müəllimin bir hikmətini “doğmalarını sevməyən
vətənini, millətini sevə bilməz” kəlamını iqtibas etməsi də təqdirə layiqdır. Bu yerdə Səlim müəllimin nəsil şəcərəsi barədə yazılanları bunun gözəl nümunəsidir.

Müəllif Qarabağda şəhid olmuş məzunlar haqqındakı biografik məlumata görə Səlim müəllimə “var ol” deyir. Səlim müəllimin bu
şəhidlər haqqında dediklərini oxuyub kövrəlməmək mümkün deyil. Ramiz müəllimin bu barədə yazısını mən də təkrar etməyi vacib bilirəm. “Sizin hər birinizin adını yazanda mən Ağdamın səsini eşitdim. Üzümə Ağdamın mehi vururdu, Ağdamın göz yaşları üzümə tökülürdü, Ağdamın kəndimizin qoxusu gəlirdi, səsi gəlirdi, kəndimiz ağlayırdı, sizi çağırırdı” Bu sözlər Ramiz müəllimi də kövrəldir və deyir. “Insafınız olsun, ay
Səlim müəllim, ürəyimizı parçalayan bu sözləri necə yaza bildiniz, Allah sizə insaf versin, bizə rəhminız gəlmədimi, yazıq deyilikmi?”

Müəllif yazır. “Səlim müəllimin könlündə dostlara qarşı məhəbbət,
səmimiyyət çeşməsi qaynamaqdadır”.

Əhsən sizə, Ramiz müəllim, Səlim müəllimin bu əvəzsiz keyfiyyətini nə gözəl tutmusunuz. Sonda müəllifin Səlim müəllim haqqında dediklərinə mən də ürəkdən qoşulub onları təkrar edirəm: “Səlim müəllim çox maraqlı bir şəxsiyyətdir. Bu şəxsiyyətin üfüqlərinə hər əl çatası, səs yetəsi deyil, sonu bilinməzdir.

Kitabın digər yazılarında da Səlim müəllimin şəxsiyyətinə işıq salan məqamlara toxunmaq istəyirəm.

Səlim müəllimin riyaziyyatçı alım, hindşünas Tofiq Əliyev (Tofiq Mükes) yazısı görkəmli alimin diqqətə layiq fəaliyyəti ilə yanaşı onun dostları olması hind aktyoru Radj Kapurun, Rəşid Behbudovun, bir sıra dünya şöhrətli alimlərin xatirəsinə işıq salaraq görkəmli publisist qələminin məhsulu kimi oxunur

Onun “Dilimizi qoruyaq” yazısı hər zaman, hər kəs üçün aktualdır. dilimizə yatmayan yad ünsürlərdən onu qorumaq mənasında qiymətlidir. Burada niyə yad ünsürlərdən sözlərini işlətməyim ona görədir ki, saysız- hesabsız dünya dilləri arasında elə birisi yoxdur ki, onun tərkibində elə saysız-hesabsız alınma sözlər olmasın. Məsələn dünya dilləri arasında ən çox yayılan ingilis dilində belə məşhur isveç alimi Şarl Balli yazır ki, onun tərcüməsində olan sözlərin 75%-i alınma sözlərdir.

Məsələ bundadır ki, dilimizdə doğmalaşmış sözləri qoyub başqa dillərdən yeni sözləri gətirmək yolverilməzdir və Səlim müəllimi də narahat edən bu məqamdır. Onun “dillə zarafat etmək olmaz, günahdır, onu əzizləmək, oxşamaq, sevmək gərəkdir” sözləri diqqətəlayiqdir. Səlim müəllimin “Özü getdi, sözü qaldı” yazısında verilən “ölüm
qorxulu deyil, əziz dostlar, qorxulu unudulmaqdır, dostları unutmayın” sözlərinin böyük müdrikliyinə söz ola bilərmi?

“Dostuma məktub yazısının müəllifi Cəfər Qanlı (Tərtər) yazır: “Səlim müəllim neçə alimin, mühəndisin, xalqına layiq övlad olan yüzlərlə insanın inam yeri, söykəndiyi ziyalı ağacıdır. Səlim müəllimin “Təlim-tərbiyə məsələləri” yazısı insan fəlsəfəsinin
zənginliyindən xəbər verən bir fəlsəfi traktatdır. Onun insan üçün vacib bildiyi hədəflərə fikir verin: başqalarına gərəklik, özünü təsdiq, mümkün qədər çox iş görmək, çox eşitmək, çox öyrənmək, daha geniş dairədə adamlarla əlaqə saxlamaq, ad-san qazanmaq, daha çox yaxşı işlərə yaramaq, onu tanıtmaq, kişiliyini, mənliyini qorumaq və s. Bu keyfiyyətlərin hər biri Səlim müəllimin şəxsiyyətində çox qabarıq şəkildə öz əksini tapmışdır.

Bu yazıda onun dünya müdriklərindən seçib təqdim etdiyi kəlamların hər biri insan fəlsəfəsinin ən dərin qatlarına gedib çıxan hikmətlərdir.

“Tarixi abidələrimiz, uca boylu bağlarımız” yazısı ilə ağsaqqalın ürək çırpıntılarını eşitməmək mümkün deyildir.

“Ağdamda görüşmək arzusu ilə” yazısı böyük tarzən Ramiz Quliyevin şərəfinə səsləndirdiyi sözlərin hikmətinə də fikir verin: “Şərəfli ömrünün kövrək cığırları – böyük yola çıxan, özü isə böyük həyat amalı və
nurlu əməlləri ilə insanlığın, şəxsiyyətin, ləyaqətin, sənətın işıqlı yoluna çevrilən, mötəbər, nüfuzlu bir bəşər övladı”. Bu sözləri dilə gətirən Səlim müəllimin özü də bu gözəliyin parlaq timsalıdır.

O , bu yazısında Ağdamın şərəfinə söylənmiş şeirlərdən gətirdiyi nümunələri oxuyarkən böyük Səməd Vurğunun bir beyti yadıma düşdü “Qurbanı olduğum çinar kölgəsi,

Mənim də şeirimin qibləgahıdır.” Bəli əziz dostum “Qurban olduğun Ağdam torpağı, mənim də qəlbimin qibləgahıdır”

Əsrə bərabər ömür yazısında bu nurani kişinin ən çox zövq- şəfa duyğuları övladları, nəvə və nəticələridir. Bu da bir daha onun ucalığına dəlalət edir. Zira, hər bir insan övladının ən böyük qayəsi yaxşı övladlar yetişdirməsidir. O, bu məramına nail ola bilibsə, bu, onun bütövlüyünə dalalət edir.

” Xatirələrdə yaşanan ömür ” yazısında mənim həyat yoluma işıq salan Səlim müəllimə, bu əvəzsiz dostuma dərin minnətdarlığımı bildırırəm Yeri gəlmişkən deyim ki, ömür yolumda yaxşı olan nə varsa
sizin kimi insanları özümə dayaq, arxa seçməyim olub. “Həbsxananın bir addımlığında” yazısı Səlim müəllimi görkəmli bir ədəbiyyatşünas alim səviyyəsinə qaldırır.

“Qardaş nisgili” yazısı qardaş faciəsinə (Saday qardaşının xəstəliyinə) həsr olunur və burada da Səlim müəllimin bu sevgidən doğan böyüklüyünün şahidi oluruq.

“O, dəyərli ziyalıdır” yazısı Ağdamın
sayılıb-seçilən ziyalısı Çimnaz
xanım Əliyevaya həsr olunub və Səlim müəilimin insan sərrafı kimi şəxsiyyətini bir daha büruzə verir. Kitabın II fəsli dünyadan vaxtsız köçən gözəl şairimiz Şahmar Əkbərzadənin xatirəsinə həsr olunmuşdur. Səlim müəllimin onu
istedadlı şair olmaqla yanaşı, həm də xeyir-şər yaraşığı adlandırması çox orijinaldır və bu da onun bütöv insan amilini dəyərləndirməyin zirvəsində dayandığına dəlalət edir. Onun şairə üz tutub dediyi bir kəlamını iqtibas etməmək mümkün deyil: “Duz-çörəyə, dostluğa sədaqət, onun kişilik simvolu idi”. Əziz dostum, düz deyirsən, siz özünüz bu simvolun gözəl nümunəsisiniz.

Kitabın III fəsli Səlim müəllimin ensiklopedik dünyagörüşündən xəbər verir. Burada onun Allaha bağlılığı ilə yanaşı insanı yaşadan sağlamlıq amillərinə dair əks etdiyi hikmətlər, məsləhətlərdir.

Kitabın IV fəsli dünyanın ən məşhur dövlət xadimləri barədə çox maraqlı məlumatlarla yanaşı ömür-gün yoldaşı Zabilə xanıma olan sonsuz
məhəbbəti, onu itirməsilə sankı dünyasını itirməsi və çırpınan qəlbinin ah zarını eşitməmək olmur. Bu da bir daha onun bütövlük dünyasından xəbər verir.

Burada müəllifin hər cümləsini, hər sözünü oxuyub həyəcan keçirməmək mümkün deyil.

Əziz dost! Yazıların hər birin Ağdamda görüşmək arzusu ilə tamamlayırsınız. Böyük Yaradan bu arzunuzu tezliklə çın eləsin. Kitabın son cümləsini oxuyub iqtibas edirəm:

“Əziz oxucular! Bacardığınız qədər yurd yerlərini xatırlayın, yada salın, gecə yatanda yönü Ağdama tərəf yatın, şəhidlərimizə rəhmət oxuyun, bu gün yaşayanların qədrini bilin, bir-birinizə hörmət edin, kömək edin, arxa durum”.

Bu sözlər bir daha Səlim müəllimin bütövlük mücəssəməsinin parlaq
ifadəsidir.

Dostun: SADIQ MURTUZAYEV

Filologiya üzrə falsəfə doktoru. “Qızıl qələm” mükafatı laureatı

25.11.2019

ƏZİMOV SƏLİM KÖÇƏRİ OĞLU

SADIQ MURTUZAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zəhra Həşimova yazır:

İQLİM DƏYIŞIKLIYINƏ QARŞI MÜBARIZƏDƏ MULTIKULTURAL CƏMIYYƏTIN ƏHƏMIYYƏTİ

İqlim dəyişikliyi ətraf mühitə, cəmiyyətə və iqtisadiyyata geniş təsirləri ilə bu gün bəşəriyyətin üzləşdiyi ən aktual problemlərdən biridir. Bu böhranı həll etmək üçün qlobal səylərdə multikulturalizm prinsipləri cavablarımızın formalaşdırılmasında, həmçinin hamı üçün daha əhatəli və davamlı gələcəyin təşviqində mühüm rol oynaya bilər. Multikulturalizm müxtəlif mədəni perspektivlərin tanınmasına, qiymətləndirilməsinə vurğulayaraq, iqlim dəyişikliyi və sosial dinamika arasında mürəkkəb qarşılıqlı əlaqəni anlamağın çərçivəsini göstərir. İqlim dəyişikliyi mövcud bərabərsizlikləri və zəiflikləri gücləndirdiyinə görə, multikultural yanaşmalar mədəni mənşəyindən asılı olmayaraq bütün icmaların iqlim siyasətlərinin və uyğunlaşma strategiyalarının formalaşmasında söz sahibi olmasını təmin edə bilər.
Multikulturalizmin əsas prinsiplərindən biri insan cəmiyyətləri və ətraf mühitin qarşılıqlı əlaqəsinin tanınmasıdır. İqlim dəyişikliyi bütün təbəqələrdən olan insanlara təsir edir, lakin onun təsirləri bərabər paylanmır. Təcrübəsiz icmalar, yerli xalqlar, azlıq qrupları tez-tez ətraf mühitin deqradasiyasının ağır yükünü daşıyırlar və ekstremal hava hadisələri, dəniz səviyyəsinin qalxması və biomüxtəlifliyin itirilməsindən qeyri-mütənasib şəkildə təsirlənirlər. İqlim dəyişikliyi kontekstində multikulturalizmi qəbul etməklə, biz ekoloji ədalətsizliklərdən ən çox təsirlənənlərin səslərini və perspektivlərini mərkəzləşdirə və icmalara onların həyatlarına birbaşa təsir edən qərarların qəbulu proseslərində iştirak etmək səlahiyyətini verə bilərik.
İqlimlə bağlı fəaliyyətə multikultural yanaşmalar qlobal böhran qarşısında ortaq məsuliyyət hissini, kollektiv hərəkəti təşviq etməklə bərabərlik, müxtəliflik və inklüzivliyə üstünlük verir. Multikulturalizm müxtəlif bilik sistemlərinə, mədəni təcrübələrə, ənənəvi ekoloji müdrikliyə əsaslanaraq iqlim dəyişikliyinə qarşı innovativ həllər üçün katalizator rolunu oynaya bilər. Məsələn, yerli icmalar öz ətraf mühitləri ilə uzunmüddətli əlaqələrə malikdirlər, iqlimə uyğunlaşma, təsirin azaldılması strategiyalarını məlumatlandıra bilən davamlı torpaq idarəçiliyi təcrübələri haqqında dəyərli fikirlərə malikdirlər. İqlim dəyişikliyi ilə mübarizədə multikulturalizm mədəni müxtəlifliyin daxili dəyərini, ekoloji və sosial sistemlərin qarşılıqlı əlaqəsini tanıyan vahid yanaşma təklif edir.
Mədəniyyətlərarası dialoqu təşviq etməklə, müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığı inkişaf etdirməklə və yerli biliklərə hörmət etməklə, biz dəyişən iqlimin problemlərini həll etmək üçün daha yaxşı təchiz edilmiş daha möhkəm və davamlı icmalar qura bilərik. İqlim dəyişikliyini yumşaltmaq və ona uyğunlaşmaq üçün təcili ehtiyacla üzləşdiyimiz zaman multikulturalizmi bütün mədəniyyətlərin töhfələrini qiymətləndirən, sərhədlər boyu həmrəylik və əməkdaşlığı təşviq edən rəhbər prinsip kimi qəbul etmək vacibdir. Mədəni müxtəliflik və ətraf mühitin davamlılığı arasındakı daxili əlaqələri dərk etməklə biz hamı üçün daha ədalətli, əhatəli və davamlı gələcəyə doğru yol aça bilərik.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru