EHTİRAM İLHAM – YAŞAYACAM

YAŞAYACAM

Bu qara sevdalar canımı yaxdı,
Alışır sinəmdə köz, yaşayacam.
Şeiri seçməzdim,.. məndən olsaydı,
Məni özü seçdi söz, yaşayacam.

Oyan da, ayıl da, baş atıb yat da…
Ölümmü? – Bu ən son arzuna çat da.
Mən ki yaxşılığı sevdim həyatda,
Daha kor olsa da göz, yaşayacam.

Elə ki, bağlandın vara, sərvətə,
Nəfsin qan uddurar ən xoş niyyətə.
Yaşa eyy, qurd ilə qal qiyamətə,
Mən sənin xətrinə az yaşayacam.

Hələ nələr çəkər haytalı canın,
Aləmi bürüyər boş həyəcanın.
Könlünə yatırsa qul Ehtiramın,
Sinəndə dinirsə saz, yaşayacam.

25.07.25.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir