Cahangir NAMAZOV – TƏNHALIQ

TƏNHALIQ

Tənhalıq canımı udur yavaşca,
Bəs xoşbəxtlik harda, hardadır şadlıq?
Nəfəsim daralır günbəgün daha,
Səninçün çox darıxıram, Azadlıq!

Əllərim qələmə getmək istəmir,
Qəlbimdən boylanmır nə ilham, nə şeir.
Anladım, hisslərim azad deyilmiş,
Ümidlər bağlanıb, qolunda zəncir.

Görəsən bu susqun otaq içində
Sakitcə yox olub gedərmi səsim?
Küləklər döydükcə pəncərələri,
Səslərəm günəşi, çıx, gəl nəfəsim!

Yalnız mübarizə apardım elə,
Çox savaşlar gördüm, axıtdım qanım.
Üsyanlar qopardı ruhun zənciri,
Mən sizə gedirəm, Azad sabahım…

07.08.2021
Müəllif və tərcüməçi: Cahangir NAMAZOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir