Azərbaycan Milli Kitabxanası – 103

Azərbaycan Milli Kitabxanasının yaradılmasının 103 illiyi münasibətilə elektron layihələr və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Bu gün bir əsrdən çox tarixi və şərəfli inkişaf yolu keçən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 103 yaşı tamam olur.

Bu münasibətlə Milli Kitabxanada “Azərbaycan Milli Kitabxanası” adlı elektron məlumat bazası, “Azərbaycan Milli Kitabxanası – 1923-2026” adlı virtual və “Azərbaycan Milli Kitabxanası – 103” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazasında(https://anl.az/el/emb/Milli_Kitabxana/index.html)“Rəsmi sənədlər”, “Milli Kitabxana haqqında”, “Ümummilli lider Heydər Əliyev Milli Kitabxanada”, “Milli Kitabxananın layihələri”, “Görkəmli Şəxsiyyətlər Milli Kitabxana haqqında “Kitabxananın nəşrləri”, “Milli Kitabxana nəşrlərdə”, “Beynəlxalq əlaqələr”, “Onlayn Xidmətlər”, “Fotoqalereya”, “Videoqalereya” düymələrində materiallar tam mətnləri ilə təqdim olunur.

Virtual sərgidə (https://anl.az/el/vsb/Azerbaycan_Milli_Kitabxanasi_/index.htm) rəsmi sənədlər, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat məqalələri tam mətnləri ilə təqdim olunur

Ənənəvi sərgidə ölkəmizin Baş Kitabxanasının bir əsrlik tarixi və keçdiyi şərəfli inkişaf yolu, möhtəşəm elm və mədəniyyət ocağının dünəni, bu günü və sabahı, zəngin mədəniyyət xəzinəsi olan Milli Kitabxanada həyata keçirilən iş prosesləri, sənəd-informasiya fondunun formalaşdırılması, təqdim edilən yeni xidmət üsulları, elmi-tədqiqat və metodik işin təşkili istiqamətləri, kitabxananın beynəlxalq əlaqələri və s. haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, Milli Kitabxananın nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə çap olunan biblioqrafiyalar, “Bərpanəşr” seriyası, “Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyası ilə çap olunan musiqi notları sərgilənir.

Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/milli-kitabxana-103

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir