Bir ustad şairim köçdü dünyadan…

Budaq Təhməz – foto 04.03.2023. Bakı şəhəri.

Ömrünü 86 yaşında bizə bağışlayan
ustad şair Budaq Təhməzin xatirəsinə

Bir ustad şairim köçdü dünyadan

Bir ustad şairim köçdü dünyadan,
Bir uman yerim də kəsildi getdi…
Söz adlı bağından hey bar dərdiyim,
Bir güman yerim də kəsildi getdi…

Vətənlə ağlayan,Vətənlə gülən,
Hər zaman dərdini Vətənlə bölən…
Vətənin dərdini öz dərdi bilən,
Bir aman yerim də kəsildi getdi…

İlk başdan kəsildim sözünə vurğun,
Dərə, təpəsinə, düzünə vurgun…
Min-min qəlb isidən sözünə vurğun,
Bir iman yerim də kəsildi getdi…

Asıldım ruhunun kəhkəşanından,
Cüc aldım ucalan şair şanından.
Könlündən doğulan aydın damından,
Bir ümman yerim də kəsildi getdi…

Tutub kəməndindən yollar yortduğum,
Söz-söz, misra-misra qollar yortduğum….
Talıboğlu,şövqlə qallar yortduğum,
Bir kaman yerim də kəsildi getdi…
06.08.2024.

Müəllif: ƏLƏSGƏR TALIBOĞLU

ƏLƏSGƏR TALIBOĞLUNUN YAZILARI

Budaq Təhməzin yazıları


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir