
Ölməzlər..Unudulmazlar..
HÜSEYN CAVİD (24/X.1882–05,XII.1941)
AYB- nin Natəvan klubunda keçirilən növbəti tədbir də həmişəki kimi maraqlı oldu.Belə ki,” Represiya qurbanlarına Heydər Əliyev qayğısı: Hüseyn Cavidi anırıq”adlı tədbirdə H.Cavidin ” Vətənə Qayıdışı” ilə baglı tarixi anlara dönüş oldu,dahi şəxsiyyətlər xoş xatirələrlə anıldılar.Tədbirin təşkilatçısı – ” Video-İntetneyşel Prodüset” Mərkəzinin təsisçisi,baş direktoru,AJB,AYB və AAB- nin üzvü Aygün Hacıyeva idi.O, H.Cavidin həyat və yaradıcılıgı barədə qısa məlumat verərək tədbirə dəvət olunan cavidsevərləri təqdim etdi. Söz AYB- nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirə verildi.O, H.Cavidin yaradıcılığı haqqında ətraflı məlumat verdi,belə ki,ədibin əsərlərini sadalamaqla yanaşı ,hər bir əsər haqqında geniş məlumat verdi.
Hüseyn Cavidin nəşinin gətirilməsində ölməz ümummilli lider Heydər Əliyevin göstərdiyi ciddi cəhdlər və bu işin həyata keçirilməsi üçün xüsusi komissiyanın təşkil edilməsinə verilmiş göstərişi yerinə yetirmək üçün məsul şəxs olanlara– polkovnik Həmid Cəfərova
və o dövrdə H.Əliyevin yanında çalışan Həsən Həsənova həvalə edilir.
Polkovnik Həmid Cəfərov həmin günlərin xatirələrini həyəcanla ,tədbirə gətirdiyi əyani vəsaitləri- foto şəkilləri nümayiş etdirməklə iştirakçıları məlumatlandırırdı…..
1930- cu illərin sonlarında görkəmli şair və yazıçılarımızın,alim və incəsənət adamlarımızın,öndə olan ziyalılarımızın represiyası başlandı.Onları ” xalq düşməni”,”pantürkist” və s.adlandıraraq məhv etməyə cəhd göstərənlər məqsədlərinə nail olurdular.Represiya hələ 30- cu illərdən əvvəl başlamışdı,lakin bundan sonra kütləvi şəkil aldı….Mikayıl Müşfiq,Hüseyn Cavid, Əhməd Cavad və yüzlərlə belə ölməz sənətkarları məhv etməklə daşnaklar gizli niyyətlərini həəyata keçirdilər. Lakin ölməz ümummilli lider Heydər Əliyev xalqımızın qaymaqları olan bu ziyalılarımızı yüksək dəyərləndirərək,onların əməli fəaliyyətlərini qiymətləndirmiş,xalqımızın layiqli övladlarının üzərinə vurulan damğaların aradan qaldırılmasına nail olmuşdur.
Ulu öndərimiz N.Nərimanovun,M.MüşfiqinH.Cavidin,Ə.Cavadın və digərlərinin əməli
fəaliyyətini xalqa faktlarla çatdırmış,onların vəhşi daşnak siyasətinin əsassız qurbanları olduqlarını təsdiqləmişdi.
Bu sahədə onunla yanaşı çalışan Həsən Həsənov özünün xatirələrində bunları bir daha yada saldı…
Qeyd etdiyimiz kimi polkovnik Həmid Cəfərov komissiya heyətində Heydər Əliyevin 1982 ci ilin 12 oktyabrında verdiyi qərara əsasən Hüseyn Cavidin nəşinin tapılıb gətirilməsi üçün Maqadana,oradan da İrkutskinin Şevçenko kəndinə yola düşürlər. O,qeyd etdi ki,buradakı kütləvi məzarlıqda 40min şəhid uyuyurdu. Uzun araşdırmalardan sonra məlum oldu ki, H.Cavıd ölümündən əvvəl buradakı Əlillər Evində qalırmış,buranin acınacaqlı şəraiti barədə Stalinə məktub yazır.Bəlkə də yerini dəyişdirməsəydilər məzarı tapılmazdı….
H. Cavid və digər agıllı,savadlı,istedadlı ziyalılarımlzı məhv etməkdə o rejimin məqsədini mərhum akademik Ziya Bünyadov ” Qırmızı terror” kitabında yazırdı:Milli kadrları tamamilə məhv etmək,ilk növbədə dünyaca məşhur,daim düşünən,mütaliə edən yenfikirli alimləri,mütəfəkkir və intellektləri aradan götürmək!”
Bəli, H. Cavid də belələrindən idi! Yəni,represiya qurbanlarından biri idi …….
Həmid Cəfərov 59 nömrəli məzarın açılmasını böyükhəyəcanla gözlədııklərinı və indi də o həyəcanı yaşadığını bildirdi.O,ilk dəfə belə hadisənin şahidi oldugunu etiraf etdi!! Nəşin necə çıxacaqlarını intizarla gözlədiklərini də bidirdi..
Nəhayət,ekspertlər saat yarımlıq axtarışdan sonra məzarı açdılar..Onu da qeyd etdi ki,əvvəlcədən tabutu
hazırlamağı(2m×1m)sifarış etmişdilər.Lakin tabut1,70mX 0,90 sm ölçüdə. hazırlanıb gətirilmişdi.(təyyarəyə tabutu yerləşdirmək üçün)
.Budur,məzar açıllr,ədibin kəlləsi və digər sümükləri ehmalca tabuta qoyulur..Ətrafdakı fəxri qarovul ədibin şətəfinə 40 yaylım atəşı açılır .Və ədibin nəşi 40 ildən sonra dogma yurduna — Azərbaycana gətirilir.Bakı aeroportunda təntənə ilə qarşılananlar arasıında qızı Turan xanıım da vardı.O ,atasının nəşinin Bakıya gətirilməsınə nail olan H.Əliyevə və onun təşkil etdiyi komissiyanın üzvlərinə dərin minnətdarlıgını bidirir.
H.Əliyevin sərəncamına əsasən Naxçıvanda,Bakıda ədibə heykəllər ucadıldı..Bakıda H Cavidin ev muzeyi açılır və
ömrünün.sonuna kimi ədibin qızı Turan xanım muzeyin direktoru olur..Onunla 10 ildən çox çalışan,on monoqrafiya müəllifi olan İsgəndər Atilla da öz xatirələri ilə oxucuları tanış etdi.
Çıxış edənlər- yazıçı Sabir Rüstəmxanlı,DSX- nın sabiq polkovniki Sücaəddin Abdullayev,Bakıdakı H.Cavid adına 36 nömrəli məktəbin direktoru Gülarə Zəkiyeva,AYB- nin üzvləri Xatirə Fərəcli,Südabə Sərvi və başqaları tədbirlə baglı maraqlı məqamlardan danışdılar.Sonda xatirə şəkilləri çəkildi.




Müəllif: Nəzakət EMİNQIZ
AYB və AJB – nin üzvü, “Yazarlar” jurnalının əməkdaşı, yazıçı – pubisist.
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru