Вера зашла на кухню и застыла. На столе грязь и посуда, возле чайника лужа чая, в раковине тоже не пойми что… Из спальни слышны звуки «эпичной» битвы. Это муж так ищет новую работу. Он всегда так ищет новую работу. За четыре года совместной жизни это уже пятые поиски. Вера заглянула в холодильник, а там как всегда пусто. Она открыла морозилку, вынула пакет со самосборным овощным набором, кинула его на сковородку и начала убирать кухню. ………… О, Веруньчик, а что у нас на ужин? — Степан судя по его хорошему настроению всё же победил в своей «эпичной» битве. -На ужин были котлеты с рисом, которые ты съел единолично. Больше ничего на ужин нет. -А это что? — Степан открыл крышку сковородки. -А это мой ужин. Ты свой уже съел. -Тебе для меня еды жалко? Права была мама. — Степан сделал обиженное лицо, но Веру это уже больше не трогало. -Если она была права, то и езжай к ней ужинать. -Ну и поеду! — Степан громко лопнул дверью. На это Вера и рассчитывала. Она достала из сумки контейнер из местной кулинарии. Шикарные куриные оладьи. Но с этим нужно что-то делать. В субботу у Веры с подругам была назначена посиделка. Идти туда не хотелось. Но они и так редко встречаются. Обязательный один раз в месяц. Чаще не получалось. У одной дети, у другой дача родителей и прочие женские дела. Так что обязательно раз в месяц для успокоения души. Все уже собрались, когда пришла Тома. -Это невыносимо. Нормальные мужики кончились. Этот болван оказался маменькиным сынком и нюней. — Тома своим присутствием заполнила всё пространство. Вера не любила Тому. Точнее в вопросах, касающихся мужчин, у них были серьёзные разногласия. Тома была беспринципной женщиной. Её не останавливало ни наличие законных супруг, ни детей. Если она хотела заполучить мужчину, то не останавливалась ни перед чем. Тома не прекращала свой монолог, не давая никому ни слова сказать. Вера смотрела на неё и в голове возникла идея. Когда Тома наконец выговорилась, то Вера решила начать свою игру. Продолжение рассказа в комментарии под постом.
Dələduz. Mental dəyərlərə zidd bu termin el arasında “maşennik” kimi də tələffüz olunur. Bəlkə də bu ondan irəli gəlir ki, belə bir məharətə malik olan ünsürlər cəmiyyət üçün, parazitlər qrupunun ön sıralarında yer alan quldur, oğru, cibgir, rüşvətxorlardan daha təhlükəlidir. Buna görə də istəməzdik ki, belə sürüşkən qurdlar bizim aramızda olsun. Quldurdan da, oğrudan da, rüşvətxordan da, cibgirdən də yayınmaq mümkündür. Dələduzları isə sanki sabunlayıblar, elə sürüşkəndilər ki, asanlıqla hər kəsin ürəyinə girib nəyi varsa əlindən alırlar. Bunlar o qədər hiyləgərdirlər ki, ətrafındakı ən yaxın adamlarını da çətinlik çəkmədən ram etməyi bacarırlar, onların çirkin əməliyyatlarını icra etmək üçün hünərə, qoçaqlığa gərək yoxdur, ən böyük məharətləri hiyləgərlikdir. Özləri də nadir hallarda hüquq orqanları tərəfindən mühakimə olunurlar. Dövlətin ədalətindən yayındıqları kımı, həyat adlı vicdan hakiminin mühakiməsindən məharətlə qurtula bilirlər. Belə tuplər vicdan anlayışından uzaqdılar. Axirətin sorğu-sualı da belələrinin vecinə deyil. Çünki onlar bu dünyanı seçiblər, o dünyanın mövcudluğuna şübhə ilə yanaşırlar. Özlərini nağdını qoyub, nisyənin ardınca gedəcək dərəcədə axmaq saymırlar. Hamıdan yüksək və xoşbəxt olduqlarını zənn etsələr də, əslində, nə qədər bədbəxt olduqlarından xəbərsizdilər. Belə tiplər müəyyən müddət ərzində cah-cəlal içində, xoş dövranlarını sürəcəklər. Bu, qısa da çəkə bilər, uzun da. Paxırları açılandan sonra elə bir vəziyyət yaranacaq ki, geridə qalan xoş günlərini ürəkləri sızlaya-sızlaya xatırlamaqla kifayətlənəcəklər. Nədənsə bunlar özlərinə yad hisslərdən – haqq-ədalətdən, namus-qeyrətdən, mərdlikdən, kişilıkdən ağızdolusu dəm vururlar. Sadəlövhləri məharətlə ovsunlayırlar. Aldıqları ətin halal olması ilə maraqlanırlar, amma qazandıqları haramı ailəsinə bəh-bəhlə yedizdirirlər. Təəssüflər olsun ki, bunlar yan-yörəsində nüfuz sahibinə çevrilirlər, sözü keçən, iş aşıran olurlar. Qanunları tapdalayıb mümkünsüzü mümkünləşdirirlər. Rahat yolla “qənimət” əldə edirlər…
*
Nadir darvazalarının yanında taxta oturacaqda oturub siqaret çəkirdi. Qarşı tərəf qonşusu Mayis küçəyə çıxıb, harasa tələsirdi. Salamlaşdıqdan sonra Nadirdən soruşdu: – Qonşu, əvvəllər dağa ova gedərdin. İndi gedə bilərsənmi? – Neçə illərdir getmirəm. O vaxtlar tüfəngimi polislər aparıb, geri qaytarmadılar. İndi də oralar qoruqdur. Ekologiya nazirliyindən rəsmi sənəd almayanı buraxmırlar. – Bəs mən nə edim? – Mayis köksünü ötürdü. Hələ qonşusunu bu cür aciz hala düşdüyünü görməyən Nadir soruşdu: – Birtəhər dəyirsən gözümə. Nə baş verib? – Atam neçə gündür yoqurtdan başqa qida qəbul eləmir. Səhər zorla qandırdı ki, ürəyi qar istəyir. Yadındadırmı? Uşaqkən bir dəfə bu vaxtlar dağa qalxmışdıq. Dərənin dibində əriməmiş qar qatı vardı. Tanıdıqlarından ordan qar gətirəcək kimsə var? Zəhmət haqqını ödəyərdim. – Var. Dağa qalxmağa da gərək yoxdur. – Bu necə ola bilər ki? – Çox sadəcə. Maşına oturursan. Sürürsən rayona. Dondurma satanların soyuducularından buz qoparıb, döyəcləyib toz halına salırsan. Fincana doldurub çay qaşığı ilə yedizdirirsən. – Dediyin ağla batandır. Bu vəziyyətində kişini aldatmağım yaxşı çıxmır axı. – Şəxsən sənin xətrinə asan çıxış yolu göstərdim. Bunu aldatmaq kimi qəbul etməyin mənə qəribə gəlir. Mayisın halı daha da pisləşdi. – Nə demək istədiyini başa düşürəm. Özünün aldatdıqları saymaqla bitməz. Əgər məndən qul haqqını ödəməyimi tələb eləsə, nə edəcəyimi bilmirəm. Ondan mənə qalan maddi miras son illərində həkimə xərclədiyimin on faizini ödəmir. Nadir qonşusunun dərdinə dərd qatdığına görə peşman oldu. Ona təskinlik verməyə cəhd elədi: – Mayis, övlad valideynin əməlinə görə məsulliyyət daşımır. Heç kəsin də buna görə səni qınamağa haqqı yoxdur. – Bunu anlayıram. İndı atamın gedib-gələn nəfəsindən başqa bu dünyaya bağlayan heç nəyi qalmayıb. Çətinliklə gedib-gələn bu nəfəs bəlkə də ləngidiyinə görə, əzrayılı qınayır. Atamın dələduzluqla qazandığı pul-paranı bu dünyada da bığına çəkib. Bundan mənə heç nə qalmayıb. Mənə qalan-bütün ömrüm boyu sırtımda daşıyacağım xəcalət yüküdür. Ondan zərər çəkənlərlə üz-üzə gələndə baxışları qarşısında tab gətirə bilmirəm. – Ay Mayis, atanın geniş kruqu vardı. Ağır günündə onların maşınlarını qapınızda görmürəm.
Onlar cəhənnəm, yatağa düşəndən üstünə borca gələnlər də qeybə çəkildilər. Borcunu tələb edənləri gördüm. Qaytaranları görmədim… Mayis həyətlərinə qayıtdı. Beş-on dəqiqədən sonra maşınını həyətdən çıxardıb darvazaları bağladı. Maşına minməyib Nadirə yaxınlaşdı: – İşin yoxdursa, gedək. – Boş vaxtım olsaydı gələrdim. Yarımçıq işim var. – Lazım olan şey varsa, alıb gətirərdim. – Yoxdur. Olsa deyərdim. – Onda mən getdim. Məni çətin durumdan qurtardığına görə çox sağ ol. Elə başımı itirmişdim ki, bilmirdim nə edim, – maşınına sarı gedəndə Nadir ona səsləndi: – Mayis, kömək gərək olsa, mən hazıram. Mayis ayaq saxladı. Üzünü geri çöndərib dedi: – Deməyinə görə çox sağ ol! – yoluna davam elədi. Nadır onun arxasınca baxıb ürəyində pıçıldadı: “Ay Mayis, atanın təzədən-təzəyə dəyişdirdiyi maşınlarda forslanmağın bu günü də varmış”. Nadir evə gələndə anası Sənubərə Mayislə aralarında olan söhbəti danışdı. Onun atası Kamalın ağır vəziyyətdə olduğunu söylədi. Sənubərin bu dünyada nifrət etdiyi yeganə adam Kamal idi. Bu da səbəbsiz deyildi. Böyük qızları orta məktəbi bitirərkən bir gün axşam tərəfi Kamal onlara gəlmişdi. Əri Cabbarı kənara çəkib xeyli danışdılar. Onu yola saldıqdan sonra əri qızı Vəfanı yanına çağırdı: – Sənədlərini hara vermək istəyirsən? – APİ-yə. – Eləsə, bəxtin gətirib. Qonşu Kamalın orda adamı var. Tapşıracaq. Qəbul olacaqsan. Sənubər Kamalın əməllərindən xəbərdar idi. Qardaşının da oğlunu instituta düzəldəcəyinə soz verib, pulunu yemişdi. Tanıdığı bir neçə adamın da başına bu oyunu açdığını bilirdi. Onun etirazına baxmayaraq Cabbar Kamala güvənərək istədiyi məbləği vermişdi. Qızı imtahanlardan kəsilməsə də, müsabiqədən keçməmişdi. Min bir bəhanə uyduraraq pulu qaytarmaqdan boyun qaçırmışdı. Çox çəkişmədən sonra, “halallıq vermirəm” təsəllisi ilə alın təri, halal zəhmətlə qazandıqları məbləğdən əllərini üzmüşdülər. O vaxtdan qarşı-qarşıya qonşu olsalar da, əlaqələri kəsilmişdi. İndi onun bu hala düşməsinə bir insan kimi üzülsə də, ürəyində düşünürdü: “əməllərinin bədəlini ödəyir”. Anasının nə haqda düşündüyünu bilirdi Nadir. Buna görə də soruşdu: – Ana, bayaq Mayisə təklif elədim ki, köməyə ehtiyacı olsa məni səsləsin. Yəqin ki, o qonşularının heç birindən bu cür təklif almadığından acizanə şəkildə mənə təşəkkürünü bildirib, maşınına minib uzaqlaşdı. Onun məsum baxışı hələ gözümün önnündən çəkilmir. Qısa müddətli söhbətindən hiss elədim ki, atasının əməllərinin xəcaləti ona əzab verir. O məni köməyə çağırsa nə edim? – Ay bala, hər qoyunu öz ayağından asarlar. Axirətdə hər kəs əməlinin cəzasını özü çəkəcək. Bir də ki, Mayisin bizə nə zərəri dəyib ki? Bir halda ki, aranız açılıb, onun dəvətini gözləmə! Özün yaxınlaş. Bacardığın köməyi əsirgəmə. Atasının bəd əməli yazıq uşağı qonşulardan təcrid edib. Digər ərkin çatan tay-tuşunu da topla, onu tək qoymayın. Həmin gün axşam tərəfi Nadir yan-yana qonşusu Faiqgilə getdi. Onu həyətə çağırıb anasının təşəbbüsünü ona çatdırdı. Faiq də öz xoşu ilə özünü onun toruna salmışdı. Texnikumu bitirdikdən sonra xahiş eləmişdi ki, onu QAİ-yə işə düzəltsin. O da fürsəti əldən verməmişdi. Atasını dilə tutub böyuk məbləğdə pullarını mənimsəmişdi. İki ildən çox səbirsizliklə işə dəvət alacağı günü gözlədi. Bir axşam gedib ondan soruşanda ki, hələ çoxmu gözləyəcəyək, min cür bəhanə uydurub bir-neçə il də uzana biləcəyini bildirəndə, Faiq ona bir həftə vaxt vermişdi. O vaxta qədər işi düzəlməsə, pulu qaytarmasını xahiş eləmişdi. Bunu eşidən Kamal gileylənmişdi: – Qapıma gəlib boynunu büküb yalvardığın günü nə tez unutdun? Mən sizə pislikmi eləmişdim? İş-gücümü tərgiyib Bakıya getdim. Daxili işlər nazirinin evinə əliboşmu getməliydim? Dünyanın pulunu xərcləyib iki karobka aparmışam, dəqiq nəticəni bilmək üçün bir həftə mehmanxanada qalmışam. Elə bilirsən o kişi bu işi istəyərəkdən uzadır? Moskvadan ştat gözləyir, o da gəlib çıxmır. Kamalın üzr istəmək əvəzinə aşıb-daşması Faiqi hövsələdən çıxartmışdı: – Onda niyə işin bu qədər uzun sürəcəyini bildirməmişdin? Səlim iki min manatla Moskvaya getmişdi. Gedib-gəlişi on gün də çəkməmişdi. Əlavə iki min manat qazanc əldə eləmişdi. Mənimsə bu qədər pulum iki ildir ki, havadadır. Bir həftə ərzində işim düzəlməsə, pulumu qaytar. Bir həftədən sonra özü getmədi. Anası ilə məsləhətləşib atası Tərlanı göndərdi. Kamal sakit təbiətli, sadəlövh Tərlanın başının altına yumşaq yastıq qoyub, pul əvəzinə ümidlə yüklədi, əliboş geri göndərdi. Ertəsi gün səhər obaşdan anası Zəhra gedib Kamalı yuxudan oyatdı. Onu da dilə tutmaq istəyəndə bu fənd alınmadı. Zəhra onun ağzını açmağına imkan vermədi. İki gün vaxt verdi. Üçüncü günə adlasa, məbləği faizi ilə tələb edəcəyini bildirdi. Hansı yolla buna nail olacağına aydınlıq gətirəndə Kamalın qanı qurudu. Həmin gün məbləğin çox hıssəsini yoldaşı Xədicə ilə göndərdi. Qalığının ödənişi bir neçə ay keçsə də, tam ödədi. Faiqin atasına görə Mayisdən xoşu gəlməsə də, rastlaşandan-rastlaşana salamlaşırdılar. Aralarında ədavətə səbəb əngəl olmadığı üçün Nadirin təklifinə yaşıl işiq yandırdı. Nadir qonşuluqda Kamaldan zərərçəkənlərinin qapılarına gedib, onları dilə tutdu ki, Mayisin xatirinə atasının dəfnində iştirak etsinlər. Hamısı hüzndə iştirak edəcəyinə söz versə də, haqlarını halal etməyəcəklərini bildirdilər…
Günorta vaxtına az qalmışdı. Zəhranın səhərdən nəyinsə dərdini çəkdiyini hiss edən Tərlan ondan soruşdu: Bu gün səni həmişəkindən fərqli obrazda görürəm. Gözləyirdim ki, səbəbini özün açıqlayarsan, sənsə susursan. Zəhra dünən oğlunun onunla etdiyi söhbətdən sonra Xədicə ilə Mayisin halına acıdığını bildirdi. Yoldaşının uzun illər danışdırmadığı qonşularının birdən-birə hallarına acıması Tərlana qəribə gəldi: – Zəhra ilə Mayisə nə olub ki? Olan Kamala olub. Bu da əməlinin nəticəsidir. Ölüm qabağı yatağa düşənləri çox görmüşəm. Bu qədər zəkərətdə (həyatla əcəl arasında – red.) qalana rast gəlməmişəm. – Elə bilirsən bu vəziyyətdə xəstəni baxmaq rahatdır? Eşitdiyimə görə yuxusuz gecələr o ətli-canlı Xədicəni əriyib çöpə döndərib. İstəyirəm bu gün gedib ona baş çəkim. Sən nə deyirsən? – Əslində, belə durumda qonşular arasında umu-küsüyə yer olmamalıdır. Təəssüf ki, özləri tərəfdən buna cəhd olmadı. – Olub. Dünən Mayis ilk addım atıb. Atasının dələduzluğunun xəcalətini çəkdiyini bildirib. – Getmək ürəyindən keçirsə, tək getmə. Qonşulardan birini yanına al. Tamaradan başqa kim olur-olsun, fərq eləməz. – Tamara niyə olmamalıdır? Ona da atıbmı? – Atmayıb. Sancıbdı. – Tərlan qımışanda Zəhra hiss elədi ki, atmaqdan da betər nəsə baş verib. Nə qədər cəhd eləsə də, Tərlan özündən asılı olmadan dilindən büdrədiyi sirri açıqlamadı. Tez-tez bir araya gəlib saatlarla qeybət qırdığı Tamaranın özündən hər hansı bir sirrini gizlədəcəyini Zəhra gözləmirdi. Ərinin ipucu verib, açıqlamadığı sirri onsuz da Tamaradan öyrənəcəyinə əmin olduğundan Zəhra Tərlanın üstünə getmədi. Bir də bu barədə ondan heç nə soruşmadı. Həmişəki kimi ev işlərini gördükdən sonra qonşularından hansısa biri ilə görüşüb dərd-sərini bölüşən Zəhra bu dəfə Tamaranı seçdi. Adət etdiyi şirin atmacalarla Tamaraya yaxınlaşdı: – Azz, xəbərin varmı, səndən nə qədər incimişəm? Gözləmədiyi sualdan pərt oldu Tamara təəccüblə Zəhranın üzünə baxdı: – Deyəsən axşam yuxuna şeytan girib bizim aramızı vurmağa cəhd edib. Məlun əbəs yerə vaxtını sərf edib. – Biz insanlar şeytanı yerli-yersiz şərləyirik. Hər şübhədə onu qabağa veririk. İçimizdə elə məharətlə şeytanı mat-məəttəl edəcək fitnə-fəsad törədənlənlərimiz var ki, şeytan, – belələri olan yerdə mənlik iş qalmadı, – deyib uzaqlaşır. – Dünyanın bütün fitnəkarları şeytanla bir ittifaqda birləşsə də, məndə sənin inciməyinə səbəb tapa bilməz. – Bunu mən də bilirəm. Biz neçə illərdi ki, dərd-sərimizi bölüşürük. Qonşumuz Kamaldan zəhlən getdiyini bilirəm. Bir dəfə də olsun səbəbini açıqlamadın axı. – Səbəbsiz zəhlə getmə olmur. Toyumuza bir həftə qalmış Fəridin anası bizə gəlib anama bildirdi ki, oğlu evlənməkdən imtina edir. – Özgənin maşınlarında gəzən qızdan bizə gəlin olmaz, – deyib deyinə-deyinə evimizi tərk elədi. Qızışıb üstümə düşən anamı çətinliklə inandıra bildim ki, iki gün qabaq mindiyim maşın xalamın yoldaşı Müşfiq lələnin olub. O mənə inanmayıb əmimin “Moskviç”ini sürdürüb, onu tapıb öyrənib ki, bunlar əsassız şayiəyə uyublar. O da anamı öz maşınına mindirib gediblər onlara. Müşfiq lələmlə qaynanam bir sinifdə oxuduqlarına görə, bir-birlərini yaxşı tanısalar da, anam həyətə keçməyib. Qaynanamı yola çağırıb, – Bu kışini tanıyırsanmı? – deyib Müşfiq lələmi göstərib. Müşfiq lələm maşından düşüb qaynanama ağzına nə gəldi deyib. Məni onun maşınında gördüklərini deyəndə, qaynanamın halı pisləşib. Dönə-dönə üzr istəyib bildirib ki, bu şayiəni yayan Kamal olub. Anam gəlib şayiəni Kamalın yaydığını bildirdi. Çay içdikdən sonra Müşfiq lələmi yola salarkən ona dedim ki, vaxtın olasaydı mən də gedib Kamalın dərsini verərdim. Təklifim onun da ürəyincə oldu. Gedəndə gördük ki, evlərinin qabağında Kamal Fərid ilə Tərlanla söhbət edir. Müşfiq lələm maşınını onların qabağında saxladı. İkimiz də düşüb onlara yanaşdıq. Müşfiq lələm Kamalın yaxasından yapışıb maşınını göstərib soruşdu, – bu “QAZ-51”-i hardasa görübsənmi? – Dili dolaşa-dolaşa cavab verdi, – görmüşəm. – Sahibini tanıyırsanmı? Dedi, – bəli. Sonra üzünü Fəridə tutdu, – əəə, mən səni qeyrətli oğul sayırdım. Mənim nişanlıma nahaqdan şər atan qonşumu dişimlə çeynəyərdim. Sənin bu qədər biqeyrət olduğunu bilsəydim, elçilərini iti qovan kimi qovardım. Hələ gec deyil. Toy-moy bitdi. Bu yaramaz sənin nişanlını mənim maşınımda görmüşdü. Fərid çaş-baş halda Kamaldan soruşdu, – bu nə deməkdir? Cavabını özüm verdim, – o deməkdir ki, deyirlər, dostunu göstər, kim olduğunu bilim. Bu cür arvad kimi söz gəzdirənin gopuna uyandan mənə ər olmaz. – Kamalın da üzünə tüpürüb dedim, – səndə kişilikdən əsər-əlamət olsaydı, utanıb yerə girərdin. Xalis arvadsanmış ki? Beləcə bir-neçə gün qalmış toymuz təxirə salındı. İki aya qədər qapımıza gəlib yalvardılar. Nəsillərində nə qədər sözü keçən adam vardısa, üstümüzə göndərdilər. Bir daha dönüb Kamalın üzünə baxmayacağına söz verəndən sonra razı oldum. Zəhra bir az düşündükdən sonra dedi: – Belə çıxır ki, bu həndəvərdə ona rəhmət oxuyacaq bir kimsə yoxdur. Artıq onun heç kəsə zərəri dəyməyəcək. Gəlin bu ağır durumunda Xədicəyə bir qonşu kimi mənəvi dayaq olaq. Tamara soruşdu: – Necə? – Gedək deyək ki, köməyə ehtiyacı olsa, çəkinməsin. Bir qonşu kimi hər cür yardım etməyə hazırıq. – Onda Münəvvəri də özümüzə qoşaq. Ona da, deyərik. Nə vaxt gedək? – Məndən ötrü fərq eləməz. Münəvvər də onların təşəbbüsünü bəyəndi. Yaxınlıqdakı dükandan hərəsi bir qutu şokolad alıb Kamalı yoluxmağa getdilər. Onları həyətdə qarşılayan Xədicə doluxsunub ağladı: – Bizim kişinin əməli qapımızı bir-birimizin üzünə bağlasa da, gözüm yolda idi. Qonşulardan birininsə də gələcəyi günü gözləyirdim. Nə yaxşı ki, üçünüz birdən gəldiniz. Allah sizdən razı olsun, – deyib üçünü də göz yaşı içində bağrına basdı. Həyətə nəsə götürməyə düşən gəlin Sona da gəldiyi müddətdə ilk dəfə qapılarını açan qonşuları ilə görüşüb, içəri keçdi. Uzun illərin küsülü qonşuları aralarında heç nə olmamış kimi növbə ilə Xədicənin dərdinə şərik olduqlarını bildirdilər. Birdən içəridən gəlinin fəryadı eşidildi: – Mama! Papanın nəfəsi gəlmir! Hamı qaçaraq Kamalın yatdığı otağa keçdilər. Artıq Kamal yox idi. Çarpayıda uzanan yeri-göyü çalıb-çapan, şux duruşlu, boy-buxunlu, yaraşıqlı Kamalın tərk etdiyi cansız bədəni idi. İndidən sonra ondan heç kəs nə zərər, nə də xeyir görməyəcəkdi. – Niyə elə olmuşdun? – soruşaraq bu cansız bədəni sorğulayan da olmayacaqdı. Amma elədiyi pisliklər, yaxşılıqlar unudulmayacaqdı. Pisliyi lənətlə, yaxşılığı rəğbətlə anılacaqdı. Sabah onun həyətində izdihamlı bir gün gözlənilir. Hər tərəfdən camaat axışıb, gələcək. Şəriətin hokmü ilə yuyulacaq, kəfənlənəcək, baxmayaraq ki, özü ömründə bir dəfə də olsun namaz qılmayıb, cənazə namazı qılınacaq. Molla Allahın bəndənin qul haqqını bağışlamayacağını bildirəcək. Varislərinə mərhumun borclarını ödəməyi tövsiyə edəcək. Yeganə varis Mayisin buna gücü yetməyəcək. Mərhumun xoş güzəranı üçün dələduzluqla qazandıqlarından varisinə bütün ömrü boyu daşıyacaq xəcalət yükü qalacaq. Cənazənin üstünə qapanıb ağlayan Xədicə ilə Sonanı qonşular sakitləşdirməyə çalışdılar. Xədicə başını qaldırıb baxanda ətrafında digər qonşularını da görəndə, ruhunun tərk etdiyi, cansız əşyaya çevrilmiş ərinə baxıb ürəyində soruşdu: “hanı sənin can deyib can eşidən dostların? Əl tutduğun qohum-əqraban?” İçin-için ağlaya-ağlaya qolunu gəlininin boynuna dolayıb, başını başına dirəyib soruşdu: – Son sözü nə oldu? Sona başını qaldırmadan, ağlaya-ağlaya cavab verdi: – Səni soruşdu. Dedim ki, səni yoluxmağa gələn qonşularımızla söhbət edir. Kimlər olduğunu soruşanda adlarını çəkdim. Dərindən nəfəs aldı. Çay gətirimmi?- soruşdum. Cavab vermədi. Sinəsinin qalxıb-enmədiyini görüb şübhələndim. Nəbzini tutdum. Vurmadığını hiss edəndə səni səslədim. Zəhra gözü yaşlı Tamaraya baxdı, indi anladı ki, əri nəyə görə ona bura Tamarasız gəlməyi məsləhət görürmüş… 28.06.2024
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.
QISA ARAYIŞ: 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu.
Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb.
Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.
Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.
Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.
Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altında keçib.
Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, 26 avqust – Laçın şəhəri günü kimi təsis edilib.
Şəhər günlərinin təntənəli şəkildə qeyd olunması nəzərdə tutulur.
Milli Kitabxanada “Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub
Bu gün Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın doğum günüdür.
Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olan Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətlərdəndir.
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günü ilə əlaqədar “Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva” adlı elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Mehriban Əliyevanın dəyərli fikirləri”, “Görkəmli şəxslər Mehriban Əliyeva haqqında”, “Nəşrlər”, “Mükafatları”, “Mehriban xanım Əliyevanın xalqa qayğısı”, “Fotoqalereya”, “Videoqalereya” və s. özündə əks etdirən materiallar nümayiş olunur. Elektron məlumat bazasında təqdim olunan materiallar tam mətnləri ilə verilib.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/M.Eliyeva/index.html linkindən istifadə edə bilərlər.
Sosial şəbəkə hesablarının aqibəti hüquq müstəvisində – Vəfat etmiş şəxsin sosial şəbəkə hesabının taleyi hüquqi baxımdan necə həll oluna bilər?
Bu gün sosial media insan həyatının ən ayrılmaz hissəsinə çevrilmişdir. Onlarsız insan həyatını təsəvvür etmək mümkün deyil. Hamımıza məlumdur ki, günümüzdə texniki səbəblərdən hansısa bir sosial şəbəkə bir saat, hətta dəqiqələrlə olsa belə, fəaliyyətini dayandırdıqda nəinki insanlara, hətta şirkətlərə, sahibkarlıq subyektlərinə milyonlarla dollarlıq zərərlər dəyə bilir. Danılmaz faktdır ki, bu gün bloqerlər sosial şəbəkələr vasitəsilə maddi qazanc əldə edirlər. Fərz edək ki, məşhur bir bloqer vəfat edir və təbii ki, belə halda onun yüksək gəlir mənbəyi olan sosial şəbəkə hesabının taleyinin necə olacağı məsələsi gündəmə gəlir. Bu sosial şəbəkə hesabını kim idarə edəcək? Bu məsələnin hüquqi həll yolu nədən ibarətdir? Qeyd edək ki, bir qrup hüquqşünas məsələyə şəxsi toxunulmazlıq hüququ prizmasından yanaşaraq, rəqəmsal resursların miras əmlakın predmeti ola bilməyəcəyini söyləyirlər. Digər qrup hüquqşünasın fikrincə isə, bir çox insanın sosial şəbəkə vasitəsilə internetə köçürdükləri foto, video və sənədləri “rəqəmsal miras” (“igital inheritance”) hesab etmək olar. Mən də bir hüquqşünas kimi bu fikirdəyəm. Müəyyən ölkələrdə artıq hüquq leksikonuna daxil olan “Rəqəmsal vəsiyyətnamə” adlı bir institut meydana çıxmışdır. Rəqəmsal vəsiyyətnamə dedikdə, şəxsin ölümündən sonra rəqəmsal aktivlərini idarə etmək üçün hazırlanmış hüquqi sənəd başa düşülür və bu sənəd çox vaxt ənənəvi vəsiyyətnamənin bir hissəsi hesab olunur. Bu, sosial şəbəkə hesabları, e-poçt hesabları, bloqlar, onlayn bank hesabları və digər rəqəmsal məzmun kimi aktivlərin necə idarə olunacağını tənzimləyir. Düzdür, Azərbaycan Respublikasında “vərəsəlik hüququ” ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin X bölməsində “Rəqəmsal vəsiyyətnamə” institutuna dair müddəalar yoxdur. Lakin sözügedən məcəllənin 1151-ci maddəsi “Miras əmlak” adlanır və həmin maddəyə görə “Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. “Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir”. Məcəllənin 1166-cı maddəsi isə vəsiyyətə belə anlayış verir: “Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər”. Sual oluna bilər ki, ölkəmizdə sosial şəbəkə hesabında olanlar miras əmlaka daxil edilirmi? Yaxud da şəxs sosial şəbəkə hesabını kiməsə vəsiyyət edə bilərmi? Bəlkə də bu suallara verilən istənilən cavab mübahisələndirilə bilər. Lakin düşünürük ki, qanunvericiliyin verdiyi anlayışlar bu suala müsbət cavab verməyə əsas verir. Lakin sosial şəbəkə hesabının meydana çıxardığı vərəsəlik münasibətlərini birbaşa tənzimləyən müddəaların qanunvericiliyə daxil edilməsi məqsədəuyğun olardı. Çünki məsələ düşünüldüyündən də mürəkkəbdir və bununla bağlı təfərratlı prosedur qaydaların olmasına ehtiyac vardır. Sosial şəbəkə hesabında paylaşılanları əmlak hesab etmək nə dərəcədə düzgün hesab edilə bilər? Yaxud sosial şəbəkə hesabına olan hüququ əmlak hüququ saymaq olarmı? Sosial şəbəkə hesabında paylaşılanların əmlak hesab edilməsinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Avropa Məhkəməsinin presedent qərarları müstəvisində yanaşa bilərik. Belə ki, Mülki Məcəllənin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Məcəllənin 135.2-ci maddəsi isə “əmlak” anlayışına belə tərif verir: “Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur”. Maraqlıdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (Mülkiyyətin müdafiəsi) mənası baxımından mülkiyyət anlayışı Avropa Məhkəməsi tərəfindən geniş şərh olunur və daha əhatəli həcmdə hətta iqtisadi maraqlar da bu maddənin mənası baxımından mülkiyyət hesab oluna bilir. Məsələn, “Bramelid and Malmström İsveçə qarşı” işdə Avropa Məhkəməsi şirkətin səhmlərinə sahibliyi mülkiyyət hesab etmişdir. Həmin işdə qeyd olunmuşdur ki, səhm, onun sahibinə müvafiq şirkətdə pay hüququ, səsvermə hüququ, həmçinin dolayı yolla şirkətin aktivlərinə tələb hüququ verən sertifikatdır. Bu baxımdan o, mülkiyyət sayılır. Mülkiyyət anlayışına analoji geniş şərhi Avropa Məhkəməsi “Stran Greek Refineries and Stratis Andreadis Yunanıstana qarşı”, “Pine Valley Developments ltd. İrlandiyaya qarşı”, “Vanmarle Hollandiyaya qarşı” işlərdə də nümayiş etdirmişdir. Mülkiyyət anlayışının geniş şərhini rəhbər tutsaq, o nəticəyə gələ bilərik ki, sosial şəbəkə hesabında paylaşılanlar da əmlak sayıla bilər. Digər maraqlı sual ölkəmizdə “Rəqəmsal vəsiyyətnamə”nin tərtib olunmasının mümkünlüyü məsələsidir. Hərhalda bu sual da düşündürücüdür və yaşadığımız rəqamsal dünyanın sürətli inkişafı kontekstində ona qanunvericilik müstəvisində münasibət bildirilməlidir. Bəs, görəsən, sosial şəbəkələrin özləri hesab sahibinin ölməsi halı üçün hansı qaydaları nəzərdə tutur? Bir neçəsinə nəzər salmaq maraqlı olar. “Facebook”, istifadəçinin ölüm xəbəri ilə onun hesabını xatirləşdirmə hesabına çevirə və ya tamamilə silə bilər. Xatirələşdirmə (ingiliscə “Memorialization”) hesabın saxlandığı, lakin müəyyən dəyişikliklərin edildiyi bir vəziyyətdir. Hesabı silmək üçün isə qanuni nümayəndə və ya yaxın qohum müraciət etməlidir. Sorğu proseduru necə həyata keçirilir? Bu zaman hesabı xatirə hesabına çevirmək və ya silmək üçün ölüm şəhadətnaməsi və digər lazımi sənədlərlə birlikdə “Facebook”a müraciət edilməlidir. “Facebook” əməliyyatı hesab sahibinin ölümünü yoxladıqdan sonra həyata keçirir. Qeyd edək ki, “Facebook” kimi “Instagram” da xatirələşdirmə və hesab silmə seçimlərini təklif edir. Xatirələşdirilmiş hesablar mövcud yazıları və izləyiciləri saxlayır, lakin daxil olunmanı bloklayır. Hesabı silmək üçün ölüm şəhadətnaməsi və digər zəruri sənədlərlə “Instagram”a müraciət etmək tələb olunur. Sorğu prosedurana gəlincə, “Instagram”da da hesabın xatirələşdirilməsi və ya silinməsi tələbləri üçün istifadəçinin yaxınları “Instagram” dəstək komandası ilə əlaqə saxlamalı və lazımi sənədləri təqdim etməlidir. “Twitter” vəfat edən istifadəçilərin hesablarının bağlanmasına icazə versə də, xatirələşdirmə variantı təklif etmir. “LinkedIn” ölən istifadəçilərin hesablarını bağlamaq və ya onları ziyarət səhifəsinə çevirmək seçimini təklif edir. Maraqlıdır ki, “Google hesabları” və “YouTube” istifadəçilərin ölümü halında hesabın idarə edilməsi üçün varislərin təyin edilməsi seçimini təklif edir. İstifadəçilər “Google hesabları” vasitəsilə “Hesab varisi” təyin edə bilərlər. Vərəsə hesab sahibinin ölümündən sonra müəyyən məlumatlara daxil ola və hesabları idarə edə bilər. “eBay”, “Spotify”, “iTunes” kimi hesabların istifadəsi üçün xidmət müqavilələrində bu hesabların başqa şəxslərə ötürülə bilməyəcəyi, şəxsin ölümü ilə onların bağlanacağına dair müddəalar nəzərdə tutulmuşdur. Maraqlıdır ki, “Rəqəmsal miras”la bağlı ayrı-ayrı ölkələrin məhkəmələrində baxılaraq qərarlar çıxarılmış müəyyən işlər mövcuddur. Bununla bağlı xarici dövlətlərin məhkəmə təcrübələrinə nəzər salmaq maraqlı olar. Məsələn, bu məsələ ilə əlaqədar Türkiyədə ilk dəfə olaraq yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən şəxsin həyat yoldaşı iddia qaldıraraq vəfat edən arvadının mobil telefonunda olan “iCloud” hesabındakı övladı və həyat yoldaşına aid olan fotoşəkillərin ona verilməsini tələb etmişdi. Ərizədə həyat yoldaşının qəzada öldüyünü, yanlış şifrəyə daxil olunduğu üçün bloklanan hesabına daxil olmaq istədiyini bildirmişdi. Qaldırmış iddia şəxsi həyat toxunulmazlığı hüququnu pozması səbəbinə görə Dənizli 4-cü Sulh Hüquq Məhkəməsi tərəfindən rədd edilsə də, yuxarı məhkəmə olan Antalya Bölgə Ədliyyə Məhkəməsinin 6-cı Hüquq Dairəsi iddiaçının şikayətinə baxaraq “iCloud” hesabınında əmlaka, e-ticarətə, hədiyyə çeklərinə və kuponlara aid olan aktivlər olduğunu və buna görə də “iCloud” hesabının miras əmlakı tərkibinə daxil olması yönündə qərar qəbul etmişdir. Αlman Federal Məhkəməsi isə rəqəmsal məlumatları “universal varislik prinsipi” müstəvisində qiymətləndirərək onun vərəsələrə külli şəkildə keçməsinə dair diqqəti cəlb edən maraqlı bir qərar qəbul etmişdir. Belə ki, 2012-ci il tarixdə 15 yaşlı uşaq Berlində metro girişində ölü olaraq tapılmışdır. Onun ölümündən sonra valideynləri bu ölümün cinayət yaxud intihar olduğunu aydınlaşdırmağa cəhd göstərmiş, bunun üçün uşağa məxsus “Facebook” hesabındakı məlumatları əldə etməyin onlara kömək edə biləcəyini düşünmüş və Berlin Bölgə Məhkəməsinə bununla bağlı müraciət etmişlər. Birinci instansiya məhkəməsi valideynlərin tələbini qəbul etsə də, ikinci instansiya məhkəməsi bunun gizlilik qaydasına zidd olduğuna qərar vermişdir. Sonda valideynlərin müraciəti əsasında daha yuxarı instansiya məhkəməsi olan Almaniya Federal Məhkəməsi informasiya məxfiliyinə xələl gətirmədiyinə qərar vermişdir. Hətta qərarda “Facebook” sosial şəbəkəsinin istifadəçi ilə razılaşmasında olan “üçüncü şəxslərə ötürülə bilməz” ifadəsinin heç bir hüquqi qüvvəsi olmadığı bəyan edilmişdir. Ümumiyyətlə, sosial şəbəkə hesabları ilə bağlı təcrübədə qarşılaşılan sadalamadığımız bir çox başqa problemlər də vardır və onların hüquq müstəvisində həlli üçün “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu zərurətdən qaynaqlanır. Ümid edirik ki, bu və ya buna oxşar adda qanunun yaxın gələcəkdə qəbul edilməsi və sözügedən sahədə münasibətlərin tənzimlənməsi tezliklə həyata keçiriləcəkdir.