
İçib keçmiş günlərin sağlığına bir qədəh,
Danışmışıq bir azca, cəmi-cümü bir qədər.
İndi gəlib halımı soruşmağın nə fayda?
Ürəyimdə darıxmaq, gözlərimdə qəm, kədər…
Sən ki mənim ömrümdə ən vüqarlı dağ idin,
Niyə mənim qəlbimə dağ üstə dağ çəkirdin?
Bircə dəfə saçımı sığallayıb öpmədin,
İndi gəlib yanımda uşaqtək ağlayırsan…
Gəl əyilmə önümdə, dik dur, qurbanın olum,
Sənsiz mən də darıxdım, bu həyatdan yoruldum.
Sən mənim dayağımdın, mən sənə söykənirdim,
İndi hansı dövrdü, önümdə diz çökürsən…
Müəllif: Şəlalə CAMAL
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru