Həqiqət Həqiqinin yeni şeirləri – SEVGİNİN RƏNGİ

TÖHMƏT ALARDI

Ömür yollarımın sahilindəyəm,
Həyat ləpələnir dalğalar kimi.
Xəyallarım xırda qum dənəciyi,
Dəniz düşüncələr yuyur eşqimi.

Fırtınalar qopur ömür yolumda,
Dönür qağayıya xoş xatirələr.
Tutub əllərimdən məni aparır,
Yolunu itirmiş, boş xatirələr.

Sevgim dalğaların arasındadır,
Həsrəti bir ümman, cağlayan dəniz.
Ləplər siləcək göz yaşlarını?
Ay mənim dərdimə ağlayan dəniz?!

Yelkənsiz gəmiydi ötən günlərim,
Arzular içində azıb qalardı.
Şaşqınlıqlar ilə itən ömrünə,
Həyatdan ən ağır töhmət alardı…

10. 07. 2024.

GƏLƏ BİLMƏDİM

Vəfasız əllərə əl uzatmaram,
Gözəl həyatıma kədər qatmaram,
Sevirəmsə yarı, heç vaxt atmaram,
Əsdi xəzan yeli, gələ bilmədim!

Kədər bəzək burdu naxışlarımdan
Kəsildi ümüdüm alqışlarımdan,
Elə leysan axdı baxışlarımdan,
Kəsdi sellər yolu gələ bilmədim!

Qaranlıq gecənin sübh sabahı var,
Bir açı kədərin, sevinci olar,
Mən sənə gələrkən bağlandı yollar,
Tökdü leysan,dolu, gələ bilmədim.

06. 07. 2024.

MÖHÜRLƏNİB RUHUNA

Sənin saçarında bəyaz teləm mən,
Eşqimlə qəlbində böyük eləm mən,
Soyuq ovucunda odlu məhəbbət,
Dərin baxışında güclü seləm mən.

Sənin ürəyində gəzəcəm daha,
Burda ötən zaman hər şeydən baha,
Gəzdiyim məkanı qorusun deyə,
Hər gün yalvarıram uca Allaha.

Həyat yollarının izində varam,
Sevgi libasımla könlünə yaram,
Həsrətin açdığı köz yaraların,
Gəlmişəm əzizim qəlbimlə saram.

Gözəl duyğularla olmuşuq qohum,
Daha möhürlənib ruhuna ruhum,
Hicranın uzaqdan boylanıb baxsa,
Acı ayrılığa qalmayib qorxum.

04.07.2024.

SƏNİN DOĞUM GÜNÜNƏ

Bu gün ad günündür nə deyim axı,
Yaraşsın səndəki gözəl ürəyə.
Əzizim, deyirəm çətin həyatda,
Asan yollarla çat arzu – diləyə.

Nə deyim könlünə yatsın sözlərim,
Misramı qəlbinə əbədi hörüm.
Hər kirpik çalanda dinən gözlərim,
Sənin baxışınla danışan görüm.

Ömrünün yüzüncü pilləsində dur,
Vüqarın heç zaman yerə enməsin.
Sevincdən, şənlikdən qəlbdə oda qur,
Səni üzən kədər geri dönməsin.

Nə desəm, nə yazsam şəninə azdır,
Dəryadır, dənizdir sənə arzular.
Bizim unudulmaz illərimiz var,
Otuz il geridə, o, məsum qızlar…

01.07.2024.

SƏNLƏ GÜLÜRƏM

Hər gün doğulursan sevgilərinlə,
Qəlbimə yeni ruh köç edib gəlir.
Sənin hər zamanın, cümlələrinlə,
Mənim kədərimi, qəmimi dəlir.

Ruhun gözəlliyi nur içindədir,
Bizim məhəbbətin üstə ələnir.
Aldığın o nəfəs eşq köçündədir,
Odama səninlə eşq səpələnir

Səninlə çox şadam mən bu düyada,
Səsini, sözünü məlhəm bilirəm.
Səni yaradana, tanrıya şükür,
Sən varsan, dərdə də sənlə gülürəm.

01.07.2024.

BİR EŞQ MƏBƏDİ

Deyirsən kədərdən, qəmdən uzaq ol,
Qaçıb gizlənirəm, qəm məni sarır.
Bürünüb sən adlı məhəbbətimə,
Sevmək istəyirəm, bağrımı yarır.

Deyirsən kədərdən, qəmdən uzaq ol,
Yolumu dəyişdim, yoluma çıxdı.
Sənin eşqin ilə elə güclüydüm,
Taqətimi aldı, dərd məni yıxdı.

Deyirsən kədərdən, qəmdən uzaq ol,
Uzağam, qəlbinə gəlib köçmüşəm.
Daha azarımda təhlükə yoxdur,
Sənin ürəyindən məlhəm içmişəm.

Deyirsən kədərdən, qəmdən uzaq ol,
Deyirsən sevincə bağlan əbədi.
Əzizim, məkanım sənin qəlbindir,
Mənimçün tikmisən bir eş məbədi.

29.06.2024.

EŞQ APARARSAN

Bir gün əl verərsən, ovuclarında,
Yenə də evinə eşq apararsan.
Dünyaya sığmayam məhəbbət dolu,
Sevən ürəyimi sən qopararsan.

İlahi gözəllik ram edər səni
Yenə də yol boyu xəyal qurarsan,
Sevgini min dəfə anlatmaq üçün,
“TUPOYSAN” deyərsən, tənə vurarsan.

Bir gün pəncərəni döyər damcılar,
Xəyalım boylanıb boyuna baxar.
Külək döyəcləyib qapını açar,
Rahiyəm süzülüb qəlbinə axar.

Bir gün səs duyarsan, qulaqlarında,
Pıçıltım yenidən ağlını alar.
Bir gün o təbəssüm dodaqlarında,
Öpdüyün telimin ətiri qalar.

Yenə ağladarsan süzgün baxışı,
Sinəndə yaranar məhəbbət seli.
O sənə qısılar tənhalığından,
Eşq ilə sararsan o incə beli.

23. 06. 2024.

SEVGİNİN RƏNGİ

Sizə məhəbbətin gözəlliyindən,
Sevginin rəngindən söhbət açıram.
Nura boyayıram misralarımı,
Çünki, mən eşq ilə işıq saçıram.

Günəş şəfəqi tək göz qamaşdıran,
Məhəbbət gecəmin ay işığıdı.
Sevgi paklığından şəffaf, dupduru,
Sevən ürəyimin yaraşığıdı.

Mən eşqdən yaranıb, eşqə varıram,
Eşqin bir qətrəsi cahana dönür.
Aldığım nəfəsdə, vuran ürəkdə,
Sevgi var, olmasa kainat sönür.

22. 06. 2024.

Müəllif: Həqiqət HƏQİQİ

HƏQİQƏT HƏQİQİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yusif Mirzəzadə – Mənim idealım!

Hər kəsin bir idealı vardır və olmalıdır. Bu inkişafın əsas şərtlərindən biridir. 1 il kimi qısa bir müddət olmasına baxmayaraq çox xatirələr və böyük bir təcrübə yaşadım. Qeyd etmək lazımdır ki, bu yolda hər gün yanında olan bir nəfər var idi ki, bu əziz və dəyərli müəllimim Yunis müəllim idi. Yeri gəlmişkən, heç kəs bilməsə də, ixtisas seçimi zamanı Naxçıvan Dövlət Universitetinində Hüquqşünas təhsili almağı seçməyimin əsas səbəblərindən biri məhz onun kimi yüksəkixtisaslı kadrın burada olması idi. Bizə ilk dərsə gəldiyi gün yadımdadı. Danışıq tərzi, söz seçimləri və duruşu məndə çox xoş təsürat və maraq yaratmışdı. Keçən bir il göstərdi ki, Yunis müəllim sözün əsl mənasında peşəsinin üstəsindən layiqincə gəlir və gələcəyə savadlı hüquqşünas kadrlar yetişdirmək üçün əlindən gələni edir. Bu gün qeyd etmək istəyirəm ki, Yunis hocam təkcə mənim üçün bir müəllim deyil, açıldığım bu geniş dəryada yol göstərən bir mayakdı, yoldaşdı, daim yanımda hiss etdiyim bir qüvvədi. Bu qeyri-şərtsiz onun uğurudur ki, tələbələrinə özünü hərtərəfli sevdirə bilib. Yeri gəlmişkən, bu gün həm də onun doğum günüdür. Ən səmimi və içdən arzularımla Yunis hocama möhkəm can sağlığı, uzun ömür, sarsılmaz iradə, böyük nailiyyətlər, xoşbəxt və səadət dolu günlər arzu edirəm. Doğum gününüz mübarək !

Hörmətlə: Yusif Mirzəzadə

YUNİS XƏLİLOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qazi Zaur Ustac

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

10 iyul Yunis Xəlilovun doğum günüdür!

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi Yunis Xəlilovu YAZARLAR cameəsi adından təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, YUNİS müəllim!

Hörmətlə: Zaur USTAC

10.07.2024. Bakı şəhəri.

YUNİS XƏLİLOVUN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru