
BİR ŞEİR PAYI
Xocalıda ermənilər
Millətimə zülm etdilər,
Xocalıda ermənilər.
Bir qətliam törətdilər,
Xocalıda ermənilər.
Qarlı gecə,qanlı gecə,
Yandırdılar bircə – bircə,
Ev eşiyi həmən gecə,
Xocalıda ermənilər.
Susma, danış qanlı gecə,
Şahid gecə, canlı gecə.
Baş kəsdilər neçə-neçə,
Xocalıda ermənilər..!?
Başlara od ələdilər,
Qana qəltan elədilər.
Qaçanı güllələdilər,
Xocalıda ermənilər.
Qara qaya, qanlı qaya,
Yetişmədin sən də haya.
Milləti tökdülər çaya,
Xocalıda ermənilər.
İnsanlığı duymadılar,
Qanımızdan doymadılar.
Daş üstə daş qoymadılar,
Xocalıda ermənilər.
Cəlilabad rayonu
Mikayıl İnçəçaylı
“Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair