
… evlər…
Təzə köçüb, bax bu evin yiyəsi ,
həyətində gözü nəmli it qalıb .
Bəhərinə adam deyil, quş gələn,
o həyətdə bir qocaman tut qalıb.
Bax, o evdə uşaq adlı inci yox ,
divar uçuq, bir tərəfi, küncü yox,
qar,yağışdan daha onun dinci yox,
çəpər uçub, içi, çölü lüt qalıb.
Bu evlərin qapıları üz-üzə ,
sınıq-salxaq pəncərəsi göz-gözə,
otaq-otaq həsrət qalıb bir sözə ,
bu gedişə zaman özü mat qalıb .
O həyətdə quruyubdu gül, çiçək,
hər tərəfi yuva quran hörümçək,
yarım əsr öz-özüylə təkbətək ,
qalan gündən ziyarətsiz büt qalıb.
Qalanında bir qadındı, bir də ər,
oğul, uşaq buralardan dərbədər ,
ayaqqabı həyat adlı tək əsər ,
hər qapıda ondan iki cüt qalıb…
Müəllif: Mahir Diniyev
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru