Rəfail Tağızadə – İşıq adam

70 yaşınız mübarək, ömürlərə işıq salan əziz və dəyərli Vaqif müəllim! Nə yaxşı ki varsız, sözə dəyər verən İnsan!

İŞIQ ADAM

Həyat qəribəlikləri ilə gözəldir. Bəzən elə zamanda qarşına elə insanı çıxarır ki, heç vaxt ağlına belə gəlməyən, təsəvvür etmədiyin qədər sevinməli olursan. O insanla doğmalaşırsan. Mənəvi qidana çevrilir. Söhbətləşib, bölüşürsən. Dolursan, boşalırsan. Ərk yerinin biri də artır. Dost deyib, kürək çevirəcəyin, sözə sığınan kimi sığınacağın olur. Görməyəndə, on illərdir tanıdığın adam kimi özünə, sözünə, səsinə, gülüşünə, fikrinə darıxırsan. Narahat olursan. Bəlli bir yaşın tapdığı dost qazancdır. Tanrıdan gələndir. Ürək qızdırırsan, ürəyin qızınır. Sözün-söhbətin şirinləşir. Yeni bir mən olur. Əksiklərin tamamlanır. Bunu son tapıntılardan biri kimi qəbul edirsən.  Bu yaşınmı, taleyinmi bəxşidir, bilmirsən. Sonda verilən şirin olur deyib: “Xoş gəlmisən!” söyləyirsən. Səni sevindirənlərin biri də artır.  Artıq elə məqamdayıq ki, ətrafımızdakılara diqqət yetirməli oluruq. Yanımızda kimlər var?..   Çox şükürlər ki, yanımızda dost dediyimiz, ürək qızdırdığımız, sirlərimizi bölüşdüyümüz insanlar var. Bizim də sərvətimiz budur.   Mən bundan böyük sərvət tanımıram. Bir sözlə, bir baxışla, susmaqla səni duyan insanları, dostları olanlar dünyanın ən xoşbəxt insanlarıdır. Bu sənin qiyməti bütün kapitallardan üstün olan insan kapitalındır. Fəxrlə hamıya təqdim etdiyin qazandığın sərvətindir. Demək ki, dünyanın ən zəngin və xoşbəxt insanı sənsən.   Vaqif Osmanov onu tanıyanlar üçün ən böyük sərvətdir, dəyişməz kapitaldır. Həm də ədəbiyyatımızın, düşüncəmizin kapitalıdır.    Xoşuna gələn, könlünə yatan əsər haqqında yazdığı ən kiçik yazı bir kitab qədərdir. Bu müəllif üçün də, oxucu üçün də belədir.     O, müəllifin özünün görmədiyini, duymadığını, ağlına belə gəlməyəni yazının içərisindən çıxarıb elə təqdim edir ki, təəccüb qalırsan. “Mən niyə bunu görməməşəm, hiss etməmişəm”, – deyirsən özün-özünə.   Hamıya nəsib olmayan duymaq, hiss etmək, başqasının yaşadığını yaşamaq, olanları içindən, qəlbindən keçirtməklə yazmaq hamının gücündə deyil. Bu, İlahidən gələndir. Bu İşıqlı Adamın işidir. Çünki ancaq o, yazını oxuyaraq yazı sahibinin daxilini, demək istədiyini, amma demədiyini görə bilər.   Vaqif müəllimin yazısından sonra nə qədər müəllifin üzündəki sevinc və təccübündə bunu oxumuşam. Ona görə də yazıdan adamı görən bu adamı tanıyanların hamısı sevir, hörmət edir, dəyərləndirir. Gec tanımayanlarsa, heyslənir.  Vaqif Osmanov İşıq Adam olmaqla bərabər, həm də çox safdır. Bu saflıq onun Dəniz Adam olmasından irəli gəlmir. O qədər dənizdə uzun illər işləyən, dəniz kənarında doğulub-böyüyən fərqli insanlar görmüşük ki. Bu saflıq yaranışdan, ailədən, nəsildən gələndir. Vaqif müəllimin ailəsini, nəslini, doğmalarını tanıdıqca, bu belə də olmalıdır düşüncəsində olursan.  Bütün bunlardan başqa onda İlahidən gələn fitri bir istedad da var. Yazıdan insanı oxumaq bacarığı və istifadə etdiyi söz və düşüncə zənginliyi onun yazısını daha oxunaqlı və yaddan qalan edir. Sadə olduğu qədər də daxilən zəngin, hər yazısı bir kitab olan Vaqif Osmanovun müəllifi olduğu bir kitabı var, “Oxunan dualar“ kitabı. Fikir, düşüncə və aforizmlərlə zəngin olan bu kitabı birnəfəsə oxumaq mümkün deyil. Hər fikri, düşüncəsi düşünmək tələb edən bu kitab çoxlarının tez-tez müraciət etdiyi kitabına çevrilib.  “Dua” – çağırışdır. İnsanı qayğıya, diqqətə, mərhəmətə, insanlığa səsləməkdir. Dua dini anlamdan daha çox mənəvi səslənişdi, daxili dünyamızın səsiylə, səssizliyi ilə. Vaqif Osmanovun “Oxunan dualar”ı kamilliyə doğru yola çıxan insanların yol xəritəsidir. Bu kitabdakı mətləblər ülvi hisslərdən – Vətən, torpaq, insan sevgisindən mayalanıb. “İşığın işığa, qaranlığın qaranlığa hamilə olduğu, qaranlığın heç vaxt işıq doğmadığı bu məchul cəmiyyətin nəbzini tutmağın çətinliyini” yaxşı anlayan bu söz adamına görə, cəmiyyətin ağrılarını şəfqətli “dualar”la, əlahəzrət sözlə sağaltmaq ən yaxşı müalicədir. Vaqif müəllimin söz “həb”ləri anlayanlar üçün şipşirindir.  Söz müəllifin milli kimliyidir. Deyənin ağzından çıxan, yazanın qələmi ilə bəyaz vərəqləri naxışladığı sözlər həssas insanlara anladır ki, o, kimdir, məsləki, amalı nədir? Dövrümüzün ünlü filosofu Safruh Atalı Vaqif müəllimin “dualar”ını “eşidəndə” yazdığı iki cümlə “dua”çıya böyük qiymətdir: “Qamiştala (Balakəndə Vaqif müəllimin doğulduğu kiçik kənd – R.T.) səninlə dünyanın ülvilik yurdudur. Sənin Öz varlığın xalq dəyəridir – biz buna inanmalı və inandırmalıyıq”. Vaqif müəllim sözə doğması, həm də müqəddəs varlıq kimi yanaşır. Bunu onun 1000-ə qədər Vətən, millət, azadlıq, hünər, ana dili, həyat, mübarizə, məqsəd, inam, sevgi, elm, ağıl, ziyalı, əmək, birlik, tamah, ədəbiyyat, musiqi, dövlət, siyasət, idarəetmə və digər milli mənəvi dəyərləri, insanların müsbət və mənfi xislətlərini göstərən deyimləri sübut edir. Bu deyimlərdə həyatımızın elə bir sahəsi, anı yoxdur ki, toxunulmasın.   V.Osmanov yorulmaz araşdırmaçı – yazar kimi minlərlə atalar sözlərini, zərb-məsələri fikir süzgəcindən keçirib bu folklor nümunələrində əxlaq, etika, vətən və yurdsevərlik, əmək tərbiyəsi kimi ümdə hissləri, təbiətə münasibəti incələməklə insanları bütövlüyə, kamilliyə çağırır. Onun deyimlərindən örnəklər:

“Ol mənə dilbər, gedərəm davaya” təmənnası ilə Vətəni qorumağa gedəndən qəhrəman olmaz.
Ucu-bucağı görünməyən “Çin səddi” tikilməsinə səbəb olan Türk cəsarətinin həsrətindəyəm.
Mütləq Tomiris anaların xələfləri Balayanların, Köçəryanların, Sakisyanların və digər insanabənzər məxluqların murdar, eybəcər başlarını qan gölündə çimizdirəcəklər. Axı şərəfli tarix təkrar olunur.
Qızılgül müharibələri İngiltərədə, qızılgül plantasiyaları isə Zaqatalada olub. Hər xalqın öz xisləti var.
Hətta küləklərimiz – xəzri və gilavar millidir. Bəs biz niyə millilikdən uzaqlaşırıq?
Qorxunun qorxulu düşməni cəsarətdir.
Qarşımdakı insanın müti və kölə olmasını istəyirəmsə, mən də qorxağam.
Bəxtiyar Vahabzadə poeziyamızın “Gülüstan”ını və “Muğam”ını yaradan cəsarətli müdrikdir.
Dünyanın əksər xalqları indi də Üzeyir bəy Hacıbəyli adlı Günəşin işığına həsrətdirlər.
Azad Mirzəcanzadə nəhəng aysberq kimidir, onun görünməyən üçdə iki hissəsini görmək üçün ağlımızın gözü tam açıq deyil.
Sokrat Yunanıstanın “xalq filosofu” olmaq istəmədi, çünki belə dar çərçivəyə sığmazdı.
Gözəl gözəldir, poeziya isə gözəllər gözəlidir.
İnsanın bir-birini görə bilməyən iki gözü: ağlın da gözləri ola bilər, nadanlığın da.
İnsanı kamilləşdirən tənqiddir, özünütənqid.
Həqiqət – yalanın qatili.
Mən nə üçün yaşayıram.? Hər an özümə bu sualı verməsəm ölləm.
Bütün xəstəliklərin anası ümidsizlikdir.
Keçmişə həddən artıq vurğunluq gələcəyimizin xətrinə dəyər.
Təpə zirvəyə paxllıq edir. Ancaq anlamır ki, zirvə zirvə olunca təpəsinə nə qədər zərbə dəyib.
Qlaballaşma manqurtlaşmadırmı?
Elmsiz insan anasının dalınca qaçan yeni doğulmuş at balasına bənzəyir. At gözdən itən kimi qulun özünü itirir, hara gedəcəyini bilmir, müxtəlif istiqamətlərə qaçaraq yerində qalır.
O, tamah “köhlən”inin yüyənini çoxdan itirmişdi.
Sözə dəyər verən Vaqif müəllimin yazıları da deyimləri qədər dolğun və maraqlıdır. Diqqətçəkəndir. Özünəməxsusdur. Düşündürücüdür.
İnsanda, yazıda, əsərdə işıq axtaranın yazısının hər sözündə ümid var. Müəllifdə həvəs və gələcək yaradıcılığa yol göstərən ümid. Bu ümid yazarın gələcək yazılarına sonu görünməyən işıq salır.

Hörmətlə: Rəfail TAĞIZADƏ 

şair-publisist

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GÜNƏŞ TİMSALLI MEHRİBAN XANIM

GÜNƏŞ TİMSALLI MEHRİBAN XANIM
(Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın doğum gününə)

İnsana yaşamaq haqqı verən Böyük Yaradan hər kəsin yolunun üstünə sınaqlardan keçmək üçün çətinliklər çıxarır. Zəkasına bir ömrün yetəcəyi milli amala doğru yürümək istəyi bəxş edir. Bu yollarda onu həyatı boyunca daşımalı olduğu missiya ilə şərəfləndirir. İnsan bu missiyanı böyük məqsəd məcmusunda təfəkkürünün ziyasında çəkib aparır. Güclü xarakterə malik olan xeyirxah, nəcib və humanist İnsan bu dünyaya gəlişinin ictimai mənasını dərk edincə ona verilən tutiya ömrü ləyaqətlə yaşamağa qərar verir. Və kiçik ailə cəmiyyətindən başlamış, ölkə həyatında faydalı işlər gördüyünün fərqinə varır. Bu fürsətdən ictimai mövqeyinə, zəkasına və gücünə görə çalışmağı özünə borc bilir. Şübhəsiz, bunlar vətən və xalq qarşısında vətəndaşlıq məsuliyyətini dərk edən, insansevərlik duyğularının coşub-daşdığı qəlb sahiblərində özünü daha böyük mənada büruzə verir. Azərbaycan Respublikasının birinci vitse-Prezidenti Mehriban Arif qızı Əliyevanın ictimai-siyasi fəaliyyətində olduğu kimi…

Mehriban Əliyevanın ömrünü zinətləndirən də ölkənin, xalqın mənafeyinə hesablanmış böyük xidmətləridir. Bu baxımdan birinci vitse-Prezidenti gördüyü işlərin timsalında qədərincə səciyyələndirmək olar. Lakin təbrik statusunda olan lakonik bir yazıda məqsədimiz portretin xarakterik cizgilərindən yığcam formada bəhs etməkdir.

Mehriban xanım Əliyevanın genişəhatəli fəaliyyəti tarixdə yaşamış nəcib, fədakar qadınlarımızın ibrətamiz həyatının yeni formada təzahürüdür. Dövlətçiliyin möhkəmlənməsində, gəncliyin yetişib-formalaşmasında, milli-mənəvi irsimizə, mədəniyyətimizə, təhsilin, səhiyyənin inkişafına qayğı göstərməsi birinci vitse-Prezidentin şəxsində maarifpərvər, vətənpərvər imicinin formalaşması, tarixdə iz qoyması ilə səciyyəvidir.

Birinci vitse-Prezident statusunu daşımaq haqqını tale özü müəyyən edir. Lakin bu nəcib, şərəfli adı həqiqi mənada, mənəvi-əxlaqi dəyərlərin ucalığında qazana bilmək haqqı əlbəttə, Onun xalqına, vətəninə böyük məhəbbəti, milli ruha, ideologiyaya, azərbaycançılıq məfkurəsinə bağlı olması ilə xarakterizə olunur. Bu keyfiyyətlər Mehriban Əliyevanın təbiətində, şəxsiyyətində doğal olduğu üçün O, daşıdığı statusunda ilkindi, əvəzsizdi, bənzərsizdi…

Mehriban xanım genişəhatəli fəaliyyətini qəlbinin səsi, ürəyinin saflığı, təfəkkürünün işığı, istiqanlılığı, nəcibliyi, xeyirxahlığı, bütövlükdə istəyinin başlıca amili olaraq həyata keçirir. Bunlar onun ömür yolunu aydınladan ümdə keyfiyyətləri sırasındadır. Bütün mərhələlərdə görülən işləri böyük həssaslıqla, ən kiçik detalına, incəliyinə qədər izləməsi, proseslərin içərisində olması Onun özəlliklərə qadir olduğunun bariz göstəricisidir.
Mehriban xanımın qurub-yaratmaq və yaşatmaq eşqi tükənməyən bir işıq selidir, bu hərarəti, şəfqəti duymaq, ondan faydalanmaq da bəxtiyarlıqdır. Xalqın sosial-mədəni həyatının çiçəklənməsində şəfqətli, mərhəmətli birinci xanımın başa gətirdiyi xidmətləri misilsizdir.

Bu gün həyatda bir sıra çətinliklərlə üzləşən, qayğıya, dayağa, dəstəyə ehtiyacı olan insanların xoş halına ki onların böyük mənada hamisi Mehriban xanım Əliyeva Birinci vitse-prezident kürsüsündədir. Bu təmsilçilik pafoslu sözün, təsvirin kölgəsində qalmayıb, real faktlar, həyati hadisələr, həqiqi, əməli, operativ çalışmalar, böyük dəyərlər, xalqın milli xüsusiyyətlərindən qaynaqlanan bənzərsiz keyfiyyətlərlə müşahidə olunur.
İndi yalnız milli dəyərlər məcmusunda hərtərəfli inkişafa doğru getmək qeyri mümkündür. Sözün həqiqi və mükəmməl formasında milli-bəşəri dəyərlər zəminində tərəqqiyə nail olmaq – Azərbaycanı dünya cəmiyyətində halal hüquqlu dövlət imicində tanıtmaq, yerimizi və mövqeyimizi göstərmək mübarizəmizin əsas ideyasına xidmət edir. Bu xüsusda Azərbaycançılığın necə bir humanist, bəşəri ideyalarla zəngin olduğunu gücümüz, sözümüz, əməlimizlə beynəlxalq müstəviyə gətirməyimiz vəsvəgəlməz uğurumuzdur. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məhz belə sivil düşüncəsi, həyata bəsirətli baxışları, geniş diapazonda çalışmaları ilə fəaliyyət göstərir. Odur ki, dövlətlər və bir çox xalqlar Onu müşahidə etdikləri xüsusiyyətləri – qüdrətli olması, tolerantlığı, multikultural dəyərlərə malikliyi, xeyirxahlığı, mədəni əlaqələri, tərəfdaşlığı yarada bilməsi ilə sevir və dəyərləndirirlər.

Düşünürəm ki, Mehriban Əliyeva tarixdə qalacaq şəxsiyyət, siyasi, bədii obrazdır. Və bu obraz olduqca güclü xarakterə malikdir. Burda maraqlı cəhətlərdən ümdəsi budur ki, qəhrəmanımız düşüncə-xəyalların deyil, həyatın özünün doğurduğu, zamanın yetişdirib cilaladığı obrazdır. Onun portretində parlaq cizgilər yetərincədir. Bir nüansı xatırladaq ki, tarixdə iz qoyan ağıllı, müdrik, xeyirxah, tədbirli və diplomat qadınlarımızın obrazını istər şifahi ədəbiyyatda, istərsə də yazılı ədəbiyyatda yaradanda çox zaman müəlliflər onu xalqa sevdirməkdən ötrü uydurma təsvirlərdən, əlavə boyalardan istifadə edirlər. Zənnimizcə, Mehriban Əliyevanın obrazını bədii ədəbiyyata gətirmək istəyən sənətkar Onun portretini yaratmaqda çətinlik çəkməz. Çünki qəhrəmanı ilahiləşdirməyə, obraza təxəyyüldən gələn rənglər qatmağa, təsvirlər əlavə etməyə ehtiyac yoxdur. Mehriban xanımın obrazı həyatdan gələn təbii, doğal obrazdır. Vətənpərvər, maarifpərvər ziyalı, milli düşüncəyə, azərbaycançılıq məfkurəsinə malik olan, qəlbində vətən, xalq sevgisi çağlayan tarixi şəxsiyyətdir. Bütün səylərini ortaya qoyan, gördüyü işləri zərgər incəliyi ilə aparan və bunların müqabilində xalqın gözündə nüfuzlu dövlət xadimi, ləyaqətli İnsan, xeyirxah hami, dost, həssas, qayğıkeş ana kimi sevilən bir Azərbaycan vətəndaşıdır.

Bu gün Prezident İlham Əliyevin Azərbaycanın taleyində açdığı yeni dövrün inkişafında, dövlətçiliyin qorunması və möhkəmlənməsi naminə gördüyü işlərdə milli-bəşəri düşüncəyə malik Birinci vitse-Prezidentin qoşa qanad timsalında Onunla birgə fədakarcasına çalışmasını xalq böyük heyrət və məhəbbətlə izləyir. İşğaldan azad edilmiş Qarabağımızın yenidən qurulmasında, dağıdılmış dini, mədəni abidələrimizin yenidən tikilməsi, bərpası, milli sərvətimizin qorunmasında Heydər Əliyev Fondunun Prezidentinin bitib-tükənməyən fövqəl əməyi də Vətənə sevgisinin ən yaxşı nümunəsidir. Yeri gəlmişkən, bütün bunları müşahidə edən Söz adamı kimi, Mehriban Əliyevanın humanizmi, şəfqət və mərhəməti, xeyirxahlığı sayəsində yüzlərlə ailələrə, insanlara sağlamlıq, sevinc bəxş etdiyindən, eləcə də multikultural dəyərlərin, tolerantlığın, mədəniyyətimizin başqa ölkələrdə təbliğində daim yeni layihələrlə xariqələr yaratdığından mütəmadi olaraq publisistik məqalələrimdə böyük inam və sevgiylə bəhs edirəm. Və inanıram ki, dövlət onu idarə edənlərin xalqa, vətənə, dövlətçiliyə sədaqətlə xidmət etməsi ilə qüdrətlidir. Dövlətin böyük idraka, dövlətçilik tarixində qazanılmış zəngin təcrübəyə əsaslanaraq idarə olunması vətənin, xalqın ümdə qazancıdır.

İllər boyunca apardığım müşahidələr Onun haqqında qənaətimi hər zaman xatırlamağıma yol açır. İndiki məqamda sözümə yekun olaraq, bir fikri də səsləndirməyə ehtiyac duydum: Mehriban Əliyeva bütün hallarda, çətin və mürəkkəb situasiyalarda, xoş, fərəhli anlarında belə, dəyanətli, güclü, qətiyyətli və bütövdür. Hər yerdə, hər zaman özüdür. Ən ümdəsi də olduğu kimi görünən bir inci, nur timsalında fövqəlbəşər İnsandır…

Bu yerdə mütləqdir, deyəm ki, dan üzünün yenicə söküldüyü anında, səhərin təzəcə açıl-saçıl çağında bu duyğusal fikirlərin qəlbimdə baş qaldırmasına səbəb Mehriban xanım Əliyevanın öz həyatında xalqın taleyini yaşaması ecazıdır. Onun obrazına mükəmməlik verən detalları sözlə təsvirə gətirmək, bu fövqəlbəşər İnsanın həyatına, ictimai fəaliyyətinə işıq salmaq istəyimiz, güclü xarakterə malik dövlət xadiminə xalqın böyük sevgisini cəm halda ifadə etmək marağından yarandı…

Özünün ali keyfiyyətləri ilə xalqın böyük rəğbətini, sevgisini haqq etmiş Mehriban xanım Əliyevaya can sağlığı, Azərbaycançılıq naminə əzmlə çalışmağı, xoşbəxtlik, ailə səadəti arzulayıram. Doğum gününüz mübarək olsun, əziz və sevimli Birinci xanım…

Hörmətlə: Şəfəq NASİR

Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru

Könül Bünyadzadənin yazıları

Şəfəq Nasiirin digər yazıları

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Robert Louis Stevenson – Xəzinələr adası

Robert Louis Stevenson
XƏZİNƏLƏR ADASI

Əvvəli: Robert Louis Stevenson – Xəzinələr adası

II FƏSİL
Dəniz sandığı
Mən və anam kömək üçün kəndə getməyə qərar verdik. Ora çatanda kənd sakinləri bizimlə birlikdə mehmanxanaya qayıtmaq istəmədilər. Onlar o qədər qorxmuşdular ki, anam əsəbi halda dedi:
— Cim, geri qayıdaq. Kapitanın dəniz sandığını açıb pulumuzu götürəcəyik.
Beləliklə, kənddən bir oğlan doktor Livzini tapmağa getdi, anamla mən isə “Admiral Benbou”ya qayıtdıq. Mən qapını kilidlədim. Ölmüş kapitan hələ də döşəmənin üstündə idi.
— Açarı tapıb sandığı açmalıyıq, — anam dedi.
Mən onun əlinin yanında olan kağız parçasına baxdım. Üstündə belə bir xəbərdarlıq yazılmışdı: “Bu gecə saat onda gəlirik.” Saata baxdım. Saat altı idi.
— Dörd saatımız var, ana, — dedim.
Kapitanın cibində açarı tapdım. Biz yuxarı mərtəbədəki onun otağına qalxdıq və anam sandığı açdı. İçəridə bir dəstə kağız və bir çanta var idi. Çantanın içində çoxlu pul tapdıq və anam pulları saymağa başladı. Lakin sonra yolda kor adamın əsasının çıxardığı səsi eşitdim. O, qapını açmaq istədi, amma qapı kilidli idi. Sonra o, uzaqlaşdı.
“Biz getməliyik, ana”, – dedim. “O, digər adamlara xəbər verəcək və onlar bura gələcəklər.”
“Xeyr”, – o cavab verdi. “Hələ saat yeddidir. Kapitan bizim yanımızda qalmasına görə haqq etdiyi pulu ödəməlidir.” O, pulları saymağa davam etdi.
Lakin tezliklə quldurların səslərini eşitdik. Bir qədər pul və sənədlər bağlamasını götürüb mehmanxanadan qaçaraq çıxdıq. Birdən anam dayandı.
“Əzizim, mən qaça bilmirəm.”
“Ah, ana!” – deyə əsəbi halda söylədim. “Nə üçün bütün o pulları saydın? İndi onlar bizi öldürəcəklər.”
Sonra o, çiynimə söykəndi. Xoşbəxtlikdən, kiçik bir körpünün yaxınlığında idik.
“Gəl, ana”, – dedim. “Burada körpü var. Onun altına girərik və quldurlar bizi görməzlər.”
Lakin mən geri qayıdıb bir ağacın arxasında dayandım. Mehmanxanamızın qarşısındakı yolu görə bilirdim. Bir neçə adam gəldi. Onlardan biri kor adam idi.
“İçəri girin!” – deyə o, adamlara qışqırdı.
Onlar ölü kapitanı və yuxarı mərtəbədəki dəniz sandığını tapdılar.
Bir nəfər kapitanın otağının pəncərəsini açdı.
— Pyu! Sandıq açıqdır! — deyə o, kor adama xəbər verdi.
— Kağız dəstəsi oradadır? — deyə Pyu soruşdu.
— Biz onu görə bilmirik.
— Oğlan onu götürüb! — deyə Pyu bildirdi. — Axtarın onu, itlər! Tapın, hamımız varlanacağıq!
— Amma bir az pul götürüb gedə bilərik, Pyu, — deyə adamlardan biri söylədi.
İndi kor adam çox qəzəblənmişdi. O, əlindəki çubuqla digər quldurlara vurmağa çalışdı. Elə bu vaxt atların səsini eşitdim. Quldurlar çox sürətlə qaçıb uzaqlaşdılar. Bir dəqiqə sonra yolda yalnız Pyu qalmışdı.
— Məni qoyub getməyin, dostlar! — deyə o, qışqırdı.
At belində bir neçə adam təpədən aşağı gəldi. Pyu qaçmağa çalışdı, amma görə bilmirdi. O, yerə yıxıldı, ayağa qalxdı və qaçmağa davam etdi…
Lakin atlardan birinə çırpıldı və öldü.
At belində olan adamlar polis əməkdaşları idi. Onlarla birlikdə kənddən olan oğlan da gəlmişdi.
— Bu quldurlar nə istəyirdilər? — deyə polis əməkdaşlarından biri soruşdu.
Mən cavab verdim:
— Məncə, onlar bunu istəyirdilər. — Sonra kağız dəstəsini ona göstərdim. — Mən bunu doktor Liveseyə vermək istəyirəm.
— Bəli, o yaxşı insandır. Mən səni onun evinə apararam.
Doktor Livesey malikanədə, Squire Trelawneyin böyük evində idi. İki kişi kitabxanada idilər.
— Axşamınız xeyir, Cim, — deyə həkim bildirdi. — Burada nə edirsən?
Mən onlara hər şeyi danışdım. Sonra kağızlardan ibarət dəstəni həkimə verdim və o, onu cibinə qoydu. Zabit getdikdən sonra həkim torpaq sahibinə dedi:
— Kapitan Flint adlı bir quldur haqqında eşitmisiniz?
— Bəli. Dəhşətli bir adam idi! İspanlar ondan çox qorxurdular.
— Onun pulu var idi?
— Flintin xəzinəsi haqqında əhvalatı bilmirsiniz? Heç kim onun xəzinəni harada basdırdığını bilmir.
— Çox yaxşı, — dedi həkim və dəstəni açdı.
İçərisində iki şey var idi: bir kitab və bir kağız parçası.
Kitabın ilk səhifəsində “Billy Bones, mate” adı yazılmışdı.
Sonra çoxlu tarixlər və pul məbləğləri var idi.
— Bu, hesab kitabıdır, — dedi həkim. — Burada quldur Billy Bonesun nə qədər pul əldə etdiyi göstərilir.
Sonra o, kağızı açdı. Bu, uzunluğu təxminən doqquz mil, eni isə beş mil olan bir adanın xəritəsi idi.


… məlumat yazılır

Ardı: Robert Louis Stevenson – Xəzinələr adası

Müəllif: Robert Louis Stevenson

İngilis dilindən tərcüməZaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Övladıyam

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Robert Louis Stevenson – Xəzinələr adası

Robert Louis Stevenson
XƏZİNƏLƏR ADASI
I FƏSİL
“Admiral Benbou” mehmanxanasındakı qoca dəniz qulduru
Mən Cim Hokinsəm və sizə “Xəzinələr adası” haqqında hekayəni danışacağam. Bu hadisələr mən hələ uşaq olanda başlamışdı. Dəniz sahilində atamın “Admiral Benbou” adlı mehmanxanası var idi. Bir gün hündürboylu, qüvvətli bir qoca dənizçi böyük bir dəniz sandığı ilə gəlib çıxdı.
— Mənə bir stəkan rom gətirin! — o, atama dedi. — Burada adam çox olur?
Atam dedi ki, xeyr.
— Əla! Mən burada qalacağam. Mənə kapitan deyə bilərsiniz. Sandığımı otağıma aparın.
Hər gün o, qayalıqlara gedər, teleskopu ilə dənizə baxardı. Hər gün də bizdən soruşardı:
— Buralarda heç dənizçi görürsünüz?
Biz başa düşməyə başladıq ki, o, heç bir dənizçi ilə qarşılaşmaq istəmir. Bir gün mənə dedi:
— Bir ayağı olmayan bir dənizçini görəndə mənə xəbər ver, sənə pul verəcəyəm.
Bəzən qoca kapitan çox rom içirdi. Sonra mahnı oxuyar və bizə dəhşətli hekayələr danışardı. O, bizə heç pul vermirdi. Buna görə yazıq atam narahat idi və xəstələndi. Bir gün günortadan sonra doktor Livsi onu ziyarət etməyə gəldi.
Həmin axşam həkim bir neçə dostu ilə birlikdə qəlyanını çəkirdi. Qoca kapitan da orada idi.
— Sükut! — dedi o. — Sizə bir əhvalat danışacağam.
— Siz mənimlə danışırsınız, ser? — deyə doktor Livesey qəzəblə soruşdu.
— Bəli!
— Siz həddindən artıq çox rom içirsiniz, ser, — dedi həkim. — Bir gün bunun ucbatından öləcəksiniz.
Qəzəbli kapitan cibindən bir bıçaq çıxardı.
— O bıçağı cibinizə qoyun, — həkim sakitcə dedi, — yoxsa həbs olunacaqsınız. Mən həm də magistratam.
Kapitan bıçağı cibinə qoyub oturdu. Həmin axşam o, çox sakit idi.
Həmin qış hava soyuq keçirdi və atamın vəziyyəti daha da pisləşdi. Yanvar ayında bir səhər bir dənizçi gəlib çıxdı.
— Burada Bill adlı bir adam varmı? — deyə soruşdu.
Mən dedim ki, burada yalnız kapitan var və o, sahildədir.
Sonra həmin adam qapının arxasında gizlənib gözlədi. Kapitan içəri girəndə onu görmədi.
— Bill!
Kapitan cəld ətrafına baxdı. Üzü ağappaq olmuşdu.
“Məni tanıyırsan, Bill!” – kişi dedi. “Biz köhnə dostlarıq.”
“Qara Köpək!”
“Bəli! Səni görməyə gəlmişəm.”
“Nə istəyirsən?”
Onlar bir az rom içmək üçün masanın arxasında oturdular. Qapı açıq idi və Qara Köpək qapının yanında oturmuşdu. Mən onların söhbətini eşidə bilmirdim. Sonra böyük bir səs-küy qopdu və masa ilə stullar aşdı. Mən Qara Köpəyin çiynində qan gördüm. Sonra o, qapıdan qaçıb çıxdı. Kapitanın qılıncında da qan var idi.
“Mənə bir az rom gətir, Cim!” – deyə o bildirdi.
Mən romla geri qayıdanda kapitan yerdə uzanmışdı. Gözləri bağlı idi və üzü çox ağarmışdı.
Sonra doktor Livsi atamı müayinə etmək üçün gəldi. O, kapitana baxıb dedi:
“Çox rom içir və buna görə də xəstələnib.”
Sonra kapitanın qolundakı döyməni mənə göstərdi.
“Bax, onun adı burada yazılıb”, – dedi. “Billi Bons.”
Bir neçə dəqiqədən sonra kapitan gözlərini açdı.
“İndi, cənab Bons, bir daha rom içməyin, yoxsa öləcəksiniz”, – deyə həkim ona bildirdi.
Biz onu yuxarı mərtəbədəki otağına apardıq və yatağına uzatdıq.
Saat on ikidə bir az dərmanla onun otağına girdim.
Amma o dedi ki, bir stəkan rom istəyir.
— Amma həkim… — deyə başladım.
— Həkim? O mənim haqqımda nə bilir ki? Mənə bir stəkan rom gətir, Cim, sənə pul verərəm.
— Mən sənin pulunu istəmirəm, — dedim. — Amma romu gətirdim.
— Nə qədər yataqda qalmalıyam, Cim?
— Həkim bir həftə deyir.
— Amma indi onlar mənim harada olduğumu bilirlər və bura gələcəklər, gələcəklər! Məni öldürmək və mənim sandığımı götürmək istəyirlər. Cim, bu gün Qara Köpəyi gördünmü? O pis adamdır, amma o birilər daha da pisdir! Onlar mənim sandığımı istəyirlər. Bilirsən, onlar qoca Kapitan Flintin adamlarıdır və onun xəzinəsinin harada olduğunu öyrənmək istəyirlər. Mənə qara ləkə verəcəklər!
— Qara ləkə nədir? — deyə soruşdum.
— Onlar səni öldürməzdən əvvəl həmişə sənə qara ləkə verirlər!
Həmin axşam yazıq atam öldü. Bir neçə gün anamla mən çox məşğul idik və kapitan haqqında çox düşünmürdük. Atamın dəfnindən sonrakı gün əlində əsa olan kor bir kişi mehmanxananın qarşısında dayandı və məndən bunun “Admiral Benbou” olub-olmadığını soruşdu.
— Bəli, — dedim.
“Gənc dostum, mənə əlini verərsənmi, məni mehmanxanaya apararsanmı?”
Əlimi ona verəndə məni cəld özünə tərəf çəkdi.
— İndi, oğlan! Məni kapitanın yanına apar!
— Apara bilmərəm, ser, — dedim.
— Nə? Məni apar, yoxsa qolunu sındıraram!
Onun səsi soyuq və amansız idi. Mən ondan çox qorxurdum və onu kapitanın yanına apardım. Yazıq qoca pirat da çox qorxmuşdu.
— İndi sol əlini mənə ver, Bill, — kor kişi dedi.
Sonra kapitanın əlinə bir şey qoydu və mehmanxanadan çox sürətlə çıxdı. Kapitan sol əlinə baxdı. Orada üzərində qara ləkə olan bir kağız parçası vardı.
— Saat onda! Onlar saat onda gələcəklər və məni öldürəcəklər. Cəmi altı saatımız var, Cim! Hələ vaxtımız var!
Kapitan ayağa qalxmağa çalışdı, amma elə həmin anda əlini ürəyinin üstünə qoyub yerə yıxıldı. Mən ona kömək etmək üçün qaçdım, amma o, artıq ölmüşdü.

Ardı: Robert Louis Stevenson – Xəzinələr adası

Müəllif: Robert Louis Stevenson

İngilis dilindən tərcüməZaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I





Bu gün Vaqif Osmanlının doğum günüdür – Təbrik!

Dəyişməyən insan haqqında dəyişməyən fikirlərim:

Vaqif Osmanov niyə sevilir?

Əminəm ki, cavab vermək istəyən çoxdur. Üstəlik “niyə də sevilməsin?” deyə sual da verəcəksiniz. Elə isə çoxunun əvəzindən özüm cavab verim: saflığı geniş ürəyi olan, təmənnasız adam sevilməzmi? Bir dəfə təklif etmişdim ki, ona “Gənclərin dostu” titulu verilsin. Sonra düşündüm ki, bu çox az olar Vaqif müəllim bütövlükdə insanların dostudur. Onun ədəbiyyat bilgisinə, bədii təxəyyülünə, geniş mütaliəsinə bələd olanlar onu məni kimi filoloq zənn edirlər, əslində isə coğrafiya elminin adamıdır. Elm sahələrinin adamlarını təsnifləşdirəsi olsaq, mübahisəmiz incikliklə yekunlaşar.

Coğrafiyaşünaslar onu ədəbiyyata verməzlər, ədəbiyyatçılar da Vaqif Osmanovu hər vəchlə öz sahələrinə çəkərlər. Vaqif müəllim ona görə sevilir ki, ədəbiyyata “qazancım nə olacaq?” fikri ilə xidmət etmir. Onun insanlara yaxşılıq etmək kimi missiyası var. Mətnin dəyərini hər şeydən vacib sayır. Yazılanı oxuyacaq, yaxşıdırsa, mütləq fikirlərini qələmə alacaq. Çoxu istəyir ki, yazdıqlarını Vaqif Osmanov təhlil etsin. Çünki sözbəsöz, cümləbəcümlə oxuyur, hər bir ifadəyə münasibət bildirir. Mətnə yazıçının özündən də çox bələd olur. O, həm yazıçının ötürmək istədiklərini olduğu kimi duyur, həm də maraqlı interpretasiyalarla çıxış edir. Adam öz yazdıqlarını Vaqif Osmanovun qələmində təzədən sevir. O qədər gözəl təhlil edir ki, az qalırsan təzədən onun təhlil etdiyi kimi yazasan.

Vaqif Osmanov nəzərə almır müəllifin vəzifəsi var ya yox, onunçün müəllifin tanınmış olub-olmaması da maraqlı deyil. Yaxşı mətni təbliğ edir, gözləmir kimsə ona yaltaqlansın, o da əvəzində onun yazdığını oxuyub təhlil etsin. Vaqif müəllim paxıl da deyil ki, kiminsə yaxşı yazısını görməzdən gələ. Şöhrətpərəstlikdən uzaq olduğu üçün yalnız məmur yazıçıların yazdıqları haqqında yazmır. Fikrimcə, bu dövrdə ədəbiyyata təmənnasız xidmət edən ən saf adam Vaqif Osmanovdur.

Ədəbi paxıllıqdan, xəsislikdən uzaq, sözə dəyər verən Vaqif Osmanov tənqidçi deyil ee, yaxşı mətnlərin ədəbi mühafizəçisidir. Onun yaradıcılıq fondunda xeyli müəllifin əsərləri var ki, öz yazıları qədər onların da “üstündə əsir” Bu kiçik yazı onun nə qədər dəyərli insan olduğunu ifadə edə bilməz. Vaqif Osmanovun kim olduğunu yazdıqları aydınca göstərir. Bütün gənc yazarlar (gənc olmayanlar da) bilirlər ki, o hər tənqidçi ilə müqayisə edilə bilməz. Vaqif Osmanov Vaqif Osmanovdur… “o biri “V”lardan deyil”. (Salam Qədirzadənin təbirincə)

Hörmətlə: Pərvanə BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə

DAHA ÇOX XƏBƏR – ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu yazır

Ədəbiyyatımızın ögey balası…

Deyirdi ki:- “”Vəfalım mənim” romanımın üstündə başım çox cəncəllər çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşıma çıxdılar. Məni öldürməyə, işdən qovmağa çalışdılar. Bir dəfə işdən çıxartdılar, yenə mübarizə aparıb öz işimə qayıtdım. Axırda gördülər mümkün deyil, baş elmi işçilikdən məni çıxarıb kiçik elmi işçi elədilər. Maaşım 320 manat idi, elədilər 145 manat. Dedilər get buradan. Dedim heç yana gedən deyiləm. Mən yetim oğlan olmuşam. Pendir-çörək yemişəm. Pendir-çörəklə də uşaqlarımı saxlayacağam, amma sənətimi və iş yerimi dəyişməyəcəyəm. Zaman keçdi, o mənə haqsızlıq edənlərin hamısı gözümün qabağında tut kimi tökülüb getdilər.”

Qəribə adam idi. Ömrü boyu haqsızlıq, ədalətsizliklə üz-üzə qalsa da ruhdan düşmür, yazıb yaradırdı…

“Hələ uzun illər bundan əvvəl demişdim ki, mən ədəbiyyatımızın ögey balasıyam. O zaman mənim bacarığımdan istifadə olunmayıb. Uzun müddət adım qara siyahıda olub. Mənim stolum, mənim səngərimdir. Elə adamam ki, çağırılan yerə ərinmirəm, çağırılmayan yerdə görünmürəm. İndi-indi tədbirlərə dəvət eləyirlər. İnanın ki, üçüncü kursu bitirənə kimi Bakı kimi küləkli şəhərdə pencəkdə oxumuşam. Aldığım təqaüdün yarısını ev kirayəsinə ödəmişəm.”- söyləyirdi.

O, Azərbaycan ədəbiyyatı tarixində ən çox tirajla çap olunan müəlliflərdən biri olub. Bir vaxtlar elə bir ev tapılmazdı ki, onun “İtgin gəlin” kitabı həmin ailədə olmasın. Söhbət 1935-ci il, avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olan yazıçı Əlibala Hacızadədən gedir…

Deyirdi ki:- “Ədəbiyyat aləmi müqəddəs bir aləmdir və əbədiyyət adlı bir dünyaya uzanan bir çox yolların ən gözəli, şirini və əzablısıdı. Mən ömrümün böyük bir hissəsini burada – müqəddəs saydığım bu dünyanın içində yaşamışam. Onun paklğını, müqəddəsliyini bildiyim üçün, o aləmin qapısı ağzında ayaqqabılarımı təmizləyib içəri girmişəm, bilmişəm ki, o saf, şəffaf dəniz kimi, natəmiz şeyləri qəbul etmir, silkinib-çırpınıb gec-tez sahilə atır…”

Bəli, Əlibala Hacızadə bu fani dünyada belə bir ömür sürüb. Əməlləri ilə Allahın nə qədər xoşuna gəldiyi isə axirətdə məlum olacaq. Axı, deyirlər ki, bu dünyada Allaha inamıyla, imanıyla yaşayanları, o dünyada mükafat gözləyir…

Yaşasaydı, avqustun 28-i 91 yaşı tamam olacaqdı. On altı il bundan öncə Allahın ölüm mələyi Əzrailə qoşulub əbədi dünyaya getdi. Bu dünyada ədəbiyyatımızın ögey balası olsa da, o dünyada sorğu-sualı asan, mənzili cənnətdə olsun!

Ehtiramla,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I