Şah İsmail Safavi döneminde sarayda ve orduda Kızılbaş aşiretlerini temsil eden emirler: Ustaclu kabilesi (13 kişi):
Muhammed Han, Garakhan Han, Abdullah Han, Hızır Ağa, Süleyman Bey, Şahrukh Sultan (Kör Şahrukh), Sarı Pira, Kopek Sultan, Mahmud Bey, Mantesh Sultan, Murad Bey, Çayan Sultan, Mahmud Sultan Sufioğlu;
Şamlu kabilesi (9 kişi):
Hüseyin Bey Lale, Ahmed Sultan, Axi Sultan, Abdi Bey, Durmuş Han, Zeynal Han, Musa Bey, Hasan Bey, Süleyman Bey;
Türkmen kabilesi (8 kişi):
Alişeker Bey Baharlı, Mahmudi Han Baharlı, Mansur Bey Pornak, Emir Han Musullu, Gülabi Han Musullu, Abdal Sultan Türkman, Şahgulu Bey Türkman, Kızıl Muhammed Türkman;
Rumlu kabilesi (6 kişi):
Div sultan, Nurali halifesi, Halil ağa, Sufiyan halifesi, Badijan sultanı, Karaguneh sultanı;
Tekelu kabilesi (6 kişi):
İlyas bey Halvacıoğlu, Hasan bey Halvacıoğlu, Yaqub bey Halvacıoğlu, Ulema sultanı, Sarı Ali bey Möhürdar, Burun sultanı;
Kaçar kabilesi (5 kişi):
Kara Piri bey, Rüstem bey, Ahmed sultan, Mahmud bey, Halil han;
Afşar kabilesi (4 kişi):
Sultanali bey, Muhammed hanı, Dana Muhammed sultanı, Valijan sultanı;
Zülkadar kabilesi (4 kişi):
Halil Han, Alikhan Sultan, Zohrab Sultan, Veladhan Bey;
Talış kabilesi (4 kişi):
Abdal bey Dede Talış, Kadim bey Hulefa Talış, Mirza Muhammed Talış, Pirgeyb Han Talış:
Garamanlu kabilesi
(3 kişi): Bayram hanı, Hüsam bey, Alican sultan;
Varsaq kabilesi (3 kişi):
Yusuf halifesi, Kasım halifesi, Hasan halifesi;
Kıpçak boyu (1 kişi):
Mansur bey.
Namık Musalı “Şah İsmail’in Gücü I” (“Tarih-i alemara-yi Şah İsmail” adlı eserden hareketle, s. 386-387)
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Hər kəs ağıllıdır, hər kəs dahidir, Hər kəs günahsızdır, hər kəs adildir. Hər kəs də özünü Allah zənn edir, Allahın dünyadan xəbəri yoxdur.
Vicdanlar susubdur, dillər danışır, Həqiqət boğulur, yalan yaşayır. Günahın yükünü savab daşıyır, Hər kəs də pak çıxır çirkli oyunda.
Məhkəmə qurulub güzgü önündə, Hakimi də bizik, cəzası da biz. Hamımız Allahı unudub sanki, Öz əllərimizlə hökm kəsirik.
Və dünya batdıqca qaranlıq suda, Bir dua da yoxdur dilə gələsi. Bəlkə də Allah yox, Bəlkə də susur… Ya da bu dünyadan Ümidini üzür. Vicdanı olanlar yanıb kül olur, Vicdansız adama söz də kar etmir…
****
Bir sabah açılar Görərsən yoxam, Görərsən qapın da açıq qalıbdı… Görərsən evində yanan lampalar, Sönübdü, ocağın şamsız qalıbdı… Bir sabah açılar Görərsən yoxam… Görərsən ürəyin qan qusar sənin… Görüb bu şeylərə dil susar yəqin… Nə qədər müəmma, nə qədər gizli Üstünü açmarsan bu həqiqətin. Bir sabah açılar Görərsən yoxam Qiblənin yerini dəyişdirərsən… Bir sabah açılar Görərsən yoxam. Sən mənim qədrimi onda bilərsən.
ZƏRİF DUYĞULAR… 16 DEKABR – ŞAİRƏ TƏRANƏ DƏMİRİN DOĞUM GÜNÜ MÜNASİBƏTİLƏ Hayana boylanırsan payız baxır gözünə, Hardan keçsən xəzəllər ayağına dolaşır. Ürəyindən bir dəli sevib sevilmək keçir, Onda da payız qışa, qış payıza qarışır.
Bilmirsən nə umasan bu sapsarı payızdan, Çılınçılpaq ağaclar durub üstünə gəlir. Bir ümid çiçəkləyir payız arzularında, Ona çatanacan da səninki sənə gəlir.
Bu gün zərif duyğuları ilə könülləri fəth edən, şeirlərini oxuduqca gözlərin misraların nizamladığı məna yükündən qopmaq istəməyən, dostlar üçün ən səmimi münasibəti ilə seçilən, tanıdığım gündən yaddaşımda olanlardan fərqli gördüyün şairə Təranə xanımın doğum günüdür. Doğum günü həm sevincdir, həm də kədər. Sevinirsən bir yaş da yaşadın, həyatın yeni axarında bu bir ildə də nə isə öyrəndin, nə isə yaratdın. Kədərlidir ki, yaşadığın hər an öz əlaməti ilə köçdü yaddaşının tarixinə. Sən də içində şeirləşdin, gah kövrəldin, darıxdın… Gah sevincdən oynadın, qarşılaşdığın səmimiyyətdən düygularına zərif bir şölə sızdı, gülümsədin, yenidən baxdın ətrafına… Bu gedilən yolda kimin qazancı nədirsə, şairənin də qazancı İlahi duyğuların nəzmə düzülməsi, şeirləşən ürəyinin ritmlərini arxaya boylandığı ömür yolunun axarına yazmasıdır. Təranə xanım bu ömür anlarında təkcə özü üçün deyil, eyni zamanda çoxları üçün könlünün təkliyini unutduran, əlinə kitabı almaqla şerin qanadlarında həyatı qarış-qarış gəzdirərək ürəyinə yol göstərən, işıqlandıran bir şairədir. Bilirsinizmi, necə deyim, Təranə xanım bir başqa fərqli dünyadan baxan gördüm. Təranə xanımı ilk dəfə 2025-ci ildə Neftçala rayonunda şair-publisist Zabil Pərvizin rəhbərliyi ilə fəaliyyət göstərən “Xəzər nəğmələri” adlı Ədəbi Birliyimizin görüşündə görmüşdüm. Ailəsi ilə birlikdə uzaq yolu yaxın edən, çox səmimi bir ovqatla bizə qoşulan bu xanım nə qədər yaxın oldu bizə. Hədiyyə etdiyi kitablar onun dünyaya baxışı, qələminin yaşatdığı anlardır. “Səssizliyin melodiyası” şeirlər kitabını əlimə alıb oxuyanda hansı şeirinə baxdımsa, bunu məqaləmdə yazaram delə düşünərək səhifəni yadda saxlamağa çalışdım. Təranə xanım isə bu kitabda fərqli bir yolla gedərək şeirlərini adsız çap etdirmişdir. Bu adsız şeirlər o qədər cəzbedici oldu ki, “hansın qeyd edim?” deyə çətinlik çəkdim…Bir-birindən gözəl, dərin bir ümman… Bir dünya duyğular var qəlbində. Dəniz kimi kükrəyən, şahə qalxan, qartal kimi şığıyan, könülləri fəth edən, gözəl bir Azərbaycan xanımı-Təranə Dəmirin.
Ruhum bu dünyaya sığışmır yenə, Çırpılır, sıxılır dar qəfəsində. Neynirəm bir qarış yer tapammıram, Özümə bu boyda Yer kürəsində.
Hələ ki, səhərə bir ömür qalıb, Hələ ki, güzümdən asılıb gecə. Qara paltarını çəkib əyninə Gəlib pəncərəmə qısılıb gecə.
Şairə Təranə Dəmir -Təranə Ağaqardaş qızı Dəmirova -16 dekabr 1970-ci ildə Sabirabad rayonunda anadan olmuşdur.1987-ci ildə kənd məktəbini fərqlənmə ilə bitirdikdən sonra BDU-nə daxil olmuş, 1988-1993-cü illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil almışdır. Bu günə qədər doqquz kitabı, bəlkə də daha çoxu çap olunan bu şairə xanımın zəngin poetik dünyası var. Hikmət dolu, zəriflik, həlimlik, səmimiyyət qaynağı. Bunu izlədikcə kitablarının sayının doqquz yox, sanki doxsan olduğunu düşünürsən. Çünki bir dərya xəyal yolu vardır…
Nə sən bir də yoluma çıx, Nə mən yolumu dəyişim. Nə sən qaranlığa çəkil, Nə mən zülmətlə döyüşüm…
Onun yaradıcılığını izlədikdə bir daha Yaradana təşəkkür edir insan. Düşünürsən ki, sonsuz kainatı nizamlayan Allah insanın qəlbindən keçənləri sözlə ifadə üçün nə gözəl bir bacarıq, anlam, ifadə etmək qabiliyyəti vermişdir. Tarixən Azərbaycan xanımlarının ədəbiyyat sevgisi düşür yadıma. Onların ruhu qonur otağıma. Yurdumuzun tarixi keçir gözlərimdən qərinələrlə… Nə gözəl bir xalqın övladıyıq, dəyərli mənəviyyatı ilə yüksələn, insanlığı ucaldan qələm sahibləri Allahın ucaltdıqlarıdır. Mən Təranə xanımın yaradıcılığını, insan olaraq özünü, şairə olaraq qələmini çox xoş gördüm. Bu tarazlıq qəlbimdə bir başqa mənzərə yaratdı. Bu gözəllikdir, sözün sehrinin ritmləridir könüllri ovsunlayan… Bəli, əziz oxucular deyərdim ki, şairə Təranə Dəmirin şeirlər kitabını stolunuzun üstündə özünüzə dost olaraq seçəsiniz, uzaq yola çıxdıqda çox səmimi olaraq yoldaş edəsiniz özünüzə. İnanın ki, heç darıxmayacaqsınız. Çünki bu şeirlər sizi sanki milyonların içindən seçilmiş dostlar kimi heç tənha qoymayacaqdır.
Elə gözəl sevdirdin ki, özünü, Zərrə-zərrə, tikə-tikə sən oldum. Dərdi, qəmi yük elədim özümə, Bircə elə sən sarıdan kəm oldum.
Yaman düşdü aralığa ayrılıq, Bir quruca “sağ ol”a da dəymədim. Ayaqlarım həsrət qaldı yoluna, Nə gələndən, nə gedəndən doymadım.
Lap işlədi iliyimə bu həsrət, Hardan tutdum yaralarım qanadı. Günahları töküb getdin üstümə, Hər kəs elə mən yazığı qınadı.
Məhəbbətdən küskün saldın könlümü, Barışmağa ayaq yeri qoymadın. Yaşamağın yolunu da unutdum, Bircə səni unutmağa qoymadım.
Əziz oxucular, adətən şair və yazıçıların yaradıcılığından söz açarkən onların əsərlərindən, bəyəndiyin şeirlərindən məqalədə bir bənd yazıb fikirlərini ümumiləşdirirsən. Amma qeyd etdiyim kimi, şairə Təranə Dəmirin şeirlərini inanın ki, kiçik verməyə əlim gəlmir. Oxucunun diqqətinə şeirdəki həssas məqamları çatdıra bilmək üçün yalnız və yalnız şairənin öz ifadəsi ilə tam təqdim etmək ən gözəl təqdimatdır. Sanki şairə ürəyindən qələminə keçən yollara bir yasəmən, nərgiz, qızılgüllər kimi çiçəklər bəzəmişdir. İnsan ürəyinin sərrafımı bu şairə? Bəli, könül gözü oyaq olan, duyğuları ipəkdən yoğrulan, qanadlı olan nizam yarada bilmək elə əsl şairlikdir. Bu yerdə bir də Təranə xanımın Vətən sevgisinə baxaq:
Səni çiçək tək sevirəm, Qaya-qaya, daş-daş Vətən! Sevirəm başdan ayağa Səni o baş, bu baş, Vətən!
Küçə-küçə, bina-bina, Oba-oba, şəhər-şəhər- Səni qarış-qarış, Vətən! Səni məndən soruş , Vətən!
Ayağına hər dəyən daş Gəlib ürəyimdən keçib. Ağrıların, acıların Mənim kürəyimdən keçib.
Bir arzu tutasan gözündə, Örtəsən kipriyini üstünə, Toz qonmasın, Külək aparmasın, Dağda-daşda itməsin deyə. Göz qapaqlarını yorğun edəsən, Sarılasan bu arzuya təpə dırnaq…
Gözəldir… Şeirləri qısa verməyə əlim gəlməsə də, əziz oxucularımızı yormadan fikirlərimi burada tamamlayıram.
Sən gedəndən ürəyim də Yiyəsizdi, yetimdi. Heç olmasa payızda gəl, Dünya ölüm itimdi…
Və yaxud: Min ildir ki, yol ölçürəm, Çatam özüm-özümə. Nə yaman uzanır yollar Durub gözümə-gözümə…
Göy gurlayır başım üstə, Daş bitirir daşım üstə. Yaş gətirir yaşım üstə, Çəkir yüzümə-yüzümə…
İncə, zərif duyğularınız tükənməsin, əziz şairə xanım-TƏRANƏ DƏMİR. Sizi Neftçala rayon “Neftçala-Gündoğar” qəzeti və “Xəzər nəğmələri” Ədəbi Birliyi adından doğum gününüz münasibətilə təbrik edir, qucaq dolusu səmimi təbriklərimizi ünvanınıza, SİZƏ göndəririk. Yazın, yaradın, dəyərli qələminiz var olsun. Allah arzularınıza yol açsın. Amin. Bu arzular gedən yolu isə ən gözəl özü söyləyir:
“…Görən hardasa bir ağac varmı mənə bənzəyən, Kökü torpağı ağrıdan, qolları səmanı, Nə yerindən qopan, nə göyündən, Varmı? Hanı?…”
Bu gözəl doğum günündə şairə Təranə xanım Dəmirə ailəsi, sevdikləri ilə birlikdə can sağlığı diləyir, arzularınız günəşdən boy alan olsun, üzərində işıqlar sevincdən, dəyərdən daim bərq vursun deyirəm. Bu zəngin, səmimi duyğulardan insan qəlbini görünməz tellərlə, sözün, fikrin möhtəşəm maqnitində özünə çəkən yaradıcılıq yollarınıza uğurlar diləyir, bol oxucu, sevənləriniz azalmasın deyirəm. Yeni yaşınız həyatınızı yaddaqalan işığı ilə yenidən zinətləndirsin. Amin.
Bədirə Rza Həsənqızı Niftaliyeva, Neftçala. 16 dekabr 2025-ci il.
Dekabr, Şəhər küçə-küçə, Ağaclar külək-külək üşüyür. Mən də üşüyürəm, Saçlarım dən-dən, Əllərim çiçək-çiçək üşüyür. Bir “Salam” kəlməsinə qaçır baxışlarım, Gülümsəyirəm insanlara, ağaclara, quşlara, küləyə, yağışa, Bir ilıq təbəssümdə gizlədirəm kədərimi doğrusu, Otuz il əvvəlki kimidi, Heç dəyişməyib, Məni uzaqdan vurur dənizin qoxusu. İstəyirəm tələsəm, Ayaqqabılarımın səsi başıma düşür, O da ayaqlarım kimi yorulub deyəsən. Birdən kimsə adımı çağırır, Düşürəm adımın sehrinə, Ürəyim uçunur adıma sarı, Dönüb bir fəsil geri qayıdıram üstündə yeridiyim zamanı, Hardayam? hardadı? hanı? Sonra baxıram ki,bir oğlan bir qızın yanaqlarını baxışlarıyla sığallayır, Qız nazlanır, O nazlandıqca mənim bir sığallıq təbəssümə tamarzı yanaqlarım islanır, Çatlaq dodaqlarım göz yaşını başına çəkir, Nəfəsi üstünə gəlir dodaqlarımın.. Sonra təzədən qayıdıram bu saata,bu ana,bu günə, Sakitcə keçib gedirəm yanlarından yağış-yağış. Gözüm qıza sataşır, “Bu qız mənə oxşamır axı” Sahil boyu göyərçinlər didib dağıdır torpağı, Onlar dən, mənsə xatirə axtarıram… Dekabr! Səni bu gün də addım-addım arxada qoyuram- Dizimdə yel, gözümdə eynək, çiynimdə dopdolu bir aldanış.. İstəyirəm dənizə daş atım, Ürəyim sözümə baxmır, Mən səndə doğuldum, mən səndə böyüdüm, mən səndə sevdim, mən səndə aldandım.. Bağışla məni, dekabr!
Bu məqaləni 1995 -ci il dekabrın 9-da yazmışdım. Allah rəhmət eləsin, böyük şair-Osman Sarıvəlli!
Bəzən böyük qardaşım Qurban düşünür, söylənirdi: – mən çoban, qardaşlarım çoban, quzuçu, babamız, hətta babamızın babası – hamısı çoban, quzuçu, muzdur… İnsafdırmı, bu nəsildən heç olmasa bircə oxumuş adam çıxmasın? Ancaq o zaman ailəmizdə məndən başqa yaxşı oxumağa münasib oan elə bir uşaq da yox idi. Düzünü deyim, məni Molla Əhməd babanın evinin yanına toplaşıb müxtəlif kənd oyunları oynayan uşaqların yığnağı maraqlandırmırdı. Bir neçə il qeyri-müntəzəm Quran dərsi aldıq. Sonralar kəndimizin uşaqlarına qoşulub II Şıxlı – Dəllər kənd məktəbinə gəldik. Süleyman əfəndi Qayıbov, Osman əfəndi Qayıbov və bu sayaq layiqli müəllimlər bizə dərs deyirdi. Dərsə qarşı imkansızlığım – ev işləri, mal-qoyun azarı olsa da əlifbanı, yazı-pozmağı ilk dəfə II Şıxlı kənd məktəbində öyrəndim.
Osman Sarıvəlli (tərcümeyi-halından). Azərbaycan poeziyasının özül daşlarından biri olan, bəşəri şair Osman Sarıvəllinin mənzilinə redaksiyadan bir neçə nəfərlə getdik. Yolumuzu şairin böyük oğlu Afər müəllimin evindən saldıq. Ay el uşaqları, xoş gəldiniz, həmişə siz gələsiniz. Sonra isti xatirələrə sığındıq, xatirələrlə ovunduq. Afər müəllim hər şeyi o qədər gözəl ,ardıcıllıqla danışırdı ki, sual verməyə ehtiyac duyulmurdu.
I Xatirə Şeir, sənət yolunun çətinliklərinə görə atam bizi ədəbiyyatdan uzaqlaşdırdı. Amma ikinci qardaşım, fəlsəfə elmləri doktoru Rafiqdə şer yazmaq təbi var. Mən ədəbiyyatçı olmasam da, onun bəzi işlərinə köməklik göstərirdim, son vaxtlar ona daha çox köməklik göstərən xalam oğlu şair Eldar Nəsibli idi. Günlərin bir günü atam mənə dedi ki, nə yaman arıqlamısan, gəl sənə putyovka düzəldim get Krımda dincəl. Anan dedi ki, atan özü də çox arıq idi, bir dəfə sanatoriyaya gedib gəlməklə, yaxşıca kökəlmişdi. Anamın bu sözündən sonra gedib-gəlib soruşdum ki, nə oldu atamın dediyi putyovka? Daha səbrim tükənmişdi. Qələmi götürüb onun yazı stolunun üstünə kağızda yazdığım bu sözləri qoydum:
Əzizim saman atı, Gəl yorma yaman atı. Bir gör neyləyirsən? – Putyovka amanatı.
Anam soruşur ki, a kişi, bəs o uşağın putyovkası nə oldu? Atam da deyib ki, stolun üstünə yazıb qoymuşam, oxuyar. Gəldim gördüm ki, mən yazdığım kağızın aşağı hissəsindən atam belə yazıb – “Saman atımn“ müəllifinə:
Əzizim saman atı, Kökəldir saman atı. Ata arpanı versən, Şıllağı yaman atı.
II Xatirə
Əvvəllər kənd toylarında igidlər “dirə-döymə oynayır, güləşərdilər. Bu məhəllənin igidləri o məhəllənin igidlərinə doy gələndə camaatı onunla fəxr edərdi. Atam da yaxşı güləşən olub. Kənddə yaşıdları içində onun kürəyini yerə vuran yox idi. Bakıya gələndən sonra da deyirdi ki, yazıçı, şairlərdən çoxunu güləşdə yıxmışam, ən çox da Süleyman Rəhimovu, Səməd Vurğunun isə qolundan tutan kimi çıxırdı. Bircə Dəmirçioğlu Süleyman Rüstəmə gücüm çatmırdı…
III Xatirə
Atam olduqca torpağa bağlı adam idi. Çox təəssüf ki, o cür ola bilmədik. Boş vaxtlarını Mərdəkandakı bağımızda əkib-becərməklə məşğul idi. Bir dəfə Qubadan 30-a qədər şitil gətirtmişdi. Onların hamısını zəhmətlə torpağa basdırdı, bir də gedib gördük ki, hamısını oğurlayıb aparıblar. Amma nədənsə bağlar da bizi çəkmədi…
IV Xatirə
Bir dəfə Səməd əmi bizə gəlmişdi. Nahar vaxtı idi. İki ov itini də gətirib həyətə bağlayıbmış. Anam xoş-beşdən sonra gətirib süfrə açdı. Pəncərənin qabağında oturan Səməd əmi əti yedikcə sümüklərini ıtlərə atırdı. Bu mənzərəni gözaltı seyr edən atam dedi: – a Səməd, sən deyəsən elə itləri yedirtməyə gəlibsənmiş.
Ocağın nəfəsi
“Şeir yazmağa nə zamandan başladığım tarix yadıma düşmür. Aşıq məclislərinin, eləcə də,şair ürəkli Tükəzban xanımın şirin bayatılarının təsiri ilə heç bir savadım olmadığı zaman da kiçik mahnılar, qoşmalar, bayatılar söyləyirdim. Seminariyada oxuduğum illərdə də (1920-26) tez-tez aşiqanə şeirlər yazırdım.
Mənim ilk şeir məktəbim, şeir müəllimim əsasən xalq yaradıcılığı, aşiqanə dastanlar, Vaqif, Vidadi kimi el ruhunda yazmış şairlər olmuşdu. OSMAN SARIVƏLLİ (tərcümeyi-halından).
Beləcə Vaqif, Vidadi ruhlu el şairinin ocağını isindirən, işığını yandıran övladları – Solmaz xanım və Seyranla (oğlu Babək Türkiyədə, Rafiq isə Moskvada yaşayır) görüşmək, yaddaşlarında qorunan atalı-analı günlərinin şirinliyini bir daha yada salmaq üçün onun öz mənzilinə gəldik. Mənzilin bayır tərəfində – küçədə bir qovaq ağacı var. O acacın budaqları küçədəki işıq dirəyindən asılmış gecə lampasına sarılıb. Qovağın dibi ilə hər dəfə böyük şairimiz Osman Sarıvəlli indiki İslam Səfərli küçəsi 21-də yerləşən mənzilinə üz tutub. Görəsən ucalığa yönəlmiş bu pilləkənlərin doğma nəfəsə, doğma üzlərə açılan qapısında hansı şeirin misrasını fikirləşib, hansı bir əsərin adını qoyub şair. Elə biz bu ocağa ona görə tələsirdik ki, o hissləri keçirən şairin xatirələri övladlarının dili ilə söz açsın. Osman Sarıvəllinin oturduğu stol. Stolun üstündə hər şey öz qoyduğu kimi xəyala dalıb. Qeyd kağızları, kitablar, təqvim, təsbeh, o kağızlara hopmuş şair ürəyinin misraları, kəlmələri, nələri və nələri… Bu evə kimlər gəlməyib, kimlər gecələməyib. Stolun üstündə Osman Sarıvəllinin Aşıq Şəmşirə həsr etdiyi “Aşıq ürəkli şair, şair ürəkli aşıq kitablarını görürəm. Seyran müəllim kitaba baxışlarımı tutub deyir: “Səməd əmi Aşıq Şəmşirə qayğı göstərməyi, onun yaradıcılığının çap olunub işıq üzü görməsinə köməklik göstərməyi atamdan xahiş etmişdi. Ümumiyyətlə, atam aşıq ədəbiyyatını, xalq yaradıcılığını çox sevirdi. Aşıq Şəmşir də bu evin əziz adamlarından biri idi. O hər dəfə Bakıya gələndə bizdə gecələyirdi. Atam Aşıq Ələsgərin həyatı haqqında da yazıb. Onun iki sazı vardı,birini İraq-Kərkük şairi Əbdüllətif Bəndəroğluna bağışladı.Özü də gözəl saz çalırdı. Sonra Seyran müəllim əlavə edir – Atam çox sadə insan idi. Bilmədiyi sözü çox vaxt məndən soruşardı. Biz tez-tez onunla dənizkənarına gəzintiyə çıxırdıq. Bir də görürdün ki, sözümüz çəpləşdi. Atamın ağsaqqal təcrübəsi ilə məni gənclik ehtirasım aramızda qızğın bir mübarizə yaradırdı. Və sonra anama deyəndə eşitdiyim sözlər məni qane edirdi – A Sayalı, bu Seyrandan mən çox şey öyrənirəm… Otaqda qoyulmuş qara rəngli pianino da diqqətimdən qaçmır. Seyran müəllim onunla da bağlı maraqlı xatirə danışır. – Bu pianino atamın vaxtında hara qoyulubsa, orada da durur. Pianinonu təzə almışdıq. Fəhlələr gətirib onu evə qoyandan sonra, atam qapağı qaldırıb, “Sudan gələn sürməli qız xalq mahnısını ifa etdi. Onda qardaşım Babək də konservatoriyada oxuyurdu. Və çala-çala dedi – “Niyə görəsən, bizim milli xalq mahnılarımız notlara köçürülüb konservatoriyada tədris olunmur? Çox şükür ki, sonralar bu arzu reallaşdı. Osman Sarıvəllinin kitab rəfində çox kitablar vardı, amma onun stolunun üstündə ona çox doğma olan adamların kitabları qoyulmuşdu. Onlardan biri də hörmətli nasirimiz, xalq yazıçısı İsmayıl Şıxlının “Dəli “Kür“ romanı idi. Kitabın içinə bu sözlər yazılmışdı: “Qocaman Gəmi qayanın əzəmətini, Dəri Kürün coşğunluq və təmkinini qəlbində, şerində, həyatında yaşadan əziz Osman qağaya müəllifdən kiçik hədiyyə. İsmayıl Şıxlı. 10.9.68.
Mənzildən çıxmaq üçün ayağa durduq, bir daha evin döşəməsindən tavanına qədər göz gəzdirdik. Tavandan qalaq-qalaq qopub düşən suvaq qatlarında itən xatirələrin izini görürəm. Və Səbail rayon 42 saylı mənzil-istismar idarəsinə demək istəyirəm ki, bu günlərdə xatirə lövhəsi asılacaq Osman Sarıvəlli mənzilinə axışan adamlar şairin mənzilindəki uçuq-sökük yerlərə baxıb nə deyəcəklər?..
Bu evdə xalq şairi ədəbiyyatımıza incilər bəxş etmiş, dünyanın, dahiləri ilə üzbəüz oturmuş, Sofokldan, Puşkindən, Nekrasovdan, gürcü, tatar və digər xalqların ədəbiyyatlarından tərcümələr etmişdi. Bəs biz onun üçün nələr edirik?.. Pilləkənləri düşürük. Axşam saat 9-dur. Dönüb geri boylanıram. Qapının ağzında boy-boya dayanmış Seyranla, Solmazla bir daha baxışlarında sağollaşıram. Birdən Osman Sarıvəllinin öz əlləri ilə yazdığı tərcümeyi-haldan anası Tükəzban xanımın dediyi bayatı yadıma düşür:
Bəli, Osman Abdulla oğlu Qurbanov – Osman Sarıvəlli göy oldu, şöy oldu, böyüdü qol-budaq atdı, elinə-obasma şöhrət gətirdi. Və bir gün babaların, ataların keçdiyi köç yolundan müqəddəsliyə yol aldı.
“1970-ci illərin ortalarında “Ulduz” jurnalında məşhur rəssam Səttar Bəhlulzadənin rəsmlərinin çapından bir neçə aylıq qonorar yığılıbmış. Jurnaldan tez-tez ona zəng edib qonorarını almağa çağırırlarmış. Günlərin bir günü rəssam “Ulduz”un redaksiyasına gəlir və soruşur:
-Nə qədər qonorarım var? Cavab verirlər:
-Min beş yüz manat . Səttar Bəhlulzadə fikrə gedir və əlini cibinə atıb siqaret tapmayanda onun başına yığışmış jurnalın əməkdaşlarına deyir:
-Mənim min beş yüz manatımı köçürdərsiniz yetimxanaların birinə. Ancaq üstümdə də pul yoxdur, gərək mənə bir qutu “Avrora” tapasız!”
Əziz dostlar, 16 dekabr fizika-riyaziyyat elmləri doktoru, professor Nazim Kərimovun doğum günüdür. Kərimov Nazim Baxış oğlu, diferensial operatorların spektral nəzəriyyəsi, funksional analiz sahəsində tanınmış mütəxəssis, 1958-ci il dekabrın 16-da Cəlilabad rayonunun Göytəpə kəndində anadan olmuş, 1965-1975-ci illərdə Əli Bayramlı şəhərinin (indiki Şirvan) 2 saylı orta məktəbində təhsil almışdır. 1975-ci ildə ADU-nu Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1980-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, 1982-1985-ci illərdə Moskva Dövlət Universitetinin aspirantı olmuşdur. 1987-ci ildə MDU-da akademik V.A.İlyinin rəhbərliyi ilə “Özünə qoşma olmayan diferensial operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri (01.01.02)” mövzusunda namizədlik, 1996-cı ildə MDU-da “Adi diferensial operatorların kök funksiyalar sisteminin bazisliyi və müntəzəm minimallığı (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-1996-cı illərdə MDU-nun “Hesablama Riyaziyyatı və Kibernetika” fakültəsinin doktorantı olmuşdur. Əmək fəaliyyətinə AEA Riyaziyyat və Mexanika İnstitutunda 1980-ci ildə laborant kimi başlamış, 1986-cı ilə qədər orada, 1986-cı ildən ADU-nun “Riyazi analiz” kafedrasında işləmiş, 2000-ci ilə qədər baş laborantlıqdan professorluğa qədər uğurlu bir yol keçmiş, 2000-2005-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. 2006-cı ildən Türkiyə Mersin Universitetinin riyaziyyat bölümündə professor vəzifəsində çalışır. O, 60 elmi məqalənin, 9 kitabın müəllifidir. Nazim Kərimovun rəhbərliyi ilə 5 nəfər fəlsəfə doktoru, 1 nəfər elmlər doktoru dissertasiyası müdafiə etmişdir.
Для многих выживших само понятие купания стало далёким воспоминанием — чем-то из другой жизни, будто принадлежавшим не им. Лагерные умывальни были местом страха, а не чистоты. Но 17 апреля 1945 года солдаты установили большие временные душевые: протянули шланги, нагрели воду в бочках, соорудили кабинки из досок и брезента.
Сначала люди не решались подойти. Вид бегущей воды, глухой стук труб — всё это возвращало страшные образы прошлого. Некоторые инстинктивно отступали, охваченные паникой. Солдаты говорили тихо и терпеливо, снова и снова повторяя: — Это безопасно… это для вас.
Среди собравшихся была Элиза, девочка не старше шестнадцати лет. Волосы её были спутаны, лицо — худое, покрытое слоем грязи. Когда она подошла к входу в душевую, ноги будто приросли к земле. Она замерла.
Один из солдат опустился рядом с ней на колено и мягко сказал: — Не спеши. Здесь никто тебя не обидит.
Элиза медленно кивнула, сжимая в ладони маленький кусочек мыла, словно драгоценность. Она шагнула внутрь кабинки и на мгновение просто смотрела на падающую воду. Потом осторожно протянула руку. Тёплые капли коснулись её ладони.
Она резко вдохнула.
Прошли годы с тех пор, как она чувствовала тёплую воду. Годы с тех пор, как можно было мыться без страха.
Когда она полностью встала под струи, вода сначала потекла коричневая, смывая грязь, пыль и следы страданий, въевшиеся в кожу. Элиза закрыла глаза, когда волосы намокли, их тяжесть мягко потянула кожу головы.
Снаружи другие выжившие ждали своей очереди, прислушиваясь к тихому шуму воды, ударяющейся о деревянный настил. Никто не говорил громко. Это было место тихого исцеления.
Когда Элиза вышла из кабинки, солдат протянул ей чистое полотенце. Она закуталась в него и словно выпрямилась. Лицо её оставалось худым, но в нём появилось что-то светлое, почти забытое.
— Это… как снова стать человеком, — прошептала она.
Впервые за долгие годы отражение в воде показывало не узницу — а человека.