
DƏRS ÖLÜMDƏDİR
Cavabsızdır bir çox sual, verdiyim,
Üzə durur daim sığal verdiyim.
Nankora bax, ağzına bal verdiyim…
Günah öz əlimdədir.
Gör kim kimin belini bükdü, qardaş,
Yaxşılara yaxşılıq yükdü, qardaş.
Çox adamın içi çürükdü, qardaş.
Nə varsa çölündədir.
İndi çoxu müəllimdir, alimdir,
Tanışlıqla alıb ad dirçəlibdir.
Görmədim düz söz danışa alim bir,
Doğru söz dəlimdədir.
Gördüyündən qat-qat azdır yaddaşı,
Kölgə salar bir gün cismə baş daşı.
Yüz il ömür sürsə də insan naşı,
Dərs bircə ölümdədir.
Söz içində sözümüz var bizim də,
Mərdliyi gör mərd oğulun üzündə.
Gəl incimə mənim acı sözümdən
Acılıq dilimdədir.
17.12.2024
Müəllif: QABİL NƏBİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru