
TƏNHA QADIN
Hər gün bəxtini
danlaya-danlaya
soyuq güzgülərin önündə
bir qadın durur…
Hər gün baxışları
güzgü-güzgü
addımlayır
tənhalığa sarı.
Sinəsində
qrov bağlayıb
yamyaşıl arzuları…
Gecələrin tənhalığında
yastığına məktub kimi
yazır göz yaşlarını.
Gözlərini yumur ki,
qarnlıqlar da görməsin
həsrətli baxışlarını.
Hər gün onu görənlər
“nə gözəldir”-deyəcək.
Həsrət alovunda
üşüyən ömrünü
kimsə görməyəcək…
Yenə səni gördüm,
tənha qadın,
ürəyi çatladı güzgünün…
Barmaqlarımdan
damcı-damcı yerə töküldü
adın…
Müəllif: Şəfəq SAHİBLİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru