SAÇIN HƏSRƏTİN ORDUSU

SAÇIN HƏSRƏTİN ORDUSU

Saçın həsrətin ordusu,
Mən yalqızam Hüseyn kimi.
Öldürüb məşhur eyləmə,
Yaşat məni cunun kimi.

Dəli ümidin Zəhrası
Mənim köməyimə gəlməz.
Qoca Məcnunun duası
Mənim diləyimə gəlməz.

Sən dünyanın Yusif üzü,
Mən sənin Əliəkbərin.
Sənin yerin göyün üzü,
Mən sənin “İman” şəhərin.

Neyləyim ki, qaşın kimi
O Züffüqarına tuşam.
Neyləyim ki, gözün kimi,
Meyxanə içrə sərxoşam.

Eşqim nuri – Xudadandır,
Dizim üstə yatır Fərhad.
Məktəbimdə dərs verməyə
Gəlmiş Əli kimi ustad!

MÜƏLLİF: XANLAR HƏMİD

XANLAR HƏMİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir