Şəhid zabit Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur

Şəhidlərimizin əziz xatirəsinə

“40 gün – 40 şeir” layihəsi
V GÜN – V ŞEİR

“DÜNYA  BİR  PƏNCƏRƏDİR…”

(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən  olsa, qardaş…

De, heç vaxtın oldumu, pəncərədən baxmağa,

Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…

Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,

O da, Sən də yox idi, işin-gücün çox idi…

Çoxunun gözü ackən, Sənin gözün tox idi…

*        *        *

Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???

Yeddi ürək  gərəkdi,  baxışına baxmağa,

Qəlb adlı əzamızı,  qan vurmağı  saymasaq…

Bizdə ürək nə gəzir,  gözümüz yox baxmağa,

O ürək Səndə idi, baxışların ox idi…

Çoxunun  haqqı  yoxkən,  Sənin haqqın  çox idi…

*        *        *

“Nə yatdın ki, nə yuxu”,  görəsən, əziz qardaş….

Yaradan yaratmışdı, Səni oyaq qalmağa,

Ayaqüstü, sırada,  göz qırpmağı saymasaq…

Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,

Düşüncə, dərin ümman, zehin, iti ox idi…

Çoxunda  beş-beş olan, Səndə biri yox idi….

*        *        *

Damarda coşdu qanın, ürək dözmədi, qardaş…

Dizindəki təpərin bəs eylədi qalxmağa,

Dostlarının toyunda oynamağı saymasaq,

Toy-düyün də görmədin, oturmağa-qalxmağa,

Ərgənlənmiş ər idin, bəy otağın yox idi…

Çoxu sayın bilmirdi, Sənin biri yox idi…

*        *        *

İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…

Sənin etdiklərini ehtiyac yox saymağa,

Arada qəmli-qəmli bu baxmağı saymasaq,

Eyibin də yox idi,  barmaq ilə saymağa,

Yan-yörədə bildiyin, nacis, naqis çox idi…

Bilən bilir qardaşım, Sənin mislin yox idi….

21.01.2018. Bakı.




Qeyd:
Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir.
Səninlə qürur duyuram, Azərbaycan gənci!

“40 gün – 40 şeir” layihəsi

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir