
71-ci sonet
Bir gün kilsə zəngləri şairin ölümünü
Xəbər versə, əzizim, sən də o an bat qəmə:
Bil, dəyişmişəm… alçaq insanlar aləmini
Qurd, soxulcan qaynaşan o yeraltı aləmə.
***
Bu soneti oxuyub, qəmlənmə dərin-dərin,
“Bunu yazan kəs ölüb” söyləmə dönə-dönə.
Heç vaxt istəmərəm ki, sevdiyim o gözlərin
Şux rəngi zərrə qədər sola, ya kölgələnə.
***
Niyə sarsıtsın səni misralarda donan səs?!
Niyə məni anasan, qəlbin çarpsın, döyünsün?!
Bu köksümdən sevginlə çıxan sonuncu nəfəs
Yetər ki, bir rüzgarla qəfil qaralıb, sönsün.
***
Necə rəva görərəm öz qüssənlə düşəsən
Qara camaat içrə bir gün dildən-dişə sən?!
Müəllif:Uilyam Şekspir
Tərcümə: Azad Yaşar
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru