
MÜƏLLİM ŞƏRƏFİNİ QORUYAN MÜƏLLİM
Harda qaranlıq var işıq ələyər,
Mərdə əl uzadar, namərdi əyər.
O haqqı söyləyər, o haqqı deyər,
Haqqa üz çevirən bir müəllimdi o.
Az-az insanlar var ki, el içində hörmət qazana bilirlər.
Az-az ziyalı var ki, onu canlı görmək, şəxsiyyət adının fövqünə baxış etmək istəyirsən. Belə müəllimlərdən biri də Zeyni Əkbərovdur. O, əsl insan, əsl müəllim adını daşıyan işıqlı adamlardan, sevilən, haqqında xoş sözlər deyilən ziyalırdandır.
Qısa tanışlıq: Zeyni Əkbərov 1963-cü ildə Yardımlı rayonunun Göryədi kəndində – qulluqcu ailəsində anadan olub.
1970-ci ildə orta məktəbin birinci sinfinə daxil olub və1980-ci ildə orta məktəbi uğurla başa vurub. Hələ orta məktəbdə oxuduğu müddətdə Uşaq Musiqi Məktəbində musiqi təhsili alıb.
1980-ci ildə Lenin adına APİ – nin filologiya fakültəsinin qiyabi şöbəsinə qəbul olunub. Birinci kursu başa vurub hərbi xidmətə yollanıb. İki illik hərbi xidmətdən qayıdandan sonar- 1983- cü ildən təhsilini davam etdirib.
O, APİ – də təsilni davam etdirə-etdirə (qiyabi) musiqi məktəbində müəllim işləyirdi. 1988- ci ildə APİ – nin filologiya fakültəsini bitirib,ancaq pedaqoji sahədə fəaliyyət göstərməyib .Fəaliyyətini Yardımlı rayonu musiqi məktəbində davam etdirib.
2011- ci ildən həmin məktəbə direktor vəzifəsinə İrəli çəkilib.
Üç övlad atasıdır. Böyük oğlu Əkbərov Şəhriyar Zeyni oğlu “MM media Azərbaycan” adlı şirkətin direktorudur. Əkbərov Kamal tikinti şirkətində çalışır. Əkbərov Camal Yardımlı rayon Uşaq Gənclər Mərkəzində dərnək rəhbəri kimi fəaliyyət göstərir.
İllər yel kimi tüb keçir. Bu illər ərzində çox şey şey dəyişib. İllərin qəmi, kədəri, çətinlikləri…Zeyni müəllimdən də yan keçməyib. Amma onun sevinci, qazancı daha çox olub. İlk növbədə müəllim adını qoruyub- saxlaya bilib, müəllim şərəfinə xələl gətirməyib, öz halal zəhmətilə dolanıb. İnsanların, sevimli şagirdlərinin qəlbinə yol tapa bilib, düşüncələrini ifa etdiyi qarmon pərdələrinin üzərində tapıb.
O, Yardımlı rayonunun musiqi məktəbinə bir neçə ildir ki, rəhbərlik edir. Uşaqlıq illərindən şeirə, poeziyaya vurgun olub, klassik və müasir Azərbaycan bəstəkarlarından bəhrələnib.
Zeyni müəllimə Allah dərin zəka,
parlaq istedad, musiqiyə tükənməz həvəs, təşkilatçılıq bacarığı bəxş edib. Və o, öz bacarıq və istedadını xalq üçün “xərcləyir”.
O, kəslər xoşbəxtdir ki, müqəddəs və xeyirxah əməlləri ilə minlərlə gənclərin yoluna işıq salır, onlara arxa – dayaq olur.
O insan xoşbəxtdir ki, həyat yollarında qarşısına çıxan bütün maneələrə sinə gərərək vətəninə layiqli övlad olmaq üçün çətinliklərə qarşı mərdliklə mübarizə aparır, qarşısına qoyduğu istəyinə, arzusuna çatır.
Zeyni müəllim də gərgin əməyi, bilik və bacarığı ilə həyatda pillə -pillə ucalıb, ucalıq mərtəbəsində öz layiqli yerini tuta bilib.
O, həm də ona görə uca görünür ki, vicdanlıdır, damarından əsl kişilik qanı, ziyalı qanı axır, böyük – kiçik yeri bilir, Allah eşqi ilə yaşayır.
Əslində dediklərimiz Zeyni müəllimin həyat yolunun cüzi bir hissəsidir.
Tələbə dostlarıma, onların şirin nəğməyə dönən səslərinə qulaq asa -asa xəyala dalıram: İnstitut həyatı… sinif otaqları… Zeyninin əlində qarmon bir tərəfə çəkilib ifa etməsi… tələbə yoldaşlarımız Gülşənin, Kəmalənin, Yeganənin şən – şakrak səsləri gözlərim önündə canlanır. Sanki o sinif otaqları yolumuzu gözləyir…
Ən nəhayət, sözümü Vaqif Aslanovun şerindən bir parça ilə tamamlayıram:
Yaxşılığı bacaranda elə sən,
Çıxacaqdı qabağına eləsən.
Xeyir – şərdə yara oba, elə sən,
Düşməyəsən, sən gözündən kimsənin.
Vaqif, düz sözü demə tərsinə,
Düz olanlar düzü yozmaz tərsinə.
Haqq özü insanı salsa tərsinə,
Yetməz ona bir köməyi kimsənin!
Hüseyn İsaoğlu, yazıçı – publisist, AYB – nin və AJB – nin üzvü.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında