Məhəmməd Kərimov – Uğur psixologiyası

ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

XVI Hissə
 
Uğur psixologiyası

(Mövzunun Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsi ilə izahı)

Həyatımız boyunca yaxşı və pis olmaq şərti ilə daima hadisələrlə qarşı-qarşıya oluruq. Bir mövzuya dair marağımız olur və bəzilərimiz həmin mövzunu özümüzə məqsəd seçirik. Ona sahib olmaq, dünyada mühüm işlər başara bilmək niyyətinə sahib oluruq. Bəs uğur əldə etmək üçün nəyi tam olaraq anlamalıyıq?
Hüceyrə fəzada olan enerji tezlikləri həcmlərinin son tamamlayıcı versiyasıdır, yəni hər bir qarşılaşdığımız hadisənin və ya toxunduğumuz cismin tamamlayıcı versiyasının hüceyrəmizdə olma səbəbi, həmin hadisə və cisimləri hiss etməyimizə səbəb yaradır. Bu tamamlayıcı amil hüceyrə daxili proteinlərdir. Onlar, sanki siqnal qəbulediciləridir. Əgər bir amilin siqnal qəbuledicisi hüceyrə daxilində yoxdursa, o zaman hüceyrə tipli varlıq olaraq bizlər, o amilin fərqinə varmayacayıq. Hər şey tezliklər ölçüsündə var olmaqdadır. Hər bir amilin müəyyən tezlik ölçüsü vardır ki, əgər tezlik ölçüləri hüceyrə daxilində tanınmırsa, onu anlayacaq olan siqnal proteini yoxdursa, demək həmin tezlik ölçüsünə sahib amil hiss olunmayacaqdır. Bu bilgilərdən uğur yolunda necə istifadə edilməlidir?
Düşüncələrimiz özlərinə məxsus elektrik cərəyanına, yəni tezlik ölçüsünə sahibdir. Hər bir düşüncə fəzaya yayılan yeni bir tezlik ölçüsü deməkdir. Bu yoldan istifadə edərək tərs mühəndislik taktikası ilə həyatımızı istədiyimiz yönə dəyişə, uğur əldə edə bilərik. Əgər ətraf fəzada olan tezlik ölçülərinin hüceyrəmiz daxilindəki tamamlayıcılarına əsasən varlığımızı formalaşdırırıqsa, o zaman düşüncənin də tezlik ölçüsünə sahib olma xüsusiyyətindən istifadə edərək həyatımızı qura bilərik. Sahib olmaq istədiyimiz məqsədimizə artıq çatmağımızı düşünərək və ya onu arzulayaraq fəzada həmin tezlik ölçüsünü yaratmış oluruq və bu dəfə həmin tezlik ölçüsü hüceyrəmizdə formalaşaraq fəzaya yayılacaqdır. Beləliklə də fəzaya yayılan tezlik ölçüsü özünəməxsus digər tezlik ölçüləri ilə hüceyrəmizə yönələcəkdir, yəni bunu bir kanal olaraq düşünə bilərik. Normalda hüceyrə özündə olan tamamlayıcı vasitəsilə kanaldan istifadə edərək fəzada olan tezlik ölçülərini özünə çəkir, onları hiss edir. Bu dəfə isə hüceyrə daxilində müəyyən tezlik ölçüsü yaradaraq fəzaya göndərir və həmin tezlik ölçüsü özünəməxsus amillərlə tamamlanır. Və hüceyrəmizdə uzatdığımız kanal vasitəsilə də bütün o mövzuda olan amillər bizə, hüceyrəmizin hiss edə biləcəyi mövqelərə gəlir, yəni hər zaman sevgi, sevinc, gözəllik, uğur haqqında düşünməliyik. Uğurumuzu, istədiyimiz başarı mövzusunu xəyal etməli və ona artıq sahib olduğumuzu duymalıyıq. Çalışaraq, əlimizin altında olan amillərdən istifadə edərək məqsədimiz uğrunda işlər görməliyik. Çalışdıqca, əlimizin altında olanlarla nələrsə etməyə çalışdıqca, əlimizin çatdığı, edə biləcəyimiz daha çox şeyin bizə gəldiyinin şahidi olacaqsız. Bu hüceyrəmizdən enerji tezlik ölçüsü yaradaraq göndərməyimiz və həmin tezlik ölçüsünün də özünə xas olan digər amillərlə birləşməsi və  yaranan kanal vasitəsilə lazım olanların bizə gətirilməsinə görə olmaqdadır.

Vacib qeyd :

Astrobios fərziyyə və fəlsəfəsi Məhəmməd Kərimov adına “Neytrallıq nəzəriyyəsi” adı altında 25.06.2021-ci il qeydiyyat tarixinə mənsub olan 04/C-11859-21 qeydiyyat nömrəsi ilə alınmış müəllif hüququ da vardır.

ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tanınmış yazıçı Pərvanə  Bayramqızının “Siz harda yaşayırsınız?” adlı kitabı çap olunub.

Tanınmış yazıçı Pərvanə  Bayramqızının “Siz harda yaşayırsınız?” adlı kitabı çap olunub.

Iyirmi hekayəni əhatə edən kitabın nəşr ünvanı “Füyuzat”dır.

Cəmiyyətin ictimai-sosial həyatına həssaslıqla yanaşan müəllif indiyədək saysız-hesabsız publisist mətnlər, hekayə, gündəmlə səsləşən esselər, resenziyalar yazıb.

Dil məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrin hər biri kitablarına daxil edilib.

Müəllifin çap olunan ilk kitabı “Qəlbimin istəkləri”dir. Yalnız şeirlərdən ibarət olan kitab 2008-ci ildə çapdan çıxıb.

Vətən, yurd, el-oba sevgisi, müharibənin fəlakətləri, fərdi yaşantılar, sevginin paklığını, ayrılıq əzablarını əks etdirən mətnlərlə zəngin “Yaza bilməyən yazıçı” kitabından sonra pandemiya dövrünün ağrı-acıları, maddi çətinlikləri, sərbəstlik məhdudiyyəti, ölümü, ayrılıqları, ana dilinin qorunması, cəmiyyətin problemləri, sosial şəbəkələrin faydalı-zərərli tərəfləri haqqında geniş yazıların toplaşdığı “Karantin zədəsi” kitabı işıq üzü görüb.

Yazıçı dördüncü – “Bir də gördüm…” kitabını atasının xatirəsinə həsr edib.

Bədii-publisist yazıları əhatə edən “Asan çətinliklər” bu ilin mart ayında ərsəyə gəlib.

İnsanları düşündürən, narahat edən mövzularda P.Bayramqızının sosial şəbəkələrdə yazdığı statuslar izləyicilər tərəfindən maraqla qarşılandığından bir çox deyimləri dillər əzbəri olub. Yazıçı mənən zəngin-yoxsul fərdlərin daxili aləmini, onların sosial həyatdakı davranışlarını, bir-birinə münasibətlərini xırda detallaradək təsvir etməyi bacarır.

Digər kitablarından fərqli olaraq “Siz harda yaşayırsınız?”  kitabında yalnız hekayələr yer alıb. Əksəriyyəti müəllifin yaradıcılığının ilk mərhələsində qələmə alınan nəsr nümunələrinin mövzusu müxtəlifdir. Eyni zamanda son aylarda sayt, qəzet  və jurnallarda dərc edilmiş yeni hekayələrin də sıralandığı kitab sayca altıncıdır.

“Dağıntılar altındakı sevinc” hekayəsində Azərbaycan qadınının son nəfəsində də həyasını qoruduğu məqam təsvir edilib. “Pul kisəsi”, “İnsanlığın hekayəsi” müharibənin insanların həyatında buraxdığı xatirələri, əməlləri obrazların hissləri, rəftarları vasitəsilə göstərir. “Ağ divarda qara yazılar…”, “Yazılmayacaq hekayə” sevgi mövzusundadır. “Uzaq səfər – yaxın yol” hekayəsində ağbirçəyin el-obasına bağlılığı bədii boyasız təsvir edilir. “İki qadın” fərqli həyat tərzi yaşayan qadınların daxili nitqindən, “Uçurum”sa cavan nəsillə yaşlı nəslin həyata baxışından bəhs edir.

Oxucuların illərdir maraqla oxuduğu “Yeddi sual” hekayəsi də kitaba daxil edilib. Digər hekayələrin mövzusu ilə tanış olmaq və “Siz harda yaşayırsınız?” sualının kimə ünvanlandığını bilmək istəyənlər üçün kitab oxucuların ixtiyarına verilir.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ülviyyə Əbülfəzqızı – Dostum da mənəm düşmənim də…

Dostum da mənəm düşmənim də

Yaxın zamanlarda yaşadığım hadisə bir daha sübut etdi ki, insana ən ağır zərbəni elə özü vurur.
Bəlkə də, həyat özümüzü özümüzdən qorumaq üçün bizə müəyyən vaxt çərçivəsində verilən bir meydandır.
Özümüz özümüzdən qorxmalıyıqmı?
Bir az dodaqları qaçıran sualdı, deyilmi!?
Amma ciddiliyinə varanda, əlbəttə, qorxmalıyıq. Ömrümüz boyu “gah dağın zirvəsində oluruq, gah dərədə..” Məgər dağı çıxan və o dağdan guppultu ilə yıxılan özümüz deyilik? Bir az nağılvari üslubu daha da sadələşdirək. “Dağın zirvəsi” dedikdə beynimizdən səmərəli istifadə edib nailiyyətlər əldə etməyimiz əsas götürülür. Zirvədən eniş isə səhv addımlarımız- nəfsin qulu olmaq, ətrafdakıları düzgün seçməmək, dost adı ilə tanıdığımız “fəlakətə ömrümüzü qonaq etmək” nəzərdə tutulur. Təkrar- təkrar eyni səhvləri etmək faciənin ikinci adıdır.
Axmaqlar eyni şeyləri edib fərqli nəticə əldə etməyi gözləyənlərdir. (A. Enşteyn)
Razıyam, bəzən axmaq obrazı da oynayırıq bu həyat kitabımızda…
Bu rolu oynamağı da yenə özümüz seçirik.
Söylədiyim kimi bu yaxınlarda maraqlı və məni dərindən düşündürən bir hadisə ilə qarşılaşdım.

İş təklifi ilə bağlı görüşüm vardı. Məlum oldu ki, savadlı, həm də yazar bir xanımla da görüşülüb ikimizdən biri seçiləcək. Təbii ki, seçim etmək hər kəsin hüququdur və layiq olan seçilməlidir. Anladım ki, bir çox namizədlərdən iki nəfər iddialı olduğu üçün son mərhələyə qalıb.
İşin əsas maraqlı tərəfi bu idi ki, seçim turları müxtəlif yerlərdə və ayrı- ayrı şəxslər tərəfindən keçirilmişdir.

Sözün açığı söyləyim ki, imtahanlarda, müsabiqələrdə hər zaman az da olsa, həyəcanım olur və düşünürəm ki, olmalıdı da.
Bu məsuliyyətli olmağın göstəricisidir. O rəqib haqqında düşündüm və yazar olmağı daha çox marağıma səbəb oldu.
Dayana bilməyib o yazar xanımın adını soruşdum. Onun ismini eşidəndə ” dəli gülmək” yaxamı buraxmadı.
Qarşımdakı xanım, əlbəttə, ciddixarakterli birinin ani “dəli” gülüşünə təəccüblənəcəkdi.
Bax yenə günahkar özüm idim.
Çünki müsahibələrin birinə yaradıcı adımla, birinə isə rəsmi sənəddəki adımla qatılmışdım.
Bəli, nəticədə hər ikisi mən idim.
O zaman anladım ki, elə özümüz özümüzə həm dostuq, həm rəqibik, həm düşmənik. Amma bu dəfə özümlə bir az öyündüm, çünki yaxşı mənada özümdən- rəqibimdən qorxmuşdum.
Hələ o rəqibimə təşəkkür borcluyam bu yazı üçün.

Müəllif: Ülviyyə ƏBÜLFƏZQIZI

ÜLVİYYƏ ƏBÜLFƏZQIZININ YAZILARI


QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru