
PAYIZI QƏMLİ BİLMƏ
Ey payızı qəmli bilən!
Sən duyantək kədər deyil,
Barı baldı, zəhər deyil,
Toy-düyündür, qəhər deyil,
Ey payızı qəmli bilən!
Enişi var, yoxuşu var,
Qızıl rəngli naxışı var.
Bərəkətli yağışı var.
Ey payızı qəmli bilən!
Toy şənliyi payız olur,
Könüllərə sevgi dolur.
Elə sanma həyat donur,
Ey payızı qəmli bilən!
Payız fəsli arzu, dilək,
Aşıb-daşar sevən ürək.
Boldu məhsul, boldu çörək,
Ey payızı qəmli bilən!
Dünyaya payız gəlmişəm,
Dil açmışam, yerimişəm.
Sevilmişəm, həm sevmişəm,
Müəllif: Rahilə QARALOVA
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru