
AĞLAMA
Zəlilu natəvan, əlacsız yazıq,
Sən olasan mənim canım, ağlama!
Artırma dərdimi həddən ziyada
Qoy mən eşq oduna yanım, ağlama!
Ağlar gözlərinə olum sadağa,
Ahusan, səyyadam, gəl çıxaq dağa
Leylisən, Məcnunam, enək bulağa,
Söylə, mətləbini qanım, ağlama!
Növrəs İman oda yandı aşkara,
Neyləyim bu dərdə mən bəxti qara!?
Səni ağladanlar düşsün azara,
Ömürdən beş qalıb sanım, ağlama!
Müəllif: Növrəs İman
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında