Umberto Ekonun “Praqa məzarlığı” romanı sui-qəsd, kimlik və Avropa tarixinin kölgəli tərəflərini, şəxsiyyətin mürəkkəbliklərini dərindən araşdıran düşündürücü şah əsər kimi seçilir. 2010-cu ildə nəşr olunan bu roman oxucuları 19-cu əsr Avropasını xarakterizə edən yalanların, süjetlərin və saxtakarlıqların mürəkkəb labirintində, mənəvi cəhətdən qeyri-müəyyən bir qəhrəmanın gözü ilə qaranlıq və cəlbedici səyahətə çıxarır. “Praqa məzarlığı”nın mərkəzində insan təbiətinin ən qaranlıq tərəflərini təcəssüm etdirən saxtakar bir personaj olan Simon Simonini dayanır. Peşəkar saxtakar kimi, Simonini saxta sənədlər yaradır, reallığı manipulyasiya edir və öz çirkin məqsədlərinə xidmət etmək üçün mürəkkəb yalanlar toxuyur. Sürətlə dəyişən, siyasi çəkişmələr, dini gərginliklər və dərin qərəzli mühakimələrlə parçalanmış Avropanın fonunda qurulan roman, aldatma ilə tükənmiş dünyada kimlik və həqiqətin mahiyyəti məsələsini araşdırılır. Hekayənin mərkəzində intriqaların və qaranlıq sirlərin ocağı kimi xidmət edən sirli bir yer olan eyniadlı Praqa qəbiristanlığı dayanır. Onun kölgəli hüdudları daxilində gizli görüşlər baş verir, ittifaqlar qurulur və pozulur, tarix hakimiyyətdəkilərin şıltaqlığına uyğun olaraq yenidən yazılır. Eko reallıq və fantastika arasındakı sərhədləri tutqunlaşdıran hekayəni ustalıqla hazırlayır, oxucuları həqiqəti örtən aldatma qatlarını açmağa çağırır. Simonini obrazı vasitəsilə Eko oxucuları xüsusən də tənqidi təfəkkür və araşdırmanın olmadığı bir şəraitdə yalanların nə qədər asanlıqla təbliğ oluna və həqiqət kimi qəbul oluna biləcəyi ilə bağlı narahatedici reallıqla üzləşməyə dəvət edir. Üstəlik, Simonini öz qaranlıq keçmişi və parçalanmış mənlik hissi ilə mübarizə apararkən, romanda şəxsiyyət və mənlik suallarını araşdırılır. Hiylə və xəyanət torunda gəzərkən, Simonini hərəkətlərinin nəticələri və varlığının mənəvi qeyri-müəyyənliyi ilə üzləşməyə məcbur olur. Ekonun povesti sıx və çox qatlıdır, romanın bir çox mövzularını və incəliklərini tam qavramaq diqqətlə nəzərdən keçirməyi və əks etdirməyi tələb edir. Eko, tarixi hadisələri ilə uydurma elementləri birləşdirdikcə, oxucu heç bir şeyin göründüyü kimi olmadığını, həqiqətin əlçatmaz dünyasını görməyə başlayır.
Narıngül Nadirin nəsr əsərləri və qadın dünyasına baxış
Xüsusən də, müasir dövrdə qadın yazıçılar ədəbiyyat tarixində mühüm rol oynayırlar və bu rolun zaman irəlilədikcə daha gözəçarpan boyalarla özünü əks etdirəcəyinə əminlik duyğusu içərisindəyik. Maraqlı fəlsəfi şeirləri ilə diqqətimi çəkdiyi üçün son zamanlar nəsr əsərlərinə də müraciət elədiyim yazıçılardan biri də Narıngül Nadir oldu. O, “İşıqda adiləşmək qorxusu”, “Qadın da ağac kimidir” şeir kitablarının və “Güzgüdəki qadın”, “Qar çiçəyi”, “Günəş üzlü qadın”, “Çilli qız” adlı nəsr kitablarının müəllifidir. Yazıçının istər şeir kitablarında, istərsə də nəsr əsərlərinin təkcə adlarına nəzər saldıqda belə oxucuya müəyyən mesajlar ötürülür. Belə ki, müəllifi maraqlandıran mövzuların əsasını elə qadın, onun həyatı, əldə etdiyi uğurlar, itirdiyi xoşbəxtlik, qazandığı sevinc –bir sözlə, qadın və onun taleyi məsələsi ön plandadır. Müəllif öz əsərlərində, həmçinin ailə münasibətləri, qadın hüquqları və onların təcrübələri kimi mövzularda da oxucuya unikal perspektivlər təklif edir, çətin vəziyyətlərdə qalan qadınların həyatına işıq olması üçün müəyyən yollar göstərir, onlara stimul ola biləcək baxış bucağı təqdim edir. Belə əsərlərdən biri də onun “Çilli qız” povestidir. Əsərin baş qəhrəmanı sadə kənd qızıdır. O, yaşadığı mühitlə özü arasında böyük uçurum görür və bir növ xoşbəxtlik axtarışına çıxır. Müəllif yaşadığımız həyatı nağıla bənzədir və özü də qeyd edir ki, bu həyatda hamının öz nağılı var. Povestdə Azərbaycan xalq nağılları və nikbin sonluqla tamamlanan dastanlardan irəli gələn motivlər var. Belə ki, baş qəhrəmanın xoşbəxtlik axtarışında qarşısına bir çox əngəllər çıxsa da o sarsılmır, yoluna davam edir. O, pozitivdir və maneələri aşmasında elə bu həyata müsbət baxışın böyük rolu var. Fəlsəfə və psixologiyada belə bir qavram var ki, həyata necə baxsaq, o da zamanla bizə eynisini geri qaytarar. Çilli qızı –Səmanı anası kənddə hansısa bir oğlana nişanlamaq üzrədir. Çünki o, öz övladlarını atasız böyütmək məcburiyyətində qalmışdır və qızlar böyüdükcə onları evləndirib rahatlığa qovuşacağına inanır. Amma Səmanın arzuları var. O, ali təhsil almaq, iş həyatına qarışmaq, üstəlik də, özünün sevdiyi kişi ilə evlənmək fikrindədir. Buna görə də bir sabah anası evdə yox ikən məktub yazaraq şəhərdə iş tapdığını və yaxın zamanda yaşadığı ünvanı onlara da xəbər edəcəyini bildirib evdən qaçır. Əslində, bu belə də olmuşdu. O, televiziyada gördüyü verilişdəki rəssama aşiq olmuş, onunla əlaqə saxlayaraq emalatxanada işə düzəlmək niyyəti ilə şəhərə yollanmışdı. İlk gün onun üçün çox uğursuz olsa da, sonrakı günlərdə keçmişlərində çox qəribə həyat hekayələri olan və elə bu həyat əhvalatının nəticəsi olaraq səfillərə miras qalmış evdə gecələyir. Onlar ər-arvad idilər və qadın Səmaya xoş davranır, ona evində nə qədər istəsə qalmasını söyləyir. Səma artıq emalatxanada işə düzəlmişdi və rəssamla da aralarında sevgi münasibətləri yaranmışdı. Amma tale onları ayırır və Səma rəssamla münasibətləri kəsildikdən sonra hamilə olduğunu bilir. O, uşağını dünyaya gətirir, şəhərdə dostlaşdığı rəfiqəsi ilə birgə ona baxırlar. Eyni zamanda hazırlaşıb universitetə də qəbul olur, böyük uğurlar, nailiyyətlər əldə edərək işlədiyi müəssisəyə rəhbər olma vəzifəsinə qədər yüksələ bilir. Günlərin birində o, rəssamla da yenidən qovuşur və onlar ailə kimi birləşib xoşbəxtliyi yenidən əldə edirlər. Göründüyü kimi, qadın xarakter başına gələn bütün fəlakətlərin və çətinliklərin nəticəsi olaraq sonda əzəldən axtardığı xoşbəxtliyi əldə etməyə nail olur. Yazıçı həm də cəmiyyətdə qadının bəxtəvərliyini nə vaxtsa bir yuvaya sahib olmağında, onu tamamlayan, vəhdət halında hiss edə bildiyi əks cinsdə tapacağına inanır və oxucunu da inandırır. Müəllif cəmiyyətdə gender rollarını və stereotipləri sorğulayır, qadının öz savadına, gücünə, çalışqanlığına, iş həyatında da qazana biləcəyi uğurlara inanması üçün onlara stimul verir. Əsərin ideyası da sosial normaların şübhə altına alınması və dəyişdirilməsi istiqamətindədir. Bir qadın yazıçı olaraq o, yaratdığı obrazın daxili dünyasına daha yaxından bələddir və onun həyat təcrübələrini yazaraq həm fərdi, həm də kollektiv yaddaşda qorunmasına xidmət edir. Bu isə sosial empatiyanı artıra, insanlar arasında anlaşma və həmrəyliyi gücləndirə bilər. Narıngül Nadirin qadınları dilemma qarşısında qoyduğu, obrazları yarğılamadan onları sözün real boyaları ilə yaratdığı obrazlar “Yuva” povestində də yer almışdır. Əsərdə azad ruhlu qadınla evinə, ailəsinə bağlı olan qadının həyatı göstərilir və müqayisə edilir. Qadına da öz həyatını kənardan da izləyib dəyərləndirmə etməyi üçün ədəbiyyat vasitəsilə bir növ platforma yaratmış olur. Qadınlar eşq vasitəsilə həm mənəvi kamilliyə yüksələ, həm də onlar həyatın ən qaranlıq köşələrinə doğru yol ala bilərlər. Onların bir çox davranış biçimləri toplum tərəfindən qeyri-əxlaqi həyat tərzi kimi qarşılandıqda konfliktin əsası qoyulur. Yazıçıya da həyatın əksini güzgü kimi tutaraq bu konfkliktdə kimin daha haqlı olmasına hər kəsin öz “ədalət tərəzisi” qərar versin deyə mövzunu bir növ müzakirəyə çıxarır. Müəllif burada ölkədəki sosial vəziyyətə də nəzər salır. Əsərin baş qəhrəmanı olan kişi universitet bitirmiş savadlı adamdır. Ancaq o, ixtisasına uyğun iş tapa bilməməsi ucbatından ailəsinə yaxşı baxa bilmir, yaxud da, ona uyğun olmayan ağır işlərdə çalışaraq çox az miqdarda əməkhaqqı ilə qənaətlənməli olur. Buna görə də kişinin öz ailəsi olduğu təqdirdə onun xoşbəxtliyi məhz ailəsində axtarmamağına səbəb kimi yazıçı daha çox sosial vəziyyətin kişinin baxa bilmədiyi ailənin yanında gözükölgəli olmasına, yaxınlarına və hətta özünə belə yadlaşmasına səbəb ola biləcəyini də nümayiş etdirir. Əsərdə obrazların daxili dünyalarında tez-tez özlərinə ünvanladığı suallar oxucunu da bu barədə düşünməyə və özü ilə ünsiyyət quraraq həyatı qavrama prosesinin asanlaşmasına xidmət edir. Yazıçı hekayələrində də kiçik mətnlərin içində dolğun xarakterlər yaratmağa nail olmuşdur. Onun “Pulqabı”, “Qara”, “Professor’, “Uğur böcəyi” və s. kimi hekayələri oxucunu düşündürür və cəmiyyətdə daha ədalətli yanaşmanın inkişafına töhfə verir, sosial dəyişikliklər üçün ilham qaynağı olur. Müəllif “Pulqabı” hekayəsində qadının ədalət anlayışını sorğulayır və hətta daxili dünyasında dürüstlükdən uzaq düşən qadında belə mərhəmət və vicdan duyğularının onu yanlış hərəkətlərdən döndürəcəyinə inanır. Ədəbiyyat şəfqəti və vicdanı müxtəlif yollarla müəyyən edir və sorğulayır. Şəfqət başqalarının əzablarına qarşı həssaslıq və kömək etmək istəyi olaraq görülə bilsə də, vicdan insanın əxlaqi dəyərlərə görə özünü qiymətləndirməsi kimi başa düşülür. Bu hekayə də sözügedən anlayışların necə qəbul olunduğunu və obrazların timsalında onların oxucudakı təsirini müəyyən edir. Əsərdə obrazın daxili konfliktləri, mənəvi dilemmaları vasitəsilə onun vicdan anlayışı sorğulanır. “Professor” hekayəsində savadlı qadının elm arxasınca gedərkən öz şəxsi xoşbətliyinə gecikdiyini, yəni, qadının bir növ öz gənclik, gözəllik və ailə qurmaq şansını elmə qurban etdiyinin təəssübünü çəkir. Qadın sayılıb seçilən elm adamı olsa da şəxsi həyatında xoşbəxt deyil. Son zamanlar isə eyni qrupda oxuyan və onu sevən oğlanı tez-tez xatırlamağı da buna işarədir. Bir zamanlar fikrini təkcə elmə yönəltmək üçün vaz keçdiyi eşq həyatını qadın yenidən bərpa etmək qərarına gəlmişdir, buna görə də o, bir zamanlar onu sevən oğlana zəng edib onun iş yerində görüş təşkil edirlər. Qadın oraya gedərək daha böyük xəyal qırıqlığına uğrayır. Belə ki, artıq onu sevən adamın başqası ilə çox xoşbəxt ailə həyatı var. Qırılmış ümidlərini də götürüb yenidən öz tənha həyatına geri dönür. Hekayədə onu gəncliyində sevən oğlan simvolik olaraq bir növ qadının gənc və gözəl çağlarını da ifadə edir. Yəni, hər anın öz hökmü olduğuna və həyata gecikən insanın onu geri döndürmək iqtidarında olmadığına işarədir. Müəllif “Uğur böcəyi” hekayəsində də qadınlar üçün həssas nüansa toxunur. Hər nə qədər elmdə, iş həyatında irəliləmiş bir qadın olsa da onun sevdiyi bir əks cinslə vəhdət halında olmağa ehtiyacı olduğunu vurğulamağa çalışır. Ümumiyyətlə, yazıçının nəsr əsərləri qadın dünyasını, onun həyata baxış tərzini, qadın və cəmiyyət konfliktlərini öyrənmək baxımından əhəmiyyətlidir.
-Нет, мамочка, я не перееду к тебе жить и помогать с близнецами не буду! – спокойно произнесла девушка. – Учись обходиться без меня. Маленькая Таня тихо плачет и ей очень грустно: через стенку она слышит заливистый смех мамы Нади – значит, пока она спала, к ним пришел этот противный дядя Саша. У него руки с короткими пальцами и масляные глаза, которые ощупывают, как будто раздевают взглядом, маму. А еще он может хлопнуть ее пониже спины, не стесняясь присутствия дочери: дескать, я здесь хозяин, и что хочу, то и ворочу. А мама смеется своим низким грудным смехом, но Тане, почему-то, кажется, что ей совсем не весело. Папа ушел из семьи, когда девочке было четыре года. Сначала все было хорошо: они вместе ездили отдыхать и ходили на прогулки… И Таня всегда была посередине, держа любимых родителей за руки, являясь, как бы связующим звеном и проводником их любви. И на рисунках девочки обязательно присутствовали все три члена их ячейки общества. А умные психологи говорят, что так изображается исключительно дружная и беспроблемная семья. Вечерами папа играл на балалайке и пел свою любимую песню: По дорози жук, жук, по дорози чорний; подывися, дивчинонько, який я моторний – родня у него жила в той самой стране, ставшей нам недружественной. А мама подтягивала ему и тихо смеялась своим завораживающим смехом. А потом целовала его в макушку. Еще к ним тогда часто приходили гости – баба Зоя и многочисленные друзья: мама собирала хороший стол. А потом они все вместе пели красивые песни, и папочка аккомпанировал им на балалайке – он был талантливым самоучкой. Все эти праздники папа называл непонятным словом взбутетенькать: А не взбутетенькать ли нам в выходной, Надюша – а разучил новую мелодию! Потом дома стало твориться что-то нехорошее: родители стали часто ссориться, а папка все чаще стал приходить домой поздно. И одну из ссор он обозвал маму новым словом, которое Танька хорошо запомнила. Причем, на всю жизнь. А позже в детском саду малышка так назвала куклу, с которой играла. Был страшный хай. Сначала в садике, куда пришла за девочкой мама, которой было очень стыдно. Потому что на вопрос, откуда ты знаешь это слово, девочка честно и бесхитростно поведала, что так назвал маму папа. А потом дома – родители кричали друг на друга. И, вовсе, не на нее, Таньку, как ожидалось. А назавтра папа не пришел с работы – вечером мама обнаружила коротенькую записку на клочке бумаги: Ушел – буду разводиться. Из вещей исчезла только балалайка. Эту бумажку позже Танька обнаружит в коробке с документами, когда будет искать свидетельство о рождении. Что двигало женщиной, решившей сохранить такой неприятное напоминание о прошлой жизни, сказать трудно. А к маме стали приходить кавалеры. Сначала дядя Петя, потом дядя Коля и дядя Олег. А мама требовала, чтобы девочка звала очередного кавалера папой, надеясь, что он позовет замуж. Но слово папа не выговаривалось и вязло на губах: разве мог бы хоть один из этих противных дядек быть ее папочкой? Да ни за что! А потом все внезапно прекратилось. Просто один из мужчин, услышав просьбу Нади, обращенную к дочери, бросил:
-На фиг мне сдалась твоя девчонка? И добавил знакомое слово, которое, в свое время, наделало переполох в детском саду. А мама сразу, как-то, съежилась, как будто ее могли ударить. А Таньке снова захотелось плакать.А потом появился дядя Саша с вечно мокрым, слюнявым ртом и с такими же потными ладонями. В один из вечеров они были втроем дома. Мама, как обычно, шебуршала на кухне. Танька, сидя, в кресле, читала книгу по внеклассному чтению. Тут мужчина неожиданно подошел близко-близко, и тяжело дыша в лицо какой-то дрянью, непривычно ласково спросил:
-Ну, как дела, зая? И положил свою руку на бедро девочки – она была в короткой юбочке: стояла страшная жара. Танька была еще слишком мала, чтобы понимать, что происходит. Но интуитивно чувствовала, что что-то не то. А потом увидела черную кайму, окаймляющую его ногти – это была грязь – и ее затошнило: от сального взгляда, от потливой ладони и от черной каймы под ногтями короткопалых рук. Поэтому, девочка вывернулась из-под руки и спросила:
-А почему у вас руки такие грязные?
-Ах, ты, ..! – заорал дядя Саша, совершенно не ожидавший такой вопиющей правды от этой недоразвитой шки.длы. – … ! Я тебя научу, как уважать взрослых! А девочка внезапно поняла, что она – права! И у дяди Саши, действительно, грязные руки. Но от этого легче не стало. К тому же, с кухни прибежала встревоженная мама: она услышала крик любимого кавалера и поняла, что в ее отсутствие происходит что-то неприятное. И виновата опять, конечно же, эта Танька! Куда бы ее сплавить, чтобы не мешалась под ногами? И не смотрела своими противными буркалами, от которых становилось не по себе. Ведь во взгляде детских глаз явно читалось взрослое презрение, укоризна и брезгливость: что же ты, мамочка, нашла себе такого к…? Неужели, не нашлось никого получше? И от этого у Нади портилось настроение и хотелось, почему-то, принять душ. А двенадцатилетняя Таня вечером ушла к бабе Зине – маминой маме, которая жила на соседней улице. Ушла, как положено, прихватив свой документ и оставив маме записку, чтобы та не волновалась: Ушла к бабе – это она видела по телевизору и так, когда-то, сделал папа. Бабушка не удивилась появлению внучки с вещами и спросила:
-Ну, что, уходили Сивку крутые горки?—Бабушка, какие горки? – удивилась девочка. – Ты перепутала: там, ведь, Сивка-бурка. А ты говоришь, горка!
-Эх, ты, гл.упо дело! – со вздохом произнесла бабушка: она лучше всех знала свою дочь Надю и понимала, что просто так из дома дети не уходят. И девочка осталась у бабули, которая все видела и была не ее стороне. Потому что прекрасно была знакома с проблемой изнутри, как принято сегодня говорить. Это оказалось очень удобно: можно было продолжать ходить в ту же школу и лечиться в той же поликлинике. Да и подружки остались прежними. А обрадованная Надя стала выделять матери некоторую сумму на содержание девочки. Правда, небольшую, но рачительной бабе Зине и этого хватало.Когда дочери исполнилось четырнадцать, мама, наконец-то вышла замуж! Она, все-таки, высидела, точнее, вылежала, свое счастье: бабушка и внучка на свадьбу не пошли. А через девять месяцев «в семье Новосельцевых» было еще два мальчика: у пары родились близнецы Михаил и Григорий. Что сразу же напомнило Таньке одну детскую забаву. К кому-нибудь подходили и произносили нехитрый текст: Мишка, Гришка, пощипай ехали на лодке. Мишка, Гришка утонули, кто остался в лодке? Ответ был естественным – пощипай, кто же еще! И это звучало, как команда и призыв к действию – все кидались щипать уворачивающегося и орущего ребенка. Ведь многие уверены, что слово расстегай – тоже команда. После рождения близнецов баба Зоя и Танька пошли к маме в гости. Бабушка встретила появление еще двух внуков прохладно: у нее уже была Танька, зачем еще кто-то? Поэтому помогать тетешкаться с малышами сразу отказалась. И тогда Надя стала давить на дочь: самой ей было не справиться, а денег на няньку в семье не было. Но пятнадцатилетняя девушка, глядя на двух орущих в унисон кукол Мишку и Гришку с красными от натуги сморщенными личиками, поняла, что они не вызывают у нее никаких положительных эмоций. Более того, у нее появилось привычное за последние годы чувство брезгливости, которое мама прочитала по ее взгляду, и той это явно не понравилось. К тому же, Таня уже вступила в период пубертата и у нее стали возникать несколько другие мысли и цели, нежели заводить кандиль, как говорила бабуля, с этой «сладкой парочкой». И девушка тоже отказалась. Но вопрос исчерпан не был: приглашения потетешкаться следовали регулярно. Сначала это было одноразовым. Тогда Танька пошла на уступки и стала иногда соглашаться, отпуская маму с дядей Димой, который оказался вполне приличным мужиком, ненадолго в магазин. Но близнецы росли и требовали все больше внимания. И мама активизировалась: теперь она захотела, чтобы дочь переехала к ней на постоянное жительство. Ведь время, когда можно было не париться и кормить детей исключительно грудным молоком, прошло. Насупило время прикорма, прорезывания первых зубов и других обычных хлопот с младенцами, которые у мамы присутствовали в двойном размере. Баба Зоя, все-таки, регулярно ходила навестить дочь и часто захватывала с собой внучку. Но это были, скорее всего, визиты вежливости: помогать во время них дочери она не кидалась. В один из их обычных приходов мама опять начала уговаривать дочку съехать от бабушки: и обе, как всегда, отказались. Им было хорошо вместе. К тому же, подросшая Танька оказалась хорошей помощницей по хозяйству. А еще надо было думать раньше! И тогда мама попыталась надавить: дескать, я с тобой мучилась, ночей не досыпала, а ты, неблагодарная, даже убежала из дома! А теперь пришло время собирать камни! То есть, начать помогать маме нянчиться с братиками. И тут Танька коротко и ясно объяснила маме, почему тогда убежала из дома: девушка уже прекрасно научилась формулировать свои мысли и выражать претензии.
-А не надо было твоему к… меня тогда лапать! – произнесла дочка. И мама, до этого пребывавшая в блаженном неведении, покраснела, а ее муж Димка с интересом взглянул на девушку: вот оно, что, оказывается!
А тут и баба Зина подоспела, коротко приказав:
-Отвяжись от девки. Родила – ро̀сти! И они ушли. А вечером позвонила мама и опять начала… И тут тихая Танька жестко и твердо произнесла:
-Я не вернусь, мамочка – учись обходиться без меня! Ведь это – твоя любимая фраза. Я даже не смогу сосчитать, сколько раз я ее от тебя слышала. Так почему же сейчас она перестала работать? Последний раз повторяю: больше по этому поводу мне не звони! И отключилась. Как же часто Таня мечтала, чтобы мама попросила ее вернуться! И вот желание девушки исполнилось. Но, почему-то, она ничего не почувствовала: ни радости, ни удовлетворения – на душе была одна пустота. В таких случаях говорят, что все выболело. А может быть, девочка стала взрослой, и эта небольшая месть показалось ей совершенно ненужной – Танька уже научилась прощать. А еще она внезапно почувствовала, что зло на маму, которое она испытывала все эти годы, ушло: девушка его отпустила – вдруг кому-то оно нужнее? К тому же, зло всегда имеет привычку возвращаться к своему творцу. Правда, мамочка? Автор: Ольга Ольгина
Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlanıb. “Turan evi” nəşriyyatında yayınlanan kitaba müəllifin həyat və yaradıcılıq yolundan bəhs edən müxtəlif səpkili araşdırmalar – yubiley yazıları, esselər, ədəbi portretlər, tanıtım məqalələri, xatirələr daxil edilmişdir. Yazıçının doğumunun altmış beş illiyinə həsr olunmuş kitabın tərtibçisi və yayına hazırlayanı gənc yazar Fidan Vahid, redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlidir.
“Dənizlə sahil arasında” kitabına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Misir, Böyük Britaniya, Koreya, Rusiya və başqa ölkələrin alimlərinin Vaqif Sultanlı haqqında yazıları yer almışdır. Bunların içərisində Azərbaycan müəlliflərindən Rais Rəsulzadənin “Mənalı ömür yolu”, Əli Şamilin “Vaqif Sultanlının həyatının bəzi anları”, Almaz Əliqızının “Zolaqlı yuva”nın sakinləri”, Cavanşir Yusiflinin “Küldən təpəcik olmaz”, Bədirxan Əhmədlinin “Vaqif Sultanlı portretinin bəzi cizgiləri”, Müzahim İsmayılzadənin “Vaqif Sultanlının “Qul bazarı”, Elnarə Akimovanın “Ədəbi tənqid diskursu: bütöv Azərbaycan məramı ilə”, Salidə Şərifovanın “İnsan dənizi”nin problematikası və bədii üslub palitrası”, Ağaverdi Xəlilin “Vaqif Sultanlının “Kilidli dönüş” hekayəsində dönüş konsepti”, Sürəyya Sultanovanın “Bir ömrün özəti”, İradə Musayevanın “Vaqif Sultanlının “Səhra savaşı” romanı haqqında”, Osman Fərmanoğlunun “Uzaq illərin yaxınlığı – təsadüflər yazısı”, Yusif Yusiflinin “Sənətlə elmin vəhdəti”, Eluca Atalının “Zamanından üstün ziyalı”, Samirə Məmmədlinin “Söz savaşı, səhra günəşi, yaxud axına qarşı”, İlahə Dadaşovanın “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək”, Fərhad Mədətovun “Vaqif Sultanlının “Səhra savaşı” romanında fəlsəfi motivlər”, İlhamə Qəsəbovanın “Öyrədənlərin öyrədəni: Vaqif Sultanlı”, Xəyalə Zərrabqızının “Tək bir insan dənizi”, Şahnaz Kamalın “Mənim elmdə atam”, Ruhəngiz Sultanovanın “Mənim müəllimim”, Fəxriyyə İsayevanın “İnsan dənizi”ndə tənhalaşan qəhrəman”, Gülay Tahirlinin “Kölgə tənhalığı”, Cansel Cavidin “Fenomenal yaddaş tapıntısı”, Nəzrin Rəsulzadənin “Ölümsüz”, Fidan Vahidin “Dənizlə sahil arasında…”, Sel Canın “Həyat, Qələm və Ölüm, ”Fəxriyyə Yüksəlin “Vaqif Sultanlının “İnsan dənizi” romanında şəxsiyyətin ikiləşməsi”, Elmir Həsənin “Ölüm yuxusu” və “Ölmək asan deyil” əsərlərində ölüm mövzusunun mahiyyəti”, Nəzrin Mirzəlinin “Adsız qəhrəmanların taleyi” yazıları diqqəti çəkir.
Kitaba daxil edilmiş Əhməd Sami Elaydinin (Misir) “Keçmiş və gələcək arasında zaman metaforası”, Pərvanə Bayramın (Türkiyə) “Tarixə işıqtutan bir hekayə: “Kulikovo savaşı”, Burak Sarıcının (Türkiyə) “İnsan dənizi” romanı haqqında incələmə”, Alsu Kamaliyevanın (Tatarıstan), “Azərbaycan postmodern romanında fəlsəfi bir arayış”, Salavat İshakovun (Rusiya) “Tarixçinin bir neçə sözü”, Min Can Kimin (Koreya) “Vaqif Sultanlının sönmüş ulduzları”, Bakıtgül Kuljanovanın (Qazaxıstan) “Yaxşılığın özgələşməsi yoxdur”, Xurşidə Qədirovanın (Özbəkistan) “Həyat və xəyalların inikası”, Mixail Brannokun (Böyük Britaniya) “Tərs axın” kitabı ilə bağlı düşüncələr” və başqa yazılar müəllifin yaradıcılığına yanaşma tərzinin fərqliliyi ilə maraq doğurur.
Kitabın mühüm özəlliklərindən biri məqalələrin yazıldığı dildə təqdim olunmasıdır. Qeyd edək ki, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olan Vaqif Sultanlı “İnsan dənizi”, “Səhra savaşı”, “Ölüm yuxusu” romanlarının, “Sönmüş ulduzlar”, “Qul bazarı”, “Heçlik vadisi”, “Tərs axın” adlı hekayələr toplusunun müəllifidir. Onun elmi-nəzəri araşdırmaları “Ağır yolun yolçusu”, “Azadlığın üfüqləri”, “Ədəbi-nəzəri illüstasiyalar”, “İstiqlal sevgisi”, “Ömrün nicat sahili”, “Azərbaycan mühacirət ədəbiyyatı”, “Azərbaycan ədəbi tənqidi”, “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” və başqa kitablarda əksini tapmışdır. Vaqif Sultanlı həmçinin tərcümə yaradıcılığı ilə də məşğul olmuş, Sergey Jitomirskinin “Surakuzlu alim” tarixi romanını, Rəşad Nuri Güntəkinin “Yarpaq tökümü” və “Dəyirman” romanlarını, Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabını, habelə bir sıra dünya yazıçılarının hekayələrini Azərbaycan türkcəsinə çevirmişdir. Müəllifin bədii və elmi əsərləri dünyanın bir sıra dillərinə çevrilərək yayınlanmışdır.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
В коридоре женской поликлиники на скамье сидела пожилая женщина. Рядом с ней сидела щуплая девочка, лет 15 – ти, в короткой юбке, из под которой торчали острые коленки. Бабушка привела внучку на аборт. Бабушка всё время тяжело вздыхала. Внучка с испуганным взглядом озиралась по сторонам. Рядом с ней стоял пакет. Подошла девушка, лет 30, и присела рядом.
-Вы в этот кабинет?
-Да.. А скажите, это не больно?
-Неприятно, конечно, но там обезболят. Главное, что это быстро, минут 5 от силы, если срок маленький. Так говорят, я первый раз тут. Я и сама боюсь, если честно. И умом понимаю, ведь ребёнок ни в чём не виноват..
-Господи, вот же угораздило.. Понимаете, это моя внучка, учится в 9 – ом классе, и парень её обманул, бросил.. А она беременная. Он знать ничего не хочет про ребёнка. А нам что делать? Ей же школу надо закончить.. Родителей нет у неё, я сама её вырастила..Ох, горе – то какое..
-Ба, да хватит тебе уже, не рви мне сердце, и так тяжело.. Вон девушка сказала же, что не больно будет, раз, и всё..
-Ох, внуч, там же ребёнок у тебя, живой, а ты раз и всё..Дитё не виновато ни в чём, правильно девушка сказала. Знаешь что, вставай, пошли, ничего, вырастим. В войну вон рожали, и ничего. Справимся. И Петька твой не нужен, отец называется.. Вставай, бери пакет, пошли домой, нечего нам тут делать. Девочка будто этого и ждала. Схватила пакет и пошла к выходу, бабушка вышла следом. Девушка, сидящая на скамье, улыбнулась, глядя им вслед, думая о чём – то своём.. Двадцать лет спустя
-Мама, я люблю его, у нас всё серьёзно, уж поверь! Дима хороший парень, у него большое будущее!
-Ну какое там будущее, если вы поженитесь.. Закончите универ, а там видно будет!
-Мам, нам по 20 лет уже, не маленькие. Свадьба учёбе не помешает, тем более, мы не будем тратить деньги, распишемся и всё, зачем нам эти условности. Поужинаем в ресторане с родителями Димы и его бабушкой и всё, с друзьями мы сами потом отметим. Дима бабушку очень любит, она его вырастила.
-Ох, Машка, ну чего не сделаешь ради любимой дочери! Надо же нам познакомиться с родителями Димы, сватами будем, как – никак..
-Пригласи их в гости, мам..
-Здравствуйте, проходите! Я Машина мама, Юлия. Садитесь за стол.. Глядя на Димину бабушку, Юле показалось, что она её где-то уже видела. Мама Димы, Аня, была очень молодой, выглядела чуть старше сына. В разговоре выяснилось, что родила она его в 16 лет, от одноклассника, который сначала отказывался от ребёнка, а потом вынужден был жениться на Ане, чтобы не сесть в тюрьму. На бумаге только они муж и жена были, не жили вместе, а потом и развелись.
-Вы знаете, Юля, стыдно признаться, но мы же хотели избавиться сначала от Димочки.. Анька ведь соплячка ещё была, какая с неё мать.. Родителей у неё не было, мать померла молодая ещё, а отец в тюрьме сгинул. Я её одна растила. И тут в подоле принесла.. Ну куда рожать, кому? Когда пришли уже в больницу, ждали очереди на процедуру эту, девушка одна подошла. Тоже на аборт. Говорит, дети не виноваты ни в чём, и меня будто по лбу стукнули, разве ж можно дитя убивать невинного.. Это знак свыше был, чтобы остановились, и Димку сберегли. Девушку ту сам Бог послал, видимо. Мы с Анькой ушли из больницы домой. До последнего она ходила в школу, закончила 9 классов, а больше нам и не надо было. Родился Дима, я с ним сидела, а Аня ходила в училище, выучилась на кондитера. Петька, отец Димкин, никак не помогал, и его родители тоже. Ничего, справились. Анька потом за хорошего человека замуж вышла, дочку ещё родила. Печёт теперь торты на заказ, и неплохо зарабатывает. Вы не переживайте, если Дима с Машей поженятся, им есть где жить, квартиру им свою отдам, а сама к Ане переберусь. Вот такая история у нас. Юля не верила своим ушам. Это были те самые бабушка с внучкой, которые ушли из больницы. Ведь благодаря им, она решилась оставить ребёнка, её любимую Машку.. После разговора с бабушкой тогда, ей вдруг стало спокойно, она поняла, что надо рожать, всё будет хорошо. Ребёнок был от женатого мужчины, который был её первой любовью. Жизнь развела их в разные стороны, и когда они вновь встретились, то он был уже женат. Только один раз у них была встреча, после которой она поняла, что беременна. Семью ему она разбивать не хотела, о ребёнке ничего не сказала, решив, что не имеет права рожать, портить жизнь и себе и ребёнку. Решившись на аборт, Юля уговаривала себя, что так будет лучше. Но бабушка с внучкой за 5 минут поменяли её мышление на эту тему. Если уж они справятся, то она и подавно. Она решила, что это знак свыше. Юля ушла из больницы, вслед за ними. Беременность и роды прошли хорошо, родилась её единственная дочурка, самый любимый человек на Земле. И вот их снова свела судьба. Только теперь по радостному поводу. Дети, которых могло не быть, собираются пожениться. Это-ли не знак судьбы? Часто люди получают знаки свыше. Кто-то прислушивается, кто-то нет. Иногда бывает достаточно 5 минут, чтобы изменить свою жизнь. Например, решение оставить ребёнка, которого не хотели, не ждали. А потом жизни не представляют без этого ребёнка, и с ужасом думают, что его могло и не быть.. Всякое в жизни бывает, но если вы чувствуете, что совершаете ошибку, не спешите, ведь иногда 5 минут многое решают..
YAZARLAR cameəsi adından jurnalımızın redaksiya heyəti üzvü, Norveç təmsilçisi Günay Əliyevanı doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!! Uğurlarınız bol olsun!!! Allah Sizi qorusun!!! Hörmətlə: Zaur Ustac